TANRIDAGI (1)
Bakı
Çok Bulutlu Bu gün
8°C / 5°C

TR EN RU   


.

Xəbər Xətti
.
  • Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı – FOTOLAR
    Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı
  • Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşınını satdı
    Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşı
  • 45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
    45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
  • İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin başına GÖRÜN NƏ İŞ gəldi – BAKIDA
    İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin
  • İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON STATUSU: “Birdən…”
    İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON S
  • Gəncə-Moskva reysində həyacan – Təhlükəli sərnişin həbs edildi/FOTO
    Gəncə-Moskva reysində həyacan – Təhlükəli sə
  • Gəncə Dövlət Universitetində FACİƏ
    Gəncə Dövlət Universitetində FACİƏ
  • Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib döydülər – VİDEO
    Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib dö
  • Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTLİ FOTOLARI
    Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTL
  • Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili atası yox, bacısının əri çıxdı
    Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili
Ateistdən qırğına çıxan 2 siyasətçiyə İRONİYA: “Məlikməmməd haqlıdır, yoxsa div?”
Ateistdən qırğına çıxan 2 siyasətçiyə İRONİYA: “Məlikməmməd haqlıdır, yoxsa div?”
12 Yanvar 2017 12:51
Font1 Font2 Font3 Font4

 

Deputat Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasında dini mövzuda qalmaqal yaranıb. Tərəflər bir-birlərinin ünvanına ağır ittihamlar səsləndirib.

 

S. Cəlaloğlu F. Mustafanı nurçu olmaqda və məzhəbçilikdə ittiham etmişdi. F. Mustafa isə S. Cəlaloğlunu İranpərəstlikdə suçlayıb, Xomeyninin tör-töküntüsü adlandırıb.

Daha sonra isə tərəflərin qarşılıqlı ittihamları təhqirlə müşayiət edilib.

Mövzu ilə bağlı ateizmi müdafiə edən, tanınmış jurnalist Vüsal Məmmədov Modern.az-a açıqlama verib . O deyib ki,  F. Mustafa və S. Cəlaloğlu eyni ciddiyyətlə və eyni uğurla mübahisə edə bilərdilər.

“Hörmətli Fazil bəy ilə hörmətli Sərdar bəy eyni ciddiyyətlə və eyni uğurla mübahisə edə bilərdilər ki, Məlikməmmədin düşdüyü quyunun dərinliyi neçə metr imiş? Cırtdanı yemək istəyən divin neçə xromosmu olub və Təpəgözün quyruğu var idimi? Sindibad öz səyahəti zamanı ekvatoru hansı istiqamətdə neçə dəfə keçmişdi?”-deyı ironiya ilə bildirib.

V. Məmmədovun fikrincə, bunlar nə qədər real mövzulardırsa, İslam dini də o qədər realdır.

“İslam – sami xalqlarının antik mifologiyası əsasında yaradılmış siyasi ideologiyadır. Onun bizim real həyatımızla, dövlətimizlə heç bir əlaqəsi yoxdur.

Doğrudanmı savadlı insan olan bu iki siyasətçi belə sadə həqiqəti başa düşmürlər? Şəxsən mən onlara bu istiqamətdə yardım etməyə hazıram. Çıxıb mübahisə etmək lazım deyil ki, Məlikməmməd haqlı idi, yoxsa div? Durub demək lazımdır ki, bu, nağıldır, bunu ciddi qəbul etməyin, onun əsasında həyatınızı qurmayın! Mən elə siyasətçi, elə ictimai xadim istəyirəm! Və dövlətə də, cəmiyyətə də o cür şəxslər lazımdır. Bəs deyilmi? Əgər 13 əsrdə bir suala cavab tapılmayıbsa, demək, o sualın özü absurddur, onu qırağa atıb, real işlərlə məşğul olmaq lazımdır. Siyasətçilər, ictimai xadimlər kütləni buna yönəltməyə çalışmalıdırlar”-deyə o qeyd edib.

Jurnalistin fikrincə,  siyasətçilər gəncləri müasir dünyəvi təfəkkürə sahiblənməyə, elmi düşüncə ilə yaşamağa səsləməlidirlər.

“Elmi əsərlərin nəşrinə və yayılmasına çalışmalıdırlar. Mənası olan, cəmiyyətə xeyir verə biləcək ideyaları müzakirəyə çıxarmalıdırlar. Yoxsa ki, nə sünni, nə şiə? Biri cəmiyyətin sol, o biri də sağ ayağına bağlanmış daşdır, bizi irəli getməkdən saxlayır. Qəti əminəm ki, dinə ehtiyac duyan siyasətçi çox zəif siyasətçidir.

Çəkinmədən, mərd-mərdanə həqiqəti demək lazımdır ki, əziz qardaşlar, bəsdir ərəbin çürük siyasi ideologiyası bizim milləti parçaladı! Bəsdir çürük siyasəti “mənəviyyat” adı ilə qəbul etdiniz! Dini qırağa qoyaq, etatizmi, azərbaycançılığı önə çıxaraq, dünyanın öndə gedən xalqlarının sırasına qoşulmaq üçün nə lazımdır – bax, onu müzakirə edək! Bu halda ikisi də haqlı olar. İndi isə ikisi də haqsızdır”.

cooltext184405016019087