TANRIDAGI (1)

       Bizimlə əlaqə


Bakı
Az Bulutlu Bu gün
14°C / 9°C

TR EN RU   


Xəbər Xətti

.
  • Bakıda inanılmaz olay: Günlərlə anasının meyiti ilə yaşadı
    Bakıda inanılmaz olay: Günlərlə anasının meyiti il
  • Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yaralanan var – FOTO
    Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yara
  • Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü – Bakıda dəhşət
    Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldür
  • Bakı metrosunda dəhşətli hadisə – Sərnişin qatar relslərinin üzərinə düşdü – FOTO
    Bakı metrosunda dəhşətli hadisə – Sərnişin q
  • Bakıda silahlı insident: Yaralı var
    Bakıda silahlı insident: Yaralı var
  • Goranboyda müəmma: Naməlum şəxslər evləri yandırır
    Goranboyda müəmma: Naməlum şəxslər evləri yandırır
  • SON DƏQİQƏ: Türkiyədə içində 12 nəfər olan helikopter qəzaya uğradı – VİDEO
    SON DƏQİQƏ: Türkiyədə içində 12 nəfər olan helikop
  • Bakıda dəhşətli intihar dalğası: 4 kişi özünü öldürdü
    Bakıda dəhşətli intihar dalğası: 4 kişi özünü öldü
  • Azərbaycanda NAZİR MÜAVİNİ işləmiş qadın intihar etdi
    Azərbaycanda NAZİR MÜAVİNİ işləmiş qadın intihar e
  • Bakıda yol qəzasında yanaraq ölən şəxs “MTN işi”ndə zərərçəkən imiş
    Bakıda yol qəzasında yanaraq ölən şəxs “MTN işi”nd
“Dövlət evləri sökülənlərə kompensasiya verməyəcək” – “Naxolstroy”ların söküntüsü ilə bağlı QAYDALAR
11 Yanvar 2017 18:02
    Xəbər xətti
“Dövlət evləri sökülənlərə kompensasiya verməyəcək” – “Naxolstroy”ların söküntüsü ilə bağlı QAYDALAR













 

“Bakıda köhnə binaların sökülərək yerində yeni binaların tikilməsi prosesi artıq başlayıb”.

Bunu iqtisadçı ekspert Vüqar Bayramov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı Bakının daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcəyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib. Vüqar Bayramovun sözlərinə görə, yeni sistemlə əhaliyə söküləcək binanın yerində tikiləcək binadan mənzil veriləcək: “Bu ildən prosesə start verilib. Nəzərə alsaq ki, Bakının bir sıra mərkəzi rayonlarında, xüsusən də “Sovetski”yə yaxın ərazilərdə sökülən binaların yeni tikilərlə əvəz olunması prosesi artıq başlayıb. Uzun müddət idi ki, bununla bağlı müzakirələr gedirdi. Amma bu proses zamanı yanaşma tamam fərqli olacaq. Əgər əvvəllər “Sovetski”də dövlət ərazi torpaqlarını və ya binalarını alırdısa, həmin binaların müqabilində vətəndaşa kompensasiya ödəyirdi. Artıq yeni yanaşmada binaların alınması fonunda kompensasiyanın ödənilməsi yoxdur. Yeni yanaşma həmin ərazidə yeni tikililərin inşa edilməsi və yeni binalarda o ərazidə yaşayan vətəndaşlara mənzillərin təklif edilməsi formasında olacaq”.

 

İqtisadçı qeyd edib ki, dövlət prosesə özəl sektoru cəlb edəcək: “Bu büdcə vəsaitlərinə qənaət edilməsi deməkdir. Yeni yanaşma imkan verəcək ki, inşaat sektorunu stimullaşdırmaq mümkün olsun. Burda əhəmiyyətli məqam ondan ibarətdir ki, əvvəl kompensasiya məbləği ilə bağlı vətəndaşla dövlət qurumu arasında narazılıq və ya anlaşılmazlıq olurdu. Eləcə də kompensasiya məbləği ilə vətəndaş həmin ərazidə mənzil tapa bilmirdi. Çünki mənzillərin sahələri kiçik idi. İndi isə bu narazılıq olmayacaq. Yeni tikili inşa edildiyi müddətdə həmin binada yaşayanlara şirkət tərəfindən aylıq olaraq kirayə pulu ödəniləcək. Bina inşa edildikdən sonra isə həmin tikilidə təmirli mənzillər köhnə binada yaşayan ailələrin otaqlarının sayına uyğun olaraq verilir. Məsələn, ailənin köhnə binada 3 otaqlı mənzili varsa, yeni tikilidə ona eyni otaqlı mənzil təklif olunur. Bu o baxımdan vacibdir ki, vətəndaş yaşadığı ərazidən uzaqlaşmır, daha böyük sahəli mənzillə təmin olunur”.

Vüqar Bayramov vurğulayıb ki, 2017-2020-ci illərdə şəhərin müxtəlif yerlərində bu prosesdən istifadə olunacaq: “Növbəti illərdə bu proses davam edəcək. Çünki artıq şəhərin mərkəzi deyil, yaxın rayonlarda da bu proses aparılacaq. 2017-ci ildə köhnə binanın yeni tikili ilə əvəz olunması mexanizmi davam etdiriləcək”. (bakipost)

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject