Bir neçə günlüyə getdi… Qaydanda evi başqa ölkədə idi – FOTOLAR

 

Gürcüstanın Cənubi Osetiya bölgəsində yaşayan 82 yaşlı Dato Vanişvili bir neçə günlük yaşadığı yerdən başqa bir yerə gedir. Geri qayıdanda isə evinin başqa bir ölkənin sərhədləri içərisində qaldığını görür.
Evinə qayıtdıqda tikanlı məftillər və rus əsgərləri ilə qarşılaşan Vanişviliyə əsgərlər evinin Rusiya sərhədləri içərisində qaldığını və əgər Rusiyada yaşamaq istəmirsə, evini tərk etmək məcburiyyətində olduğunu bildiriblər.
Evini yoxsa, yeni “ölkəsini” tərk etmək seçimi arasında qalan qoca Vanişvili, “Mənə bura Rusiya toprağıdır” deyirlər. Mən Gürcüstanın Cənubi Osetiya bölgəsindənəm. Adım Vanişvili və Gürcüstan vatandaşıyam!” deyə düşdüyü duruma  etiraz edir.
Bölgə xalqı az qala hər gün Rusiyanın sərhəd xəttini öz xeyrinə irəli çəkdiyini bildirirlər.
Qeyd edək ki, 2008-ci ildə Rusiyanın Gürcüstana yönəlik işğalçılıq hərəkətinin fəsadları bu gün də müxtəlif formalarda özünü göstərməkdədir.
Moderator.az