TANRIDAGI (1)
Bakı
Parçalı Bulutlu Bu gün
7°C / 1°C

TR EN RU   


.
Xəbər Xətti

.
  • İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafizəçisini belə vurdu – VİDEO
    İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafi
  • Türkiyədə partlayış: Ölənlər var
    Türkiyədə partlayış: Ölənlər var
  • Bakıda barda DAVA DÜŞDÜ – Qız onu narahat edən oğlanın GÖZÜNÜ ÇIXARDI
    Bakıda barda DAVA DÜŞDÜ – Qız onu narahat ed
  • “Təcili yardım” xəstəni aparmaqdan İMTİNA ETDİ, nəticədə gənc qız ÖLDÜ – BAKIDA
    “Təcili yardım” xəstəni aparmaqdan İMTİNA ETDİ, nə
  • Abşeronda göl daşdı, evlər su basdı
    Abşeronda göl daşdı, evlər su basdı
  • Gəncədə qadın 1 ərini hamamda, 2-ni evdə saxlayır – ŞOK VİDEO
    Gəncədə qadın 1 ərini hamamda, 2-ni evdə saxlayır
  • Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var
    Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var
  • Bakıda dəhşətli yol qəzasının görüntüləri yayıldı – VİDEO
    Bakıda dəhşətli yol qəzasının görüntüləri yayıldı
  • Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIMLAR: MƏXFİ FAKTLAR AÇILDI – FOTO
    Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIML
  • Bakıda BİR GECƏDƏ 12 UŞAQ qəflətən keçinib – Hamı BU XƏBƏRDƏN danışır
    Bakıda BİR GECƏDƏ 12 UŞAQ qəflətən keçinib – Hamı
“Azərbaycanda 90 min şagird rus dilində təhsil alır”. Niyə?
28 Noyabr 2016 12:38
    Baş manşet
“Azərbaycanda 90 min şagird rus dilində təhsil alır”. Niyə?











 

Elçin Mirzəbəyli

 

“Azərbaycanda 90 min şagird rus dilində təhsil alır”. Niyə? Hansı səbəblərdən? Bunu necə arqumentləşdirmək olar? Dövlət dilimiz Azərbaycan dilidir. Bu Konstitusiyanın tələbidir və istər təhsil, istərsə də digər istiqamətlərdə həyata keçirilən siyasət ana qanunumuzun tələbinə uyğunlaşdırılmalıdır.
Bilirəm, indi bəziləri deyəcək ki, “rus dilində təhsil daha keyfiyyətlidir…” O üzdən cavabını gecikdirməyim: Lütfən, buyurun Azərbaycan dilində təhsili daha keyfiyyətli edin. Buna kim mane olur?
Bir başqaları da Azərbaycanda rus dilində təhsilin yayğın olmasını Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirəcək, bunun Rusiyanın ictimai rəyinə təsir göstərmək üçün vacib olduğunu deyəcəklər. Yəni rus dilinə olan münasibət Rusiyanın ictimai rəyinə təsir göstərəcək, “ictimai rəy” isə öz növbəsində Rusiyanın dövlət siyasətinə… Və dövlət siyasətini yürüdənlər günün birində Ermənistanı himayə etməkdən əl çəkəcəklər…
Əvvəla onu qeyd edim ki, Rusiyada ictimai rəy deyilən bir anlayış yoxdur, olsa da dövlət siyasətinə təsir etmək gücündə deyil. Yəni əgər biz proseslərin arzularımızın ssenarisi üzrə inkişafını istəyiriksə, o zaman ilk növbədə Rusiyanın ictimai rəyini formalaşdırmalıyıq və oturub gözləməliyik ki, bu “ictimai rəy” nə zaman dövlət siyasətinə təsir etmək gücünə sahiblənəcək…
Digər tərəfdən, Rusiyada dövlət maraqları hər zaman bütün digər amillərdən öndə dayanıb və bu reallıq rus insanının genetik yaddaşında oturuşduğu üçün heç zaman dəyişməyəcək.
Ona qalarsa, rəsmi statistikaya görə Ermənistanda cəmi 6 rus məktəbi fəaliyyət göstərir və bu məktəblərdə təhsil alan şagirdlərin sayı heç 2 min nəfərə çatmır. Vladimir Jirinovski isə hələ 2015-ci ildə verdiyi açıqlamalardan birində deyir ki, ermənilər yalan danışırlar, Ermənistanda ümumiyyətlə rus məktəbi yoxdur. Amma gördüyümüz kimi, Ermənistanda rus dilinə olan münasibət Rusiyanın Ermənistana olan münasibətinə təsir göstərməyib.
Başqalarını bilmirəm, amma mən Azərbaycanda rus dilində təhsil almaq istəyənlərin sayı ən azı 90 nəfərə çatanda daha çox sevinəcəyəm.
Bununla yanaşı, rus dilinin və digər xarici dillərin yüksək səviyyədə tədris olunmasının, Azərbaycan gənclərinin bir neçə xarici dil bilməsinin tərəfdarı olduğumu xüsusi vurğulamaq istəyirəm. Mənə elə gəlir ki, rus dilində təhsil alanların statistikasını diqqətdə saxlamaqdansa, xarici dillərin tədrisi üçün xüsusi proqramların hazırlanmasına, xarici dil öyrənilməsinin hər kəs üçün əlçatan olmasına çalışmalıyıq.
Şübhəsiz ki, bütün bunlar mənim subyektiv mülahizələrimdir. Bu sahədə mütəxəssis deyiləm. Amma bir vətəndaş kimi mövqeyimi ifadə etməyi lazım bildim.

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject