Gün: İyul 7, 2017

İsrail-Azərbaycan dostluğunu təbliğ edən kanal – FOTO

Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan “Kanal24” internet televiziyası artıq 5 ildir ki fəaliyyət göstərir. Ölkədə və dünyada baş verən siyasi, iqtisadi,mədəni prosesləri tərəfsiz, qərəzsiz və vicdanlı şəkildə işıqlandırır. İlk sujetini mobil telefonla çəkən “Kanal24” illər keçdikcə daha müasir avadanlıqlarla, texnikalarla təchiz olunub. 9 kvadrat metrlik bir ofisdə “Kanal24.az” saytının […]

Vaşinqtonda Ermənistan səfirliyi qarşısında aksiya – FOTO

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Yerevanın hərbi təxribatlar nəticəsində Azərbaycanın dinc sakinlərin həlak olmasına qarşı etiraz aksiyası keçirilib. Trend-in məlumatına görə, səfirliyin qarşısında insanlar iki yaşlı Zəhra Quliyevanın həlak olmasını pisləyiblər. Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd […]

İsmayıllıda istirahət mərkəzində faciə – 2 ölü, 2 yaralı

İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. Turkustan.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında İsmayıllının İstisu kəndi ərazisində yerləşən “Green House” istirahət mərkəzində baş verib. Məlumata görə, istirahət etmək üçün Bakı və Zaqataladan İsmayıllıya gələn 4 nəfər […]

Ərdoğanın korteji Hamburqda saxlanıldı – FOTO+VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanı Almaniyanın Hamburq şəhərində saxlanılıb. Turkustan.info xəbər verir ki, Almanyanın Hamburq şəhərində G-20 sammitinə qatılan Ərdoğanın kortejini təhlükəsizlik tədbirləri səbəbindən dayandırıblar. Almaniya polisi Türkiyə prezidentinin qaldığı otelin yaxınlığında bir şübhəli şəxsi yaxlayıb. Qaldığı oteldən G-20 sammitinin keçirildiyi binaya doğru yola düşən Ərdoğanın avtomobil karvanının alman […]

Müdafiə Nazirliyi erməni taborunun bombalanması VİDEOSUNU YAYDI

Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə və taborun müdafiə rayonuna atəş zərbələri vurulub. Turkustan.info xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri endirib. Nazirlik atəş zərbələrinin əks olunduğu kadrlar yayıb.   Cebhe.info

Erməni separatçılarından itkilərlə bağlı ETİRAF

Erməni separatçılarının “Müdafiə Nazirliyi” bildirir ki, üç hərbi qulluqçu qəlpə yarası alıb. Turkustan.info-nun məlumatına əsasən, yaralanan düşmən hərbçiləri Qasparyan Robert Novruzoviç (1969), Arturyan Ambartsum Karapetoviç (1997), Badalyan Vaxe Qaqikoviçdir (1998). Xatırladaq ki, bu gün Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının […]

“BMT-dən ciddi qərarlar gözləyirik” – Qənirə Paşayeva Baş Katibin müavini ilə görüşdü – FOTOLAR

Millət vəkili Q.Paşayeva BMT Baş Katibinin müavini Filipp Douste-Blazyə  işğalçı Ermənistanın qətlə yetirdiyi Zəhradan danışıb və Azərbaycan xalqı BMT-dən Ermənistana qarşı ciddi addımlar gözləyir deyib. İspaniyanın Barselona şəhərində Crans Montana Forumunda iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri   Q.Paşayeva forum çərçivəsində BMT Baş Katibinin müavini Filipp […]

Qənirə Paşayeva beynəlxalq forumda Zəhradan danışıb və Ermənistanı cinayətlərə son qoymağa çağırıb

İspaniyanın Barselona şəhərində Crans Montana Forumunda “ İpək Yolu potensialı və Aralıq dənizi, Orta Şərq və Afrika region ölkələri ilə əməkdaşlıq üzrə” beynəlxalq konfransda müzakirələr zamanı İpək Yolu layihəsinin regiona gətirəcək qarşılıqlı mənfəətli iqtisadi və ticarət əlaqələrinin potensialı ilə bağlı geniş məruzə ilə çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar […]

Bakıda gözətçi işləyən tələbəni döyüb öldürüblər – RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş müəmmalı cinayətlə bağlı məlumat yayıb.   Turkustan.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 3-də saat 8:00 radələrində Nəsimi Rayon Polis İdarəsi Post-Patrul Xidmətinin əməkdaşları F.Əmirov küçəsindən ağır vəziyyətdə olan yaralını Təcili Tibbi Yardımla xəstəxanaya çatdırılmasını təmin edib, bu barədə RPİ-nin Növbətçi Hissəsinə […]

Azərbaycanlı deputat ATƏT PA-da 2 yaşlı Zəhradan danışdı – MƏTN

Milli Məclisin depitatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Elşad Həsənov qurumun Minsk şəhərində davam edən iclasında çıxış edib. Turkustan.info deputatın həmin iclasdakı çıxışının mətnini təqdim edir. “Hörmətli cənablar, Bu gün ATƏT məkanında ən aktual məsələ dondurulmuş münaqişələrin həlli ilə bağlıdır. Etnik separatizm və terrorizm əvvəlki kimi ATƏT-in insan […]

SON DƏQİQƏ! Erməni ordusu darmadağın edildi: Xeyli canlı qüvvə və döyüş texnikası məhv edildi – RƏSMİ

“Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib”. Turkustan.info xəbər verir ki, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan […]

Britaniya hökuməti 10 aylıq körpəyə qarşı: “Ölməlidir!” – FOTO

ABŞ prezidenti Donald Tramp və Roma Papası 1-ci Fransisk Britaniyada yaşayan 10 aylıq Çarli Qardın valideynlərinə dəstək veriblər. Britaniyanın Səhiyyə Xidməti bu gün balaca Çarlini süni yaşam aparatından ayrımaq niyyətindədir. Milli.Az NBC-yə istinadən bildirir ki, 1-ci Fransisk kiçik Çarliyə Vatikan pasportunun verilməsi barədə göstəriş imzalayıb. O, Çarlinin Vatikanda müalicəsinin təşkil […]

Trampdan gözlənən Qarabağ həlli

Obama bu məsələdən nə qədər qaçsa da, yeni ABŞ lideri konstruktiv qərar tərəfdarı kimi ümid verir. Siyasətçilərin çoxu Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Hamburqda sabaha nəzərdə tutulan görüşündən sonra dünyanın bir çox problemlərinin həll ediləcəyinə ümid edirlər. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, G20 sammitindən dərhal sonra baş tutacaq görüş […]

ATƏT Azərbaycanın təklifini qəbul etdi, Ermənistan isə rədd edildi – VİDEO

ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən bugünkü iclasında “ATƏT regionunda Sülh və Rifah naminə Qarşılıqlı İnam və Əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib.  Turkustan.info xəbər verir ki, toplantıda Ermənistan və Azərbaycan nümayəndə heyətləri qətnamə layihəsinə əlavələrin olunması ilə bağlı təkliflərlə çıxış edib. Erməni deputatların xalqların öz müqəddəratını təyin etmə prinsipinin qətnaməyə […]

Bir nəslin çırağını söndürən qəza: “Ölümündən əvvəl deyib ki, məni tabuta qoyacaqlar” – FOTOLAR

Dünən faciəvi şəkildə avtomobil qəzasına düşüb, həyatlarını itirən 3 gəncin yas mərasimində ananın ağısı ürəkləri dağladı. Allah heç bir anaya bala dağı göstərməsin. Bir ailədə 3 ölü… Üçü də gənc, hələ həyatın dadını çıxartmamış, əcəl kəməndinə tuş gəldilər… Yenicag.az-ın əməkdaşları da yas mərasimində olub.Antalya Escort Qohumlarının dediyinə görə, iki qardaş […]

TRT-1 Alxanlıdan reportaj hazırladı – VİDEO

Türkiyənin TRT1 kanalı Füzuli rayonunun Alxanlı kəndindən reportaj hazırlayıb. Turkustan.info xəbər verir ki, TRT 1 kanalı 2 yaşlı Zəhranın ölümünü dünyaya çatdırmaq üçün Ana xəbər burxılışında Özəl bölüm hazırlayıb. TRT-nin əməkdaşı Səlim Toprak isə Zəhranın şəhid olduğu nöqtədən baş verənləri dünyaya çatdırıb.  

Bu peyvəndi vurdurmasanız, uşağınız ölə bilər – DİQQƏT

İlin bütün fəsillərində immunitetlə bağlı səhhətimizdə müəyyən problemlər yaranır. Uşaqlarda isə bu, özünü daha çox büruzə verir. Boğaz qıcıqlanması, təngnəfəslik, öskürmə kimi hallar yaranır. Öskürək uzun müddət davam etdikdə isə valideynlər uşağın  göy öskürəyə yoluxmasından çox narahat olurlar. Bəs görəsən göy öskürəyin əsl əlamətləri nədir? Göy öskürəyə qarşı vurulan peyvəndlərin […]

Axısxa Türkləri iki yaşlı Zəhra ilə bağlı bəyanat yayıb

Dünya Ahıska Türkləri Birliyi Azərbaycan təmsilçisi, Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin ermənilər tərəfindən qətlə yetirilən iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva ilə bağlı bəyanay verdi. Bəyanatda deyilir: “Çox təəssüflər olsun ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza atdı. 04 iyul 2017-ci il tarixində, axşam saatlarında […]

Bakıda gecə qadın müştərisinin evinə gedən taksi sürücüsünün ağzını cırdılar – FOTO

İyulun 2-nə keçən gecə, saat 2.30-da Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində bıçaqlanma hadisəsi baş verib.  Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü İlqar İsmayılov 4 nəfərin hücumuna məruz qalıb. Hazırda Kliniki Tibbi Mərkəzdə müalicə alan İlqarın atasının iddiasına görə, oğlunu vuran şəxslərin kimliyi məlum olsa da, hələ də […]

Polkovnik nazirə şikayət etdi: “Bu cür adamları niyə vəzifədə saxlayırsız?”

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə şikayət edib. Bir nüsxəsi də BakuPost.az-ın redaksiyasına göndərilən müraciətdə onun üzləşdiyi problem geniş şəkildə əks olunub: “Mən ömrümün 40 ilini hərbi xidmətə sərf etmiş, uzun illər boyunca Azərbaycan Müdafiə Nazirliyində yüksək […]

Ermənilər Rusiya pasportu ilə Bakıya gəlir – TERROR və CASUS OYUNU

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanı erməni əsilli Rusiya vətəndaşlarına qarşı diskriminasiyada ittiham edir. Moskvanın məlumatına görə, Rusiya vətəndaşı olan ermənilər Azərbaycana gəlmək istəyərkən, Bakı aeroportunda saxlanılır və deportasiya edilir. Azərbaycan Xarici İşlər Nazirliyi bu faktı təkzib etmir və açıq şəkildə bəyan edir ki, bu proses davam edəcək. Bakının bu mövqeyi […]

Canlı yayımda top azərbaycanlı xanım aparıcının üzünə dəydi – Peşəkar reaksiya – VİDEO

“CBC Sport”un Səmrasından peşəkar hərəkət – canlı yayımda top üzünə dəydi+Video Bu gün Avropa Liqasının “İnter” – “Mladost” oyunundan əvvəl xoşagəlməz hadisə baş verib. Turkustan.info qol.az-a istinadla xəbər verir ki, oyundan əvvəl Bakı klubunun məşqçi ilə müsahibə zamanı “CBC Sport”un xanım şərhçisi Səmra Əliyevə yüngül zədə alıb. Belə ki, canlı yayım […]

2 yaşlı Zəhranın ölümü ilə bağlı çirkin danışan gənc – “Bacarırsınızsa, məni bağışlayın”- FOTOLAR

Sosial şəbəkədə 2 yaşlı Zəhranın ölümü ilə bağlı xoşagəlməz fikirlər səsləndirən gənc əməlindən peşman olub. Turkustan.info xəbər verir ki, bu barədə o, Facebook səhifəsində bildirib. İnsanların sərt reaksiyası ilə qarşılaşan Orxan Qurbanov adlı gənc sonda hər kəsdən üzr istəməli olub. olub.    

Toyuna gedən gəlin öldü – Qəza anbaan kameraya düşdü – VİDEO

Qəzaya uğrayan helikopterdə gəlinin qardaşı və toy fotoqrafı da olub Braziliyada gəlin aparan helikopter qəzaya uğrayıb. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, hava gəmisinin qəzaya uğraması anbaan kameraya düşüb. Qəza ötən il olsa da, qorxunc görüntülər yeni üz çıxıb. Qəzaya uğrayan helikopterdə gəlindən başqa onun qardaşı, pilot və fotoqraf da olub. […]

“Ermənistan ordusunun qanlı cinayətlərinə qiymət verməyə çağırırıq” – BƏYANAT

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi bəyanatla çıxış edib. Bəyanatda deyilir: “2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Nəticədə Alxanlı kənd sakinləri 1 yaş 8 aylıq Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı […]

Ermənilərin Naxçıvan iddiası… Uydurma tarix

Emin Arif Uzun illərdir ki, ermənilər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etməkdə və bu iddialarını qanuniləşdirmək üçün saxta tarixçilik metodologiyasına baş vurmaqda, hətta məsələyə siyasi olmaqla birlikdə dini mövqedən də yanaşmaqdadırlar. Şübhəsiz ki, buna rəvac verən müxtəlif məqamlar vardır. Heç təsadüfi deyildir ki, bu […]

Tramp ilk dəfə Putinlə üz-üzə: “Bilmirəm kimsən, adın nədir…”

Bu gün iyulun 7-də Almaniyanın Hamburq şəhərində G-20 sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Heç şübhəsiz ki, dünyanın nəzərləri bu görüşə yönəlib, çünki Rusiyanın Amerika seçkilərinə kiber müdaxiləsi və Trampın Rusiya ilə şübhələri əlaqələrinə dair Vaşinqtonda bir neçə təhqiqat gedir. Seçki kampaniyasında hər […]

Tramp yenə pis vəziyyətdə qaldı – VİDEO

Polşanın birinci xanımı Aqata Kornhauser-Duda protokol görüşü zamanı ABŞ prezidenti Donald Trampın onun əlini sıxması cəhdinə əhəmiyyət verməyib. Turkustan.info xəbər verir ki, Polşa prezidenti Anjey Dudanı salamlayan Tramp onun xanımına əl uzadıb. Lakin Kornhauser-Duda onun yanından keçib və ABŞ liderinin xanımı Melani Trampla salamlaşıb. Qeyd edək ki, ABŞ prezidenti görüş zamanı […]

Rahat iş var… Araz Aslanlı yazır

Araz ASLANLI   Cəmiyyətimizdəki problemlərin kökündə yatan səbəblərdən biri də işə yanaşmayla bağlıdır. Bu cür valideyn yanaşmasıyla yəqin ki, çoxlarınız rastlaşmısınız (valideyn övladı haqqında deyir): “Rahat işə düzəltmişəm. Əlini ağdan qaraya vurmur (ya da əli cebində gedib gəlir). Maaşını, paketini vaxtı-vaxtında alır.”   Bu əslində cəmiyyətimizdəki bir çox valideynin arzusudur. […]

Tolik Zəhranın qəbri üstünə gedən aparıcını qınadı: “Gündəmə gəlmək istəyir”

Prodüser Tolik (Tarix Əliyev) Zəhranın məzarı üstünə getdiyinə görə Kamil Zeynallını qınayıb. Bu sözləri a24.az-a açıqlamasında prodüser Tolik idmançı Kamil Zeynallının 2 yaşlı Zəhranın qəbrini ziyarət etdiyinə görə qınayarkən deyib: “Kamildir də. Yenə gündəmə gəlmək üçün nə isə etməyə çalışır. Bu hərəkətləri ilə özünə xal qazandırır. Getmisən çox sağol, amma […]

Monteneqro parlamentinin sədri Azay Quliyevin fəaliyyətini yüksək qiymətləndirdi – GÖRÜŞ

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Minskdə qurumun 26-cı illik sessiyası çərçivəsində Monteneqro parlamentinin sədri İvan Brayoviçlə görüşüb. Görüşdə İvan Brayoviç 2016-cı ilin oktyabrında Monteneqroda keçirilən seçkilərdə ATƏT PA-nın müşahidə missiyasının rəhbəri kimi Azay Quliyevin fəaliyyətini yüksək qiymətləndirib. İki ölkə arasında əməkdaşlığın perspektivləri barədə danışan İ.Brayoviç Azərbaycan ilə Monteneqronun dost ölkələr […]