Gün: İyul 31, 2017

Hacıqabul qətliamının ŞOK TƏFƏRRÜATLARI : “Qatil səhvən başqa ailəni güllələyib”

Xəbər verildiyi kimi bu gün səhər saatlarında Hacıqabulda evə basqın edən silahlı şəxs iki qardaş Məhəmməd və Natiq Qəmbərovların ailəsinin 5 üzvünü güllələyib, daha sonra özünü vurub. Meksikada silahlı quldur qruplaşmaları tərəfindən törədilən dəhşətli qətliamları xatırladan bu hadisəni törədən şəxs Hacıqabul sakini, əvvəllər dəfələrlə məhkumluq yaşamış, 1971-ci ildə anadan olmuş […]

Azərbaycanda tapılan canlı “QAR ADAMI” olub? – Zooloqlar açıqladı – VİDEO

Bir neçə gündür müzakirələrə səbəb olan meymuna bənzər canlı əslində nədir? Azərbaycan ərazisində peyda olduğu bildirilən bu varlıq həqiqətən də mövcuddurmu? Turkustan.info bildirir ki, zooloqlar meymuna bənzəyən əcaib heyanın əslində bir iluziya olduğunu deyirlər. Bildirirlər ki, nəinki Azırbaycanda, ümumiyyətlə dünyanın heç bir yerində belə bir canlı yoxdur. Zoologiya insitutunun direktoru Elman […]

Elə bilirsiniz atanıza oxşayırsınız? – Genetiklərin şok açıqlamaları

“Genetika” yunan dilindən tərcümədə “genesis”, yəni “mənşə” deməkdir. Bu elm irsiyyət qanunlarını və dəyişkənliyini tədqiq edir. İnsan genetikasına aid ən maraqlı faktları təqdim edirik. İntellekt atadan oğula keçmir. Əgər ata dahidirsə, oğlunun da onun kimi ağıllı olmaq şansı yoxdur. Axmaqlıq da, atadan oğula ötürülmür. Ata axmaq olduğu halda, oğul onun […]

Spirtli içkilərin satışına YENİ QADAĞA

Məhdudiyyətlər spirt tərkibli qeyri-qida məhsullarına da şamil ediləcək Rusiya prezidenti Vladimir Putin spirt tərkibli qida məhsullarının pərakəndə və avtomatlar vasitəsilə satışını qadağan edən qanun imzalayıb. Sənədə əsasən, bu növdən olan məhsullar barədə internetdə məlumat yaymaq da qadağan edilir. Əks təqdirdə qayda pozan şəxslər cərimə ediləcəklər. Belə ki, vəzifəli şəxslərə tətbiq […]

Telman İsmayılovun daha bir şirkəti müflis elan olundu

Moskva Arbitraj Məhkəməsi “Rusline 2000” MMC-ni müflis elan edib. “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, adıçəkilən şirkət Azərbaycan əsilli iş adamı Telam İsmayılovun təsis etdiyi AST şirkətlər qrupuna daxildir. Qeyd edək ki, “Rusline 2000” MMC-nin “BM-Bank” qarşısında 17,2 mlrd. rubl məbləğində borc öhdəliyi olub. Əlavə edək ki, “BM-Bank” “VTB […]

Qətərin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub – FOTO

Bu gün Qətər dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai Azərbaycan Mətbuat Şurasında olub. Turkustan.info xəbər verir ki, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum dünyanın, o cümlədən İslam aləminin media təşkilatları ilə ölkəmizin kütləvi informasiya vasitələrinin qarşılıqlı əməkdaşlığının qurulmasına […]

“Novruz Məmmədov: “Prezidentin oğlu heç vaxt İsraildə olmayıb”

İyulun 30-da İsrailin “Haaretz” qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib. Avropa.info-nun məlumatına görə, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Azərtac-a bu yazı ilə bağlı münasibət bildirib. Prezidentin köməkçisi deyib:-Təəssüf ki, məsuliyyət hissindən məhrum bəzi mətbuat orqanlarının təmsilçiləri vaxtaşırı yalan və böhtan xarakterli məlumatları […]

MEK-in Akademiklər zalında İranın Azərbaycandakı Səfirliyinin diplomatik guşəsi yaradılıb

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Ə.Farsi İran Səfirliyi adından Mərkəzi Elmi Kitabxanaya 250 adda müxtəlif səpkili kitab hədiyyə edib. Qonağı Mərkəzi Elmi Kitabxananın Akademiklər zalında qarşılayan MEK direktoru Leyla İmanova Mədəniyyət Mərkəzinin sədri Ə.Farsinin gəlişindən məmnunluğunu ifadə edib. […]

“Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər” adlı layihə çərçivəsində konfrans keçirilib

Bu gün – 2017-ci il iyulun 31-də “Cabir Novruz” Mədəniyyət Fondu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitu­tunun akt zalında “Azərbaycanı dünyaya bağlayan maddi-mədəniyyət abidələrimiz” mövzusunda elmi konfrans keçirib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Fondunun maliyyə dəs­təyi ilə həyata keçirilən “Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair […]

Pulsuz göz müayinələri davam edir

Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən Mobil göz klinikasında yanvar-iyun ayları ərzində 700-dən çox  ehtiyacı olan xəstələr müayinədən keçib, bunun 500-ə yaxını böyük, 200-dən çoxu isə uşaqdır. Yanvar ayları ərzində klinikanın həkimləri Kürdəmir rayonunda məskunlaşan 36 məcburi köçkün və qaçqınlara yardım göstəriblər. Müayinələr nəticəsində eynək reseptləri yazılıb, müalicələr təyin edilib. […]

Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ABŞ-ın Beynəlxaq İnkişaf Agentliyi (USAID), ABŞ Dövlət Deportamentinin Narkotiklər və Huquq Mühafizəyə dair Beynəlxalq məsəslələr üzrə Bürosu (INL), Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq ictimaiyyət və vətəndaş cəmiyyəti 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Gününü birgə qeyd ediblər. SİA-nın verdiyi məlumata […]

“Azərbaycan ordusu apreldə daha çox ərazini azad etməli idi” – Seyyid Həsən Amuli

“Biz öz torpaqlarımızın izzətini necə istəyiriksə, Azərbaycan üçün də o cür izzət və başucalığı istəyirik”. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli deyib. “Azərbaycanın problemlərini öz problemimiz bilirik. Hazırda Ərdəbildə Əhli-beyt məktəbinin güclənməsində Səfəvilərin rolu ilə bağlı konfrans […]

Azərbaycanda suyun qiyməti qalxdı

Neftçilər üçün tikilən yaşayış binalarında isti suyun qiyməti artırılıb. Bina sakinləri də qiymət artımından narazıdır. Onların sözlərinə görə, isti suyun verilməsi üçün öncə 40 qəpik ödəyirdilərsə, hazırda bu məbləğ 1.92 manatdır. Bu isə qiymətin 5 dəfə artması deməkdir. Abonentlər bildirir ki, hər ay onlara isti suya görə 80-100 manat borcun […]

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin ən önəmli tərkib hissəsidir

İyulun 31-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” adlı konfrans keçirib. Konfransın məqsədi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində görülən işlər, bu sahədə qarşıda duran məsələlərin müzakirə edilməsi olub. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Dini Qurumlarla İş üzrə […]

Ermənilər NATO-ya görə Qarabağı verir

Qərb mətbuatı münaqişə ilə bağlı yeni faktlar açıqlayıb Gürcüstanda NATO çərçivəsində keçirilən “Layiqli tərəfdaş 2017” təlimləri Azərbaycanın yox, Ermənistanın qatılması dünyanın KİV-lərində maraq doğurub. İstiPress-in məlumatına görə, Avropa KİV-ləri bunu təəccüblə qarşılasalar da, Ermənistanın əksər KİV-ləri məsələni sevinclə qarşılayıblar. Analitik Coşua Kuçer “Eurasianet.org“da yazdığı məqaləsində bildirib ki, Azərbaycan NATO-nun Qara dənizdə və […]

Kardiocərrah Kamran Musayev: “Ölkəmizdə “süni ürək” əməliyyatlarının hər növü uğurla tətbiq olunur” – MÜSAHİBƏ

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayevin APA-ya müsahibəsi. – Kamran həkim, ilk olaraq Mərkəzi Klinik Xəstəxananın Ürək və Damar Mərkəzinin fəaliyyəti haqda danışmağınızı istərdim. Mərkəzinizdə son illərdə hansı yeniliklər baş verib?  – Bildiyiniz kimi, Mərkəzi Klinik Xəstəxana müstəqil Azərbaycanın səhiyyəsində müasir şəkildə […]

Azərbaycanda ilk: Atatürklə bağlı qalmaqallı kitabın təqdimatı oldu – SENZURASIZ

Bu gün Milli Fikir Mərkəzinin (MFM) Tərcümə Şöbəsi tərəfindən tərcümə olunub “Kitabıstan”tərəfindən nəşr edilmiş, Etatizm Akademiyası seriyasından 4-cü kitabı- Armstronqun Atatürk haqqında yazdığı “Bozqurd”un təqdimatı keçirilib. Turkustan.info-nun məlumatına görə, senzurasız nəşr edilən kitab Azərbaycanda ilk dəfə tərcümə edilib. Mustafa Kamal Atatürkün ilk bioqrafiyası olan “Bozqurd” Türkiyədə isə bundan əvvəllər senzura […]

Güləşçilərə verməyə pul tapa bilməyən vitse-prezidentin oğlunun dəsgahı — BAHALI MAŞINLAR, LÜKS HƏYAT

Bir neçə gündür Azərbaycan Güləş Federasiyası ilə milli komandanın güləşçiləri arasında baş verən maaş qalmaqalı gündəmi zəbt edib. Turkustan.info-nun “Ölkə.az”-a istinadən məlumatına görə güləşçilərin mətbuata səs-küylü açıqlamasından sonra Federasiya adından milli komandanın baş məşqşisi açıqlama yayaraq güləşçiləri demək olar ki, xəyanətlə günahlandırdı. Öz növbəsində isə etirazçıların lideri kimi görünən Rəsul […]

Ermənistanın seks köləsinə çevirdiyi və satışa çıxardığı AZƏRBAYCANLI QIZLAR – DƏHŞƏTLİ VİDEO

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda əsir düşən 3 minə yaxın azərbaycanlının taleyini aydınmlaşdırmaq üçün Türkiyə və beynəlxalq insan haqları təşkilatlarına yazılı şəkildə müraciət ünvanlanmağa hazırlaşır. Publika.az xəbər verir ki, bu barədə ASİMDER rəhbəri Göksel Gülbey deyib. Onun sözlərinə görə, 1992-ci ildə Ermənistanın Azərbaycanın […]

Emin Ağalarov Donald Trampı Bakıya dəvət edir

Bu bazar Bakıda dördüncü “Jara” musiqi festivalı başa çatıb. Turkustan.info Avropa.info-ya istinadən xəbər verir ki, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarovun təsas təşkilatçılarının biri olduğu festivalda Alla Puqaçova, Sofiya Rotarudan tutmuş Qriqori Lepsədək Rusiya estradasının məşhur ulduzları iştirak edib. Musiqi tədbirinin yekunları ilə bağlı Emin Ağalarov Rusiyanın “Komsomolskaya Pravda” qəzetinə […]

Ölkənin ən varlı kəndindən reportaj – VİDEO

Təmtəraqlı toyları ilə son günlər sosial şəbəkələrdə böyük marağa səbəb olan Şəmkirin Şiştəpə kəndi haqqında əvvəllər də çox eşitmişdik. Kəndin bu qədər məşhur olmasının səbəbi isə nə yerləşdiyi ərazisi, nə də ki, füsunkar təbiətidir. Hər zaman kəndlərdə görməyə öyrəşmədiyimiz lüks yaşayış, xüsusi dizaynlı evlər, bahalı maşınlar və bu kimi digər […]

Avqust ayının hava proqnozu: Cəhənnəm istiləri başlayır

Avqust ayına olan hava proqnozu ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az olacağı ehtimalı var. […]

Meyiti quyudan tapılan körpənin ölümüylə bağlı – Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran rayonunda yeni doğulan körpənin ölümü ilə bağlı məlumat yayıb. DİN-dən verilən məlumata görə, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib. Həmin gün […]

Qızlarınıza yetər ki, əngəl olmayın! – 7 qalibimiz haqqında

  Qənirə Paşayeva Millət vəkili   Yeddi oğul istərəm deyirdi unudulmaz filmdə … Mən isə bu gün onlar kimi 7 qız 7 oğuldan da dəyərlidir dedim… Bu gün həyatımın ən gözəl günlərindən birini yaşadım… Bu 7 qız sanki öz qızlarımdı. O qədər sevindim onların uğurlarına,heyran qaldım ağıllarına, istedadlarına, sadəliklərinə. Çünki […]

“Bacı ilə nikah halaldır” – Şeyxdən SENSASİYALI FƏTVA

Səudiyyə Ərəbistanda vəhhabi şeyxi Nasir Əlömər Suriya terrorçu hərbçilərinin öz bacıları ilə nikah cihadını halal edib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, şeyxin sözlərinə görə, şiələrə qarşı döyüşdə hərbçilərə haram heç bir şey yoxdur. O, bu barədə “Əlvüsal vəhabi” portalına verdiyi eksklusiv müsahibəsində bildirib. Şeyx hesab edir ki, döyüş zamanı hərbçilər […]

Beyni yuyulmuş dindar Atatürkün heykəlinə hücum çəkdi – VİDEO

Türkiyənin Şanlıurfa şəhərində molla Atatürkün heykəlinə hücum edib. Polis əlində oraqla heykələ zərbə endirən mollaya müqavimət göstərsə də xeyli çətinlik çəkib. Molla ətrafın yığılan insanlara müxtəlif suallar ünvanlayıb. “Bütpərəstliyə sahib çıxanlar, Peyğəmbərə sahib çıxanlardır? Peyğəmbər nə etdi? Bütpərəstliyi ortadan qaldırdı, düz deyil? Siz niyə əsgəri və ordunu Atatürkün qarşısında baş  […]

Taksi sürücüsündən qadın müştəriyə qarşı əxlaqsızlıq – Bakıda – VİDEO

Şirkətdən taksi sifariş edən qadın sərnişinə sürücü sonradan zəng vuraraq onunla tanış olmaq istəyib. Sürücü xanımın vatsap nömrəsinə yazaraq ondan xoşu gəldiyini və tanış olmaq istədiyini bildirib. Ancaq xanım buna etirazını bildirərək onu narahat etməməsini deyib. Hadisə Bakıda olub.Taksi şirkətlərinin birində işləyən sürücü müştərini ünvana apardıqdan sonra mesaj yazmağa başlayıb. […]

Türk ordusu açıq savaşa başladı

Türkiyə ordusu Suriyanın şimalındakı Kobani kantonuna daxil olub. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı kürdlərin “Fırat” agentliyi yayıb. Agentlik ordunun öz qüvvələrini Bobene və Sifteke kəndlərində yerləşdirildiyini bildirib. Ordunun dünən yerli vaxtla 21:30-da hərəkətə keçdiyi vurğulanıb. Hələlik Türkiyə Silahlı Qüvvələri yayılan xəbərləri təsdiq etməyib.

Deputatdan İlahiyyat fakültəsinin bağlanmasına ETİRAZ

“Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini də bu ildən tələbə almamaqla sıradan çıxarırıq”.   Turkustan.info xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa feysbuk səhifəsində yazıb.   Onun sözlərinə görə, bu, qardaş Türkiyə ilə bağı olan növbəti məktəb sisteminin fəaliyyətinə xitam verilməsi deməkdir: “Bunun Azərbaycan saatı ilə işləyənlərin maraqlarına uyğun olmadığı aydındır. […]

SON DƏQİQƏ: Hacıqabulda bir ailənin 4 üzvünü güllələyən şəxs özünü də öldürdü

Turkustan.info  xəbər verir ki, Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb. APA-nın Mil-Muğan bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır. Hadisəni […]

Cəbhədə gərgin gecə: Erməni təxribatı gücləndi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, […]

Bakıdakı ABŞ səfriliyi önündə “Allahu əkbər” sədası

“Allahau Əkbər” qışqıran kişi polis idarəsinə aparılıb ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib. Turkustan.info-nun APA-ya istinadla verdiyi məlumata görə, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb. Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu […]

Zakir Həsənovdan 25 ilin ən cəsur əmri: Xankəndini vurmağı əmr edib

İyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi […]

Azərbaycanda gecə dəhşət yaşandı – Bir ailənin 4 üzvü öldürüldü

Evə silahlı basqın olub Hacıqabulda silahlı isnident baş verib. İstiPress-in Cənub bürosunun məlumatına görə, ​hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb.Baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb. Adıçəkilən küçədəki evlərdən birinə silahlı basqın olub. Nəticədə bir ailənin 4 üzvü öldürülüb. Onlardan biri qadındır. Qətlə yetirilənlər  – Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda […]

Bakıda daha bir qəsəbə büsbütün söküləcək

Yaxın günlərdə Keşlədəki “Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq. Bu barədə “Şanxay” sakinləri məlumat verib. “Şanxay”lıların sözlərinə görə, ötən həftədən evlərin qeydiyyata alınmasına başlanılıb. Qeydiyyata alınan evlərin ümumi yaşayış sahəsi ölçülür. Sentyabrdan evlərin sökülməsinə başlanılacağı bildirilib. Qəsəbə sakini Süleyman Məmmədov deyir ki, evləri qeydiyyata alanlar […]

Kişilər bu qadınları çox sevir – 6 VACİB XÜSUSİYYƏT

Kişi və qadın arasındakı münasibətlərin davam etdirilməsində əsas yük qadınların üzərinə düşür. İnsanlar nə qədər bunun əksini sübut etməyə çalışsalar da, nəticə etibarilə qadın ailənin sütunudur. Müdrik qadın isə xarakterindən asılı olmayaraq istənilən kişinin xəyallarını bəzəyir. Turkustan.info müdrik qadın olmağın 8 yolunu təqdim edir: 1. Müdrik qadın öz daxili keyfiyyətlərinə ən […]

Bakının mərkəzində canlı ilan satıldı – Bu mənzərə insanları vahiməyə salıb – VİDEO

Bakıda ilan satılıb. Özü də diri diri. İlanları kisədən çıxararaq ətrafdakılara nümayiş etdirir. Gah əlində saxlayır, gah da yerə buraxır. Görüntülər fotoqraf Valeh Arifoğlu tərəfindən mobil telefonla çəkilərək vatsap nömrəmizə göndərilib Turkustan.info bildirir ki, kadrlar dünən paytaxtın mərkəzində insanların sıx olduğu Səməd Vurğun parkında lentə alınıb.İlanı kisədə gəzdirən şəxsinin dediklərindən belə […]