Gün: İyul 12, 2017

Prezidentin cəzalandırdığı generalın xuliqan oğlunun şok… FOTOLARI

General Novruzəli Orucovun həbs olunan oğlu Rüstəm Orucovun lüks həyatını əks etdirən görüntüləri yayılıb. Qeyd edək ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMV” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü […]

Lider TV-nin aparıcısı canlı yayımda yenə tamaşaçıya dərs keçir: “Düz oturun… Siz məni tanımırsız…” – VİDEO

Lider TV-nin aparıcısı canlı efirdə yenə də tamaşaçı ilə kobud rəftar etməklə diqqət çəkib. Turkustan.info xəbər verir ki, verilişə videobağlantı vasitəsilə qoşulan tamaşaçının oturuşu xanım aparıcının xoşuna gəlməyib. O, canlı bağlantıda mətləbə keçmədən özünü tamaşaçıya oturmaq dərsi keçməkdə borclu sayıb: “Zəhmət olmasa, düz oturun. Siz məni tanımırsız, mənimlə üz-üzə oturmusuz. Sizə […]

“Hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına seyrçi qalmamalıdır”- Qənirə Paşayeva

Millət vəkili Q.Paşayeva Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri ilə görüşdə işğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb Turkustan.info xəbər verir ki, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Lo və onun […]

ŞOK: Avropa çempionumuz intihar etdi! – FOTO

Sambo üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Dünyamalıyev Rəşad dünyasını dəyişib. Turkustan.info-nun əldə etdiyi məlumata görə, 18 yaşlı idmançı intihar edib. Onun özünü asdığı bildirilir. Hələlik intiharın hansı səbəbdən baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş […]

ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Türkiyədəki səfirliyi bu ölkədə ötən il baş vermiş dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar öz vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Turkustan.info xəbər verir ki, səfirlik 15-16 iyul tarixlərində genişmiqyaslı tədbirlərin və aksiyaların keçiriləcəyini bildirib. Məlumatda qeyd olunur ki, bu cür kütləvi aksiyalar “zorakılıq və qarşıdurma riski” daşıyır. ABŞ səfirliyi öz […]

Prezident:Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq

“Heç kimə güzəşt edilməyəcək” Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq. Turkustan.info İstiPress-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib. Dövlət başçısı qeyd edib: “Mən müşavirələrin birində də demişəm […]

Tağı Əhmədovun milyardlıq əmlakları – Akif Çovdarov açıqladı – ŞOK SİYAHI

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Turkustan.info-nun BakuPost.az-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov “Bakı metropoliteni”nin sabiq sədri Tağı Əhmədov epizodu üzrə ifadə verərək şok […]

Lapşinin məhkəməsi başa çatdı: Cəza nə olacaq?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan bloger Aleksandr Lapşinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Prosesdə əlavə şahid qismində A.Lapşinin yazdığı məqalələri araşdıran Məhkəmə Ekspertiza […]

Pərviz Bülbülənin Damlayla intim söhbətinə Rəşad Dağlı da qarışdı – Qarşıdurma – VİDEO

Rayon toyunda Rəşad Dağlı ilə Pərviz Bülbülə arasında meyxana deyişməsi zamanı insdent yaşanıb. Belə ki, Rəşad Dağlı deyişmə zamanı müğənni Damlaya son zamanlarkı isti münasibətlərini Pərvizin üzünə vurub. “Mən Damla ilə oxuyub neylədim, Amma sizinlə qaynayıb qarışdım, Damla oxudu, mən də şeir söylədim. Nə əlaqə,  nə intim oldu” deyə Pərviz cavabını verib. […]

Prezidentdən işsizlərə ŞAD XƏBƏR

İlkin vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq “Bu yaxınlarda özünəməşğulluq proqramına start veriləcək”. İstiPress xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham eryaman escort sitesi http://www.turkustan.info/wp- ƏliyevNazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, bu məqsədlə ilkin vəsait Prezidentin Ehtiyat Fondundan […]

Azərbaycanda kişi avtomobildəki insanları belə xilas etdi: Görüntüləri milyonlar izlədi – VİDEO

“Maşın alışdı! Onları xilas etmək lazımdır! Tələsin!” Bunu deyən kişi “Volqa”nın sürücü tərəfdə olan pəncərəsini açmağa çalışır. Lakin şüşə açılmır, çünki qəza nəticəsində mexanizm zədələnmişdi. Belədə kişi avtomobildəki insanları xilas etmək üçün “Volqa”nın ön sağ şüşəsini təpiklə vurub sındırır və sürücünü dartıb çıxarır. Daily Mail bildirir ki, olay Rostov-Bakı trasında […]

“Qəfildən çənəmdən vurdu, başım asfalta dəydi” – General oğlunun döydüyü sürücü – VİDEO

Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə barədə danışıb. “Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədov “Qafqazinfo”ya müsahibəsində deyib ki, hadisə dairədə “BMW”nin qəfildən onun […]

Brilliant Dadaşovanın düşmənə sevgisi başına vurdu – Erməni ifaçısına tərif yağdırdı – FOTO

Xalq artisti erməni ifaçısının ifasını bəyənib. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, Azərbaycanın xalq artisti Brilyant Dadaşova erməni ifaçısı Varujan Şahbazyanın qarmonda ifasını bəyənib. İfaçının canlı yayımı zamanı xalq artisti “Super” deyə rəy yazıb. Həmin rəy azərbaycan vətəndaşları tərəfindən qınaqla qarşılanıb.  

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən “təəssüf” çıxdı, ümid qaldı savaşa- ŞƏRH

Dünən Azərbaycan və Ermənistan XİN rəhbərləri Brüsseldə bir araya gəlib. Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında ATƏT Minsk qrupu həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü və iştirakı ilə növbəti görüş keçirilib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar […]

“Canım da, balalarım da İlham Əliyevə qurbandır” – İşdən çıxarılan general

Xəbər verdiyimiz kimi, general Novruzəli Orucov dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib. Turkustan.info bildirir ki, N.Orucov Unikal.org-a açıqlama verib. O, bildirib ki, İlham Əliyevin onun üzərində zəhmətləri çoxdur: “Siz bilirsiniz […]

Bakının mərkəzində biabırçı görüntü: Tarqovıda ərəb turistlərlə tanış olan qızlar…

Ərəb ölkələrindən Azərbaycana səfər edən turistlərin ən çox ziyarət etdiyi Nizami küçəsində açıq-aydın insan alveri gedir. Bakının mərkəzi Nizami küçəsində artıq görməyə öyrəşdiyimiz görüntülər vətəndaşlar arasında da ciddi narazılığa səbəb olur. Bu ölkələrdən gələn turistlər öncələr Bakının ara küçələrində yerləşən barlara və gecə klublarına üz tuturdularsa, indi keçmiş “Fəvvarələr Meydanı” […]

Felgenhauer: II Qarabağ müharibəsi başlayacaq

Qarabağda hələlik müharibə yoxdur, amma bu ehtimal getdikcə daha da güclənir. Hazırda hər iki tərəf aktiv şəkildə savaşa hazırlaşır. Əgər hər iki tərəf hazırlaşırsa, o zaman yekunda toqquşma mütləq olacaq. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib. “Konfliktə təsir edən daxili […]

Nazirlikdən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

İyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətmir Son vaxtlar sosial şəbəkələrdə dərs ilinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. Müzakirələrə müəllimlərdən də qoşulanlar var. Belə xəbərlər yayılıb ki, dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə qərar veriləcək. Təhsil Nazirliyi orta məktəblərdə […]

Minsk qrupu bəyanat yaydı: BU İLİN SONUNADƏK…

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edib ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Brüsseldəki görüşü ilə bağlı bəyanat yayıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland iyulun 11-də Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə […]

“Prezident bu dəfə məni bağışlamadı” – Oğluna görə işdən çıxarılan general

Prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucov danışıb. Turkustan.info xəbər verir ki, sabiq rəis müavini qafqazinfo.az-a açıqlamasında dünəndən müzakirələrə səbəb olan oğlu Rüstəm […]

Generalın xuliqan oğlunun həbsi ilə bağlı RƏSMİ MƏLUMAT

Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işdən azad edilmiş rəisinin müavini Novruzəli Orucovun oğlu yenidən həbs olunması ilə bağlı məlumat yayıb. Turkustan.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Məlumatda bildirilib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini […]

Müsəlmanlar qarşıdakı 30 ildə bütün Avropanı DİZ ÇÖKDÜRƏCƏK

İldən-ilə islam ölkələrindən Avropaya axan insan seli daha kəskin xarakter alır. Ekspertlər həyəcan təbili çalır: o gün uzaqda deyil ki, müsəlmanlar Avropada öz qaydalarını tətbiq edəcək. Turkustan.info bildirir ki, xristian və müsəlmanların qarşıdurması başlanğıcını VIII əsrdən götürür, o zaman Avropa ərəb müdaxiləsilə ilk dəfə üz-üzə qalır. XV əsrdə ərəblər Cənubi Avropadan […]

Ermənistan Gürcüstanın azərbaycanlılar yaşayan ərazisini İŞĞAL ETDİ – VİDEO

Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə gəlib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, “kavkazplus” saytı gürcü torpaqlarının zəbt edilməsinin iki ölkə arasında ciddi qarşıdurmaya gətirəcəyini yazıb. Sayt yazır ki, Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir: “Bu ziyarətgah artıq Ermənistan tərəfindən zəbt […]

Generalın həbs olunan oğlunun bahalı avtomobilləri – FOTOLAR

Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtomobillərinin görüntüləri yayılıb. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, sürücülük hüququndan məhrum edilən Rüstəm Orucov 10-OG-300 nömrəli “BMW”-nin sükanı arxasına əyləşərək qaydaları pozub və avtobus sürücüsü Sənan Səmədovu döyüb. Xatırladaq […]

Bakı metrosunda sərnişinlər qatarın içində qaldı – HƏYƏCAN

Bu gün metronun “Həzi Aslanov” stansiyasından “İçəri Şəhər” istiqamətində hərəkətdə olan qatar həyəcanlı anlara səbəb olub. Turkustan.info Milli.Az-a istinadən xəbər verir ki, səhər saat 08:45 radələrində metronun “Nərimanov” stansiyasına daxil olan qatar iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapılar açılmayıb. Bütün vaqonların sərnişinlə dolu olduğu qatar gəldiyi kimi də “Gənclik” stansiyasına yol […]

“Azərçörək” ləğv edilib

“Azərçörək” İstehsalat Birliyinin 29 saylı çörəkbişirmə müəssisəsi ləğv edilib. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi 11A ünvanına bildirə bilərlər. Qeyd edək ki, “Azərçörək” İB Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Mərkəzinin […]

Azərbayca Qarabağda təlim keçirən Rusiyaya müraciət etdi

10 iyul 2017-ci il tarixində ru.armeniansputnik.am internet resursu Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası dövlət sərhədinin yarılması cəhdinin qarşısının alınması ssenarisi üzrə birgə təlimlərinin keçirilməsi ilə bağlı məlumat yayıb. DSX mətbuat xidmətindən bildirilib ki, DSX rəisi […]

“2 yaşlı Azərbaycan qızı Ermənistan vəhşiliyinin hədəfi və qurbanı oldu” – “The Jerusalem Post” qəzeti

İyulun 4-də baş verən dəhşətli faciədən – Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrlik minomyotlardan və dəzgahlı qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 18 aylıq Zəhra Quliyevanın və onun 50 yaşlı nənəsi Sahibə Allahverdiyevanın həlak olmasından sonra Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində baş verənlərin bütün məsuliyyəti Serj Sarkisyanın […]

“Bəzi redaksiyalarda jurnalistə sağıcı kimi yanaşırlar” – Tanınmış jurnalistdən etiraz

Seymur Verdizadə: “”Karusel jurnalistikası”ndan istifadə jurnalistin özünəqəsd prosesinin başlanğıcıdır…” Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə “Şərq” qəzetinin suallarını cavablandırarkən media orqanlarında, sayt və qəzetlərdə mövzuların, xəbərlərin, informasiyaların təkrar olunmasına, bir-birinə bənzəməsinə, hətta nöqtə-vergülünə kimi tamamilə eyni olmasına münasibət bildirib. S.Verdizadə deyib ki, mövcud problemin yaranmasının başlıca səbəbi mətbuatın maddi-texniki bazasının […]

Pulsuz torpaq, ev, hər uşağa 3 min avro müavinət – BU ÖLKƏLƏR SİZİ GÖZLƏYİR

Dünyanın bir sıra ölkələri qaçqın axını ilə mübarizə etdiyi bir zamanda digər qrup ölkələr yeni sakinlər cəlb etməyin yollarını axtarır. Turkustan.info-nun Xebermen.info-ya istinadən məlumatına görə, elə ölkələr var ki, hakimiyyət yeni-yeni sakinlərin gəlməsində maraqlıdır. Səbəb təbii ki, eynidir- əhalinin getdikcə azalması. Bunun qarşısını gəlmələr hesabına almağa çalışan bəzi ölkələrdə hətta […]

İşdən çıxarılan generalın oğlu həbs olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu yenidən həbs olunub. Əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də yenidən saxlanılıb. Belə ki, Rüstəm Orucov 10-OG-300 nömrəli, BMW markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub. […]