TANRIDAGI (1)

       Bizimlə əlaqə


Bakı
Az Bulutlu Bu gün
14°C / 9°C

TR EN RU   


Xəbər Xətti

.
  • Bakıda inanılmaz olay: Günlərlə anasının meyiti ilə yaşadı
    Bakıda inanılmaz olay: Günlərlə anasının meyiti il
  • Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yaralanan var – FOTO
    Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yara
  • Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü – Bakıda dəhşət
    Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldür
  • Bakı metrosunda dəhşətli hadisə – Sərnişin qatar relslərinin üzərinə düşdü – FOTO
    Bakı metrosunda dəhşətli hadisə – Sərnişin q
  • Bakıda silahlı insident: Yaralı var
    Bakıda silahlı insident: Yaralı var
  • Goranboyda müəmma: Naməlum şəxslər evləri yandırır
    Goranboyda müəmma: Naməlum şəxslər evləri yandırır
  • SON DƏQİQƏ: Türkiyədə içində 12 nəfər olan helikopter qəzaya uğradı – VİDEO
    SON DƏQİQƏ: Türkiyədə içində 12 nəfər olan helikop
  • Bakıda dəhşətli intihar dalğası: 4 kişi özünü öldürdü
    Bakıda dəhşətli intihar dalğası: 4 kişi özünü öldü
  • Azərbaycanda NAZİR MÜAVİNİ işləmiş qadın intihar etdi
    Azərbaycanda NAZİR MÜAVİNİ işləmiş qadın intihar e
  • Bakıda yol qəzasında yanaraq ölən şəxs “MTN işi”ndə zərərçəkən imiş
    Bakıda yol qəzasında yanaraq ölən şəxs “MTN işi”nd
Qənirə Paşayeva I vitse-prezident seçildi
8 Yanvar 2017 23:28
    Baş manşet
Qənirə Paşayeva I vitse-prezident seçildi













 

Azərbaycan Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyası beynəlxalq idman təşkilatı növbədənkənar toplantı keçirib. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Dünya Alpaqut Federasiyasının İdarə heyyətinin yeni tərkibi aşağıdakı kimi müəyyən olunub:
1. Araz Abdullasoy;
2. Amanjol Tuberov;
3. Azər Həsənsoy;
4. Boobek Totoşov;
5. Əkbər Qoşalı;
6. Anar Xəlilov;
7. Qənirə Paşayeva;
8. Kamil Yusubov;
9. Necmeddin Kibar;
10. Nizami Cəfərov;
11. Fərid Əlizadə;
12. Faik Mammadov;
13. Vasif Namazov.
Millət vəkili Q.Paşayeva Dünya Alpaqut Federasiyasının idarə heyətində təmsil olunan ilk qadındır.  Alınan qərarlara görə, Millət vəkili Paşayeva Qənirə Ələsgər qızı, Dünya Alpaqut Federasiyasının 1-ci Vitse-Prezidenti, Abdullasoy Araz Zakir oğlu, Dünya Alpaqut Federasiyasının hüquqi məsələlər üzrə Vitse- prezidenti vəzifəsinə seçilib. Qeyd edək ki, Dünya Alpaqut Federasiyası 12.12.2014 –cü ildə, Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmən qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır. Federasiyanın prezidenti Millət Vəkili Nizami Cəfərovdur. Federasiyanın Azərbaycan başda olmaqla Almaniya, Qırğızstan, Qazaxstan, Türkiyə, Çexiya, Gürcüstan, İran, Pakistan, Hindistan, Özbəkistan və Rusiya (Ekatirinburq, Moskva vilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var.
Alpaqut Türk xalqlarının qədimdən yaşayan döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilmiş bir döyüş sənətidir. Alpaqut adı, 11-ci yüzillikdə Mahmud Qaşqarlı tərəfindən yazılmış “Divanü Lüğәtit Türk”, Türk Dialektlerinin lüğətindən götürürülüb. Alpaqutun statusu: “Tək başına düşmənə qalib gələn, ələ kеçməyən igid”. Mənası: Alp (döyüşçü) Qut (qutsal, müqəddəs) deməkdir. Qədim dövrdə Alpaqut xaqan qvardiyası-buyrukların içərisində öz igidliyi ilə seçilən alplara verilən titul olub. Xaqanın mühafizə olunmasında Alpaqutlara xüsusi üstünlük verilirdi. Bundan başqa Alpaqutlar başqa bir vəzifənidə yerinə yetirirdilər. Onlar təkbaşına düşmən qoşunu içərisinə girir və onlarda qorxu hissi yaradırdılar. Məhz buna görə də Alpaqutlar türk xalqlarının hərb mədəniyətində bütün tarixi boyu xüsusi hörmətə layiq görülüb.
Millət vəkili Q. Paşayeva Dünya Alpaqut Federasiyası tərəfindən Umay Xatun dərəcəsi ilə də təltif edilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014 cü il tarixli № 37 saylı sənədi əsasında istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən və Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən Patent Şəhadətnaməsi, Alpaqut Turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman üstası, türk döyüş sənətləri üzrə araşdırmaçı Vasif İmran oğlu Namazova verilib.
cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject