TANRIDAGI (1)
Bakı
Çok Bulutlu Bu gün
8°C / 5°C

TR EN RU   


.

Xəbər Xətti
.
  • Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı – FOTOLAR
    Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı
  • Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşınını satdı
    Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşı
  • 45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
    45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
  • İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin başına GÖRÜN NƏ İŞ gəldi – BAKIDA
    İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin
  • İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON STATUSU: “Birdən…”
    İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON S
  • Gəncə-Moskva reysində həyacan – Təhlükəli sərnişin həbs edildi/FOTO
    Gəncə-Moskva reysində həyacan – Təhlükəli sə
  • Gəncə Dövlət Universitetində FACİƏ
    Gəncə Dövlət Universitetində FACİƏ
  • Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib döydülər – VİDEO
    Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib dö
  • Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTLİ FOTOLARI
    Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTL
  • Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili atası yox, bacısının əri çıxdı
    Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili
Fazil Mustafa Sərdar Cəlaloğluna 3 gün VAXT VERDİ: “Sübut etməsə, şərəfsiz deyəcəm!”
Fazil Mustafa Sərdar Cəlaloğluna 3 gün VAXT VERDİ: “Sübut etməsə, şərəfsiz deyəcəm!”
12 Yanvar 2017 12:26
Font1 Font2 Font3 Font4

 

Deputat Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun dini mövzudakı mübahisələri dərinləşib.

 

Qeyd edək ki, S. Cəlaloğlu “Qafqazinfo”ya müsahibəsində Fazil Mustafanı nurçu olmaqda və məzhəbçilikdə ittiham etmişdi. Fazil Mustafa isə S. Cəlaloğlunu İranpərəstlikdə suçlayıb, Xomeyninin tör-töküntüsü adlandırıb.

Fazil Mustafa bu mövzuda yenidən sərt açıqlama ilə çıxış edib:

“Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya Fazil Mustafa deyib ki, bütün şiələr siğədən doğulanlardır. Əhsən İran xüsusi xidmət orqanlarına, düşünüblər ki, mənim üzərimə daha həyasız bir böhtançını salsalar, öz ölkəmizə qarşı hücumlara müqavimətimizi azalda bilərik. Mən isə xeyli konkret adamam”.

Deputat xəbərdarlıq edib ki, Sərdar Cəlaloğluna və onun kimi düşünənlərə üç gün vaxt verir.

“Hansısa kitabımda, məqaləmdə, statusumda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar, bu sözü birbaşa və yalnız  Sərdar Cəlaloğluna aid edəcəyəm. Və hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə şərəfsiz bir böhtançı sözünü işlədəcəyəm.

Çünki bu böhtançı ifadə ilə Sərdar Cəlaloğlu mənim də əziz insanlarımı təhqir edib. Adama Qumdan çox təlimat gələr, açıb bir içərisini oxuyub düşünər ki, nəyi açıqlayım, nəyə susum.

O iddia edir ki, guya bizim tərəfimizdən Azərbaycana Suriya ssenarisi gətirilir. Buna da Suriyada yalançı cihad çağrışları ilə gedənlərə qarşı mövqeyimi ifadə edən bir neçə il ərzindəki yazıları və statusları dərc etməklə cavab verəcəyəm. Bu Qum saatı ilə işləyənlər elə bilirlər ki, yalan və böhtan üzərindən biu ölkədə öz təbliğatlarını genişlədə biləcəklər. Azərbaycanın sağlam düşüncəli vətəndaşları öz dövlətinə və vətəninə sədaqətlə bu ssenarilərin qarşısını almağa qadirdir”-deyə o əlavə edib. (modern.az)

cooltext184405016019087