TANRIDAGI (1)

       Bizimlə əlaqə


Bakı
Az Bulutlu Bu gün
25°C / 18°C

TR EN RU   


Xəbər Xətti

.
  • Qadın özünü 8-ci mərtəbədən atdı
    Qadın özünü 8-ci mərtəbədən atdı
  • Yol polisinin qovduğu maşın qəzaya düşdü – Sürücü öldü, ağır yaralı var – VİDEO
    Yol polisinin qovduğu maşın qəzaya düşdü – S
  • Nəhəng ayı tamaşaçılara hücum etdi – VİDEO
    Nəhəng ayı tamaşaçılara hücum etdi – VİDEO
  • Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı – VİDEO
    Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı
  • Bakının gecə klubunda kütləvi dava – Ağır yaralı var
    Bakının gecə klubunda kütləvi dava – Ağır ya
  • Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törətdi – VİDEO
    Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törət
  • Bakıda dəhşətli zəncirvari qəza: Ölənlər və yaralananlar var
    Bakıda dəhşətli zəncirvari qəza: Ölənlər və yarala
  • Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü – VİDEO
    Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü &
  • Bakıda ana və oğul eyni ağacda özlərini asaraq intihar etdi – TƏFƏRRÜAT
    Bakıda ana və oğul eyni ağacda özlərini asaraq int
  • ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! Bankın önündə özünü yandıran şəxsin FOTOSU yayıldı
    ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! Bankın önündə özünü yandır
Keçmiş komandana 13 il
12 Yanvar 2017 14:43
    Xəbər xətti
Keçmiş komandana 13 il













Bu gün Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məhkəmə istintaqı yekunlaşdırılıb və prosesdə çıxış edən dövlət ittihamçısı Şahin Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi yanvarın 13-də davam edəcək. Beləliklə, sabah sabiq komandana hökm oxunacağı gözlənilir. Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb. (virtualaz.org)

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject