Gün: İyul 27, 2017

Türkiyə şirkəti Təbrizin “Traxtor” komandasına sponsor oldu – TARİXİ QƏRAR

İran və Türkiyə mediası Türkiyədə qərargahlanan beynəlxalq hava yolları şirkəti Atlas Global-ın Təbrizin Traktorsazi (Traxtor) komandasının yeni sponsoru olduğunu bildirirlər. Turkustan.info xəbər verir ki, Anadolu agentliyi və Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən internet portalları bu haqda məlumat yayıb. Məlumata görə, Türkiyədə “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi tanınan […]

Telefonunuza gələn gizli zəngləri açmağın YOLLARI

Yəqin ki bir çox insanlara gizli (soclir) zənglər gəlir. Belə naməlum zənglərin gəlməsi istər istəməz telefon istifadəçiləri gizli zəngin kim tərəfindən olunmasını və həmin adamın müəyyən etməyin yollarını axtarırlar. Gizli zənglərin təyin olunması üçün 3 yol var. Birinci qayda: Əgər siz “Azercell” abunəçisisinizsə və sizə gizli nomrədən zəng gəlirsə bu […]

Vladimir Putinin də içdiyi çay – 17 MÖCÜZƏVİ FAYDA

Qədim zamanlardan çay süfrəmizin bəzəyi, yaraşığı olubdur. Çayın insan orqanizmi üçün əhəmiyyəti və xeyirli olması illərin sınağından çıxıb. Amma bütün çay növləri arasında yaşıl çayın özünəməxsus özəllikləri var. Təkcə ona görə yox ki, bu çaydan dövlət başçıları, o cümlədən Rusiya Federasiyasının prezidenti Vladimir Putun də istifadə edir. Bu çayın insan […]

Azərbaycan Pakistandan 10 hərbi təyyarə aldı – BÖYÜK SAZİŞ

Pakistan aviasiyasının marşalı Ərşad Malik və Azərbaycan Hərbi Hava Qüvvvələrinin komandanı general-leytenantı Ramiz Tahirov 10 ədəd “Super Muşak” təlim-məşq təyyarəsinin Azərbaycan HHQ-yə verilməsi barədə saziş imzalayıblar. Müqavilə ilə həmçinin təyyarələrə gələcəkdə texniki xidmət göstərilməsi və pilotlara praktiki hazırlıqda kömək edilməsi nəzərdə tutulur. “Bu tarixi razılıq iki qardaş dövlət arasında münasibətlərin […]

Türkiyədə hava həyatı iflic etdi – VİDEO

Güclü külək fırtınaya səbəb olub İstanbul şiddətli yağışın təsiri altındadır. İstiPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağışdan sonra başlayan dolu Avrasiya tunelində nəqliyyatın hərəkətini iflic edib. Atatürk və Sabiha Gökçen hava limanlarında uçuşlarda ləngimə müşahidə olunur. Məlumata görə, bəzi yerlərdə yağışla birgə müşahidə olunan güclü külək fırtınaya səbəb olub. İstanbulda […]

Telefonlarda bilmədiyiniz GİZLİ KODLAR

Bu gizli kodlar ilə telefonun bütün xüsusiyyətlərinə daxil ola bilərsiniz Ağıllı telefonlarda gizli kodlar mövcudur və onlardan istifadə edərək telefonların gizli yerlərinə daxil olmaq imkanını təmin edən bu gizli kodlar, ümumiyyətlə cihazların təmiri üçün mühəndislər tərəfindən istifadə edilir. Bu gizli kodlar ilə telefonun bütün xüsusiyyətlərinə daxil ola bilərsiniz. Android telefonların ortaq […]

Dünyanın ən zəngin insanları – Lider dəyişdi

“Amazon” şirkətinin təsisçisi Cef Bezos dünyanın ən zəngin adamı olub. Oxu.Az-ın Forbes nəşrinə istinadən məlumatına görə, hazırda biznesmenin sərvəti 90,6 milyard dollar təşkil edir. Bununla da, o, 90,1 milyard dollar sərvətə malik  “Microsoft”un qurucusu Bill Qeytsi qabaqlayıb. B.Qeyts 2013-cü ildən milyarderlərin reytinqinə başçılıq edirdi. Qeyd olunur ki, “Amazon” şirkətinin aksiyalarının […]

“Günlərdən Şeir”, “Eşqdəki müəmma” və “Türk dünyasına salam”

                                           “Şeir yazmaq bu qədər asan bir iş olsaydı, hər kəs şair olardı.”                                                                             (Mehmet Nuri Parmaksız)                                           “Şükrü olmayanın eşqi də olmaz”         “Bəsmələ”, yəni  “Bismillahir- Rəhmanir – Rəhim!”- deyə  qələm götürüb bütün yazılarını Rəhman və Rəhim Allahın dərgahından izn və qüvvət alaraq  yazmaq gözəldir! Şeyx Nizami  […]

Rusiyadan Avropa Birliyinə : “Canınızı yandırarıq”

Rusiyanın Xarici Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov əgər Avropa Birliyi ABŞ –ın sanksiyalarını dəstəkləyərsə Rusiyanın hər iki tərəfə cavabı can yandıracaq deyib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Cabarovun sözlərinə görə, cavabları  iqtisadi sanksiyalar olacaq. “Avropa Birliyi özünə də zərərli olduğu üçün hələlik ABŞ-ın sanksiyalarına qarşıdır”- deyə sədr müavini vurğulayıb.

Bacısını Bakıdan Şamaxıya çağırdı, çarpayıya uzatdı… – QANDONDURAN HADİSƏ

Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, 2017-ci ilin yanvarın 3-də Rəfail Yolçuyevin bacısı Yasəmən Arzuxanovanın əri İntiqam Arzuxanov ona zəng edib. İzlədi və əxlaqsızlıq etdiyini öyrəndi İntiqam Rəfailə bacısının əxlaqsız hərəkətlər etməsi, […]

Jurnalistlərin binası ilə bağlı daha bir addım

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.   Turkustan.info xəbər verir ki, sözügedən binadakı 255 […]

Tural Kərimov Mingəçevir şəhər “Gənclər Evi”nə direktor təyin olundu

Azərbaycan Respublikası Gənclər və idman nazirinin əmri ilə Tural Kərimov Mingəçevir şəhər “Gənclər Evi”nin direktoru təyin olunub. Tural Kərimov bu təyinata qədər Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri işləyib. Qeyd edək ki, Mingəçevir şəhər “Gənclər Evi” 16 aprel 2013-cü il tarixdə istifadəyə verilib. “Gənclər Evi”nin əsas məqsədi gənclərin […]

Onkoloqlar xəbərdarlıq edir: Gecələr belə yatın!

Onkoloqlar bildirib ki, gecələr sol böyrü üstə yatmaq xərçəng hüceyrələrinin yaranmasının qarşını alır. Onların bu faktı bu zaman limfaların normal fəaliyyət göstərməsi ilə izah edib. Turkustan.info xəbər verir ki, insanların yatmağa üstünlük verdiyi poza orqanizmin funksiyaları və özü üçün prinsipial əhəmiyyətə malikdir. Məsələn, tədqiqatçılar üzü üstə yatmağı problemli hesab edirlər. […]

SON DƏQİQƏ: Azərbaycanda xəstəxana yanır – 40 xəstə təhlükədə

Binadan xəstələr təxliyyə olunur Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb. İstiPress-in yerli bürosu xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Hadisə baş verən kimi xəstələr binadan təxliyyə edilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Məlumata görə, təxminən […]

Pərvanənin uşaqları ilə birgə özünü qatarın altına atmasının səbəbi məlum oldu – YENİ TƏFƏRRÜAT

İyulun 25-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində özünü və iki uşağını qatarın altına ataraq intihar edən 1992-ci il təvəllüdlü Pərvanə Mahmudovanın ölümü ilə bağlı bəzi yeni təfərrüatlar ortaya çıxıb. Turkustan.info-nun məlumatına görə, kənd icra nümayəndəsinin müavini Rasim Vəliyev hafta.az-a açıqlamasında deyib ki, Pərvanə Mahmudovanın ölümündə əsas günahkar onun ögey qayınatası və qayınanasıdır: “Pərvanə rəhmətliyin qayınanası […]

“Space” tv də əlbəyaxa dava – Aparıcısı ilə rejisssor “saçyoldu“ya çıxdı – FOTO

Bu gün “Space” tv də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub. Mənbənin saytımıza verdiyi məlumata görə xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.Televiziyanın əməkdaşlarının və mühavizəçilərin […]

Zaqatala və Balakəndə xüsusi əməliyyat: Helikopterlər cəlb olundu

İyulun 25-26-da Daxili İşlər Nazirliyinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat Balakən və Zaqatala rayonları ərazisindəki meşə massivlərində keçirilib. DİN Daxili Qoşunlarına məxsus helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin […]

Rusiyadan Azərbaycana gələn dəhşətli viris – TƏHLÜKƏ

Bu ölkədə QİÇS virusu tüğyan edir Azərbaycanda 1987- 2016-cı illərdə (martın sonunadək) 4815 nəfər QİÇS xəstəsinin rəsmi qeydiyyata alındığı açıqlanıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə onların 3523-ü (73,2%) kişi, 1292-si (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1725 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 744 nəfər olub. Aparılan araşdırmalar […]

Dəhşətli qətlin izi ilə: Xəstəxana yaralı bacı-qardaşı niyə gizlədir? – REPORTAJ

İyulun 24-də Bərdənin Hacallı kəndində baş verən dəhşətli hadisə bütün ölkənin gündəmini zəbt edib.  Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, kənd sakini 1968-ci il təvəllüdlü Saday Əliyev gecəyarı yuxuda olan 1973-cü il təvəllüdlü həyat yoldaşı Gülbəniz Əliyevanı və iki uşağı – 14 yaşlı oğlu Muradla 18 yaşlı qızı Məleykənin başına “kuvald”la […]

Şəhid Həsən Həsənovun ailəsinə mənzil verildi

2014-cü ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə gedən və erməni silahlı birləşmələri tərəfindən orada qətlə yetirilən Həsən Həsənovun ailəsinə mənzil verilib. Turkustan.info bildirir li, bu barədə Modern.az-a H.Həsənovun qardaşı Nail Həsənov bildirib. O qeyd edib ki, qardaşının həyat yoldaşı Vüsalə xanım qızları Özləm və Ləmanla birlikdə yeni mənzildə […]

Polkovnik dənizdə batdı – FHN-nin xilasediciləri kömək etmədi – VİDEO

Polkovnik dənizdə batdı  İyulun 23-də Pirşağı çimərliyində üç şəxsin boğulması ilə bağlı avtosfer.az saytına məlumat daxil olub. Çimərlikdə istirahət edənlər bildiriblər ki, suda boğulan şəxsləri gördükdə FHN-nin xilasedicilərini çağırıblar. Onlar gələnə kimi həmin ərazidəki istirahət edən şəxslərlə birləşib boğulanlardan birini xilas ediblər. Xilasedicilər gəldikdən sonra isə suda boğulan şəxsləri xilas etməyəcklərini […]

SON DƏQİQƏ: Lerikdə broyler fabrikində partlayış – ÖLƏN VƏ YARALANANLAR VAR – YENİLƏNDİ

Lerik rayonunda broyler fabrikində partlayış olub. Turkustan.info-nun xəbərinə görə, hadisə Piran kəndi ərazisində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Rayondan əldə etdiyimiz məlumata görə, hadisə kəsim sexində olub. Adının açıqlanmasını istəməyən səlahiyyətli şəxs bunları deyib: “Hadisə Lerik broylerdə olub. Qaz balonunun partlaması nəticəsində 1 nəfər […]

“Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib

Milllət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB,  Aksaray Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan gecədə Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı, millət vəkilləri, partiyaların rəsmiləri, QHT və KİV rəhbərləri və çoxlu sayda yerli sakin iştirak edib. Gecədə çıxış edən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı millət vəkili […]

Çinə nüvə zərbəsi endirməyə hazırıq – ABŞ

ABŞ Prezidenti Donald Tramp əmr versə, Çinə nüvə zərbəsi endirməyə hazırıq. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Sakit okean donanmasının komandiri Skott Svift ABŞ və Avstraliyanın təşkil etdiyi birgə hərbi təlimlərdən sonra Avstraliya universitetlərindən birində çıxışı zamanı deyib. Svift ABŞ-da hər bir hərbi qulluqçunun ali baş komandana tabe olmaq […]

İranla sərhəddə gərginlik: Türkiyə vətəndaşı öldürüldü

Hakkarinin Yüksəkova rayonunda İran tərəfindən açılan atəş nəticəsində 24 yaşlı gənc həlak olub. Turkustan.info xəbər verir ki, Kamran Fərat adlı vətəndaşa İran əsgərləri tərəfindən atəş açılıb. Fərat kənd sakinləri tərəfindən Yüksəkova Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb. Fəratın yaxınları onun sərhədi keçmədiyini, amma buna baxmayaraq […]

Rusiya Ermənistanı himayəsinə götürdü – Qarabağda kiminlə döyüşəcəyik? – Ekspertdən AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib. Rusiyanın düşmən ölkə ilə belə bir qoşun yaratması ciddi narahatlıq doğurub. Politoloq Arzu Nağıyev mövzunu A24.Az-a şərh edib: “Bu, bizim üçün yenilik deyil. Bu məsələ bir müddətdir ki, davam edir. Biz buna çoxdan hazırıq. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” tərkibində […]

Tanrı dinlərdəki kimi deyil – MƏNTİQİ MÜHAKİMƏLƏR

Müəyyən dövrlərdə yaşamış və məhv olmuş xalqlarla yanaşı günümüzə qədər sağ qalmağı və varlığını sürdürməyi bacaran xalqların da şahidi oluruq. Bütün bu xalqların hər birinin tarixinə nəzər salsaq, onların din, dil və mədəniyyətində olan islahatların şahidi olarıq. Yaxşı bəs bu islahatlara səbəb nə idi? Şüur və zəkanın irəliyə doğru təkamül […]

Ermənilər snayperləri işə saldı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa […]

Bakıda pulsuz “Wi-Fi” artıq bu YENİ ƏRAZİLƏRDƏ də olacaq

Artıq Bakının “Qış parkı” və “Zabitlər parkı” ərazisində də “Wi-Fi”-a ödənişsiz giriş təmin olunacaq. Turkustan.info xəbər verir ki, Bunu özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib. Onun sözlərinə görə, işlər “ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılıb. Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi […]

Azərbaycanda 4 gecə davam edən toydan VİDEO

İş adamının villasının görüntüsü yayıldı. Bir neçə gün öncə övladı üçün Şəmkirdə dörd gün, 4 gecə toy çaldıran iş adamının həyata keçirdiyi mərasim və villasının görüntüləri yayılıb. Turkustan.info-nun məlumatına görə, Rusiyada çalışan iş adamı Qulu Vəliyevin Şiştəpə kəndindəki villası görənləri heyran edir. Günlərdir müzakirə mövzusu olan toyun və villanın görüntüləri sosial […]

Buynuzları yandırılan öküz intihar etdi – VİDEO

İspaniyada keçirilən öküz festivalında ilginc hadisə baş verib. “Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, festivalda iştirak edən öküzlərdən biri özünü öldürüb. Valensiyadakı festivalın iştirakçıları öküzün buynuzuna bantla məşəl bağlayıb. Alovun təsirindən təlaşla canını qurtamağa çalışan öküz özünü bağlandığı taxtaya çırparaq intihar edib.

Diş həkiminə ömrünüzdə cəmi bir dəfə gedəcəksiniz – MÖHTƏŞƏM KƏŞF

Londonun Kraliça Mariya Universitetinin alimləri dişi müalicə edən plomb ixtira ediblər. Sehirli materialın tərkibi isə yalnız təbii komponentlərdən ibarətdir. Milli.Az bildirir ki, bu plomb nəinki dişləri qırılmaqdan qoruyacaq, həmçinin kariesin də qarşısını alacaq. Bu mükəmməl kəşf artıq mütəxəssislərin bütün sınaqlarından keçib və növbəti ildən etibarən istifadə olunmağa başlanacaq. Daimi plomb […]

Şəhərdaxili gediş haqqı qalxdı

Son günlər informasiya saytlarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasının ərazisində avtobusla sərnişindaşıma xidmətində gediş haqqının artımı ilə bağlı informasiyalar yayılır. Turkustan.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən Azərtac-a verilən məlumata görə, muxtar respublika ərazisində avtobusla sərnişin daşımada gediş haqqının 10 qəpik artırılması manatın devalvasiyası nəticəsində xarici ölkələrdən alınan […]