Gün: İyul 15, 2017

Rusiyada azərbaycanlıları ac-susuz saxlayanlar kimlərdir? – VİDEO

Rusiyaya gedib işləyəcəklərini və çoxlu pul qazanaraq evlərinə qayıdacaqlarını zənn edirdilər. Lakin heç də hər şey onların xəyal etdikləri kimi olmadı. Böyük ümidlərlə gəldikləri Rusiyada su alıb içməyə belə pul tapa bilmədilər. Əksinə, əllərindəki pulları belə itirdilər və günlərcə kimsəsiz insanlar kimi küçələrdə və ya polis məntəqəsində qaldılar. “İş var” […]

Daha 4 min azərbaycanlı Ermənistan ordusunun nişangahında – FOTOLAR

Cəbhəyanı bölgədə yerləşən, ətrafdakı yaşayış məntəqələrindən heç nə ilə fərqlənməyən Alxanlı kəndi bütün dünyada məşhurlaşdı. Ermənistanın atəşi nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin faciəvi ölümü barədə xəbər işğalçı ordunun dinc əhaliyə qarşı müharibəsindən şoka düşmüş insanları hiddətləndirdi. Hazırda bu kənddə təxminən 4 min nəfər yaşayır və onlar 700-ə yaxın təsərrüfatda […]

Prezident ipotekanı asanlaşdırdı: minlərlə aztəminatlı mənzil alacaq

İyulun 14-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu” ASC-nin Nizamnaməsinə dəyişiklikləri təsdiq edib. İpoteka kreditinin verilmə qaydalarında da bəzi dəyişikliklər baş verib. Turkustan.info xəbər verir ki, daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib ki, Nizanmnaməyə edilən dəyişikliklər Fondun fəaliyyətinin təşkilati məsələlərini əhatə edir. “Bundan başqa, Nizamnamə kapitalı hazırkı 307 […]

Məşhur iş adamının oğlunun törətdiyi qəza yenidən gündəmdə – POLKOVNİKİN ÖLÜMÜ

Yerli KİV-də “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidovun oğlu Xaliqin 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi və məsuliyyətdən yayınması ilə bağlı məlumatlar yayılıb. Turkustan.info-nun xəbərinə görə, sözügedən hadisə 2014-cü ildə “Memar Əcəmi” metro stansiyasının yaxınlığında baş verib. Belə ki, həmin ilin mayın 18-də Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” […]

“WhatsApp”da gözlənilən yeniliklər işə düşdü

“WhatsApp”a yeni funksiyaları əlavə edən yenilənmə gəlib. Turkustan.info lent.az-a istinadən bildirir ki, artıq bu messencer vasitəsilə istənilən formatda faylı göndərmək artıq mümkündür. Bundan əlavə, yazılmış mətnin tərzini də dəyişmək olar. Əvvəllər “WhatsApp” vasitəsilə yalnız PDF, Docx və Xlsx formatlı faylları göndərmək olurdu. İçində foto olan faylı belə göndərmək mümkün deyildi. İndi […]

Arvadına nəcis yedirdən “nakişi” – DƏHŞƏTLİ VİDEO (+18)

Tükürpədici və iyrənc hadisə yaşanıb. Ailə münaqişəsinin nəticəsi olaraq vətəndaş arvadına zor tətbiq edib, onu nəcis yeməyə məcbur edib. Onun arvadına ifrazat yedirtməyə çalışdığı anları telefonla videoya çəkib. Görüntülər sosial mediada yayılıb. lunub. Türkiyənin Ağrı bölgəsində bir kürd ailəsində baş verənlər izləyənlərin qanını dondurub. Görüntülərin ortaya çıxmasının ardından prokurorluq hərəkətə […]

Benzinin qiymətinin artmasının 7 SƏBƏBİ

Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında Aİ-92 markalı benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Caspianbarrel.org xəbər verir ki, Tarif Şurasının çıxardığı qərara əsasən, Aİ-92 markalı benzininin pərakəndə satış qiyməti 15 iyul 2017-ci il tarixdən 1 litr üçün 0,90 AZN (hazırkı kursla […]

İranda atışma: Polis rəisi öldürüldü

İranın Buşehr vilayətinin Abpəxş bölgəsində polis məntəqəsində atışma baş verib. Axar.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Hərbi xidmətini polis kimi çəkən əsgər bölmə rəisinə odlu silahdan atəş açaraq onu ağır yaralayıb. Yaralanan polis rəisi xəstəxanada keçinib. Hadisənin səbəbi barədə məlumat verilmir. Polis rəisini yaralayan əsgər […]

Tarif Şurasından ictimai nəqliyyatda qiymətlərin qalxacağıyla bağlı xəbərlərə – Reaksiya

“Aİ-92” markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur. Bu barədə ötən gün “Aİ-92” markalı avtomobil benzininin tarifindəki dəyişikliklə bağlı Tarif (qiymət) Şurasından özəl olaraq Trend-ə verilən açıqlamada qeyd olunur. Şuradan bildirilib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək […]

Bakıda 4 “reket jurnalist” TUTULDU

Bakıda “reket jurnalist”lərə qarşı əməliyyat keçirilib. “Report”un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında Ş.Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar. […]

Tarif Şurasının bu qərarları LƏĞV EDİLDİ

Bu gün Tarif (qiymət) Şurasının iclası keçirilib. Turkustan.info xəbər verir ki, Şuradan Trend-ə verilən məlumata görə, iclasda Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli Qərarına əsasən, dəmir yolları ilə ölkədaxili və beynəlxalq yük və sərnişin daşıma xidmətlərinin tariflərinin müəyyən edilməsinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətlərinə aid edildiyi və […]

“Digər ölkələrə baxanda Azərbaycanda benzin çox ucuzdur” – Millətin vəkili danışdı

“Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram”. Turkustan.info xəbər verir ki, bunu Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. Tanınmış satirik yazar olan millət vəkili məsələyə bir qədər ironik dildə münasibət bildirib: “Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. […]

Gözlər prezidentdə: Tarif Şurasının qərarını ləğv edəcəkmi? – AÇIQLAMA

Tarif Şurasının dünən keçirilmiş iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minib. Bu, əhali arasında böyük narazılıq yaradıb. Benzinin qiymətinin bahalaşması digər məhsulların da qiymətinə təsir edəcəyi narahatlıq doğurub. Hətta bahalaşmanın əhalinin sosial durumuna ciddi təsir edəcəyini […]

Ucuz taksi erası başa çatdı – Benzinin qiyməti Bakını silkələdi

Tarif Şurasının 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edib. Oxu.Az benzinin qiymətinin artmasının ölkədə taksi xidməti göstərən şirkətlərin tariflərinə təsirini araşdırıb. Konkret məsafə – “20 Yanvar” və “İçərişəhər” metro […]

Gəncədə ana və 5 yaşlı oğlunu öldürən sürücü saxlanıldı – VİDEO

Gəncədə iki nəfəri avtomobillə vurub öldürən sürücü saxlanılıb. Şəhərin Nizami Gəncəvi prospektində ölümlə nəticələnən yol qəzasını Göygöl rayon Səmədli qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şərifov İqbal Yaşar oğlunun törətdiyi məlum olub. O, keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə sürücülük vəsiqəsi olmayan İ. Şərifov dostunun “QAZ 3110” […]

Ovcunuza baxın: Ömrünüzün nə qədər olacağını görün – VİDEO

Ovcunuzun içindəki xətlərə, barmaqlarının uzunluğuna baxaraq ömürünüzün nə qədər olacağını öyrənə bilərsiniz. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, ovucdakı xətlər hətta eşq həyatınız, səhhətiniz barədə də yaxşı məlumat mənbəyidir. Aşağıdakı videoya baxaraq sizi maraqlandıran suallara cavab alın.

Bu gün Türkiyə ayaqda: FETÖ yeni təxribata əl atacaq?

Fazil Mustafa: “FETÖ olmasa da bu təhlükəni istənilən vaxt ortaya qoya bilərlər” Hikimət Hacızadə: “Başqa hərbçilər yenidən nəsə etmək istəyərlərsə…” Ötən ilin 15 iyulunda Türkiyədə baş verən çevriliş cəhdindən sonra FETÖ-yə qarşı görülən tədbirlərdə ortaya ilginc mənzərə çıxdı. Hadisədən dərhal sonra Türkiyə rəsmiləri çevriliş cəhdinin arxasında ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah […]

Putini şoka salan “Kürdüstan planı”: Rusiya tələyə düşüb

Fərrux Məmmədov: “Moskva Suriyada nüvə mərkəzi yaratmaq istəyir” ABŞ Silahl Qüvvələri İŞİD yaraqlılarının müqavimətini tam qıraraq Raqqa şəhərinə daxil olub. Amerikanı anti-terror koalisiyasında təmsil edən xüsusi təyinatlı hərbçilərin komandanı Rayan Dillonun verdiyi məlumata görə, kürd silahlıları bu əməliyyatda Birləşmiş Ştatların əsgərlərinə kömək edib. Xatırladaq ki, Suriyanın Raqqa şəhəri 2013-cü ildən […]

Azərbaycanlı Qırğızıstan prezidentliyinə namizəd oldu

Həmvətənimiz Nüsrət Məmmədovun Qırğızıstan Respublikasının prezidentliyinə namizədliyi ürəli sürülüb. Turkustan.info xəbər verir ki, N.Məmmədovun namizədliyi Qırğızıstan Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb. N.Məmmədov 1957-ci ildə doğulub, Qırğızıstanda yaşayır və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəridir.  

Xalqa benzinin bahalaşmasından daha PİS XƏBƏR – Dizel də…

Büdcədən kəsr artıqca məhsulların qiymətində bahalaşma müşahidə edilir. Dövlət kəsrləri vətəndaşların hesabına aradan qaldırmaq istəyir. Neft dövrünün bitməsi hər cür bahalaşmanı labüd edir. Ölkədə qiymətlər onsuz da günü-gündən artır. Belə bir vaxtda Tarif Şurası benzinin qiymətini 70 qəpikdən 90 qəpiyədək artırdı. Hazırda dizelin litri isə 60 qəpikdir. Yükdaşımalarda daha çox […]

700 milyard dollar olan HƏRBİ BÜDCƏ

ABŞ-da 2018-ci maliyyə ili üçün həcmi təxminən 700 milyard dollar olan hərbi büdcə layihəsi qəbul edilib. Konqresinin Nümayəndələr Palatasının təsdiqlədiyi bu məbləğ Ağ Evin nəzərdə proqnozlaşdırdığından da çoxdur. Xatırladaq ki, ABŞ-da yeni maliyyə ili oktyabrın 1-də başlayır. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata görə, Ağ ev ölkənin […]

Türkiyə NATO-nu yox, Rusiyanı seçdi

“Rəsmi Ankaranın NATO-dakı müttəfiqlərindən deyil, Rusiyadan raket sistemləri almasına dair qərarı ölkənin suveren hüququdur”. Turkustan.info TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib. “Bu müstəqil bir qərardır. Lakin problem “S-400” sisteminin operativ uyğunlaşdırılmasındadır. NATO və Rusiyanın raket sistemləri heç bir zaman uyğun gələ bilməz. […]

Türkiyədə erməni yazıçı həbsxanadan qaçdı – “Kuş uçdu”

Sevan Nişanyan xaricə qaça bilib. Türkiyədə erməni yazıçı həbsxanadan qaçıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Sevan Nişanyan qaçdığını sosial şəbəkədə yazdığı “tvit”lə  – “quş uçdu” – elan edib. Artıq o ölkəni tərk edərək xaricə çıxıb. lakin hansı ölkədə olduğu açıqlanmayıb. Nişanyanın ötən gün səhər 09.45-də icazə ilə çıxdığı həbsxanaya təslim […]

Benzindən sonra daha nələr bahalaşacaq? – Ekspert açıqladı

Dünən gecə Tarif Şurası benzinin qiymətinin qalxdığını açıqladı. İqtisadçı ekspert Qubad İbadoğlu bundan sonra hansı məhsulların qiymətinin artacağı haqda açıqlama verib. Turkustan.info həmin açıqlamanı təqdim edir: “Benzin 28,5 faiz bahalaşdı. Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Yanacaq məhsullarında qiymət artımı […]

Azərbaycanda gecələr yanacağın qiymətini artıran şəxsləri yaxından tanımaq istəyirsiniz? – TARİF ŞURASI – SİYAHI

Bu dəfə sizə yalnız gecələr Azərbaycanda yanacağın qiymətini artıran insanların siyahısını təqdim edirik. Bunlar Tarif Şurasının üzvləridir.  Turkustan.info A24.az-a istinadən onları sizə təqdim edir: Şuranın üzvləri Azərbaycan Respublikası maliyyə nazirinin müavini – Azər Bayramov Azərbaycan Respublikası vergilər nazirinin müavini – Sahir Məmmədxanov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Toğrul Musayev Azərbaycan Respublikası energetika nazirinin müavini […]

Türkiyədə hərbi çevriliş cəhdindən bir il keçdi – FOTOLAR

Silahlı Qüvvələrin bir qrup üzvü “Yurdda sülh hərəkatı” adı altında çevrilişə cəhd edib. Bu gün Türkiyədə hərbi çevrilişə cəhddən bir il ötür. 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup üzvü “Yurdda sülh hərəkatı” adı verdiyi hərbi çevrilişə cəhd edib, gecə saatlarında tanklar yolları və körpüləri bağlayıb, qırıcılar havaya qalxıb. Bir neçə […]

Tarif Şurasından dərmanlarla bağlı – YENİ QƏRAR

Tarif Şurasının 14 iyul tarixində keçirilmiş növbəti iclasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, bir sıra dərman vasitələrinin qiymətləri təsdiq edilib. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və […]

“Nəqliyyatda gediş haqqı da artırılacaq”

Turkustan.info Tarif Şurasının məlum qərarı ilə bağlı iqtisadçı Qubad İbadoğlunun şərhini təqdim edir:  Benzin 28,5 faiz bahalaşdı Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Bu artım yalnız “Aİ-92” markalı avtomobil benzinlə məhdudlaşmayacaq, digər markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma […]

“Aİ-92” markalı benzin 90 qəpik oldu – TARİF ŞURASININ QƏRARI

Tarif Şurasının dünən keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif Şurasının Katibliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili […]

Vatsapdan möhtəşəm YENİLİK

“WhatsApp” messenceri vasitəsilə istənilən formatda faylı göndərmək artıq mümkündür. Turkustan.info Technote-yə istinadən xəbər verir ki, yazılmış mətnin tərzini də dəyişmək olar. Əvvəllər “WhatsApp” vasitəsilə yalnız PDF, Docx və Xlsx formatlı faylları göndərmək olurdu. Heç içində foto olan faylı belə göndərmək mümkün deyildi. İndi isə artıq istənilən formatda faylı istənilən şəxsə […]

Ətin rəngi alıcını şoka saldı – VİDEO

Mətbəxdə bişən ət ortalıqda qalıb. Əti alanda, satanda belə şey ola bilməz deyir. Turkustan.info bildirir ki, Sumqayıt sakini Afərin İbrahimova şəhərin 5-ci mk-da qəssəbxanadan aldığı ətin mənşəyinin bəlli olmadığını iddia edib. O, ət dükanından aldığı ətdən yemək hazırladıqdan sonra rənginin birdən birə dəyişdiyinin şahidi olub. Şikayətçi həmin dükandan tez tez […]

Prezidentdən Sirus Təbrizlinin qızı ilə bağlı sərəncam

Prezident İlham Əliyev mərhum Sirus Təbrizlinin qızını təltif edib. Turkustan.info “Report”a istinadla xəbər verir ki, Prezidentin imzaladığı “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam ilə S.Təbrizlinin qızı Arzu Təbrizli “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Qeyd edək ki, jurnalist, Azərbaycan xalq hərəkatının fəallarından olmuş məşhur ictimai-siyasi xadim, YAP-ın […]

Azərbaycanda avtobus partladı – MÜƏMMALI HADİSƏ – VİDEO

Göyçay rayonunda sərnişin avtobusunda partlayış baş verdikdən sonra yanğın hadisəsi olub. Turkustan.info xəbər verir ki, hadisə ötən gecə saat 23:30 radələrində Göyçay şəhərindəki “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində baş verib. Rayon sakini, 1963-cü il təvəllüdlü Səfərəliyev Bəhram Ağatalıb oğluna məxsus 23 BJ 593 dövlət nömrə nişanlı “Mercedes” markalı 50 yerlik sərnişin avtobusunun mühərrik […]