TANRIDAGI (1)
Bakı
Çok Bulutlu Bu gün
8°C / 5°C

TR EN RU   


.

Xəbər Xətti
.
  • Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı – FOTOLAR
    Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı
  • Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşınını satdı
    Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşı
  • 45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
    45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
  • İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin başına GÖRÜN NƏ İŞ gəldi – BAKIDA
    İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin
  • İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON STATUSU: “Birdən…”
    İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON S
  • Gəncə-Moskva reysində həyacan – Təhlükəli sərnişin həbs edildi/FOTO
    Gəncə-Moskva reysində həyacan – Təhlükəli sə
  • Gəncə Dövlət Universitetində FACİƏ
    Gəncə Dövlət Universitetində FACİƏ
  • Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib döydülər – VİDEO
    Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib dö
  • Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTLİ FOTOLARI
    Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTL
  • Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili atası yox, bacısının əri çıxdı
    Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili
Beynəlxalq Bankın YENİ SƏDRİNİN adı məlum oldu – FOTO
Beynəlxalq Bankın YENİ SƏDRİNİN adı məlum oldu – FOTO
10 Yanvar 2017 16:43
Font1 Font2 Font3 Font4

 

Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) səhmdarlarının növbədən kənar ümumi yığıncağı keçirilib.

Bankdan verilən məlumata görə, yığıncaqda Bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Nurəddin oğlu Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.

Xalid Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi. Bank sektorunda 1999-cu ildən çalışan Xalid Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.

Bununla yanaşı, Aqşin Əmirov İdarə Heyətinə sədr müavini vəzifəsinə təyin olunub. A.Əmirov bundan öncə “Bank Respublika” ASC-də analoji vəzifəni tutub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilməkdədir.  (oxu.az)

09:55

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun tutduğu vəzifədən azad edilməsi və yeni sədrin təyin edilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Xalid Əhədov icra edir. Böyük ehtimalla, X.Əhədov İdarə Heyətinin sədri təyin olunacaq.

Bundan öncə xəbər verib ki, “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədr müavini Aqşin Əmirov ABB-nin rəhbərliyinə gətirilir.

Bank sektorundakı mənbə isə bildirib ki, hər iki şəxs İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacaq. (APA)

cooltext184405016019087