TANRIDAGI (1)

       Bizimlə əlaqə


Bakı
Az Bulutlu Bu gün
14°C / 9°C

TR EN RU   


Xəbər Xətti

.
  • Bakıda inanılmaz olay: Günlərlə anasının meyiti ilə yaşadı
    Bakıda inanılmaz olay: Günlərlə anasının meyiti il
  • Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yaralanan var – FOTO
    Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yara
  • Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü – Bakıda dəhşət
    Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldür
  • Bakı metrosunda dəhşətli hadisə – Sərnişin qatar relslərinin üzərinə düşdü – FOTO
    Bakı metrosunda dəhşətli hadisə – Sərnişin q
  • Bakıda silahlı insident: Yaralı var
    Bakıda silahlı insident: Yaralı var
  • Goranboyda müəmma: Naməlum şəxslər evləri yandırır
    Goranboyda müəmma: Naməlum şəxslər evləri yandırır
  • SON DƏQİQƏ: Türkiyədə içində 12 nəfər olan helikopter qəzaya uğradı – VİDEO
    SON DƏQİQƏ: Türkiyədə içində 12 nəfər olan helikop
  • Bakıda dəhşətli intihar dalğası: 4 kişi özünü öldürdü
    Bakıda dəhşətli intihar dalğası: 4 kişi özünü öldü
  • Azərbaycanda NAZİR MÜAVİNİ işləmiş qadın intihar etdi
    Azərbaycanda NAZİR MÜAVİNİ işləmiş qadın intihar e
  • Bakıda yol qəzasında yanaraq ölən şəxs “MTN işi”ndə zərərçəkən imiş
    Bakıda yol qəzasında yanaraq ölən şəxs “MTN işi”nd
Gədəbəy erməni bəyə hədiyyə olunub? – Tarixçilər arasında NÖVBƏTİ QALMAQAL
11 Yanvar 2017 00:35
    Manşet
Gədəbəy erməni bəyə hədiyyə olunub? – Tarixçilər arasında NÖVBƏTİ QALMAQAL













 

“Su İstehsalçıları” İctimai Birliyinin sədri, tarix araşdırmaçısı Dövlət Məmmədov Gədəbəylə bağlı irəli sürdüyü iddianın sosial şəbəkələrdə ciddi müzakirələrə yol açmasını şərh edib.

Turkustan.infonun məlumatına görə, D.Məmmədov Publika.az-a deyib ki, sözügedən fikirlər konkret faktlara əsaslanır:

“Mənim haqqımda kim nə söyləyirsə, söyləsin. Dediyim fikirlərin arxasındayam. Əlimdə yazılı dəlillərim var. Gedib nə istəyirlərsə, etsinlər. Mən nə böyük qəbahət etmişəm? Mənim dediyim Ohon bəy isə erməni deyil, albandır. Mən statusumda Ohonu erməni olaraq yazmamışam.

Digər tərəfdən isə mən “bağışlayıb” yazmışam. Nizami Gəncəviyə də nə qədər kənd bağışlanıb. Bağışlanmaq o demək deyil ki, həmin torpaq bir dəfəlik ona verilir? Bağışlanmaq odur ki, həmin kəndlərdən yığılan vergilər ona verilirdi. Həmin adam öləndən sonra isə torpaq alınırdı. Yazdıqlarımı dəqiq oxumaq lazımdır. Nədənsə bizim bəzi tarixçilər tez küyə düşürlər. Cavanşir də Qafqaz Albaniyasının hökmdarı olub. Onun atasının və qardaşlarının adı nə idi? Məgər Cavanşir erməni olub? Hamı onu erməni adına çıxarır”.

O qeyd edib ki, Axundov adına Milli Kitabxanada rus dilində İran şahlarının gürcü knyazlarına və çarlarına fərmanları var:

“Həmin faktların əks olunduğu kitablar hazırda Axundov kitabxanasında mövcuddur. Tarixçilər mənə inanmırsa, zəhmət çəkib gedib tapıb baxsınlar. Mən həmin dəlillərə əsaslanıb o statusu yazmışam.

Yaxşı olar ki, bizim tarixçilər gedib həmin dövrün tarixini ciddi araşdırsınlar. Bəzi adamlar tez-tez yazır ki, Azərbaycan torpaqları satıldı, verildi və sairə. İndi məni ittiham edənlər gedib o adamları məhkəməyə versinlər. Həmin adamlar indi da qalırlar”.

D.Məmmədov ermənipərəstlikdə ittiham olunmasına da cavab verib:

Kim mənə ermənipərəst deyirsə, həmin adamlar mənim təzə nəşr olunacaq kitabıma baxarlar. Həmin kitabım ermənilərdən bəhs edir. Ermənilərlə bağlı Zori Balayandan da güclü yazmışam. Əminəm ki, həmin kitabım çıxandan sonra ermənilər məni dünyaya təbliğ edəcək, yayacaq. Çünki yeni kitabımda mən erməniləri pis günə qoymuşam. İnanıram ki, kitabım çapdan çıxan kimi, onu dünyaya ermənilər yayacaq, məni özlərinin bir nömrəli düşməni elan edəcəklər”.

Xatırladaq ki, “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun irəli sürdüyü bir iddia sosial şəbəkədə ciddi müzakirələrə yol açıb.

O, özünün “facebook” səhifələrindən birində Gədəbəy rayonunun tarixinə aid məlumatı müzakirəyə çıxarıb. Məlumatda bildirilir:

“İran şahı Gədəbəyi erməni Ohon bəyə bağışlayır…1696-cı ildə İran şahı Gəncə bəylərbəyliyinə məktub göndərərək bildirir ki, ərazini Gədəbəy əhalisi ilə birgə Osmanlı Türkiyəsinə qarşı müharibədə xüsusi fərqlənən, Naxçıvanda yaşayan Ohon bəyə bağışlayır və Gədəbəydə yaşayan əhalidən yığılan bütün vergilər də ona çatır”.

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject