Gələn həftədən manat bahalaşır – Dolları olanların NƏZƏRİNƏ…

Gələn həftədən etibarən manatın dollar qarşısında bahalaşması başlayacaq.
Turkustan.info Moderator.az-a məlumat verən mənbənin sözlərinə görə, bu gün Mərkəzi Bank sədri Elman Rüstəmov ölkənin bütün bank rəhbərlərinin iştirakı ilə toplantı keçirib.
Toplantının təfərrüatları haqqında heç bir mətbu orqana məlumat verilməsə də bəzi detallar barədə saytımıza məlumat daxil olub. Belə ki artıq sabahdan etibarən bir sıra banklarda dollar satışı bərpa olunmağa başlayır.
Digər banklarda isə dollar gələn həftədən satılacaq və 1 dolların 1.70 azn civarında dəyişəcəyi bildirilir.
Qeyd edək ki, bu qərardan sonra qara bazarda da dolların satışında ucuzlaşma müşahidə olunub. Belə ki, qara bazar iştirakçıları 1.95 ə satdıqları dolları artıq 1.80 azn-ə satmağa başlayıb.