TANRIDAGI (1)
Bakı
Parçalı Bulutlu Bu gün
7°C / 1°C

TR EN RU   


.
Xəbər Xətti

.
  • İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafizəçisini belə vurdu – VİDEO
    İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafi
  • Türkiyədə partlayış: Ölənlər var
    Türkiyədə partlayış: Ölənlər var
  • Bakıda barda DAVA DÜŞDÜ – Qız onu narahat edən oğlanın GÖZÜNÜ ÇIXARDI
    Bakıda barda DAVA DÜŞDÜ – Qız onu narahat ed
  • “Təcili yardım” xəstəni aparmaqdan İMTİNA ETDİ, nəticədə gənc qız ÖLDÜ – BAKIDA
    “Təcili yardım” xəstəni aparmaqdan İMTİNA ETDİ, nə
  • Abşeronda göl daşdı, evlər su basdı
    Abşeronda göl daşdı, evlər su basdı
  • Gəncədə qadın 1 ərini hamamda, 2-ni evdə saxlayır – ŞOK VİDEO
    Gəncədə qadın 1 ərini hamamda, 2-ni evdə saxlayır
  • Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var
    Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var
  • Bakıda dəhşətli yol qəzasının görüntüləri yayıldı – VİDEO
    Bakıda dəhşətli yol qəzasının görüntüləri yayıldı
  • Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIMLAR: MƏXFİ FAKTLAR AÇILDI – FOTO
    Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIML
  • Bakıda BİR GECƏDƏ 12 UŞAQ qəflətən keçinib – Hamı BU XƏBƏRDƏN danışır
    Bakıda BİR GECƏDƏ 12 UŞAQ qəflətən keçinib – Hamı
Ermənilərdən NÖVBƏTİ OĞURLUQ – Bu dəfə “Sən gəlməz oldun”a göz dikdilər
11 Yanvar 2017 23:47
    Xəbər xətti
Ermənilərdən NÖVBƏTİ OĞURLUQ – Bu dəfə “Sən gəlməz oldun”a göz dikdilər











 

Müəllif Hüquqları Agentliyi ermənilərin növbəti əqli mülkiyyət oğurluğu haqqında məlumat yayıb.
Agentliyin yaydığı məlumata görə, Rusiyanın “Telekafe” kanalında yayımlanan “Путешествие за вкусом” verilişinin 2017-ci ilin 08 yanvar tarixində efirə gedən “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənmiş və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradıb.
“Sən gəlməz oldun” adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir. Musiqisi bəstəkar Ə. Tağıyevə, sözləri isə Mədinə Gülgünə aid olan “Sən gəlməz oldun” mahnısı 1973-ci ilin 15 mart tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınmışdır və Azərbaycan musiqi kimi tanınır.
Bütün arxiv sənədlərindən də göründüyü kimi, “Sən gəlməz oldun” mahnısı Azərbaycan müəlliflərinə məxsusdur və ermənilər yalnız bu mahnının musiqisini ifa edirlər. Lakin mahnının müəlliflərinin adlarının və mənşəyinin göstərilməməsi ermənilər tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənilərin başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır.
Rusiyada aşkar olunan «the art of armenian duduk» («Maqiçeskiy Duduk») adlı bir diskdə erməni ifaçısı Civan Qasparyanın ifa etdiyi kompozisiyalar toplanmışdır. Bu topluda oğurlanmış əsərlərin siyahısında Tofiq Quliyevin “Sənə də qalmaz”, Rauf Hacıyevin “Saçlarına gül düzüm”, Cahangir Cahangirovun “Ay qız”, Emin Sabitoğlunun “Neyləyim”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Eldar Mansurovun “Melodiya” və “Gecə zəngləri” kimi məşhur musiqi əsərləri vardır.
Bununla yanaşı lisenziyasız toplularda məşhur Azərbaycan balabançısı Əlixan Səmədovun çox gözəl albomu, həmişə olduğu kimi “yaxşı erməni musiqisi” adı altında təklif olunur. Kompozisiyaların rus dilində göstərilmiş adları: “Tı ne prişla”, “Svetlovolosaya nevesta”, “Ne prişla”, “Lirika”, “Ayvovıy tsvetok” ermənilər tərəfindən qoyulmuş elə həmin kiçik yaradıcılıq elementidir. Axı, söhbət elə Ə.Tağıyevin “Sən gəlməz oldun” mahnısından, “Sarı gəlin”, “Gəlmədin” Azərbaycan xalq mahnılarından, “Mirzeyi” və “Heyva gülü” Azərbaycan rəqs havalarından gedir. Təbii ki, plagiatçılar nə kompozisiyalarının mənşəyini, nə də onun əsil ifaçılarını göstərmirlər.
Ələkbər Tağıyevin vərəsəsi, oğlu Xaliq Tağıyev də qeyd edilən musiqinin ifa olunması üçün ifaçı C. Qasparyan tərəfindən onlardan icazə alınmadığını bildirib.
Ümumiyyətlə Ə. Tağıyevin “Sən gəlməz oldun” mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi “Byanka” adı ilə tanınan Tatyana Eduardovna Lipniçkaya və Özbəkistan müğənnisi “Soqdiana” adı ilə tanınan Oksana Vladimirovna Neçitaylo Azərbaycan bəstəkarı Ə. Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisindən qeyri-qanuni istifadə etmişdilər. Həmin vaxt da Müəllif Hüquqları Agentliyi məsələnin həllində səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirmiş, Belarus və Özbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparıb.
Qeyd edilən faktlarla bağlı Müəllif Hüquqları Agentliyi tərəfindən mübarizə aparılıb və bu iş indi də davam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılmış, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılmış və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib. (bakipost)
cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject