Gün: İyun 30, 2017

Bəzi binalarda məskunlaşan məcburi köçkünlər köçürüləcək

“Azərbaycanda bir çox peşə təhsili müəssisələrinin təkcə yataqxanaları deyil, əsas tədris korpusları belə məcburi köçkünlər tərəfindən tutulub. Artıq ölkə rəhbərliyi tərəfindən bu sahədə müvafiq tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib və yəqin ki, bu yaxınlarda həmin məktəblərin boşaldılması və onların yenidən qurulması işlərinə başlanılacaq”. Bunu APA-ya Təhsil Nazirliyi yanında Peşə […]

“Əgər dünyanı bir insan olaraq təsəvvür etsək o indi çox ağır xəstədir…”

Qənirə Paşayeva işğalçı Ermənistanın nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun dayandırılmasını tələb etdi… Millət vəkili Q.Paşayeva AŞPA-da “Azad müzakirələr” zamanı çıxış edərək işğalçı Ermənistanın nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun dayandırılmasını tələb edib: “Dəyərli dostlar, Ermənistan AŞPA-nın qəbul etdiyi və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağıran 1416 saylı qətnamənin həyata […]

Azərbaycanda dəhşətli hadisə – Oğul 70 yaşlı anasını dəfələrlə zorladı və…

Hadisə Qobustan rayonunda baş verib. Turkustan.info-nun Mynews.az-a istinadən verdiyi məlumata görə bir neçə gün əvvəl, 27 yaşlı oğlan qan içində xəstəxanaya yerləşdirilib. Xəstəxana işçilərinin verdiyi açıqlamadan aydın olub ki, həmin oğlan anasından onu evləndirməyini tələb edib. Anası isə oğlunun bu istəyinə məhəl qoymayıb. “Səni kimi narkomana kim qız verər? Mən […]

“Azərbaycan Belarus deputatları ilə Avronest arasında vasitəçi rolunu oynaya bilər”

Azərbaycanın Avronest Parlament Assambleyasında (PA)  nümayəndə heyətinin üzvü, deputat Ağalar Vəliyev Avronest PA-nın Belarus Üzrə İşçi Qrupunun iclasında iştirak etmək üçün iyun ayının 28-də Belçikanın paytaxtı Brüsseldə səfərdə olub. Avropa Parlamentində keçirilən iclasda həmçinin Avronest PA-nın üzvləri Ukrayna, Moldova, Ermənistan və Avropa Parlamentinin deputatları, diplomatlar, Avropa İttifaqı komissiyasının rəsmiləri və […]

Sürücülər, DİQQƏT: Sabah cərimələnə bilərsiniz – Yeni qaydalar…

Sabahdan etibarən yol hərəkəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Turkustan.info xəzərxəbər-ə istinadla məlumat verir ki, digər nəqliyyat vasitələrinə və piyadalara konkret mane olmayan avtomobil evakuatorla cərimə meydançasına aparılmayacaq. Bu, ötən ilin dekabr ayında ”Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyşiklikdə öz əksini tapıb. Sabahdan həmin qanun […]

Polis Bakıda qadının zorla qaçırılması ilə bağlı araşdırma apardı

İyunun 29-da bir bəzi xəbər portallarında Nərimanov rayonu ərazisində qadının zorla avtomobilə əyləşdirilməsi ilə bağlı yayılmış videogörüntülər araşdırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, araşdırmalar zamanı müəyyən edilib ki, həmin gün səhər saat 7.00 radələrində Bakı şəhər sakini Elnur Həsənov (ad şərtidir) idarə etdiyi “VAZ-21154” markalı avtomaşınla tanışı, Bakı […]

Tramp Ərdoğana zəng edib – Danışığın detalları açıqlanmır

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Prezidentlərin telefon danışığı 40 dəqiqə çəkib. Hələlik liderlərin telefon danışığının detalları açıqlanmayıb. Məlumata görə, Ərdoğan Trampdan sonra rusiyalı həmkarı Vladimir Putinlə də telefon əlaqəsi saxlayacaq.

Pensiya yaşı sabahdan 65-ə qaldırılır

Proses mərhələli şəkildə olacaq “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik sabahdan etibarən qüvvəyə minir. Turkustan.info İstiPress-ə istinadən xəbər verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının […]

Dörd bankın əmlakı satışa çıxarıldı: Bina, avtomobil…

Ləğv prosesində olan banklardan dördünün bəzi əmlakları satışa çıxarılıb. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. Məlumata görə, ləğv prosesində olan ”Texnikabank” ASC-nin balansında olan 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsini, ləğv prosesində olan ”Royalbank” ASC-nin balansında olan qeyri yaşayış binası, həmçinin ləğv prosesində olan ”Royal […]

Dünyanın görmək və çözmək istəmədiyi Qarabağ problemi

Coğrafi baxımdan Rusiya, Türkiyə və İran üçbucağında yerləşən Azərbaycan İran və Rusiya ilə ümumi tarixə, Türkiyə ilə etnik mənsubiyyətə malikdir. Hər üç ölkənin də burada maraqları olduğu  həqiqətdir. Bütün zamanlarda Azərbaycan torpaqlarını işğal edən Rusiya bunu Ermənistanın adı ilə həyata keçirmiş, ermənilərdən şirma kimi istifadə etmişdir. Yəni bir əsrdən çoxdur […]

“Namaz qılan idi, amma həmin gün çox içmişdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində barda adam öldürməkdə təqsirləndirilən Xəyyam Paşayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Turkustan.info-nun “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib. Şahid Könül Əliyeva ifadə verərək tez-tez barlara getdiyini, həmin gün isə X.Paşayevi 2 barda gördüyünü deyib: “Əvvəl rəfiqəm Xəyalə […]

Tanınmış naşir Bəhruz Axundov dünyasını dəyişdi

İYULUN 1-DƏ SAAT 12.00-DA “TURAL” MƏRASİM EVİNDƏ MƏRHUMLA VİDA MƏRASİMİ KEÇİRİLƏCƏK Tanınmış naşir, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin baş direktoru Bəhruz Axundov uzun sürən xəstəlikdən sonra iyun ayının 30-da dünyasını dəyişib. Mərhumla vida mərasimi iyulun 1-də saat 12.00-da Bakı şəhəri Nərimanov rayuonundakı “Tural” mərasim evində […]

“Facebook” işçilərinin vəzifələri və maaşları – SİYAHI

 2 milyarda yaxın istifadəçisi olan “Facebook” sosial şəbəkəsində işləmək yüksək texnoloji savad tələb edir. Üstəlik bu işin çətinliyi və maraqlılığı da şübhəsizdir. Şirkətin qurucusu Mark Zükerberq Amerikada ən tanınmış idarəçilərdən biridir. Yüksək maaş qazanmaq üçün Facebook ideal məkanlardan biridir, ancaq əlbəttə ki, əgər kompyuter mühəndisisinizsə. Turkustan.info axsam.az-a istinadən “Facebook” işçilərinin […]

8 yaşlı uşaq transformatorun içindən ölü tapıldı – TƏFƏRRÜATLAR+VİDEO

“Transformator bərbad vəziyyətdədir, hasara alınmalıdır, qıfıllanmalıdır” Lənkəran rayonunun Göyşaban kəndində bədbəxt hadisə baş verib. Turkustan.info xəbər verir ki, 8 yaşlı kənd sakini Zaur Nuriyevi evdə tapa bilməyən valideynləri onun axtarışına çıxıblar. Azyaşlının cəsədi sakinlər tərəfindən kəndin mərkəzində quraşdırılan transformatorun içindən aşkar olunub. Mühafizə olunmayan transformatorun yaxınlığında oynayan azyaşlının gizlənmək məqsədi ilə […]

Müəllimlərin işə qəbulu: BAŞLADI

Müəllimlərin işə qəbulu üzrə müraciətlərə start verilib.  İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır. Bu proses iyunun 14-dək davam edəcək. Turkustan.info xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Hacızadə bu barədə məlumat verib. O deyib ki, müsabiqədə […]

Milli Məclisdən ŞAD XƏBƏR: Azərbaycanda işsizlərə pul veriləcək – Qanun layihəsi qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. A24.Az xəbər verir ki, layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, 4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu […]

Mobil telefon istifadəçilərinə ŞAD XƏBƏR

Artıq pulunuzu oğurlaya bilməyəcəklər. Mobil telefon istifadəçilərinin istəmədən qoşulduqları abunəliklərin qarşısı alınır. Milyonlarla mobil telefon istifadəçisininin cibinə və əsəblərinə zərər yetirən “abunə” fırıldağının sonu çatdı. Ümumdünya İnformasiya Texnologiyaları və Kommunikasiya Agentliyi (BTK), istehlakçıların internetdən istifadə edərkən tələb və razılığı olmadan spam abunə reallaşdırıldığı “əlavə dəyərli xidmətlər”lə əlaqədar dəyən zərərin qarşısını almaq üçün “təsdiq”i əlavə edir. “Təsdiq” düyməsi bu gündən […]

Milli Məclis deputatlara qadağaları nəzərdə tutan qanunu qəbul etdi

Yeni qanun layihəsi 13 maddədən ibarətdir. Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə edilib. Turkustan.info-nun xəbərinə görə, parlamentdə hazırlanan yeni qanun layihəsi 13 maddədən ibarətdir. Qanun layihəsi Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin […]

Qubada “Təhsil cəmiyyət həyatında prioritet sahədir” layihəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Quba rayonunda “Təhsil cəmiyyət həyatında prioritet sahədir” lahiyəsi ilə əlaqədar olaraq 2 günlük (09-10 iyun 2017-ci il) təlim keçirilib Layihənin məqsədi təhsilin şagird və tələbələr arasında təbliğinin vacibliyi, onun […]

Milli Məclis dövlət büdcəsinə dəyişiklikləri təsdiq etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilib. Turkustan.info APA-ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və maliyyə naziri Samir Şərifov yenidən baxılan 2017-ci il dövlət büdcəsi barədə məlumat […]

Aparıcı canlı yayımda huşunu itirdi – VİDEO

Pakistanda Fitr bayramı münasibətilə təşkil edilmiş tədbirin aparıcısı canlı yayımda qəflətən huşunu itirib. Turkustan.info xarici KİV-ə istinadla xəbər verir ki, ilkin olaraq onun səs tonu dəyişib, daha sonra üzündə qorxu ifadəsi yaranıb. Bundan sonra sakitcə başını aşağı salıb və yıxılıb. Ətrafda olanlar onun yorğunluqdan təzyiqinin düşdüyünü düşünüblər, ancaq sonradan məlum olub ki, o, günvurmadan boğulub. […]

“Heydər Əliyev, Rəsulzadə və Elçibəyin adına universitetlər yaradılsın” – TƏKLİF

Millət vəkili Qüdrət Həsənquliyev Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını daşıyan üç universitetin yaradılması təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib ki, […]

Növbəti bahalaşma başladı: Avronun məzənnəsində sıçrayış qiymətləri artırdı

Son günlər bir sıra məshullarda, o cümlədən də maşın bazarında qiymət artımı müşahidə edilir. Dolların məzənnəsinin son günlər sabit qalmasına baxmayaraq, avroda olan bahalaşma qiymət artımlarını labüd edib. Maraqlıdır, avro ilə bağlı növbəti gözləntilər nədir? İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. O bildirib ki, avronun bahalaşması bir neçə […]

Ehtiyac meyarı artırılır

Bu gün Milli Məclisin növbədənkənar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsinə başlanılıb. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirdi ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının […]

Ziyafət Əsgərov: “Ölkədə 100 min nəfərə 6 hakim düşür, sayını artırmaq lazımdır”

“Azərbaycanda məhkəmələrə göstərilən diqqət bu sahəyə inamı artırıb. Məhkəmədə işlərin sayı xeyli artıb. Hakimlər işlərinin vəzifəsindən layiqincə gəlməyə çalışırlar. Lakin bütün bunlara baxmayaraq, yeni çağırışları nəzərə alaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir”. Turkustan.info xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin növbədənkənar […]

Azərbaycanda deputatlığa keçmiş namizəd həbs edildi

Azərbaycanda axtarışda olan qadın tutulub. APA xəbər verir ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1968-ci il təvəllüdlü Şirəlizadə Xalidə Hüseynəli qızı saxlanılıb. Qeyd edək ki, Xalidə Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.

Aqrar Universitetlə Çinin akademiyası arasında memorandum imzalandı

Çin Xalq Respublikasının Şandon əyalətinin Tzinan şəhərində “Bir kəmər-bir yol” strategiyasıçərçivəsində “ Şandon əyalətinin və 5 Mərkəzi Asiya ölkəsinin aqrotexniki əməkdaşlığı üzrə Forumu”nda Azərbaycan Dövlət Aqrar Universiteti ilə bu əyalətin Kənd Təsərrüfatı Elmləri Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Akademiyanın Prezidenti Van Şubo və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru, dosent Anar Hətəmov imzalayıb. Memorandumda birgə […]

Toğrulu Azərbaycandan kim küsdürdü? – İnanılmaz səbəblər

Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə millimizin üzvü, olimpiya çempionu Toğrul Əsgərov Azərbaycan yığmasından imtina edib və Türkmənistan yığmasının heyətində çıxış edəcək. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.  Turkustan.info-nun “Qafqazinfo”-ya istinadən əldə etdiyi məlumata görə, T.Əsgərovun getməsinin əsas səbəblərindən biri Azərbaycan Güləş Federasiyası ilə arasında olan problemlərdir. Bildirilir ki, 9 […]

Bu gün SON 30 İLİN ən isti günü olacaq – XƏBƏRDARLIQ

Bu gündən etibarən Şimali Afrika üzərindən gələcək hava kütlələrin təsiri ilə Türkiyədə havanın tempuraturu 10 dərəcə yüksələcək. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, anomal istilərlə son 30 ilin rekordunun qırılması gözlənilir. Havanın tempuraturunun Ankara, Bursa və Malatyada 40, İstanbulda 37, İzmir və Adanada 41, Balıkesir, Ədirnə və Antalyada 42, […]

Dolların bu günə olan məzənnəsi…

Azərbaycan Mərkəzi Bankı 30 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb. Turkustan.info xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, iyunun 30-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7021 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,9474 manat təşkil edir. 1 türk lirəsi 0,4829 manat, 1 rus rublu 0,0287 […]

Bakıda torpağın qiyməti bahalaşıb

Ötən ay Bakıda torpaq bazarında 0,6 faiz qiymət artımı qeydə alınıb. Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, Bakıda torpaq bazarında bu il ərzində qiymət artımı 11,5 faiz təşkil edib. Ekspert bildirib ki, yaz aylarında adətən danşınmaz əmlak bazarında […]

Evdə ruh göründü: “Axund deyib ki, atanın ruhudur”

Otaq yoldaşı onun fotosunu çəkdi, lakin arxa fonda duman formasında naməlum insan silueti kadra düşdü. Bir neçə gün bundan öncə mediada yayılan fotonun ilginc məqamları üzə çıxıb. Turkustan.info bildirir ki, bu barədə big.az-a danışan Nigar Səfərova fotonun və həmin naməlum dumanın kadra tuş gəlməsindən söz açıb: “Şəkildəki mənim otaq yoldaşımdır. […]

Azərbaycanda möhtəşəm sərgi

Beynəlxalq Hədiyyələr Sərgisi keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq, 27-28 oktyabr tarixlərində “Boulevard Hotel Baku” otelində 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr “GIFT FAIR 2017” sərgisi keçiriləcək. “Caspian Event Organisers”dən İstiPress-ə verilən məlumata görə, “GIFT FAIR” sərgisində istənilən növ və çeşiddə hədiyyələr təklif olunacaq. Burada VIP səviyyəli hədiyyələrlə yanaşı, sevdiyiniz insanlar və dostlarınız […]

Seks oyuncağı gənc qızın başına bəla oldu – ƏMƏLİYYATDAN FOTOLAR

İngiltərədə Qərbi Sussexdə yaşayan 20 yaşlı Emilya Georgia sevgilisi ilə cinsi əlaqə zamanı istifadə etdikləri seks oyuncağı sevgilisinin  arxasından keçərək düz bağırsağlarına gedib. Panikaya düşən cütlük paslanmaz poladdan düzəldilmiş oyuncağı çıxarmaq üçün müxtəlif yollar arayıb. Bu cəhdlər isə dəmir əşyanın daha da dərinə getməsinə səbəb olub. Emilyanın əşyanı təbii yolla […]

Akko şəhərinin meri: Mən Azərbaycan xalqını dəstəkləyirəm

Azərbaycan Respublikası əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi ölkə və İslam dünyasında tərəqqinin əsl mayakıdır. Dəfələrlə demişəm, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində mən Azərbaycan xalqının tərəfindəyəm. 2016-cı ilin aprel hadisələri bir daha sübut etdi ki, Azərbaycan qeyri-müəyyən status-kvonu qəbul etməyəcək və buna görə hesab edirəm ki, Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüquq […]

Türkiyənin Suriyada PKK/YPG terrorçularına qarşı böyük əməliyyatının vaxtı bəlli oldu – Ordu əmr gözləyir

Türkiyə Silahlı Qüvvələri həftə sonu PKK-nın Suriya qolu PYD/YPG-nin işğal etdiyi Afrində böyük əməliyyat həyata keçirəcək. Turkustan.info xəbər verir ki, bu haqda Türkiyənin hökumətə yaxın “Yeni Akit” qəzeti məlumat yayıb. Qəzet hərbi mənbələrə istinadən həftə sonu PYD-nin əlindəki Afrində “Fərat Qalxanı” kimi böyük bir əməliyyatın keçirəcəyini və şəhərin terrorçulardan azad […]

Sabah “ilin toyu”dur: 260 şəxsi təyyarə, 300 cangüdən, 700 qonaq

“Barselona”nın ulduzu Lionel Messinin nişanlısı Antonella Rokkuzzo ilə toyuna son hazırlıqlar görülür. Turkustan.info-nun Apasport.az-a istinadən məlumatına görə, Leonun anadan olduğu Rosario şəhərində sabah təşkil olunacaq toy mərasiminə dünyanın müxtəlif ölkələrindən qonaqlar təşrif buyuracaqlar. İspaniya mediası məlumat yayıb ki, “ilin toyu” üçün dəvətlilər 260 şəxsi təyyarə ilə Rosarioya yollanacaq. Artıq dünən 12 şəxsi təyyarə Rosario […]

Aprel şəhidi Əbdülməcidə həsr edilmiş “Savaşçı” kitabı təqdim olundu – FOTOLAR 

Jurnalist-yazar Nigar İsmayılqızının ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Əbdülməcid Axundovun əziz xatirəsinə həsr etdiyi “Savaşçı”(aprelin izi ilə…) kitabı oxuculara təqdim olunub.  Öncə məlumat verək ki, Nigar İsmayılqızı “Savaşçı”(aprelin izi ilə… ) kitabında şəhid Əbdülməcid Axundovun həyat hekayəsini qələmə alıb. Kitabda Ə.Axundovun Azərbaycan Milli Ordusunda xidmət etdiyi müddətdə göstərdiyi […]

Evində odlu silah düzəldən 78 yaşlı kişi tutuldu – VİDEO

Evində odlu silah düzəldən 78 yaşlı kişi polis tərəfindən saxlanılıb. Xəzər TV xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Bakir Verdiyevi odlu silah hazırlaması barədə məlumat daxil olan kimi şübhəli şəxs qismində saxlayıblar. Onun evindən iki ədəd müxtəlif çaplı odlu silah və onlara məxsus patronlar aşkarlanıb. 78 yaşlı Bakir […]