TANRIDAGI (1)
Bakı
Parçalı Bulutlu Bu gün
7°C / 1°C

TR EN RU   


.
Xəbər Xətti

.
  • İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafizəçisini belə vurdu – VİDEO
    İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafi
  • Türkiyədə partlayış: Ölənlər var
    Türkiyədə partlayış: Ölənlər var
  • Bakıda barda DAVA DÜŞDÜ – Qız onu narahat edən oğlanın GÖZÜNÜ ÇIXARDI
    Bakıda barda DAVA DÜŞDÜ – Qız onu narahat ed
  • “Təcili yardım” xəstəni aparmaqdan İMTİNA ETDİ, nəticədə gənc qız ÖLDÜ – BAKIDA
    “Təcili yardım” xəstəni aparmaqdan İMTİNA ETDİ, nə
  • Abşeronda göl daşdı, evlər su basdı
    Abşeronda göl daşdı, evlər su basdı
  • Gəncədə qadın 1 ərini hamamda, 2-ni evdə saxlayır – ŞOK VİDEO
    Gəncədə qadın 1 ərini hamamda, 2-ni evdə saxlayır
  • Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var
    Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var
  • Bakıda dəhşətli yol qəzasının görüntüləri yayıldı – VİDEO
    Bakıda dəhşətli yol qəzasının görüntüləri yayıldı
  • Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIMLAR: MƏXFİ FAKTLAR AÇILDI – FOTO
    Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIML
  • Bakıda BİR GECƏDƏ 12 UŞAQ qəflətən keçinib – Hamı BU XƏBƏRDƏN danışır
    Bakıda BİR GECƏDƏ 12 UŞAQ qəflətən keçinib – Hamı
Neft Fondunun BU ADDIMI manatı bahalaşdıracaq
11 Yanvar 2017 13:48
    Baş manşet
Neft Fondunun BU ADDIMI manatı bahalaşdıracaq











 

“Neft Fondu Mərkəzə Banka il ərzində indiki məzənnə ilə 4,2 milyard dollar köçürəcək. Bu təxminən ayda 352 milyon dollar edir. Hesablamalarımıza əsasən, valyuta bazarının aylıq kəsirinin 300-400 milyon dollar olduğunu yazmışdıq. Deməli, bu transfert gözlənilməz hadisələr (neftin kəskin ucuzlaşması, siyasi böhran, maliyyə panikası və s.) baş verməsə bazarı 2017-ci ildə sakitləşdirə biləcək. Bankların dollar satışı bərpa ediləcək. Qara bazarın əhəmiyyəti azalacaq”.

Bunu publika.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank vəsaitləri bir neçə istiqamətdə istifadə edəcək:

“Ehtiyac yarandıqca hərraca əlavə vəsait çıxartmaq,

Dövlət zəmanətli və bəzi bankların (məsələn, Beynəlxalq bankın) xarici öhdəliklərini qarşılamaq,

Banklara dollar likvidliyi (kredit və ya depozit vasitəsilə) vermək.

Qeyd etdiyimiz kimi valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar. Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil. Problem sistem xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür.”

İqtisadçı bildirir ki, hökumət təxminən 1 il vaxt qazanıb:

“Hətta bu təşəbbüsdən sonra da manatın tam üzməsini iddia etmək olmaz. Manat Mərkəzi Bankın dəstəyi ilə üzməkdə davam edəcək. Bu addımlardan sonra manatın bahaşması real deyil. Ola bilər epizodik bahalaşma baş versin. Amma tendensiya ucuzlaşamq istiqamətində olacaq. Sadəcə Neft Fondunu bu dəstəyi imkan verəcək ki, manat tədricən ucuzlaşsın”.

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject