Gün: İyul 4, 2017

Avtobus sürücüsü sükan arxasında ləzginka oynadı – VİDEO

Rusiya polisi Moskvada sükan arxasında ləzginka oynayan sürücünün şəxsiyyətini müəyyən edib. Turkustan.info-nun Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Rusiya DİN-nin rəsmi saytında məlumat verilir. Hadisənin videosu iyunun 4-də sosial şəbəkələrdə yayılıb. Kabardin-Balkar Respublikasının sakini rəqs zamanı hətta oturacaqdan da durur. Videoda görünür ki, avtobus yüksək sürətlə hərəkət edir. Polis müəyyən […]

SON DƏQİQƏ: Ermənilər Alxanlını atəşə tutdu, 2 dinc sakin öldü, yaralılar var – Cavab tədbirləri görülür

Bir qədər əvvəl Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin ciddi təxribatı qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə bu dəqiqəyə olan məlumata görə, kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var. Kəndin […]

Bakıda maşın qiymətinə helikopter satılır – VİDEO

İnternet saytlarının birində yerləşdirilən bu elanlarda Bakıda son model helikopterlərin satışı həyata keçirilır. Qiymətlər isə 55 min manatdan başlayaraq ölçüsünə və istehsal ilinə görə dəyişir. Turkustan.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, elanda məkan olaraq Bakı göstərilsə də, satıcı helikopterlərin sifarişlə gətirildiyini deyir. Onun sözlərinə görə, sənədləşmə helikopter gətiriləndən sonra həyata […]

Ermənistana məxsus hərbi hissədə partlayış: Üç əsgər yaralandı

Partlayış taktiki məşğələ zamanı olub. Hərbi hissədə partlayış nəticəsində Ermənistan ordusunun üç əsgəri yaralanıb. Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə Ermənistan ordusunun hərbi hissələrindən birinin işğal olunmuş Cəbrayıl rayonu ərazisindəki poliqonda keçirdiyi taktiki məşğələ zamanı partlayışın baş verməsi barədə məlumat yayılıb. İlkin məlumata görə, ehtiyatsızlıq səbəbindən qumbaranın partlaması nəticəsində 3 […]

Türkiyənin hərbi qulluqçuları Azərbaycanda

İyunun 4-də Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər ediblər. Turkustan.info-nun məlumatına görə, səfər çərçivəsində qonaqlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant […]

Elvin Aslanov Binəqədi Gənclər və İdman İdarəsinin rəisi təyin edildi

Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə Elvin Namiq oğlu Aslanov təyin edilib.  Turkustan.info xəbər verir ki, Elvin Aslanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmiş, 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində magistr pilləsini başa vurub. 2008-ci ildən […]

Azərbaycanda dərslik QALMAQALI – Tariximizi kim düz yazıb, kim səhv? – VİDEO

Azərbaycanda ilk dəfədir ki,  ümumtəhsil orta məktəbləri üçün nəzərdə tutulan dərslik təhsil ekspertləri və müəllimlərin iştirakı ilə yazılır.  Təhsil Nazirliyinin elan etdiyi dərslik tenderində uduzan  tarixçi, müəllim Aydın Allahverdiyev və  Hamlet Əliyev A24.Az-ın qonağı olub. Verilişdə Tarix dərsliyi və tenderin nəticələri müzakirə edilib. Tarixçi Hamlet Əliyev tenderdə müəlliflərindən biri olduğu dərsliyin […]

AZƏRBAYCANDA İYRƏNC OLAY: Onu evində pulsuz saxlayan qadına görün nə etdi?

Daxili İşlər Nazirliyi Qusarda baş vermiş oğurluq hadisəsi ilə bağlı geniş məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 30-da Qusar şəhər sakini olan 89 yaşlı Zərxanım Nurullayevanın qızı anasının banklardan birinə məxsus hesabından pulunun çıxarılaraq oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, sonuncu dəfə həmin […]

Zoologiya İnstitutundan Kürdəmirdə tapılan naməlum canlı ilə bağlı AÇIQLAMA

Kürdəmirdə aşkar edilən canlı Şneyder kərtənkələsidir. Turkustan.info bildirir ki, bu barədə AzVision.az-a AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov məlumat verib. Onun sözlərinə görə, Şneyder kərtənkələsi tam təhlükəsizdir. “Bu, tam təhlükəsiz və zəhərsiz canlıdır. Kərtənkələlər fəsiləsinə aiddir. Abşerondan Qazaxa qədər bu kərtənkələyə rast gəlmək olar. Gəlmə deyil, yerli faunadır. O, çəyirtkələr […]

Azercell Karyera Sərgisində iştirak etdi

Bakı Biznes Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib. Azercell Telekom növbəti dəfə tələbə və məzunların inkişafında və gələcək karyeralarında dəstək olmaq üçün bu karyera yarmarkasında iştirak edib. Tədbirdə 3 dövlət […]

Dəmir Yolunda gediş haqları yenidən tənzimlənəcək

Sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, gediş haqlarının tənzimlənməsi həyata keçiriləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyıətlə əlaqələr şöbəsindən Turkustan.info-ya verilən məlumata görə. bunun üçün 15.07.2017-ci il tarixdən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı […]

Əli Mirəliyev: “10 yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir”

Vaxtilə, Ayaz Mütəllibovun yaxın silahdaşı olan və Ulu Öndər Heydər Əliyev dönəmində gözdən iraq düşmüş millət vəkili Ziyad Səmədzadənin qızı bəstəkar Aygün Səmədzadənin sosial şəbəkədə rayon camaatını Mersin Escort təhqir edən statusu ictimaiyyətdə birmənalı qarşılanmayıb. Turkustan.info-nun məlumatına görə, Yenicağ.az-a açıqlama verən müğənni Əli Mirəliyev xanım bəstəkarın statusunu siyasi səhv adlandırıb: “Belə […]

Aqil Abbasdan bakılı-rayonlu davasına reaksiya: Di gedin, kef edin…

Bəstəkar Aygün Səmədzadə ilə yazıçı Xeyrəddin Qocanın bakılı-rayonlu davası ziyalılarımızı narahat etməyə başlayıb. Turkustan.info-nun Oxu.Az-aistinadən məlumatına görə, millət vəkili, yazıçı Aqil Abbas qalmaqala ziyalı mövqeyini bildirib: “Elə bil xüsusi bir institut işləyir, bəlkə də, bir yox, bir neçə. Bəlkə də, “elə bil”siz, doğrudan, işləyir! Bu institut süpürülmüş yerdən dava kağızı […]

Bakıda cinsi azlıqlar kafeyə hücum etdi – “Şamplena” özünü doğradı

Seksual azlıqların nümayəndələrindən ibarət qrup Bakıdakı çay evinə hücum edərək oranı talana məruz qoyub.  Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. İnsident iyulun 3-dən 4-nə keçən gecə, saat 00:10 radələrində Nizami rayonunda, 24-cü polis bölməsinin ərazisində baş verib. Çobanzadə küçəsində yerləşən çayxananın sahibi Məmmədov Rafiq Ramazan […]

Rusiyaya qar yağdı

İyul ayında Rusiyaya qar yağıb. APA-nın Rusiya bürosunun məlumatına görə, Norilsk şəhər meriyasının mətbuat xidmətindən bildirilib ki, qar bu gün səhər yağıb. Lakin çox keçmədən qar əriyib. Qeyd edək ki, Rusiya ərazisində anomal hava şəraiti hökm sürür. Ölkənin Avropa hissəsində yay fəsli müşahidə olunmur. Yağış və qasırğalı hava şəraiti hökm […]

İstirahət mərkəzində qorxunc cinayət: Başını kəsib qulaqlarından kabab bişirdilər

İstirahət mərkəzində dəhşətli hadisə baş verib. Belə ki, mərkəzdə istirahət edən şəxslərdən birinin başı kəsilib və qulaqlarından kabab bişirilib. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, qorxunc hadisə Moskva ətrafındakı istirahət bazalarından birində qeydə alınıb. Əvvəlcə xoşagəlməz qoxu hiss edən mühafizəçi ərazini gəzib. Manqallardan birinin yanındakı evdə qulaqları kəsilmiş insan başı tapıb. […]

ABŞ kəşfiyyatı Putinin gizli PLANLARINI ÜZƏ ÇIXARDI: Qafqaza ordu yeridiləcək, Azərbaycan…

Rusiya Cənubda öz güclərini cəmləşdirəcək, çünki Ukraynadan sonra hədəf Qafqazdır. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi Rusiyanın yeni hərbi hədəfləri haqda yazıb. Rusiya son 20 il ərzində ilk dəfə hərbi büdcəsini 5 faiz azaltdığına diqqət çəkən mərkəz qeyd edir […]

Eks deputat: Atanız Heydər Əliyevə danışmaq üçün “vaxt verirdi” – Bakılı-rayonlu davası

Eks millət vəkili, yazıçı Xeyrəddin Qoca bəstəkar Aygün Səmədzadəninrayonlular barəsində sosial şəbəkədə paylaşdığı fikirlərinə kəskin şəkildə cavab verib. Turkustan.info-nun Oxu.Az-a istinadən məlumatına görə, yazıçını daha çox qıcıqlandıran bəstəkarın “Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın…” sözü olub. X.Qoca bəstəkara cavab verərkən, Aygün xanıma atası – millət vəkili Ziyad Səmədzadənin keçmişini də xatırladıb: […]

Ötən gecə Bakıda: Maşınla vurulan adam və ambulans biabırçılığı – VİDEO

Ötən gecə Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Turkustan.info-nun Yenicag.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb. Belə ki, 10 NJ 071 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını yolu keçmək istəyən piyadanı vurub. Zərbədən piyadanın ayağı sınıb. Hadisə yerində olan […]

Hava sərinləyir – Dolu, leysan qayıdır – XƏBƏRDARLIQ

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Bakıda […]

Qarabağda Ermənistanın yeni havadarı – VİDEO

Azərbayсan müharibənin istənilən variatına hazır olmalıdır. İrəvanda Qarabağ məsələsi ilə bağlı Rusiyanın havadarlığından imtina məsələsi gündəmə gəlib. İstiPress-in məlumatına görə, Moskvanın Bakıya yeni partiya silahlar göndərməsi bu barədə mühakirələri xeyli güсləndirib. Müzakirələr zamanı Kremlin əleyhinə o qədər сiddi ittihamlar səslənib ki, bu, Rusiya jurnalistlərinin də diqqətini сəlb edib. Rusiyalı jurnalist İrina […]

Tələbə döyülərək qətlə yetirildi – Bakıda

Bakıda ölüm hadisəsi baş verib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə müəyyən edilib. O, yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər S.Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq […]

Cəbhədə bu gecə nə baş verdi? – RƏSMİ

 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (9 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən […]

Borclu azərbaycanlılar: İşığa, qaza, suya nə qədər borcumuz var? – RƏSMİ

Havaların isinməsi bəzi kommunal xidmətlərdən istifadəni azaldıb, istilik sisteminin verilişi isə artıq neçə aydır ki, dayandırılıb.  Maraqlıdır, əhalinin nə qədər kommunal borcu var? Turkustan.info bildirir ki, bunu araşdırmaq üçün Cebhe.info aidiyyatı qurumlarla əlaqə saxlayıb. Məlum olub ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ödənilməyən borcların məbləği  20 milyon manatdır. Bu haqda “Azərsu” […]

Müəllimlər, DİQQƏT! Nazirlik işə qəbulla bağlı AÇIQLAMA VERDİ

“Bildiyimiz kimi, iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır. Bu proses iyulun 14-dək davam edəcək”. Turkustan.info bildirir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov A24.Az-a bildirib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər: “İşə qəbul üzrə müsabiqədə ali […]

Dostuna zamin durdu, bank avtomobilini əlindən aldı – VİDEO

Mingəçevirdə dostuna zamin duran şəxsin avtomobilini bank əlindən alıb. Turkustan.info-nun məlumatına görə, şəhər sakini Teymur Məmmədov uzun illər dostluq etdiyi Kərəm Əhmədova zamin durararaq, bankdan 2900 manat pul goturməsinə şərait yaradıb. Bir müddət adıçəkilən şəxs krediti ödəsə də, daha sonra işdən çıxdığı üçün ödənişi dayandırıb. Kərəm Əhmədov 3 il öncə […]

“Qorqud” Ansamblı beynəlxalq festivalda Azərbaycanı təmsil edib – FOTOLAR

Qazaxıstanın Almatı şəhərində “Uli Dala Ruxi” beynəlxalq festivalı keçirilib. Festivalda Azərbaycanı  respublikamızın Əməktar artisti, müğənni Nuriyyə Hüseynovanın rəhbərlik etdiyi AMEA Folklor İnstitutunun “Qorqud” Folklor Ansamblı təmsil edib. Turkustan.info xəbər verir ki, festivalda Nuriyyə Hüseynova ilə yanaşı, ansamblın solistləri Novruz Novruzlu və  Solmaz Kosayeva mahnılar ifa ediblər. Azərbaycan təmsilçilərinin çıxışları rəğbətlə qarşılanıb. Ansamblın […]

Ziyad Səmədzadənin qızı rayonlular haqqında: Yerlibazlığı və rüşvəti Bakıya onlar gətirib

“Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır. Bu məsələdə nə qədər səmimi olduğumu mahnılarımın ifaçılarının Azərbaycanın müxtəlif bölgələrindən olması sübut edir”. Bu sözləri tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Aygün Səmədzadə sosial […]

Başına 1 milyon mükafat qoyulan terrorçu məhv edildi

“Türkiyənin təhlükəsizlik qüvvələri başına 1 milyon lirə pul mükafatı qoyulmuş terrorçunu məhv edib”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Bingöl vilayətində keçirilib. Belə ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş vermiş atışma zamanı 11 terrorçu məhv edilib. Öldürülənlər arasında Daxili İşlər Nazirliyi tərəfindən axtarılan və başına 1 milyon […]

İran futbolunda türklərə qarşı ayrı-seçkilik

Avropa Futbol Assosiasiyaları (UEFA) və Beynəlxalq Futbol Federasiyaları (FIFA) himayəsində fəaliyyət göstərən FARE (Football Against Racism in Europe) şəbəkəsi bu yaxınlarda dünyada futbol stadionlarında irqi ayrı-seçkilik nümunələrinə dair rəhbərlik sənədi yayımlayıb. Dünya ətrafında futbol sahələrində etnik və dini qruplar, eləcə də qadınlar və cinsi azlıqlara qarşı ayrı-seçkilik nümunələrinin yer aldığı […]