TANRIDAGI (1)

       Bizimlə əlaqə


Bakı
Az Bulutlu Bu gün
14°C / 9°C

TR EN RU   


Xəbər Xətti

.
  • Bakıda inanılmaz olay: Günlərlə anasının meyiti ilə yaşadı
    Bakıda inanılmaz olay: Günlərlə anasının meyiti il
  • Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yaralanan var – FOTO
    Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yara
  • Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü – Bakıda dəhşət
    Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldür
  • Bakı metrosunda dəhşətli hadisə – Sərnişin qatar relslərinin üzərinə düşdü – FOTO
    Bakı metrosunda dəhşətli hadisə – Sərnişin q
  • Bakıda silahlı insident: Yaralı var
    Bakıda silahlı insident: Yaralı var
  • Goranboyda müəmma: Naməlum şəxslər evləri yandırır
    Goranboyda müəmma: Naməlum şəxslər evləri yandırır
  • SON DƏQİQƏ: Türkiyədə içində 12 nəfər olan helikopter qəzaya uğradı – VİDEO
    SON DƏQİQƏ: Türkiyədə içində 12 nəfər olan helikop
  • Bakıda dəhşətli intihar dalğası: 4 kişi özünü öldürdü
    Bakıda dəhşətli intihar dalğası: 4 kişi özünü öldü
  • Azərbaycanda NAZİR MÜAVİNİ işləmiş qadın intihar etdi
    Azərbaycanda NAZİR MÜAVİNİ işləmiş qadın intihar e
  • Bakıda yol qəzasında yanaraq ölən şəxs “MTN işi”ndə zərərçəkən imiş
    Bakıda yol qəzasında yanaraq ölən şəxs “MTN işi”nd
Bakıda polis polkovnikinin xanımının öldüyü qəzanın VİDEOSU yayıldı
11 Yanvar 2017 17:02
    Hadisə
Bakıda polis polkovnikinin xanımının öldüyü qəzanın VİDEOSU yayıldı













 

Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb.

“BakuBus”un mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C.Xəndan küçəsində “BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb: “Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, “BakuBus”-ın avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq “BakuBus”-ı ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib”.

Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü də APA-ya təqdim edib: “Eyni zamanda “BakuBus” olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik. Xatırladırıq ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır”.

Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi “Nissan Qasqai” markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq “BakuBus”-a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə qadın sürücü ölüb.

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject