TANRIDAGI (1)

       Bizimlə əlaqə


Bakı
Az Bulutlu Bu gün
25°C / 18°C

TR EN RU   


Xəbər Xətti

.
  • Qadın özünü 8-ci mərtəbədən atdı
    Qadın özünü 8-ci mərtəbədən atdı
  • Yol polisinin qovduğu maşın qəzaya düşdü – Sürücü öldü, ağır yaralı var – VİDEO
    Yol polisinin qovduğu maşın qəzaya düşdü – S
  • Nəhəng ayı tamaşaçılara hücum etdi – VİDEO
    Nəhəng ayı tamaşaçılara hücum etdi – VİDEO
  • Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı – VİDEO
    Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı
  • Bakının gecə klubunda kütləvi dava – Ağır yaralı var
    Bakının gecə klubunda kütləvi dava – Ağır ya
  • Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törətdi – VİDEO
    Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törət
  • Bakıda dəhşətli zəncirvari qəza: Ölənlər və yaralananlar var
    Bakıda dəhşətli zəncirvari qəza: Ölənlər və yarala
  • Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü – VİDEO
    Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü &
  • Bakıda ana və oğul eyni ağacda özlərini asaraq intihar etdi – TƏFƏRRÜAT
    Bakıda ana və oğul eyni ağacda özlərini asaraq int
  • ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! Bankın önündə özünü yandıran şəxsin FOTOSU yayıldı
    ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! Bankın önündə özünü yandır
Maaş və pensiya artımı kimlərə şamil olunacaq? – AÇIQLAMA
11 Yanvar 2017 16:03
    Ekonom
Maaş və pensiya artımı kimlərə şamil olunacaq? – AÇIQLAMA













 

Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bir sıra məsələlərə toxunan prezident, maaş və pensiyaların artacağı anonsunu da verib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev prezidentin sosial müavinətlərin artırılması ilə bağlı çıxışını şərh edib. O, bildirib ki, maaş və pensiyaların artırılması bütün növ kateqoriya insanlarına şamil olunacaq.

“Hələ ki, bununla bağlı  yeni bir məlumat yoxdur. Cənab prezident dünən bir çox məsələləri açıqladı. Bu da onu açıq şəkildə göstərir ki, Azərbaycan sosial-iqtisadi inkişaf dövrünə qədəm qoyub. Bununla bağlı  sərəncamlar imzalandı. Protokol komitələri təsdiq olundu. Onların işə düşməsi ilə əlaqədar olaraq Nazirlər Komitəsində müvafiq işlər gedir.

Prezident həmçinin, manatın devalvasiyasına  uyğun olaraq maaşların, pensiyaların, sosial müavinətlərin artırılması proqnozunu verdi. Hesab edirəm ki, bu, bütün növ kateqoriya insanlarına şamil olunacaq.

Yaşayış minimumuna uyğun olaraq   pensiya və əmək haqları da artacaq. İlk növbədə bu, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə aid olacaq. Ona uyğun olaraq özəl sektor da öz maaşlarında müvafiq işlər aparacaqlar. Yaxın vaxtlarda əmək haqlarının artırılması ilə bağlı məsələləri cənab prezidentin  ayrı-ayrı sərəncamlarında görəcəyik”.

Deputat prezidentin digər məsələlərlə bağlı çıxışını da dəyərləndirib.

“Heç şübhəsiz ki, prezidentin dünənki çıxışında bir sıra sosial sahə ilə bağlı səsləndirdiyi fikirlər çox əhəmiyyətlidir. Cənab prezident bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini deyib. 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsini, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayıb”. (modern.az)

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject