TANRIDAGI (1)
Bakı
Çok Bulutlu Bu gün
8°C / 5°C

TR EN RU   


.

Xəbər Xətti
.
  • Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı – FOTOLAR
    Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı
  • Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşınını satdı
    Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşı
  • 45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
    45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
  • İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin başına GÖRÜN NƏ İŞ gəldi – BAKIDA
    İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin
  • İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON STATUSU: “Birdən…”
    İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON S
  • Gəncə-Moskva reysində həyacan – Təhlükəli sərnişin həbs edildi/FOTO
    Gəncə-Moskva reysində həyacan – Təhlükəli sə
  • Gəncə Dövlət Universitetində FACİƏ
    Gəncə Dövlət Universitetində FACİƏ
  • Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib döydülər – VİDEO
    Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib dö
  • Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTLİ FOTOLARI
    Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTL
  • Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili atası yox, bacısının əri çıxdı
    Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili
Usta, rəqqas, çəkməçi VERGİNİ ÖDƏMƏDİKDƏ nə qədər cərimə olunacaq? – MƏBLƏĞLƏR
Usta, rəqqas, çəkməçi VERGİNİ ÖDƏMƏDİKDƏ nə qədər cərimə olunacaq? – MƏBLƏĞLƏR
10 Yanvar 2017 16:18
Font1 Font2 Font3 Font4

 

 

Xəbər verdiyimiz kimi, sabit verginin tətbiqi ilə bağlı Vergi Məcəlləsinə 16.1.7-1-ci, 58.12-ci, 218.4.4-cü, 220.10-cu, 220.11-ci və 221.8-ci maddələr əlavə edilib.

Dəyişikliyin mahiyyəti 

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, aşağıdakı cədvəldə qeyd olunmuş fəaliyyət növləri ilə fərdi qaydada (əlavə işçi qüvvəsi cəlb etmədən) məşğul olan fiziki şəxslər aylıq sabit məbləğə fəaliyyətlərinin faktiki həyata keçirildiyi ərazi üzrə müvafiq əmsalları tətbiq etməklə hesablanmış sadələşdirilmiş vergini ödəyirlər.

Müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərildiyi halda ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir.

Misal: Bakı şəhərində şənliklərdə aparıcılıqla məşğul olan fiziki şəxs üçün aylıq sabit verginin məbləği aşağıdakı qaydada hesablanır: 30 * 2 * 1 = 60 manat  (30 – aylıq sabit məbləğ, 2 – ərazi üzrə əmsal, 1 – Dövr (aylarla))

Qeyd edilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başlayanadək Vergilər Nazirliyindən öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdırlar.

Fəaliyyət növünün adı

Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ, manatla

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət

30

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət

30

Çəkməçi, pinəçi

5

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri

10

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər

10

Nəqqaşlıq emalatxanalarının fəaliyyəti

20

Ölkə üzrə tətbiq olunan əmsallar

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla)

2,0

Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində

1,5

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində

1,0

digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə)

0,5

Bu fəaliyyət üzrə vergi orqanına bəyannamə təqdim edilmir. Ödənilmiş vergi həmin qəbzin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.

Fiziki şəxslər qeyd edilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda “Sabit verginin ödənilməsi haqqında qəbz”i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar. Azərbaycan Respublikasının hüdudlarından kənarda bu fəaliyyətlər üzrə gəlir əldə edildiyi halda isə həmin gəlir ümumi qaydada müvafiq vergilərə cəlb edilir.

Qeyd olunan fəaliyyət növləri ilə işçi cəlb etmədən fərdi qaydada məşğul olan fiziki şəxs vergi orqanına bəyannamə verilmədən aylıq “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdır. Əks halda ona aşağıdakı məbləğdə maliyyə sanksiyası tətbiq edilir:

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;

– təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında.

Nəzərə almaq lazımdır ki, vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirən fiziki şəxslər nağd pul hesablaşmalarının aparılması zamanı alıcıya nəzarət-kassa aparatı çeki istisna olmaqla, ciddi hesabat blankı olan qəbz təqdim etməlidirlər.

Sabit verginin ödəyiciləri fəaliyyət növünə uyğun olaraq ciddi hesabat blanklarını (alıcıya verilən qəbz formasını) öz vəsaiti hesabına bu fəaliyyəti həyata keçirən mətbəələrə verdikləri sifariş əsasında əldə edirlər.

Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blankı olan qəbzdən istifadə etmədən nağd pul hesablaşmalarının aparılması, alıcıya qəbzin verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə:

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat;

– təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat;

– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat maliyyə sanksiyası tətbiq edilir.

cooltext184405016019087