Gün: İyul 17, 2017

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının üzvləri toplaşdı

Bu gün Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Vitse Prezidenti Könül xanım Məmmədzadə, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadə, Kanada Koordinatoru Rəna xanım Müslümova və İsveç Koordinatoru Eluca xanım Atalıyla görüşləri baş tutub. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadənin Turkustan.info-ya verdiyi məlumatda bildirilir ki, görüşdə təşkilatın bir […]

Ermənistanın müdafiə naziri təcili Qarabağa səfər etdi – Cəbhədə nə baş verir?

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan qəfil Qarabağa səfər edib. A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün müdafiə naziri Vigen Sarkisyan qondarma Dağlıq Qarabağ Respublikası prezidenti Bako Saakyanla görüşüb. Görüşdə həmçinin qondarma DQR-in “müdafiə naziri” general-leytenant Levon Mnatsakanyan iştirak edib. Məlumatda bildirilir ki, görüş zamanı ordu quruculuğu və bu sahədə […]

Sarkisyan: “Daha 20 il də həll olunmasa, yenə də geri çəkilməyəcəyik”

Ermənistan prezidenti Serj Sərkisyan İrəvanın Qarabağ münaqişəsinin həllində güzəştə getməyəcəyini deyib. Turkustan.info Yenicag.Az-a stinadən xəbər verir ki, Sərkisyan bu barədə “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramına müsahibəsində deyib: “Son 20 ildə biz heç vaxt güzəştlər barədə danışmamışıq. Həmişə demişik və deməkdə davam edirik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq. Bunlar müxtəlif anlayışlardır. Əminəm […]

Daha bir xəstə həkim səhvinin qurbanı oldu – VİDEO

53 yaşlı Şölə Quliyeva uzun illər “varikoz ” kimi tanınan damar genişlənməsindən əziyyət çəkib və ötən ilin noyabr ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə ayağından əməliyyat olunub. İki ay xəstəxanada yatdıqdan sonra evə göndərilib. Turkustan.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, əməliyyatdan sonra ayağının düzəlmədiyini görən qadın müayinə üçün digər özəl bir xəstəxanaya […]

Ermənistan Rusiyaya “yox” dedi

“Problemi özümüz həll edəcəyik” Ermənistanda respublika qanunvericiliyində rus dilinə rəsmi status verməyə və sürücülük vəsiqələri ilə bağlı problemi bu yolla həll etməyə hazırlaşmırlar. Erməni parlamentinin vitse-spikeri Eduard Şarmazanov EADaily-ə açıqlamasında bildirib ki, Ermənistanda yeganə rəsmi dil erməni dilidir. “Bizim ölkəmizdə tək rəsmi dil erməni dilidir. Və bu, konstitusiya normasıdır”, — […]

Nazir: “Ermənistan həmsədrlərin regiona səfəri və xarici işlər nazirlərinin Brüssel görüşündən əvvəl vəziyyəti bilərəkdən gərginləşdirib”

“Ermənistan istənilən yolla işğalı davam etdirməyə və status-kvonu saxlamağa çalışır.” Turkustan.info  xəbər verir ki, bunu RİA “Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. “Prezidentlərin Sankt-Peterburqdakı danışıqlarından sonra Ermənistan tərəfi substantiv danışıqlar yolu ilə münaqişənin həllinə yol verməmək məqsədi ilə müxtəlif bəhanələrlə və təxribatlara əl atmağı davam edir. Hətta danışıqlar prosesinin ciddi […]

Damla və Samiraldo eyni səhnədə rəqs etdilər – VİDEO

Müğənni Damlanın ötən gün baş tutan konsertindən maraqlı görüntlər yayılıb. Turkustan.info xəbər verir ki, sosial şəbəkədə yayılan videoda müğənni ilə məşhur stilst Samiraldo  səhnədə rəqs edir. Bundan başqa o, Samiraldonun yaylığını başından çıxararaq öz başına bağlayıb. Stilst və müğənninin səhnədəki hərəkətləri tamaşaçıların diqqətini çəkib. Sözügedən karları sizə təqdim edirik.   /a24.az/

Irandan Azərbaycana qarşı növbəti təxribat – Dini ekstremistlərə dəstək toplantısı keçirildi – FOTOLAR

İran Məhkəmə Sisteminin rəsmiləri Nardaran hadisələri ilə bağlı terrorçuları və İslam Partiyası ekstrimistlərinə dəstək mərasimi keçirərək Azərbaycana qarşı bəyanat yayıblar. Turkustan.info xəbər verir ki, mərasim iyulun 16-ı Qum şəhərində Ədliyyə Şöbəsi və Qum Nur Mədəniyyət Mərkəzi tərəfindən keçirilib. Qumda Seyid Əli Şah İmamzadəsi Məqbərəsi Kompleksində keçirilən mərasimə İranda dini təhsil […]

Azercell-in prezidenti “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC növbəti beynəlxalq mükafata layiq görülüb. Şirkət “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında  milli bazar və beynəlxalq reytinqdə güclü mövqeyinə, müasir idarəetmə texnologiyalarının uğurla həyata keçirilməsinə, personalın yüksək hazırlıq səviyyəsinə və səmərəli marketinq strategiyasına görə mükafatlandırılıb. Azercell-in kommunikasiya xidmətləri üzrə aparıcı provayder kimi mükafatlandırıldığı […]

Kürd kəşfiyyatı: “Bağdadi sağdır”

İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadi ölməyib və hazırda Suriyann Raqqa şəhərinin cənubundadır. Turkustan.info xəbər verir ki, bunu İraq Kürdüstanının kəşfiyyat rəhbəri Lahur Talabani bildirib. Onun sözlərinə görə, Bağdadi 99 faiz sağdır. Talabani Bağdadinin fəaliyyətə “Əl-Qaidə” terror təşkilatından başladığını bildirib və xatırladıb ki, bu təcrübə ona yaxşı gizlənmək yollarını öyrədib. […]

Ağdərədə erməni zabit əsgəri özünə qəbir qazmağa məcbur edib

İşğal altında olan Dağlıq Qarabağda yerləşmiş Ermənistan ordusunun bölmələrindən birində hərbçilər arasında atışma baş verib və bunun nəticəsində, bir zabit və müddətli xidmət edən əsgər yaralanıblar. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində istifadəçilər yazıb. Hadisəyə səbəb kimi müdafiə postlarından birində əsgərin hərbi keşik mövqelərinin […]

Bezdirici reklam SMS-ləri telefonunuza necə gəlir və ondan necə qurtulmaq olar? – VİDEO

Turkustan.info bildirir ki, ARB TV reklam mesajlarının telefonlarımıza necə yol tapması haqda araşdırma aparıb. Şirkətlərin kampaniyalar zamanı öz müştərilərini məlumatlandırmağı normal hesab olunur. Bunu edən zaman səhvə yol verilməməlidir. Endirim xarakterli smslərin yaşından, vəziyyətindən asılı olmayaraq hər kəsə göndərilməsi düzgün deyil. Sakin: “Gündə 10 dəfə endirimlə bağlı mesajlar gəlir”. Sakin: “Reklam mesajları tez-tez […]

Bakı metrosunda DƏHŞƏT: Gənc oğlan özünü qatarın altına atdı

Qatarı dərhal saxlamaq mümkün olub Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb. İstiPress Unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15 radələrində “Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında qeydə alınıb. Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü relslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki […]

Pensiya təyinatı və ödənişində nöqsanlar olub – Rəsmi hesabat

Hesablama Palatasının Kollegiyası 01.01.2016-01.01.2017-ci il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Palatadan verilən məlumata görə, sığortaedənlərin və sığortaolunanların […]

Həbs olunan general oğlundan etiraf

“Sürücü Rüstəm Orucovun xəbərdarlıqlarına məhəl qoymayıb”. Bu sözləri Lent.az-a açıqlamasında bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov bildirib. Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin […]

DİQQƏT: Azərbaycanda qorxulu xəstəlik həyəcanı – Xəstəxanalar hazır vəziyyətə gətirildi

Azərbaycanla həmsərhəd dövlətlərdə, xüsusilə də İranda son zamanlar Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı vəziyyət gərginləşib. Bir neçə il əvvəl bu xəstəlik Gürcüstanda onlarla xəstənin ağırlaşmasına, iki nəfərin ölümünə səbəb olmuşdu. Xəstəliyin ən gərgin dövrü iyul ayı hesab edilir. Səhiyyə naziri Oqtay Şirəliyev xəstəliyin qarşısını almaq məqsədilə “Krım-Konqo hemorragik qızdırma […]

Bakı metrosunda kişi qadına yer vermədi – Dava düşdü – VİDEO

Bakı metrosunda dava düşüb. Sərnişinlər yer üstündə dava ediblər. Buna səbəb kişi sərnişinin qadınlara yer verməməsi olub. O özü isə öz növbəsində deyib: “Yaxşı edib, yer vermirəm. Mən niyə qadınlara yer verməliyəm?” Xanım isə onu bu hərəkətinə görə tərbiyyəsiz və mədəniyyətsiz adlandırıb. Həmin görüntüləri təqdim edirik: (azxeber.com)

Ötən il “Təhsil, mədəniyyət, idman məsələləri” və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar layihələr uğurla icra edilib

Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək üçün yeni imkanlar açır. Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, təhsil, idman, mədəniyyət […]

Maşın da getmir təpiyə, benzin də 90 qəpiyə – Benzinə aid yazılan MEYXANA rekord qırdı – VİDEO

Benzinə aid səslənən meyxana rekord qırıb. Turkustan.info xəbər verir ki, Azərbaycanda tarif şurasının qərarı ilə benzinin qiymətinin artırılması böyük sensasiya doğurub. Bu məsələylə bağlı müxtəlif reaksiyalar gəlməkdədir. Dünəndən bəri sosial şəbəkələrdə trendə çevrilən Ağa Maştağalının Benzin qalxdı meyxanasıdır. A24.az Sözü gedən meyxananı təqdim edirik:

Qız qeyri-təbii yolla intim münasibətdə oldu, videoya çəkdirdi – Hacıqabulda RÜSVAYÇILIQ

Dələduzluqda və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Hacıqabul rayon sakini, 1980-ci il təvəllüdlü Güləhməd Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini Sübhan Babayev Samirə Səlimova (zərərçəkmişlərin adları və soyadları şərti göstərilib – red.) ilə qeyri-təbii yolla intim münasibətdə […]

Pulunu qumarda uduzdu, dostları ilə film kimi plan qurdu… – Bakıdakı olayın təfərrüatı – VİDEO

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat nəticəsində Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinə külli miqdarda ziyan vurmaqla törədilən cinayətin üstü açılıb və bu hüquqazidd əməli törədən qrupun üzvləri zərərsizləşdirilib. Turkustan.info bildirir ki, qurumdan BakuPost.az-a daxil olan məlumata görə, paytaxt ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında […]

Jurnalistlər mükafatlandırılacaq

İyulun 22-də Milli mətbuatın yaranmasının 142 illiyi münasibətilə III sektor İctimai Birliyi “Mətbuatın dostu” Müstəqil Milli Mükafatını təqdim edəcək. Turkustan.info bildirir ki, bu barədə Yenicag.az-a tədbirin təşkilatçısı Sədaqət Rəşidqızı məlumat verib. Tədbirdə il ərzində uğur qazanmış jurnalistlər diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Sürücülərin diqqətinə: 20 manat cərimə oluna bilərsiniz – VİDEO

Havaların isinməsi ilə hamı çalışır ki, özünü istidən qorusun. Turkustan.info xəzərxəbər-ə istinadən məlumat verir ki, xüsusən sürücülər bu aylarda avtomobildə kondisionerdən daha çox istifadə edirlər. Hətta bəzi sürücülər kondisioneri işlək vəziyyətdə qoyur ki, avtomobil sərin qalsın. Bu isə avtomobilə zərər verməklə yanaşı, qayda pozuntusu sayılır. Ekspertlər bunun “Yol hərəkəti haqqında” […]

Ermənistanda müharibəyə ciddi hazırlıq gedir

Rəsmi İrəvan yardım üçün Moskvaya müraciət edib Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlar aparır və müstəqil ekspertlər bunu müharibə hazırlığı kimi dəyərləndiriblər. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə. hərbi kredit barədə «Azadlıq» radiosunun erməni redaksiyasına Ermənistan maliyyə naziri Vardan  Aramyan bildirib. Nazir hansı məbləğdən söhbət getdiyini bildirməsə […]

Mircəfər Bağırov qibləsizlər qəbiristanlığında dəfn edildi – OĞLUNUN YANINDA – Fotolar +Video

Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında 60 il sonra dəfn edilmiş sovet Azərbaycanının sabiq lideri Mircəfər Bağırov təkrar torpağa tapşırılıb. Turkustan.info bildirir ki, bu barədə Yenicag.az-a Mircəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırov məlumat verib. Hazırda 76 yaşı olan Məmmədtağı Bağırov ömrünün böyük hissəsini Mircəfər Bağırovun həyatının tədqiqatına, Azərbaycanın keçmiş I […]

Korrupsiya ən çox hansı sahələrdədir?

Azərbaycanda bu ilin 6 ayı ərzində ən çox korrupsiya faktı özəl sektorda aşkarlanıb. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, 6 ay ərzində özəl sektorda 28 şəxs barəsində 25 cinayət […]

Qəzaya düşən Şəbnəm Əsədovanın vəziyyəti ilə bağlı XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu Bakı-Qazax yolunda ağır avtomobil qəzası keçirib. Turkustan.info-nun məlumatına görə,  şok vəziyyətində olan müğənni reanimasiyaya yerləşdirilib. İfaçının prodüseri və sürücüsü də avtomonildə olduğu üçün hazırda xəstəxanadadırlar. Şəbnəmin telefonuna cavab verən və xalası olduğunu bildirən xanım onun səhhəti ilə bağlı sualları cavablandırıb: “Hazırda xəstəxanadadılar. Həyat yoldaşı […]

Bakıda içərisində xəstə və həkimlər olan “Təcili yardım” maşını yandı – VİDEO

Sabunçu rayonunda yanğın baş verib. 3 saylı xəstəxanaya yaxın ərazidə baş verən hadisədə yanan maşın 12 saylı yarımstansiyaya məxsus təcili tibbi yardım maşını olub. Yanğın başlayan zaman maşının içində xəstə və həkimlər olublar. Onlar vaxtında maşını tərk edə biliblər və heç bir xəsarət almayıblar. (report)

Azərbaycan, Türkiyə, Türkmənistan prezidentləri bir araya gələcək

Bu ilin sonuna kimi Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Aşqabadda üçtərəfli görüşü keçiriləcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib. Səfir bildirib ki, prezidentlərin görüşündən əvvəl üç ölkənin energetika və xarici işlər nazirlərinin görüşləri baş tutacaq. “Nazirlər dövlət başçılarının sammitində müzakirə olunacaq sənədləri və […]

SON DƏQİQƏ: Xırdalanda icra hakimiyyətinin işçilərini atəşə tutdular

Abşeron rayonunda silahlı insident baş verib. Turkustan.info bildirir ki, Abşeron rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb. Abşeron rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Keçirilən əməliyyat zamanı ev sahibi, […]

CASCFEN Xaçmaz müəllimləri üçün seminar keçirdi

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində Xaçmazdakı 7 saylı məktəbdə seminar keçirib. Açılışda çıxış edən məktəbin direktoru Şamama Nəsirova və rayon təhsil şöbəsinin metodisti İmran Müseyibli belə tədbirlərin faydasını qeyd edib. Daha sonra çıxış edən CASCFEN sədri Azər Həsrət […]

Jurnalistlər üçün göz müayinəsi kampaniyası keçiriləcək

Bakıda media nümayəndələrin üçün 22 iyul-Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış ” adlı aksiya keçiriləcək. Turkustan.info xəbər verir ki, aksiya iyulun 21-də keçiriləcək. Həmin gün media təmsilçiləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xidmətlərindən yararlana, gözlərini müayinə etdirə biləcəklər. Gözlərini müayinə etdirmək istəyən media nümayəndələri iyulun 21-də səhər […]

Elza Seyidcahan əsəbləşdi: “Benzin yaxşı olub bahalaşıb” – VİDEO

Əməkdar artist Elza Seyidcahanı əsəbləşdiriblər. Turkustan.info xəbər verir ki, müğənni və bəstəkarlıqla yanaşı həm də şeir yazan E.Seyidcahanın adından benzinin bahalaşmasına aid şeir yazıblar. Bundan bərk qəzəblənən müğənni həmin adamları məhkəmə ilə hədələyib. Düşmənlərimizin öz içimizdə olduğunu deyən E.Seyidcahan “Mənim adımdan mənə aid olmayan sözlər yazırsınız, buna görə cavab verəcəksiniz”,–  deyib. “Benzinin […]

“Ölkədə rüşvət vermə cinayəti rüşvət almadan çoxdur” – Baş prokurorun müavini

“Ölkədə rüşvət vermə cinayətləri rüşvət alma cinayətlərindən çoxdur”. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. K. Əliyev qeyd edib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. […]

Fikrət Qocanın nəvəsi ABŞ ordusunun zabiti oldu – FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub. Turkustan.info-nun Modern.az-a istinadən  məlumatına görə, gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur. Qeyd edək ki, xalq şairinin qızı G.Qocayeva 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. O, Bakı […]

Marsda nəhəng kraterlər aşkarlandı – VİDEO

NASA şəkilləri paylaşdı NASA agentliyi Marsın müxtəlif rəngli kraterlərinin nadir şəkillərini dərc edib. İstiPress Komsomolskaya pravda qəzetinə istinadən xəbər verir ki, alimlərin fikrincə, bu geoloji obyektlər daha çox nəhəng rəngli soxulcanlara bənzəyir. Foto “Mars Orbiter Reconnaissance” aparatı ilə çəkilib. Ekspertlər hesab edirlər ki, kraterlər Marsa asteroidin düşməsindən sonra yaranıb. Bundan başqa, onlar […]

Ermənistan prezidenti Rusiyanın Azərbaycan silah satmasından narahatdır

İstənilən halda bu hal bizim üçün qəbul edilməzdir “Rusiyanın Azərbaycana silah satması Ermənistan Rusiya münasibətlərinin çətinləşdirir”. Turkustan.info İstiPress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan yerli televizya kanallarından birinə müsahibəsində danışıb. “Bu məsələ ölkəmizin Rusiya ilə dostluq münasibətlərinə ağır zərbə vurur. Həmçinin bizim Rusiya ilə hər bi […]

“Nağdsız ödənişlər şəffaflığı təmin edir və «kölgə iqtisadiyyatı»nı aradan qaldırır” – Mahir Abbaszadə ilə MÜSAHİBƏ

Bu gün iqtisadiyyatın qeyri-neft sektorunun, o cğmlədən bu sahələrin inkişafının başlıca maliyyə təminatçılarından olan bank sektorunun qarşısında yeni tələblər qoyulur. Mövzu ilə bağlı suallarımızı millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə cavablandırır.   – Mahir müəllim, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə […]

Türk dünyası gəncləri birgə yay düşərgəsində – FOTOLAR

Bu il Türk Şurasının və Jas Otanın təşkil etdiyi ll Beynəlxalq Yürk Məmləkətlərinin yay düşərgəsi Qazaxıstan Respublikasının Akmola vilayətinin Zerenda kəndində “Avrora Garden” istirahət mərkəzində baş tutdu. Qazaxıstan, Türkiyə, Qırğızıstan və Azərbaycandan gələn yüzdən çox gəncin iştirak etdiyi yay düşərgəsində bir həftə boyunca müxtəlif seminarlar, forumlar həyata keçirildi. Bu düşərgənin […]