TANRIDAGI (1)
Bakı
Parçalı Bulutlu Bu gün
7°C / 1°C

TR EN RU   


.
Xəbər Xətti

.
  • İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafizəçisini belə vurdu – VİDEO
    İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafi
  • Türkiyədə partlayış: Ölənlər var
    Türkiyədə partlayış: Ölənlər var
  • Bakıda barda DAVA DÜŞDÜ – Qız onu narahat edən oğlanın GÖZÜNÜ ÇIXARDI
    Bakıda barda DAVA DÜŞDÜ – Qız onu narahat ed
  • “Təcili yardım” xəstəni aparmaqdan İMTİNA ETDİ, nəticədə gənc qız ÖLDÜ – BAKIDA
    “Təcili yardım” xəstəni aparmaqdan İMTİNA ETDİ, nə
  • Abşeronda göl daşdı, evlər su basdı
    Abşeronda göl daşdı, evlər su basdı
  • Gəncədə qadın 1 ərini hamamda, 2-ni evdə saxlayır – ŞOK VİDEO
    Gəncədə qadın 1 ərini hamamda, 2-ni evdə saxlayır
  • Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var
    Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var
  • Bakıda dəhşətli yol qəzasının görüntüləri yayıldı – VİDEO
    Bakıda dəhşətli yol qəzasının görüntüləri yayıldı
  • Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIMLAR: MƏXFİ FAKTLAR AÇILDI – FOTO
    Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIML
  • Bakıda BİR GECƏDƏ 12 UŞAQ qəflətən keçinib – Hamı BU XƏBƏRDƏN danışır
    Bakıda BİR GECƏDƏ 12 UŞAQ qəflətən keçinib – Hamı
İranın xarici siyasətimizə müdaxiləsi haradan qaynaqlanır?!
9 Yanvar 2017 19:47
    Baş manşet
İranın xarici siyasətimizə müdaxiləsi haradan qaynaqlanır?!











 

Rüfət Muradlı

Xəbər saytlarında oxudum ki, yanvarın 9-da İsrail prezidenti Reuven Rivlin həyat yoldaşı ilə bərabər Gürcüstanda rəsmi səfərdə olacaq. Söhbət əlbəttə ki, ölkələrarası diplomatik ənənələrə uyğun bir səfərin baş tutacağından gedir. Amma xəbəri oxuyarkən istər istəməz ilk öncə son günlər qonşu İran rəsmiləri tərəfindən mətbuatımızın gündəmini məşğul edən təhdidedici xəbərləri xatırladım.

İsrailin Baş naziri Benyamin Netanyahunun ötən ay Bakıya səfəri zamanı Ermənistan tərəfinin kəskin reaksiyası ilə yanaşı İranın xəbər saytları ölkə rəsmilərinin sərt bəyanatlarını dərc etdilər. O bəyanatlara bəyanatlara ötəri nəzər salaq. İran İslam Şurası Məclisi sədrinin baş müşaviri Hüseyn Əmir Əbdüllahian dedi ki, Netanyahu Bakı səfəri ilə “yeni qəsdlər” hazırlayır. İİR-nın Azərbaycandakı keçmiş səfiri Möhsin Pak Ayin isə ” Netanyahu öz səfəri ilə rəsmi Bakı və Tehran münasibətlərindəki müsbət irəliləyişlərə zərər vermək istəyir”- deyə nigaranedici bəyanat verdi. İranlı tələbələrin də Ərdəbildə etiraz aksiyası keçirdiyi haqda xəbərlər aldıq. Bunun ardınca öz çıxışları ilə müdafiə nazirindən daha çox diplomatı xatırladan General Dehqanın Rusiya kanallarından birinə müsahibəsi ilə bağlı cəmiyyətimizdəki reaksiyaya da hamımız şahid olduq. İranın müdafiə naziri sözü gedən müsahibədə Azərbaycanda hədə kimi qəbul olunan belə bir açıqlama vermişdi: “Biz Azərbaycandakı dostlarımızın diqqətinə çatdırmışıq ki, İsrailə bu regiona çıxış imkanı vermək onların xeyrinə olmayacaq. İran buna dözməyəcək”. Bu açıqlama verildiyi günlərdə Azərbaycan prezidenti İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaizinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərək hətta qonşu ölkə rəsmisini təltif də etdi. Yəni mövcud durumu diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin tətbiqi kimi də yozmaq olar. Xeyli xub!? Təbii ki, bu , həm də Azərbaycan Respublikasının illərdir dəyişməyən xarici siyasət kursunun tərkib hissədir. Qayıdaq İsrail Prezidentinin Gürcüstan səfərinə.. Hal hazırda Gürcüstan Cənubi Qafqazın Azərbaycandan sonra müsəlmanlar yaşayan sayca ikinci ölkəsi sayılır. Gürcüstanda, özəlliklə soydaşlarımızın kompakt yaşadığı Borçalıda İranın dini təbliğatının aşkar təzahürlərini müşahidə etmək də çətin deyil. Gürcüstanla İran arasında vizasiz gediş gəliş mövcuddur. Və nəhayət diqqət edilməli ən əsas nöqtə budur ki, illərlə İsrailin israrlarına baxmayaraq sırf Fələstin faktoruna görə TəlƏvivdə səfirlik açmayan Azərbaycan Respublikasından fərqli olaraq qonşu Gürcüstanın uzun zamandır İsraildə diplomatik missiyası fəaliyyət göstərir. Bəs İsrail Prezidentinin Tiflis səfərinə qonşu İran tərəfindən analoji reaksiyalar oldumu görəsən?! Ya bu reaksiyalar yalnız Azərbaycanın boyuna biçilmiş, Azərbaycanın diplomatik aparatının kövrəkliyinə hesablanmış təhdidlərdir? İlk cavabın ənənəvi olaraq Azərbaycanın İslam dünyasının bir parçası olması ilə şərtlənməsi yəqin ki, istisna olmayacaq.

Çox gözəl. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, əhalisinin 95 faizi müsəlmandır, hətta İrandan sonra şiə məzhəbinə malik ikinci müsəlman ölkədir. Şübhəsiz bu faktı Tehranda daha yaxşı bilirlər. Nəinki indi, Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illərdən bu tendensiya İranın Azərbaycan siyasətinin (İİR rəsmilərinin Azərbaycanı dəfələrlə Şimali İran adlandırmaları kimi xülyalarını nəzərə almasaq) əsas prioritetinə çevrilib. İran isə 4-cü onillikdir ki, islam respublikası kimi, eləcə də islam dünyasında əsas din mərkəzlərindən birinə sahib olmaqla müsəlman təəssübkeşi obrazında təzahür etməkdədir. Yəni konstitusiyasında dünyəvi dövlət olması təsbit olunan qonşu Azərbaycandan fərqli olaraq İran həm də özünü dünya müsəlmanları ilə bağlı məsuliyyətli hesab edir. Şübhəsiz bu yanaşma ilə bağlı müvafiq şəriət hökmləri də mövcuddur. Şəri hökmlərə görə müsəlman bir ölkənin ərazisini işğal edən, əhalisini, varını yoxunu yağmalayan ekspansionist bir ölkənin müqabilində əsas islami vəzifə həmin ölkə ilə hər hansı əlaqənin olmaması və müsəlmanın torpaqlarının təcili azad olunmasına yardım etməkdir. İranın, daha doğrusu Güney Azərbaycanın tanınmış ruhanilərindən birinin təbirincə desək işğalçı ilə nəinki münasibət qurmaq, hətta bir iynə həddində ticarətin olması belə haramdır.

Heç Qarabağ savaşına, savaş zamanı baş verənlərə işarə etmə dən təkcə son on il ərzində İranın Ermənistanın qaz və elektrik təminatı ilə bağlı mövqeyinə nəzər salsaq təəssüf ki, həmin şəriət hökmlərinin təsirsizliyo tablosu ilə üzləşəcəyik. Yaxşı xatırlayıram. İranda çalışdığım dönəmdə dövlətə bağlı olan bir ruhaniyə bu haqda sual verəndə o zaman da cavab çox sadə olmuşdu:” Siyasətdə bəzən səriət qaydalarını görməzdən gəlməlisən?!” 2000-ci illərin əvvəllərində Xəzər dənizindəki neft yataqlarının istismarı ilə bağlı iki ölkə arasında yaranan müvəqqəti gərginlik, eləcə də Türk şahinlərinin Xəzər üzərindəki manevrlərilə Azərbaycana açıq dəstək nümayiş etdirdiyi ötəri dönəmi nəzərə almasaq iki ölkə arasında daim stabil qonşuluq münasibətləri hakim olmuşdur. Özəlliklə Azərbaycan Respublikasında Bütöv Azərbaycan idealına bağlı olan, əsasən də müxalif kəsimi təmsil edən bir sıra qeyri hökumət qurumu və medya orqanının açıqlamaları xaricində ölkə rəsmilərinin son iki onillikdə qonşu İİR-nin ərazi bütövlüyü ilə bağlı hər hansı açıqlamasına rast gələ bilmərik.

Bunun müqabilində İran Silahlı Qüvvələri Baş qərargah rəisi Firuzabadinin, İran İslam İnqilabı rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi Ayətullah Şəbüstərinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü hədəf alan bəyanatlarını unutmadıq. Və nəhayət Netanyahunun Bakı səfəri öncəsi səslənən təhdidlər.. Heç kəsə sirr deyil ki, illərdir beynəlxalq səviyyəli səsvermələrdə Azərbaycan bilavasitə Fələstini, Fəlıstin xalqının mövqeyini dəstəkləyib. Rəsmi Bakının mövqeyindən də əlavə, ölkə əhalisi Fələstindəki müsəlman bacı qardaşlarının durumuna heç zaman biganə qalmamışdır.

Baxmayaraq ki, Ermənistanla münasibətdə analoji yanaşmanı Fələstin Adminstrasiyasından heç zaman müşahidə etmədik. Ədalət xatirinə etiraf etməliyik ki, müstəqilliyinin üçüncü on illiyini yaşayan Azərbaycan ölkə daxilində müxtəlif sorunlarla üzləşsə də xarici siyasət kursunda qonşuları ilə ( Ermənistan xaric) kifayət qədər güzəşt siyasəti izləyərək hər hansı konfrontasiyadan qaçmağa çalışmış və hətta müəyyən “bədəllər” ödəsə də buna nail ola bilmişdir. Elə isə qonşu, müsəlman, bəradər İran İslam Respublikasının xarici siyasətimizə bunca müdaxilələri görəsən nədən,haradan və hansı səbəbdən qaynaqlanır?!

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject