TANRIDAGI (1)
Bakı
Çok Bulutlu Bu gün
8°C / 5°C

TR EN RU   


.

Xəbər Xətti
.
  • Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı – FOTOLAR
    Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı
  • Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşınını satdı
    Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşı
  • 45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
    45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
  • İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin başına GÖRÜN NƏ İŞ gəldi – BAKIDA
    İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin
  • İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON STATUSU: “Birdən…”
    İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON S
  • Gəncə-Moskva reysində həyacan – Təhlükəli sərnişin həbs edildi/FOTO
    Gəncə-Moskva reysində həyacan – Təhlükəli sə
  • Gəncə Dövlət Universitetində FACİƏ
    Gəncə Dövlət Universitetində FACİƏ
  • Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib döydülər – VİDEO
    Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib dö
  • Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTLİ FOTOLARI
    Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTL
  • Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili atası yox, bacısının əri çıxdı
    Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili
Ruslar Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı imza toplayırlar – PETİSİYA
Ruslar Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı imza toplayırlar – PETİSİYA
5 Yanvar 2017 22:52
Font1 Font2 Font3 Font4

 

Qlobal platforma olan Change.org saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında petisiya yerləşdirilib.

Petisiyanın ünvanı olaraq Rusiyanın Yekaterinburq şəhəri, müəllif isə Yevgenil Syomin göstərilib.

Bildirilir ki, Zəngəzur Azərbaycan və türk dünyasının ürəyində yaradır. Petisiyada Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində çıxışı xatırlanıb:

“Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq”.

Petisiyada qeyd edilir ki, Zəngəzuru ermənilərə verməklə, Naxçıvan coğrafi baxımdan Azərbaycandan ayırdılar. Naxçıvanın faktiki olaraq üç tərəflə Ermənistan tərəfindən mühasirəyə alındığını bildirilir.

Vurğulanır ki, Zəngəzur Azərbaycan xalqına qarşı erməni terrorçuların soyqırımının bir neçə dalğasını yaşayıb:

“Əvvəllər Zəngəzurda erməni əhali praktik olaraq yox idi. Soyqırımı və etnik təmizləmələrə baxmayaraq, 1918-ci ilin əvvəlinə qədər azərbaycanlılar Zəngəzur əhalisinin əksəriyyətini təşkil etməkdə davam edirdi. Etnik təmizləmə siyasətinə baxmayaraq, 1988-ci ilə qədər Zəngəzurda əhəmiyyətli sayda azərbaycanlı əhalisi qalırdı. Artıq Qarabağ hadisələrinin başlanması ilə Zəngəzur soyqırımı və etnik təmizləmələrin üçüncü və son dalğasına məruz qaldı”.

Petisiyada bildirilir ki, Ermənistan respublikasının rəhbərliyi qarşısında Qarabağın rayonları ilə yanaşı, Zəngəzur və Ermənistanın başqa rayonlarına Azərbaycan qaçqınlarının qayıdışı mütləq şərt olaraq, qoyulmalıdır. (publika.az)

https://www.change.org/p/%D0%BE%D0%BE%D0%BD-%D0%B2%D0%B5%D1%80%D0%BD%D0%B8%D1%82%D0%B5-%D0%B7%D0%B0%D0%BD%D0%B3%D0%B5%D0%B7%D1%83%D1%80-%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%83

cooltext184405016019087