TANRIDAGI (1)

       Bizimlə əlaqə


Bakı
Az Bulutlu Bu gün
25°C / 18°C

TR EN RU   


Xəbər Xətti

.
  • Qadın özünü 8-ci mərtəbədən atdı
    Qadın özünü 8-ci mərtəbədən atdı
  • Yol polisinin qovduğu maşın qəzaya düşdü – Sürücü öldü, ağır yaralı var – VİDEO
    Yol polisinin qovduğu maşın qəzaya düşdü – S
  • Nəhəng ayı tamaşaçılara hücum etdi – VİDEO
    Nəhəng ayı tamaşaçılara hücum etdi – VİDEO
  • Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı – VİDEO
    Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı
  • Bakının gecə klubunda kütləvi dava – Ağır yaralı var
    Bakının gecə klubunda kütləvi dava – Ağır ya
  • Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törətdi – VİDEO
    Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törət
  • Bakıda dəhşətli zəncirvari qəza: Ölənlər və yaralananlar var
    Bakıda dəhşətli zəncirvari qəza: Ölənlər və yarala
  • Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü – VİDEO
    Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü &
  • Bakıda ana və oğul eyni ağacda özlərini asaraq intihar etdi – TƏFƏRRÜAT
    Bakıda ana və oğul eyni ağacda özlərini asaraq int
  • ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! Bankın önündə özünü yandıran şəxsin FOTOSU yayıldı
    ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! Bankın önündə özünü yandır
“KVN”də Qarabağ qalmaqalı – FOTO
12 Yanvar 2017 15:26
    Xəbər xətti
“KVN”də Qarabağ qalmaqalı – FOTO













 

İki gündür ki, Rusiyanın Şoçi şəhərində start götürən “KVN – 2017” festivalı Azərbaycanda müzakirələrə səbəb olub.

 

Belə ki, festivala Qondarma Dağlıq Qarabağ Respublikasından da komanda dəvət olunub.

Qondarma DQR-nin “С хлебом и солью” (Duzlu-çörəkli) komandasını festivala klubun rəhbəri Aleksandr Maslyakov özü dəvət edib.

Hətta qrup dəvət məktubunun fotosunu sosial şəbəkədəki səhifələrində paylaşıb. “С хлебом и солью” dəvət üçün rəhbərliyə təşəkkür edib.

Bundan sonra festivalın saytında komanda rəsmi olaraq siyahıya salınıb.

Şən və Hazırcavablar Klubunun bu addımı Azərbaycan mediasında və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

“DQR” klubunun rəhbəri Georgi Avetisyan azərbaycanlıların sərt reaksiyasına münasibət bildirib.

O qeyd edib ki, KVN hər zaman siyasətdən kənar olub:

“Bu, bizim komanda üçün sayca 3-cü festivaldır. Ümid edirik ki, uğurlu çıxımız olar, yüksək tura keçə bilərik. Belə hal birinci dəfə deyil. Biz siyasətin içində deyilik. Ümumiyyətlə, KVN həmişə siyasətdən uzaq olub. Bu cür hallara heç bir reaksiya vermirik”.

Qafqazinfo mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Onlar məsələyə şərh bildirməyiblər.

Xatırladaq ki, festival yanvarın 23-ə kimi davam edəcək. (qafqazinfo)

 

  • "KVN"də Qarabağ qalmaqalı - FOTO
  • "KVN"də Qarabağ qalmaqalı - FOTO
cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject