TANRIDAGI (1)

       Bizimlə əlaqə


Bakı
Az Bulutlu Bu gün
25°C / 18°C

TR EN RU   


Xəbər Xətti

.
  • Qadın özünü 8-ci mərtəbədən atdı
    Qadın özünü 8-ci mərtəbədən atdı
  • Yol polisinin qovduğu maşın qəzaya düşdü – Sürücü öldü, ağır yaralı var – VİDEO
    Yol polisinin qovduğu maşın qəzaya düşdü – S
  • Nəhəng ayı tamaşaçılara hücum etdi – VİDEO
    Nəhəng ayı tamaşaçılara hücum etdi – VİDEO
  • Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı – VİDEO
    Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı
  • Bakının gecə klubunda kütləvi dava – Ağır yaralı var
    Bakının gecə klubunda kütləvi dava – Ağır ya
  • Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törətdi – VİDEO
    Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törət
  • Bakıda dəhşətli zəncirvari qəza: Ölənlər və yaralananlar var
    Bakıda dəhşətli zəncirvari qəza: Ölənlər və yarala
  • Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü – VİDEO
    Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü &
  • Bakıda ana və oğul eyni ağacda özlərini asaraq intihar etdi – TƏFƏRRÜAT
    Bakıda ana və oğul eyni ağacda özlərini asaraq int
  • ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! Bankın önündə özünü yandıran şəxsin FOTOSU yayıldı
    ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! Bankın önündə özünü yandır
Savadsız qadın ordusu – Züleyxa Nadir yazır
11 Noyabr 2016 21:08
    Gündəm
Savadsız qadın ordusu – Züleyxa Nadir yazır













 

Züleyxa Nadir

 

Texniki-tərəqqi əsrində, sərhədlərin az qala tamamilə açıldığı bir vaxtda, hətta bir göz qırpımında okeanın o tayında baş verənlərdən xəbər tutmaq imkanının qaçılmaz olduğu dünyada gözəlim Azərbaycanda son illərdə savadsızlıq başlayıb. O Azərbaycanda ki, hələ 1923-cü ildə Xalq Komissarları Soveti və Mərkəzi İcraiyyə Komitəsinin “Azərbaycan SSR əhalisi arasında savadsızlığın ləğvi haqqında” qərarı ilə savadsızlıq ləğv olunub. Üstəlik savadsızlıqla mübarizə üçün Xüsusi Komitə yaradılıb və həmin qurum gecə-gündüz işləyib ki, hər bir azərbaycanlı oxusun, təhsil alsın, gözünü dünyaya aça bilsin.

Sovetlər dönəminin 70 illik zaman kəsimində Azərbaycanda demək olar ki, savadsızlıq yox dərəcəsinə çatdı. Bu, bəyənmədiyimiz sovet hökumətinin təhsilə göstərdiyi diqqət idi. Doğrudu, nəzərəçarpmayacaq dərəcədə hansısa ucqar kənddə bir-iki nəfərə rast gəlmək olardı ki, tam təhsil almamışdı, amma, ən azı, onların da ibtidai orta təhsili var idi.

Mədəni sferada kəndlə şəhər arasında ciddi bir fərqin olmadığını nəzərə alsaq, dünənkindən fərqli olaraq bu günkü mənzərə heç xoş deyil. Halbuki 5-10 il əvvələ kimi kənd qızları ali məktəblərdə çoxluq təşkil edirdi. Ən yüksək qiymətlərlə universitetlərə qəbul olunan tələbə qızların məzun diplomları sonrakı həyat yollarında müstəqil addım atıb, sərbəst qərar vermələrinə stimul verirdi.

Bu gün isə… adam dəhşətə gəlir ki, ölkədə cahillik, nadanlıq baş alıb gedir. Xüsusilə də kənd yerlərindəki qızlar az qala kütləvi surətdə ya oxumaqdan imtina edir, ya da valideynlərinin məsuliyyətsizliyindən dolayı təhsildən kənar qalırlar.

Problemin ağrılı tərəfi odur ki, təhsil almayan qızlar savadlı, ziyalı ailələrin övladlarıdı. Orta məktəbə getməyən qızların nənələri, babaları, ən azı, tam orta təhsil alıb, xeyli sayda bədii kitab oxuyublar. Elmin yüksək zirvəsinə qalxa bilməsələr də oxuduqları ədəbiyyat nümunələri ilə dünyanın gedişatından xəbərdar olub, sabaha ümidlə baxıblar. Övladlarına orta və ali təhsil vermək üçün dəridən-qabıqdan çıxıblar. Nə yazıq ki, bu gün həmin nənə-babaların övladları dəridən-qabıqdan çıxırlar ki, qızlarına təhsil vermək əvəzinə 14-15 yaşına çatan kimi ərə versinlər.

Ailə qurmaq, oğul-uşaq sahibi olmaq yaradılışın qanunudur, həyatın tələbidir. Kim deyir ki, qızlar ərə getməsin? Kim deyir ki, qızların ailəsi olmasın? Kim deyir ki, dünyaya uşaq gətirməsinlər? Heç kim etiraz etmir, heç kim irad tutmur. Amma hər şeyin bir vaxtı var – ərə getməyin də, uşaq doğmağın da. Erkən nikahlardan əziyyət çəkən qadınlar, ailələr ölkədə minlərlədi.

Müasir dövrün yeniyetmə qızları çox gözüaçıqdırlar, sanki ana bətnindəykən hər şeyi öyrənirlər. Kompüter texnologiyalarının, internetin, son model telefonların dünyaya açılan pəncərəsindən baxan 10-15 yaşlı qızlar oradan həyatın hər üzünü görürlər. Orta təhsili normal olan, məktəbdə şagird-müəllim, eləcə də müəllim-valideyn münasibətlərinin üstünlüklərindən yararlanan qızlar bu pəncərədən baxarkən gözləri yaxşı nə varsa onu axtarır. Amma məktəbə getməyən qız uşağı əlindəki telefondan zəng edib, zəng qəbul etmək əvəzinə onun daha başqa funksiyalarından istifadə etməyə üstünlük verir. Yazıb-oxuması yoxdu, gəl ki, kompüter arxasında oturub həyatın astar üzünü əks etdirən, yaşına uyğun olmayan parnoqrafik şəkillərə, erotik səhnələrə, seksual videolara tamaşa etmək onun həyat tərzini tamamilə dəyişir. Hətta vaxtından tez böyüməsini sürətləndirir, ərə getmək havəsini artırır.

Erkən yaşdan ər evinə köçən qızların çoxunun sonrakı taleyində yaranan və bir ömür bitişməsi mümkün olmayan çatın səbəbkarı analardı, bir az da irəli getsəm atalardı. Qızını məktəbə göndərməyən ana heç olmasa ona evdarlığı belə öyrətmir. Sadəcə gözləyir ki, qızı həddi-buluğa çatsın, toy edib pul yığsın. Qızlar tanıyıram ki, 15-17 yaşları var hələ normal çay dəmləməyi bacarmırlar. Bütün günü əllərində ən son model telefon, planşet, o da olmayanda kompüter… orada nə axtarırılar, nə öyrənirlər bir özləri bilir, bir də Allahları, hətta imanımı yandırıb “anaları da bilir” demək istəyirəm.

Bir çox hallarda ata həyat yoldaşının qızı ilə qurduğu münasibətlərin cahil istiqamətə yön aldığına göz yumur. Anlamır ki, ana qızını uçurumun başına aparır. Eşitmək istəmir ki, ana yeniyetmə qızının başını hansı fikirlərlə doldurur. Görmək istəmir ki, bu gün məktəb yolu tanımayan qız sabah başqa yola qədəm qoya bilər. Bəli… məhz istəmir. Çünki özü bir kişi kimi ailəyə başçılıq edə bilmir, həyat yoldaşının da, uşaqlarının da yanında başı aşağı, dili gödək, gözü kölgəlidi. Zəif iradəlidi, özünü inkişaf etdirməyi bacarmır. Alkoqola, narkotikə, digər zərərli vərdişlərə aludə olduğu üçün ailədəki qız övladının tərbiyəsi ilə maraqlanmır.

Bakıda və digər böyük şəhərlərdə, eləcə də Azərbaycanın qərb və şimal zonasında qızların təhsil almasında problem yoxdu, ən azı, orta məktəbi tam başa vururlar. Azərbaycanın cənub bölgəsi və bəzi aran rayonlarında isə vəziyyət fərqlidi. Qızların məktəbə gedib təhsil alması bu regionların əhalisi üçün əməllicə dərddi. Əhali savadsızlıq zillətindən can qurtarmaq əvəzinə xərçəng kimi gündən-günə geri gedir. Statistikaya görə bu yerlərdə qızların cəmi 8-10 faizi orta məktəb attestatı alır. Bu o deməkdir ki, ailə öz doğma övladına cansız ev əşyası kimi baxır.

Tez-tez yolum düşən Saatlı rayonunda bu halı daha çox müşahidə etmişəm. Rayonda əhalinin çoxu hələ sovet dövründə də qızlarını orta məktəbdə tam oxutmurdular, 8-ci sinifdən çıxarıb ərə verirdilər. İş elə gətirdi ki, bu dəfə Saatlıda bir həftədən çox qalmalı oldum. Həmin günlərdə rayonun mərkəzindəki beşmərtəbəli binanın tanıdığım sakinləri ilə bu mövzuda söhbət edərkən anladım ki, burdakı valideynlər çox cahildirlər.

Bütün günü televizor qabağında oturub Xoşqədəmin, Zaurun verilişlərinə göz yaşları içində baxan, sosial problemlərdən dolayı ekranda müzakirə olunan ailələrdə qız uşaqlarının nəinki orta məktəbdə, həyat məktəbində də qiymətlərinin 2-dən aşağı olduğunu görən bu qadınlar heç bir nəticə çıxarmırlar. Düşünmürlər ki, məktəbə göndərməyib 15 yaşında ərə verdikləri öz qızları da sabah ekrana çıxa bilərlər. Əvəzində isə saatlarla ekranı zəbt edən və məhz belə tamaşaçıya hesablanmış həmin verilişlər reytinq qazanırlar. Hələ bu, Bakının burnunun ucunda olan bir regionun mərkəzində yaşayan, özlərini “kəndçi” deyil “şəhərli” hesab edən valideynlərdi. Təsəvvür edin ki, rayonun kəndləri nə vəziyyətdədir.

Qızlarını məktəbə göndərməyən bir çox valideyn əsasən bu addımı kasıbçılıqdan atdıqlarını söyləyərək, özlərinə haqq qazandırırlar. Deyirlər ki, məktəbli paltarı, çanta, gündəlik, iş dəftəri, digər dərs ləvazimatları və s. bu kimi tələb olunan əşyaları almağa pul tapa bilmirlər, hamısı od qiymətinədir. Hələ bu azmış kimi hər il qiymətlər artır. Üstəlik də il ərzində məktəbdə müxtəlif məsələlərlə əlaqədar pul istəyirlər. İmkanlı, varlı ailələri misal çəkərək xüsusi vurğulayırlar ki, varlı ailələrin qızları təkcə orta məktbdə yox, həm də ali məktəblərdə oxuyurlar. Universiteti bitirəndən sonra da iş tapmaqda zorlanmırlar. Amma bizim kimi kasıbların bunu etməyə gücü çatmır. Lap elə ətimizdən-qanımızdan kəsib qızımızı oxutduq, amma sonra iş tapa bilməyəcək axı, aldığı diplom da heç nəyə yaramayacaq. Ən yaxşısı odur ki, vaxtını boş yerə xərcləməsin, ərə getsin…

Bəzən də valideynlər hansısa dini sektanın üzvü olurlar. Həmin qruplaşmanın ayinlərinə, tələblərinə elə aludə olurlar ki, qız övladlarının məktəbə getməsinə, dərs oxumasına az qala zərərli vərdiş, əxlaqdan kənar hərəkət kimi baxırlar. Ya da üçüncü – beşinci sinifdən qızını

oxuduğu məktəbdən çıxarıb min cür xurafat, mövhumatla beynini zəhərləyirlər. Dini fanatizm belə valideynlərin həyat qayəsi olduğundan qız övladının təhsil alması onlar üçün sonuncu məqsəd belə hesab olunmur. Çox vaxt da qızlarını 7-9 yaşından örtüyə bürüyürlər ki, din belə tələb edir. Belələri əsil İslamdan, müqəddəs Qurandan zərrə qədər də xəbəri olmayanlardı.

Məhəmməd peyğəmbər VII əsrdə qızların diri-diri torpağa basdırılmasının qarşısını aldı. Bu, o demək idi ki, Yaradan qız övladına bu dünyanın hər cür nemətindən yararlanmasını nəsib edib. Amma dini sektalara, məzhəblərə qulluq edənlər əsil din tarixindən və bu hadisədən xəbərsiz olduqları üçün qız övladlarının həyat yolunda qaratikan kolu olub onların ali təhsili qalsın bir yana, heç orta təhsil almasına belə şərait yaratmırlar. Bu cahillərin mübtəla olduqları xurafat, mövhumat elm işığının qarşısını kəsir, yeniyetmə qızları həmin işıqdan məhrum edib kor qoyur. Bu adamlar guya tapındıqları Allahın iradəsinə zidd gedir, inandıqları peyğəmbərin əməllərini tapdalayırlar. Nə fərqi var ki, qızı ya cismani öldürdün, ya da təhsildən uzaqlaşdırdın – bu, ölümdən də betərdi. Anlamırlar ki, həyatda müstəqi addımlar ataraq öz yolunu müəyyənləşdirmək, bir kimsənin minnətini götürməmək üçün təhsil almaq qız üçün vacibdən də vacibdi. Cahil analar, nadan atalar və dayaz insanlar bilməlidirlər ki, qız övladı Allah qatında da, peyğəmbər yanında da oğlandan dəyərlidi. Elə olmasaydı bəşəriyyətin matriarxat dönəmində idarəçilik qadınların əlində olmazdı…

Görünən o ki, Azərbaycanda üç pilləli və könüllü təhsil sistemi çoxlu sayda valideynin qız övladlarını məktəbdən yayındırmaq üçün əllərinə dəstəvuz verib. Bu da ölkədə savadsız qadın ordusunun yaranmasına səbəb olub. Belə vəziyyət Azərbaycan üçün təhlükədi. Bu cür davam etsə ölkə sabah Əfqanıstan, Tacikstan, bir çox ərəb ölkələri və bəzi Afrika dövlətlərinin gününə düşəcək.

Yaranmış bu mənzərə radikal addım atmağı tələb edir. Gecikmədən məcburu tam orta təhsil haqqında qanun qəbul olunmalı və bu qanuna əməl etməyən valideynlər cinayət məsuliyyətinə cəlb edilməlidi. Doğrudu, bir qədər sərt oldu, azadlığın məhdudlaşdırılması təsiri bağışladı. Amma alternativ çıxış yolu yoxdu, cahilliyin, nadanlığın yolunu başqa hansı vasitə ilə kəsmək olar?

Anam deyirdi ki, oğlan uşağı ali təhsil almasa da olar, gedib daş daşıyar, bənnalıq edər, o da olmasa yük daşıyıb ailəsini saxlayar. Amma qızın oxumağı vacibdi. Sabah onun başına bir iş gəlsə öz yolunu sərbəst seçə bilsin deyə mütləq ali təhsilli olmalıdı. Bu sözləri anam 60-70-ci illərdə söyləyirdi, 92 illik ömrünün son günlərinə qədər də fikrinə sadiq qaldı.

Həyat sübut edir ki, anamım sözləri bir hikmət boxçası imiş…

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject