Gün: İyul 28, 2017

“Ögey ana” filmindəki illərdir gizli qalan SİRR açıldı – VİDEO + FOTO

Azərbaycan kinosunun incisi sayılan “Ögey ana” filminə elə bir azərbaycanlı yoxdur ki, baxmasın. Filmlə birlikdə məşhurlaşan “Kəndimiz” mahnısı haqda da yəqin ki, məlumatınız var. Müsahibimlə tanış olmayana qədər mən də bir çoxlarınız kimi bu mahnının Ceyhun Mirzəyevin ifasında olduğunu bilirdim. Demək ki, sizin kimi mən də yanılmışam. Milli.Az sizə bu […]

İlham Əliyev ali mükafata layiq görüldü

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın yalnız dövlət xadimlərinə, prezident və baş nazirlərə təqdim olunan ən önəmli mükafatı – “Beynəlxalq İsa bəy İshakoviç 2017” mükafatına layiq görülüb. Bu barədə Bosniya KİV-ləri məlumat yayıb. İsa bəy İshakoviç Beynəlxalq Mükafat Komitəsinin sədri, akademik Lyubomir Berberoviç məlumatı təsdiq edərək bildirib ki, qərar […]

Bankdan 10 min dollar oğurladılar- BAKIDA

Bakı şəhər sakininə Portuqaliyadan göndərilən pulu bankdan naməlum şəxs aparıb. Report xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, Portuqaliyada yaşayan Qızxanım İbrahimova oğlu, Bakı sakini Emil İbrahimova 10 min ABŞ dolları məbləğində pul göndərib. Lakin həmin pulu “Bank of Baku”nun Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 C […]

Azərbaycanda əhaliyə XƏBƏRDARLIQ edildi

Nazirlik məlumat yaydı. Yay mövsümündə havaların qızması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən onların saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir. Nazirlikdən verilən məlumata görə, ərzaq məhsulların saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya birbaşa günəş şüaları altında […]

Evlilik verilişindən məşhurlaşan Nazdan çimərlik rəqsi – VİDEO

Naz yeni videosu ilə gündəmə gəldi. “Zühal Topalla izdivac” verilişindən sonra məşhurlaşan azərbaycanlı gəlin namizəd Naz sosial şəbəkədə yeni video paylaşıb. Bu dəfə də Türkiyədə Kəmər bölgəsində çimərlik rəqsi ilə gündəmə gələn Naz öz ismarışını da göndərib. “Nə zaman qaydalara uydum ki, burda da uyum. Özüm bildiyim kimi edərəm hər şeyi”.

Şimali Koreya növbəti dəfə dünyanı həyəcanlandırdı

Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib.  APA-nın verdiyi xəbərə görə, raket Yaponiyanın iqtisadi zonası istiqamətində buraxılıb. Raket buraxılışı faktı Cənubi Koreyanın hərbi qurumları tərəfindən təsdiqlənib. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsini məlumatına görə, ballistik olduğu ehtimal edilən raket yerli vaxtla 23.41-də (Bakı vaxtı ilə 18.41-də) Şimali Koreyanın […]

Bir sıra saytlarla bağlı şikayətlərə baxılıb

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını giriş sözü ilə açan komissiya sədri, MŞ sədrinin müavini Müşfiq Ələsgərli gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. Turkustan.info xəbər verir ki, iclasda öncə «Oba» MMC-nin «Anaxeber.az» saytına qarşı şikayətinə baxılıb. Müzakirələr gedişində rəyə gəlinib […]

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar -FOTO

Bu gün fransız jurnalisti və yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon və köməkçisi Sommer Nikolas Azərbaycan Mətbuat Şurasında olub. Turkustan.info xəbər verir ki, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Şura yalnız Azərbaycanda deyil, […]

Qənirə Paşayevadan Aksaraya qardaşlıq təklifi – Bələdiyyə başqanı ilə görüşdü – FOTOLAR

Millət vəkili Q.Paşayeva Aksaray valisi, bələdiyyə başqanı və universitetin rektoru ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliğindən danışıb.  Turkustan.info xəbər verir ki,  Qarabağ parkı, Xarıbülbül abidəsinin açılışı və “Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ndə iştirak etmək üçün Aksarayda olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə […]

SON DƏQİQƏ: İranda güclü zəlzələ – 16 nəfər…

Bu gün səhər İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,7 bal gücündə zəlzələ baş verib. Turkustan.info  xəbər verir ki, yeraltı təkanların episentri Nəhavənd şəhərinin 4 kilometrliyində yerləşən Kuhani kəndinə təsadüf edib və 2 km dərinlikdə olub. Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib. İnsanlar qorxaraq küçələrə axışıb. Müxtəlif səbəblərdən 16 nəfər yaralanıb və […]

Azərbaycanda “Qar adamı” tutuldu – Dünya mediası reaksiya verdi – DƏHŞƏTLİ VİDEO

Azərbaycanda yarıinsan, yarımeymun canlı aşkarlanıb. Canlı qalın tüklə örtülüdür. Əlləri həm meymun, həm də insan əllərinə oxşayır. Gözləri və dodaqları isə eynilə insan, daha dəqiq desək, qadın dodaqlarına və gözlərinə bənzəyir. Turkustan.info Azermedia.Az-a istinadən xəbər verir ki, olay İspaniya mətbuatında işıqlandırılıb. İspaniyanın “La gran epoca” saytının yayımladığı materialda canılın Qaqazda, Azərbaycan […]

Rusiya hərbçilərinin Azərbaycanın neft kəmərinin bir hissəsini tutmasına Bakıda nə deyirlər…

Rusiya hərbçilərinin ötən həftə Cənubi Osetiyadan “sərhədlərin delimitasiyası” adı altında irəliləyərək Azərbaycanın ixrac neft kəməri Bakı-Supsanın bir hissəsini nəzarət altına alması Tiflisdə panika yaradıb. Lakin Bakıda bu məsələ ilə bağlı təmkinli davranırlar və narahat deyillər. Tutkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Pravda.ru”nun məqaləsində deyilir. SOCAR-dakı informasiyalı mənbə bildirib ki, “Azərbaycan […]

Fərhad Bədəlbəyliyə ağır itki

Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə ağır itki üz verib.  Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, F.Bədəlbəylinin həyat yoldaşı Nailə xanım bir neçə saat öncə vəfat edib. Rektorun dostları saytımıza bildiriblər ki, Nailə xanım öz bağında vəfat edib, həmin vaxt istirahət edirmiş, Fərhad Bədəlbəyli işlə əlaqədar Qəbələdə olub. Onun […]

“Anamı arzusunun 1 addımlığında olanda itirdim…” – 50 yaşlı Elçin Mirzəbəyli

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair, bu günlərdə 50 yaşı tamam olacaq Elçin Mirzəbəyli azadinform.az saytına müsahibə verib. Turkustan.info həmin müsahibəni təqdim edir: – İnsan ömrü… Harada başladığı və harada bitəcəyi bizdən asılı deyil. Amma vaxt bizimdi, fürsət bizimdi. Bəs o vaxtı necə, dəyərləndirmək bizdən asılıdırmı? Nə keçdi ki, başınızdan, dəyişdirmək […]

Azərbaycanın məşhur güləşçiləri etiraz aksiyası keçirir: “Vəziyyət çox acınacaqlıdır” – FOTOLAR

Bu gün güləşçilərimiz etiraz aksiyası keçirib. Turkustan.info yenicag.az-a istinadən xəbər verir ki, etiraza səbəb Azərbaycan Güləş Federasiyasının idmançılara qarşı biganələyidir. Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz, şəraitsizlikdən də şikayətlənirlər. Saytımıza açıqlama verən Yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016″nın bürünc mükafatçısı Rəsul Çunayev etirazını bu şəkildə dilə gətirib: “Təlim-məşq toplanışı keçmirik. […]

Şirvanda toy vaxtı bədbəxt hadisə – Bəy təcili xəstəxanaya aparıldı

Şirvan şəhər sakinini əqrəb sancıb. APA-nın məlumatına görə, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb. E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb. Eyni […]

Barama Innovasiya və Sahibkarlıq Mərkəzində Blockchain mütəxəssisləri bir arada

Azercell Telekom MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin ən uğurlu startaplarından biri olan – Technote Media  son ayların geniş müzakirə mövzusu doğuran Blockchain ilə bağlı görüş təşkil edib. Qeyd edəj ki, Blockchain texnologiyası ilə təşəbbüskarlar startaplarını ICO-ya çıxarır və kriptovalyutalar vasitəsilə iri həcmli maliyyə resursları cəlb edir. Bu mövzu “Orxan Əhməd”in […]

Azərbaycanda hər adamın 1232,1 manat xarici dövlət borcu var

Dövlət büdcəsində 2017-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi (limiti) 1000 mln. manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 500 mln. manat müəyyən edilib. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlinində qeyd edilib. […]

Bakının məşhur xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi, direktorun birinci müavini Həbib Yüzbaşov vəzifəsindən azad olunub. Turkustan.info xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Report-a faktı təsdiqləyərək bildirib ki, o, bir ay bundan əvvəl ərizə yazaraq vəzifəsindən gedib. Nazirlik rəsmisi qeyd edib ki, hazırda baş həkim vəzifəsinə təyinat olmayıb. Qeyd edək […]

Kreml 35 amerikalı diplomatı ölkədən çıxarır – QARŞIDURMA

Xəbər verdiyimiz kimi, ABŞ Senatı  Rusiya, İran və Koreya Xalq Demokratik Resublikasına əlavə sərtləşdirici sanksiyaların tətbiqənə dair qanun layihəsini qəbul edib.  Turkustan.info-nun məlumatına görə, sənədin lehinə 98, əleyhinə isə 2 senator səs verib.  Belə ki, Kennukti ştatından respublikaçı senator Rend Pol  və Vermont ştatından müstəqil senator, 2016-cı ildə Demokratlar Partiyasından […]

İş yeri yox, məzar: Fəhlə ölümləri niyə artıb?

Sahib Məmmədov:  “İşəgötürənlərin iş yerlərində əməyin mühafizəsini təmin etmək kimi öhdəlikləri var” İstehsalatda tez-tez fəhlə ölümləri ilə bağlı xəbərlər alırıq. Bunun da əsas səbəbi iş yerlərində sahəsindən asılı olaraq təhlükəsizlik qaydalarına riayət olunmaması, Əmək Məcəlləsinin tələblərinə əməl edilməməsi, eyni zamanda işçilərin də öz hüquqlarını bilməməsidir. Son vaxtlar tikinti şirkətlərində bədbəxt […]

Həkimlər ağır xəstəni polis bölməsinin qabağına atdılar – Bakıda şok olay

Paytaxt sakini: “Ailə üzvlərimizdən heç kəs həkimlərə xəsarət yetirməyib, bu, yalandır.” Bugünlərdə Bakıda çağırışa gedən təcili tibbi yardım stansiyasının işçilərinin sərxoş şəxslər tərəfindən döyüldüyü xəbəri yayılıb. Məlumata görə, hadisə gecə yarı paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsində baş verib. 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının əməkdaşları olan […]

Bakıda supermarket rəhbərliyi oğrunu dörd saat soyuducuda saxladı

Paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən “Fresh” market rəhbərliyi mağazadan oğurluq edən şəxsi özü cəzalandırıb. Turkustan.info ölkə.az-a istinadən xəbər verir ki, təqribən 10 gün öncə Novruz Sədiyev adlı şəxs tanışı Firuz Qəhramanovla bir yerdə adıçəkilən marketdən 3 ədəd bahalı təraş ülgücü oğurlayarkən market işçiləri tərəfindən saxlanılıb. Bu zaman oğurluq edən Novruz Sədiyev pul gətirmək üçün […]

Azərbaycanda torpaq sahələri ən baha satılan rayonlar

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da daşınmaz əmlaka, o cümlədən torpaq sahəsi almağa xüsusi maraq var. Torpaq almaq istəyənlər seçimdə daha çox Bakı və Bakıətrafı ərazilərə üstünlük verirlər. Amma yay fəslinin gəlməsi ilə rayonlarda da torpaq almaq istəyənlərin sayında artım hiss olunur. Bəs görəsən rayonlarda torpağın qiyməti neçəyədir? Daha […]

Azərbaycanda telekanalın işçilərinə hücum edildi – VİDEO

Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib. Turkustan.info xəbər verir ki, 4-cü mərtəbədə baş verən yanğın səbəbindən xəstəxananın həkim heyəti və xəstələr təxliyə olunublar. Onlar Ağdaş, Mingəçevir və Gəncədəki tibb müəssisələrinə köçürülüblər. Hadisə yerinə icbari tibbi sığorta üzrə dövlət agentliyinin nəzdində olan tibb müəssisəsində baş verən yanğını işıqlandıran ARB TV-nin […]

Ruslar daha 50 il Suriyadan çıxmayacaqlar

Rusiyanın hərbi hava qüvvələri Suriyadakı Xmeymim bazasında daha 50 il qalacaq Rusiyanın hərbi hava bazası Suriyanın Latakiya bölgəsində daha 50 il fəaliyyət göstərəcək. Sputnik Azərbaycan bu barədə “İndependent“-ə istinadən xəbər verir. Məlumata görə, Rusiya ilə Suriyadakı Bəşər Əsəd rejimi arasında cari ilin yanvarında bağlanan müqavilə Rusiya prezidenti Vladimir Putin tərəfindən […]

Məkkəni ballistik raketlə vurmaq istədilər

 İslam dünyası Həcc qabağı yeni problemlə üzləşdi Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya İslam dünyasının mərkəzi Məkkəyə uçan ballistik raketi zərərsizləşdirib. Turkustan.info-nun məlumatına görə, bu barədə “RT” ərəb koalisiyasının komandanlığına istinadən bildirib. Məlumata görə, mərmi şəhərə 69 kilometr qalmış vurulub. Koalisiya şəhərə atılan atəşə görə məsuliyyəti Yəməndə fəaliyyət göstərən husi silahlı birləşmələrinin […]

Bu gündən havaya diqqət – Kəskin istilər başlayır – XƏBƏRDARLIQ

Temperatur 42 dərəcəyə çatacaq. Bu gündən ölkə ərazisində hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 28-29-da havanın maksimal temperaturunun 34-39 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında iyulun 28-dən ayın sonunadək hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal […]

Benzinin qiyməti qalxdı, bəs, keyfiyyət…

İyulun 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılaraq, 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Rəsmi açıqlamada bildirilib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə […]

Poroşenko bunu yuxusunda görəcək – Saakaşvili

Pyotr Poroşenko bəlkə də növbəti seçimlərə qədər xalqın qəzəb dalğasına düçar olaraq hakimiyyətdə qala bilmədi. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Mixail Saakaşvili rəsmi Feysbuk səhifəsində yazıb. “Bu, Ukrayna cəmiyyətinə birbaşa və birmənalı siqnaldır – daha heç bir demokratiya oyunu olmayacaq. Pyotr Alekseyeviç, siz bu qərarla özünüzün və hakimiyyətinizin […]

Gülnarə Kərimova həbs edildi: Bir neçə maddə ilə

G.Kərimovanın həbsi barədə xəbəri Özbəkistan Baş Prokurorluğu yayıb. Məlumata görə, mərhum prezidentin qızı Cinayət Məcəlləsinin 168, 178, 182, 189, 228-ci maddələri ilə ittiham edilir. Baş Prokurorluq G.Kərimova barəsində həbs qətimkan tədbirnin seçildiyini bildirib. * * * Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub. Turkustan.info xəbər verir ki, G. […]

Azərbaycanda məhkumlar xəstəlikdən ölüb

Azərbaycanda bir neçə məhbus xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkumlar – 1965-ci il təvəllüdlü Mehman Hümbət oğlu İbrahimov, 1934-cü il təvəllüdlü Qurban Əbuzər oğlu Nəsirov, 1985-ci il təvəllüdlü Elnur Mustafa oğlu Bəkirov və 1949-cu il təvəllüdlü Sərvər Hümbət oğlu Məmmədov […]

Yeni qanun qəbul olundu – Hökumət bu şəxslərə narkotikanı özü paylayacaq

İran narkotiklə bağlı siyasətini dəyişir. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki,  İran bu addımı narkotik vasitələrdən istifadəyə görə minlərlə edam və saysız-hesabsız ölüm hallarından sonra atmağa qərar verib. Parlamentdə xırda narkotik qaçaqmalçılarının edamına son qoyulması ilə bağlı yeni qanun qəbul olunub. Araşdırma mərhələsində olan başqa bir plana görə dövlət orqanları narkotik […]

Dolu İstanbulu vurdu – Havada dəhşət yaşandı – FOTOLAR+VİDEO

Maşınlar, avtobuslar su altda qalıb, təyyarə sərnişinləri ölümdən dönüb Ötən gün axşam saatlarında Türkiyənin İstanbul şəhərində başlayan fırtına həyatı iflic edib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, sinoptiklərin fırtına ilə bağlı xəbərdarlıqlarına baxmayaraq əhali və turistlər hazırlıqsız olublar. Saat 18 radələrində hava bir anda qaralıb, bundan sonra isə güclü […]

Müğənnilərin toy qiymətləri – Yeni siyahı

Müğənnilərin toy qiymətləri hər zaman aktual mövzulardan olub. Lakin ölkədə baş verən müəyyən valyuta və qiymət dəyişiklikləri az da olsa, ulduzların toy qiymətlərinə təsir edib. Teleqraf.com şoubiznes ulduzlarının son toy qiymətlərini araşdırıb. Bu qiymətlər toyda iştirak şərtlərinə görə dəyişir. Məsələn, yarım saatlıq çıxış üçün qiymət, bütöv toy qiymətindən ən azı […]

Sürücülərin nəzərinə – 4 gün qaldı

Avqustun 1-ə qədər avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaq. Turkustan.info xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, iyul ayının 31-də minik avtomobillərinin texniki baxış müddəti başa çatır: “Texniki […]

Həyat yoldaşınız bunları edirsə, XƏYANƏT VAR…. – DİQQƏT!

Sevdiyiniz insanın sizə xəyanət etdiyini düşünürsünüz? Turkustan.info xəbər verir ki, bu davranışlar ssevgilinizin ya da həyat yoldaşınızın xəyanət etdiyini göstərir. Gözlər qəlbin aynasıdır İki tip aldadan var. Bəziləri yalan danışarkən gözlərini qaçırır. Söhbətin ən vacib yerində gözlərini bağlaya və uzaqlara baxa bilir. Bəzi tip insanlar isə yalanının başa düşülməməsi üçün gözlərin […]

Tarixçi alim Nizami Cəfərova cavab verdi – QALMAQAL

Tarixçi alim Ramin Əlizadə akademik, deputat Nizami Cəfərova cavab məqaləsi yazıb. Ramin Əlizadənin Modern.az saytına göndərdiyi yazını təqdim edirik. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, Turan döyüş sənətini inkişaf etdirmək məqsədilə yaradılmış Alpaqut Federasiyasının prezidenti Nizami Cəfərovun Azərbaycan türklərinin tarixi ilə bağlı yeni araşdırması bir çox ziddiyyətli məqamları ilə diqqəti cəlb edir. […]