TANRIDAGI (1)
Bakı
Çok Bulutlu Bu gün
8°C / 5°C

TR EN RU   


.

Xəbər Xətti
.
  • Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı – FOTOLAR
    Şamaxıda sürüşmə 400 evə ziyan vurdu, yol dağıldı
  • Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşınını satdı
    Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqlayıb maşı
  • 45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
    45 yaşlı azərbaycanlı Kiyevdə donaraq öldü
  • İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin başına GÖRÜN NƏ İŞ gəldi – BAKIDA
    İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin
  • İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON STATUSU: “Birdən…”
    İmtahandan sonra ölən tələbənin ÜRƏKDAĞLAYAN SON S
  • Gəncə-Moskva reysində həyacan – Təhlükəli sərnişin həbs edildi/FOTO
    Gəncə-Moskva reysində həyacan – Təhlükəli sə
  • Gəncə Dövlət Universitetində FACİƏ
    Gəncə Dövlət Universitetində FACİƏ
  • Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib döydülər – VİDEO
    Yol polisi ÖSBAŞINALIĞI – Vətəndaşı təhqir edib dö
  • Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTLİ FOTOLARI
    Qırğızıstanda baş vermiş təyyarə qəzasının DƏHŞƏTL
  • Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili atası yox, bacısının əri çıxdı
    Salyanda 5 ay əvvəl meyiti tapılan qadının qatili
Soyuqdəymə zamanı bunları İÇMƏYİN!
Soyuqdəymə zamanı bunları İÇMƏYİN!
12 Yanvar 2017 00:18
Font1 Font2 Font3 Font4

 

Soyuqdəymə və qrip zamanı mayenin düzgün qəbulu sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir.

Əksinə isə iştaha olmadıqda zorla qida qəbul etmək tövsiyə olunmur. Bu zəiflənmiş orqanizmi artıq yükləyir, xəstəliklə mübarizə etməyə mane olur.
Mayenin qəbulu nə üçün bu qədər önəmlidir?

Bədənin hərarəti qalxdıqda orqanizm hərarəti salmaq üçün qoruyucu mexanizmi olan tərləməni işə salır. Güclü tərləmə nəticəsində orqanizmdə susuzlaşma inkişaf edir. Susuzlaşma insanın bütün orqan və sistemləri üçün çox ziyanlıdır. Bu səbəbdən xəstə daim mayenin itkisini bərpa etməlidir.

Digər tərəfdən maye xəstəlik zamanı orqanizmdə əmələ gələn toksinlərin çıxmasını sürətləndirir ki, nəticədə xəstənin vəziyyəti yüngülləşir və xəstəlik daha tez keçir.

Xəstəlik zamanı burun, boğaz, nəfəs yollarının selikli qişalarının daim nəm olması çox vacibdir. Selikli qişalar immun sisteminin “ön cəbhəsidir”. Selikli qişalara düşən virus və mikroblar burada məhv olur. Susuzlaşma zamanı selikli qişalar normal fəaliyyət edə bilmir və bu da sağalmanı ləngidir.

Nə içmək lazımdır?

Bu çox vacib məsələdir. Maye ilıq (nə soyuq, nə də isti) və bir qədər turş olmalıdır. Şirin içkiləri (şirələr və s.) qəbul etmək tövsiyə edilmir. Sübut olunub ki, şəkər immun sistemini zəiflədir. Bu isə xəstəlik zamanı xüsusilə ziyanlıdır.

Çay, qəhvə, bir çox ot çayları, spirtli içkilərin qəbulu da yolverilməzdir. Onlar sidikqovucu təsirə malikdir və susuzlaşmanı daha da artırır.

Beləliklə, soyuqdəymə və qripp zamanı bunları içə bilərsiniz: limon və ya portağal suyu əlavə olunmuş adi su, mineral sular (müalicəvi sular istisna olmaqla), itburnu dəmləməsi, balla zəncəfil çayı, zoğal və ya moruq mürəbbəsi əlavə olunmuş ilıq su. (saglamolun.az)

cooltext184405016019087