TANRIDAGI (1)

       Bizimlə əlaqə


Bakı
Az Bulutlu Bu gün
14°C / 9°C

TR EN RU   


Xəbər Xətti

.
  • Bakıda inanılmaz olay: Günlərlə anasının meyiti ilə yaşadı
    Bakıda inanılmaz olay: Günlərlə anasının meyiti il
  • Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yaralanan var – FOTO
    Azərbaycan sərhədçiləri qəzaya düşüb: Ölən və yara
  • Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü – Bakıda dəhşət
    Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldür
  • Bakı metrosunda dəhşətli hadisə – Sərnişin qatar relslərinin üzərinə düşdü – FOTO
    Bakı metrosunda dəhşətli hadisə – Sərnişin q
  • Bakıda silahlı insident: Yaralı var
    Bakıda silahlı insident: Yaralı var
  • Goranboyda müəmma: Naməlum şəxslər evləri yandırır
    Goranboyda müəmma: Naməlum şəxslər evləri yandırır
  • SON DƏQİQƏ: Türkiyədə içində 12 nəfər olan helikopter qəzaya uğradı – VİDEO
    SON DƏQİQƏ: Türkiyədə içində 12 nəfər olan helikop
  • Bakıda dəhşətli intihar dalğası: 4 kişi özünü öldürdü
    Bakıda dəhşətli intihar dalğası: 4 kişi özünü öldü
  • Azərbaycanda NAZİR MÜAVİNİ işləmiş qadın intihar etdi
    Azərbaycanda NAZİR MÜAVİNİ işləmiş qadın intihar e
  • Bakıda yol qəzasında yanaraq ölən şəxs “MTN işi”ndə zərərçəkən imiş
    Bakıda yol qəzasında yanaraq ölən şəxs “MTN işi”nd
“Sən Yaşa Azərbaycan” sədaları İranı titrətdi – VİDEO
12 Yanvar 2017 00:31
    Dünya
“Sən Yaşa Azərbaycan” sədaları İranı titrətdi – VİDEO













Təbrizin “Traxtur” futbol klubunun azarkeşləri maraqlı addım atıb. 
Məlumata görə, klub azarkeşləri “Sən yaşa Azərbaycan” mahnısını bir ağızdan səsləndirib. “Traktur” klubunun azarkeşləri tez-tez bu cür öz klublarına daəstəklərini nümayiş etdirir.
“Traktur”un azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. Klub hər il ardıcıl olaraq ən çox tamaşaçısı olan komanda seçilir. Traktorsazi klubunun prezidentinin dediklərinə görə 2010-cu ildə bu klubun 482 min rəsmi azarkeşi olub. Hazırda bu klub İranda yaşayan azərbaycanlıların kimlik mübarizəsinin simvollarından birinə çevrilib.
Klubun azarkeşləri sevimli komandalarına hətta səfər oyunlarında da rəqib komandanın stadionuna axışmaqla böyük dəstək olurlar. Təkcə əhalisinin 97 faizə qədəri azərbaycanlı olan Təbrizdə deyil, paytaxt Tehran da daxil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. Xüsusilə, Tehranın “İstiqlal” və “Persepolis” futbol komandaları ilə səfər oyunlarında Tehranın 100 minlik stadionuna toplaşan azarkeşlərin ən azı yarısı “Traktur”u alqışlayır.
İranda futbol stadionuna tamaşaçı toplamaq rekordu da “Traktur”a məxsusdur: İranın yüksək futbol liqasının oyunları çərçivəsində “Traktur”un Təbrizin doğma Səhənd stadionunda Şirazın “Muqavimət Sipası” komandasına qarşı keçirdiyi oyuna stadionun tutumundan daha artıq azarkeş gəlib və bəzi mənbələrə görə sayı 110-150 min arası olan bu azarkeşlər öz doğma komandalarına hətta ətrafdakı təpələrin üzərinə çıxaraq azarkeşlik ediblər. “Traktur” İran milli futbol çempionatının yüksək liqasının 2010-2011-ci il mövsümündə ən güclü azarkeş dəstəyinə malik komandası olub. Orta hesabla Təbrizin Səhənd stadionuna bu komandanın hər oyununa tamaşa etmək üçün 60 min azarkeş toplaşır. (baku.ws)

cooltext184405016019087
Yuxarı Geri Başlağıc
Shares
CrestaProject