TANRIDAGI (1)

       Bizimlə əlaqə


Bakı
Az Bulutlu Bu gün
25°C / 18°C

TR EN RU   


Xəbər Xətti

.
  • Qadın özünü 8-ci mərtəbədən atdı
    Qadın özünü 8-ci mərtəbədən atdı
  • Yol polisinin qovduğu maşın qəzaya düşdü – Sürücü öldü, ağır yaralı var – VİDEO
    Yol polisinin qovduğu maşın qəzaya düşdü – S
  • Nəhəng ayı tamaşaçılara hücum etdi – VİDEO
    Nəhəng ayı tamaşaçılara hücum etdi – VİDEO
  • Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı – VİDEO
    Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı
  • Bakının gecə klubunda kütləvi dava – Ağır yaralı var
    Bakının gecə klubunda kütləvi dava – Ağır ya
  • Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törətdi – VİDEO
    Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törət
  • Bakıda dəhşətli zəncirvari qəza: Ölənlər və yaralananlar var
    Bakıda dəhşətli zəncirvari qəza: Ölənlər və yarala
  • Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü – VİDEO
    Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü &
  • Bakıda ana və oğul eyni ağacda özlərini asaraq intihar etdi – TƏFƏRRÜAT
    Bakıda ana və oğul eyni ağacda özlərini asaraq int
  • ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! Bankın önündə özünü yandıran şəxsin FOTOSU yayıldı
    ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! Bankın önündə özünü yandır
Şən və Hazırcavablar Klubunun festivalına Qarabağ da dəvət olunub
12 Yanvar 2017 00:00
    Gündəm
Şən və Hazırcavablar Klubunun festivalına Qarabağ da dəvət olunub













 

 

Yanvarın 10-da Rusiyanın Soçi şəhərində Şən və Hazırcavablar Klubunun (ŞHK) sayca 28-ci “KiViN-2017” beynəlxalq festivalı start götürüb. Bu yarışda müxtəlif ölkələrin komandaları ilə yanaşı, “Bakı yığması” adlı Azərbaycan komandası da iştirak edir. Lakin ölkəmizdən Soçiyə, belə demək mümkünsə, daha bir komanda dəvət alıb – bu, Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən “Duzlu-çörəkli” komandasıdır.

ŞHK Beynəlxalq ittifaqının prezidenti Aleksandr Maslyakov tərəfindən Qarabağ komandasının yarışa dəvət alması ölkəmiz üçün, yumşaq desək, gözlənilməz addım olub.

Bu məlumatı təsdiqləmək üçün “Sputnik Azərbaycan” agentliyi “AMiK” Televiziya yaradıcılıq birliyinə müraciət edib. Orada xəbəri heç cür şərh etməyiblər, sadəcə olaraq, bildiriblər ki, əgər komandanın adı siyahıda varsa, birmənalı şəkildə yarışda iştirak edir.

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, lakin onun ərazisində qondarma “DQR” yaradılıb və bu separatçı qurum dünyanın heç bir ölkəsi tərəfindən tanınmır.

Təəssüf ki, nə yerli “Bakı yığması” komandamız, nə agentliyin müraciət etdiyi Milli Məclisin deputatları bu məlumatı şərh etmək istəməyiblər. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində məsləhət görüblər ki, şərh üçün Xarici İşlər Nazirliyinə müraciət edilsin. XİN isə “topu” yenidən mədəniyyət nazirliyi tərəfə ötürüb.

Vəziyyətlə bağlı əfsanəvi “Bakılı oğlanlar” komandasının ən parlaq üzvlərindən biri, Azərbaycanın əməkdar artisti Tahir İmanov fikrini bildirib: “Necə düşünürsünüz, əsli Qarabağdan olan adam bu xəbərə necə reaksiya verə bilər? Əlbəttə ki, mən onların festivalda iştirakının əleyhinəyəm! Mən prezidentimiz İlham Əliyevin siyasətini tamamilə dəstəkləyirəm: separatçı rejimə aid olan hər şey bütün beynəlxalq konvensiyaların kobud pozuntusudur”.

İmanovun fikrincə, “Bakı yığması” Soçidəki festivalda etirazını bildirməlidir. Artist qeyd edib ki. belə vəziyyətlərdə “Bakılı oğlanlar”ın kapitanı Anar Məmmədxanovun həyatda olmamasına heyfsilənir. Əgər o sağ olsaydı, bu cür hadisə baş verə bilməzdi, çünki Məmmədxanov təkcə ölkəmizdə deyil, bütünm beynəlxalq ŞHK aləmində böyük nüfuza malik idi. (virtualaz.org)

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject