TANRIDAGI (1)
Bakı
Parçalı Bulutlu Bu gün
7°C / 1°C

TR EN RU   


.
Xəbər Xətti

.
  • İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafizəçisini belə vurdu – VİDEO
    İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafi
  • Türkiyədə partlayış: Ölənlər var
    Türkiyədə partlayış: Ölənlər var
  • Bakıda barda DAVA DÜŞDÜ – Qız onu narahat edən oğlanın GÖZÜNÜ ÇIXARDI
    Bakıda barda DAVA DÜŞDÜ – Qız onu narahat ed
  • “Təcili yardım” xəstəni aparmaqdan İMTİNA ETDİ, nəticədə gənc qız ÖLDÜ – BAKIDA
    “Təcili yardım” xəstəni aparmaqdan İMTİNA ETDİ, nə
  • Abşeronda göl daşdı, evlər su basdı
    Abşeronda göl daşdı, evlər su basdı
  • Gəncədə qadın 1 ərini hamamda, 2-ni evdə saxlayır – ŞOK VİDEO
    Gəncədə qadın 1 ərini hamamda, 2-ni evdə saxlayır
  • Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var
    Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var
  • Bakıda dəhşətli yol qəzasının görüntüləri yayıldı – VİDEO
    Bakıda dəhşətli yol qəzasının görüntüləri yayıldı
  • Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIMLAR: MƏXFİ FAKTLAR AÇILDI – FOTO
    Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIML
  • Bakıda BİR GECƏDƏ 12 UŞAQ qəflətən keçinib – Hamı BU XƏBƏRDƏN danışır
    Bakıda BİR GECƏDƏ 12 UŞAQ qəflətən keçinib – Hamı
“Qızım ölməyib, onu qaçırıblar” – TƏRANƏ MÜƏMMASI BÖYÜYÜR
11 Yanvar 2017 13:12
    Hadisə
“Qızım ölməyib, onu qaçırıblar” – TƏRANƏ MÜƏMMASI BÖYÜYÜR











 

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində 24 yaşlı Təranə Ağayevanın 2012-ci ildə itkin düşməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Gənc qızın qardaşı tərəfindən öldürüldüyü bildirilsə də, bu iddia təsdiqini tapmayıb və polis tərəfindən saxlanılmış Fuad Ağayev sərbəst buraxılıb.

Uşaqların atası Polad Ağayev isə Lent.a-a açıqlamasında Təranənin qətlə yetirilmədiyini, evdən qaçdığını deyib. Oğlunun yanlış məlumat əsasında tutulduğunu və sonradan sərbəst buraxıldığını bildirən ata qızının ölüsünü, ya dirisini tələb edib: “Uşaq bacısını öldürdüyünü yalandan boynuna götürməli olub. Əslində qız ölməyib. Qaçmazdan bir gün əvvəl anasına sahəyə gedəcəyini deyib və həmin vaxtdan yoxa çıxıb. Həmin vaxt Fuad Bakıda olub. Sonra qardaşına zəng edib deyib ki, qaçır. Amma kiminlə getdiyini deməyib. Hələ də dəqiq bilmirik ki, hardadı, kim aparıb, ölüdü, ya sağdı. Qızın dərdindən yoldaşımı infarkt vurdu, rəhmətə getdi”.

***

Lənkəranda 4 il əvvəl itkin düşən bacısını öldürməkdə təqsirləndirilən şəxs həbsdən buraxılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2012-ci ildə itkin düşən 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin tapılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Qızın öldürülməsində şübhəli bilinərək saxlanılan qardaşı Fuad Ağayev isə meyit tapılanadək ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb. O, bu müddət ərzində polis nəzarətində olacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, 2012-ci ildə Lənkəranın Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını daşla döyərək öldürdüyünü və meyitini qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb.

Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən T. Ağayevanın meyiti aşkarlanmayıb.

F. Ağayev daha sonra ifadəsində meyitin qalıqlarını dənizə atdığını deyib.

Hazırda istintaq tədbirləri davam etdirilir. (apa)

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject