Ay: Avqust 2017

Eşidəndə şok keçirəcəyiniz cütlüklər – Ata qızla, oğul anayla… – İNSEST AİLƏLƏR – FOTOLAR

İnsest ailələr, yəni qan bağlılığı olan şəxslərlə evlilik demək olar ki, əksər ölkələrdə qadağan olunub. Bununla yanaşı biz mediada zamanla bu tip ailələrin mövcudluğuilə bağlı xəbərlər eşidirik. Turkustan.info A24.Az-a istinadən bu tip ailələrin bir neçəsi haqqında tükürpədici faktlar təqdim edir. Colt ailəsi Colt ailəsi Avstraliyada yaşayır. 48 yaşlı ananın – Beti […]

1 saata Bakıdan Qazaxa gedib-qayıda bilərsiniz – 100 ilin ən böyük uğuru – VİDEO

“Hyperloop” vakuum qatarı layihəsinin gerçəkləşməsinə az qalıb. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, layihənin rəhbəri Elon Mask qatarın prototipini nümayiş etdirib. Futuristik layihə icra olunacağı təqdirdə insanları bir məntəqədən digərinə saatda 804 kilometr sürətlə çatdırmaq mümkün olacaq. Bu, Bakıdan Qazaxa, təxminən, 1 saata gedib-qayıtmaq deməkdir. Layihə yerüstü nəqliyyat sahəsində […]

Azərbaycanın vitse-prezidentləri nə vaxt təyin ediləcək?

Azərbaycanda bu ilin əvvəlindən hakimiyyətin yuxarı pilləsində ciddi struktur islahatlarına start verilib. 2017-ci ilin fevralında Prezident Administrasiyasında edilən dəyişiklik nəticəsində I vitse-prezident institutu formalaşdırıldı. Nəticədə birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olundu. Daha sonra bu il iyununda Prezident Administrasiyasında dövlət başçısına yeni köməkçilər təyin edildi, eyni zamanda […]

Misir Mərdanov testin ləğvindən DANIŞDI

Turkustan.info sivil.az-a istinadən sabiq təhsil naziri Misir Mərdanovun test üsulunun ləğv olunması məsələsi ətrafında baş verənlərlə bağlı modern.az-a müsahibəsini təqdim edir: – Misir müəllim, bir neçə gün bundan əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə 2 ildən sonra test üsulunun ləğv olunacağı anonsunu verdi. Keçmiş təhsil naziri olaraq sizcə, […]

Rusiya nazir Mikayıl Cabbarovun əmrindən vəcdə gəlib

“Azərbaycanın həm paytaxtında, həm də regionlarında uşaqların rus dili təliminin davam etdirilməsinə və təhsilin intensivləşdirilməsinə dair qərarın verilməsi çox yaxşı xəbərdir. Belə qərarı qiymətləndirməmək mümkün deyil. O, Rusiyaya etibarın göstəricisidir və bizim ölkələrimiz arasında münasibətlərin gələcəkdə də möhkəm olacağını əks etdirir. Və o, sözsüz, azərbaycanlılar kimi rusiyalılara da böyük xeyir […]

Braziliyalı futbolçu “Qarabağ”ın heyətində

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” növbəti transferini rəsmiləşdirib. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrikeni heyətinə qatıb. Klublar arasında uzun müddətdir aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib. Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, “Qarabağ” onu gələn il 2 və ya 2,5 […]

ATƏT-in İrəvandakı ofisi fəaliyyətini dayandırdı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İrəvan ofisi fəaliyyətini rəsmən dayandırıb. Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidmətindən bildirilib. Vurğulanıb ki, ATƏT-in Daimi Şurası Ermənistanda təşkilatın nümayəndəliyinin mandatının uzadılması məsələsində konsensus əldə edə bilməyib.

“Borcu olan insanlar qurban kəsməsin” – Hacı Fuad

Müsəlman dünyası Qurban bayramını qeyd etməyə hazırlaşır. APA TV-nin məlumatına görə, artıq hər yerdə qurban hazırlıqlarına başlanıb, qurbanlıq qoyunlar bazara çıxarılıb. Lakin bu bayramın mahiyyəti, sadəcə, Allah yolunda qurban kəsmək deyil. Əsas mahiyyət ehtiyacı olan insanlarla paylaşmaq, onları sevindirməkdir. Bəs Qurban kəsmək kimlər üçün vacibdir? “O adamlar ki, qurban kəsməyə […]

Qurbanlıq bazarında qiymətlər – VİDEO

Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan sayılır. Müsəlmanların sevərək qeyd etdiyi Qurban bayramına ölkəmizdə də böyük maraq var. Bayramla əlaqədar Bakı şəhərində və şəhərətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış məntəqələri fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün Bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq. Turkustan.info xəbər verir ki, AzVision.az-ın […]

İşsizlərə ŞAD XƏBƏR

22 rayon və şəhərdə əmək yarmarkaları keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması üçün keçirilən əmək yarmarkalarının cari ilin sentyabr ayında respublikamızın 22 rayon və şəhərində davam etdirilməsi nəzərdə tutulur. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İstiPress”ə verilən məlumata […]

Nazarbayev İlham Əliyevi təbrik etdi

Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Turkustan.info-nun məlumatına görə, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Sizi təbrik edirəm. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, əsrin dörddəbir […]

Mariya Zaxarova Hoqlandın Qarabağ bəyanatı haqda

“Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında heç bir yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər”. Turkustan.info-nun Virtualaz.org-a istinadən məlumatına görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “ABŞ-ın yeni həmsədr təyin […]

Daha bir qadın özünü qatarın altına atdı – Şəmkirdə

Şəmkir sakini intihara cəhd edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbəsində qeydə 1993-cü il təvəllüdlü Pərvanə İsmayılova özünü hərəkətdə olan qatarın altına atıb. Ağır bədən xəsarətləri alana qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır-orta ağır olduğu bildirilir. Məlumata görə, P. İsmayılovanın intihara cəhd etməsinin səbəbi həyat yoldaşından boşanması […]

Bakıda evi fahişəxanaya çevirən kişi tutuldu

Bakıda əxlaqsızlıq yuvası təşkil edən şəxs tutulub. Lent.az bildirir ki, Bakı şəhərinin Xətai rayonu ərazisindəki evlərdən birində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Seyidağa Cəfərov İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.

Marsda şəhər tapıldı – VİDEO

Mars planetinə endirilən “Curiosity” marsoxodunun çəkdiyi şəkillər əsasında kosmik tədqiqatçılar planetdə bir vaxtlar şəhərin mövcud olduğunu iddia edirlər. Publika.az “Daily Mail”-ə istinadən xəbər verir ki, NASA mütəxəssislərinin qeyri-dəqiq şəkildə informasiya yayması, əldə edilən informasiyaları fərqli şəkildə Yer sakinlərinə çatdırması müəmmalıdır. Skeptiklər burada mövcud olan “qədim Mars şəhəri” və qayalıqlardan başqa qəribə […]

Elzadan onu tənqid edənlərə söyüş kimi “ŞEİR” – “Tikim sizin ağzınızı”

ARB telekanalında yayımlanacaq “Xalqın şairi” verilişinin münsif kürsüsündə əməkdar artist Elza Seyidcahanın yer alması birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri tez-tez şeirləri ilə gündəmə gələn sənətçinin münsif olması ilə razılaşmayıb. E.Seyidcahan onun münsif olması ilə barışmayan izləyicilərinə isə şeir həsr etməklə cavab verib. Turkustan.info Metbuat.az-a istinadən sözügedən “şeir”i təqdim edir: “Tikim, Tikim […]

Bakıda mağazada oğurluq kameraya düşdü – bütün kassanı boşaltdı – VİDEO

Bakının Badamdar qəsəbəsində mağazada oğurluq hadisəsi baş verib. Hadisə 24.07.2017-ci il tarixində qeydə alınıb. Mağazanın kassasından günün günorta vaxtı işçi heyətinin başının qarışıq olduğundan istifadə edib xeyli pul oğurlanıb. Mağaza sahibi Daxili İşlər Nazirliyinin 102 qaynar xətti vasitəsi ilə müraciət edib. Lazım olan video və fotoşəkillər hüquq mühafizə orqanlarına təqdim […]

Millət vəkili: “Ermənistan Qarabağın müstəqilliyini tanısa geosiyasi vəziyət dəyişəcək”

Elman Nəsirov: “Qərbin dəstəyi ancaq sözdə, bəyanatlardadır” “Bu gün Azərbaycanın maraqlarının beynəlxalq aləmdə müdafiəsi çox düzgün qurulub”. Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov deyib. “Bu balanslı, çox vektorlu, tarazlaşdırılmış siyasətdir. Biz bu gün yeridilən siyasətin nəticəsində beynəlxalq aləmdə fəal oyunçu kimi davranırıq. Bu siyasətin konkret nəticələri də var. […]

“Buna necə cəsarət edirlər…” – Sabir Rüstəmxanlı Elzadan danışdı

Xalq şairi Sabir Rüstəmxanlı ARB telekanalında yayımlanacaq “Xalqın şairi” verilişinə, həmçinin münsif kürsüsündə həmişə yazdığı şeirlərlə qalmaqala səbəb olan Elza Seyidcahanın iştirakına münasibət bildirib. Turkustan.info bildirir ki, o, qafqazinfo-ya açıqlamasında qeyd edib ki, neçə illərdir ki, Azərbaycan ziyalısını gözdən salmaq kampaniyası gedir: “Şeir, sənətkar adına meyxanaçılar təqdim olunur. Bundan əlavə, yerindən duran Azərbaycanın […]

Enerji içkilərindən üç nəfər ÖLÜMCÜL vəziyyətə düşüb, belə getsə…

Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, Türk Dünyası Kardioloqlar Birliyinin vitse-prezidenti, əməkdar həkim Firdovsi İbrahimovun Report.az-a müsahibəsini təqdim edirik: – Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı mövcud vəziyyət necədir? – Ötən il ərzində Azərbaycanda müxtəlif səbəblərdən 53 min insan həyatını itirib. Bunlardan 32 mini ürək-damar xəstəliklərindən baş verib. Bu, çox dəhşətli rəqəmdir. […]

Sentyabrda manatın məzənnəsi dəyişəcək

“Sentyabr ayından sonra manatın məzənnəsində müəyyən dəyişiklik gözlənilir”. Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. Parlament üzvü deyib ki, bu, Azərbaycan Mərkəzi Bankının yürütdüyü siyasətdən və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qəbul edəcəyi qərardan asılı olacaq: “Hazırda bank sektorunda vəziyyət pisləşməkdə davam edir. […]

Qadının qadına, kişinin kişiyə aşiq olmasının SİRRİ

Uzun müddətdir ki, homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatının diaqnozları arasında xəstəlik siyahısından çıxarılıb. 1973-cü ildən “homoseksualizm” və “homoseksuallıq” sözləri psixiatrik xəstəliklər sırasında görünmədi. Bu sözlərin işlədilməsi cinsi ayrı-seçkilik elan edildi. Hazırda da həmin insanların haqları müdafiə edilir. Bəlkə də bu səbəbdən son zamanlar bu tip insanların sayında artım müşahidə edilir. Maraqlıdır, […]

Dilqəm Əsgərovun oğlu “Qızıl Xaç”ın yalanını çıxardı: “Düşünürlər uşağam, mənimlə çiling-ağac oynayırlar”

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Onlardan ailələrinə çatdırılması üçün məlumatlar alınıb və ailələrindən məlumatlar verilib. Turkustan.info […]

ABŞ-ın Qarabağ şərti – “Tramp Bakını seçdi”

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin dəyişməsi həmin postu tərk edən Riçard Hoqlandın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri barədə ətraflı çıxışı ilə müşahidə olundu. Riçard Hoqland Dağlıq Qarabağ ətrafında bütün işğal edilmiş rayonların (müvəqqəti status əldə etmiş) Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu və həmin ərazilərdə Azərbaycanın suverenliyinin bərqarar edilməsinin vacibliyini […]

Cəmiyyətdə daim qınağa çevrilən məsələ – BOŞANMIŞ QADININ 2-Cİ DƏFƏ AİLƏ QURMASI

“Filan qadın ərindən boşanıb, ikinci dəfə ərə getdi. Görürsünüz də, digər qadınlara necə pis nümunədir?!” Bu cür düşünənlərin təbirincə, boşanmış qadınlar cəmiyyətdə daş-qalaq olunmalıdır. Bu səbəbdən də  Azərbaycan cəmiyyətində ailə qurmaq haqqında təsəvvürlər bir-birinə qarışıb. Maraqlıdır, müasir zəmanədə boşanmış qadınların ikinci dəfə ailə qurması niyə ikrah hissi doğurur? Məsələnin sosioloji […]

İlahiyyatçı: “Qurani-Kərimdə qurban sözü heyvan kəsmək mənasında işlədilmir”

Elşad Miri: “İslam dinindəki bayramlar sosial yardımlaşmanı təbliğ edirlər. Qurban bayramı İslamın Ramazan bayramı ilə bərabər iki ən böyük bayramından biridir. Ancaq Qurban bayramının mahiyyətini və önəmini heç də hər kəs doğru anlamır. İlahiyyatçı Elşad Miri Sputnik Azərbaycan-a deyir ki, insanlarımız qurbanın nə demək olduğunu anlamalıdırlar: “Qurani-Kərimdə “qurban” sözü bizim bildiyimiz […]

Tapılan altı yaşlı uşağın atası danışdı – VİDEO

Üç gündür itkin düşən altı yaşlı uşaq tapılıb. Turkustan.info ARB TV-yə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivində tapılan 6 yaşlı Natiq, Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Üç gün idi ki, meşədə itkin düşmüşdü. Mərasim keçirilən yerdən 4-5 km aralıdan tapılıb. Yarğanın […]

1 milyon dollarlıq silahı oğurlayıb “eBay”da satdılar

ABŞ-ın Kentukki ştatında “Fort-Kempbell” hərbi bazasının anbarlarından 1 milyon dollar məbləğində silah-sursat oğurlanıb. “A24.az”ın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, oğurlanan silah-sursatın bir qismi “qara bazarda”, qalanı isə “eBay” vasitəsi ilə satılıb. Məlumata əsasən, müxtəlif silah və avadanlıqlar Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada sahibini tapıb. Anbarlardan oğurlananlar arasında pulemyot […]

24 il Qubadlısız

Torpaqlarımızın qorunması uğrunda 238 nəfər Qubadlı sakini şəhid olub. Bu gün Ermənistanın Azərbaycanın Qubadlı rayonunu işğal etməsindən 24 il ötür. Ümumi sahəsi 80250 hektar olan rayon 1993-cü ilin avqustun 31-də erməni işğalçıları tərəfindən işğal edilib. 1993-cü il avqustun 31-də ermənilər Qubadlını işğal etməklə Azərbaycan iqtisadiyyatına milyonlarla manat ziyan vurdular. Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi […]

Azərbaycanlı idmançı Livanda faciəvi şəkildə öldü – Meyidi verilmir

Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib. Turkustan.info xəbər verir ki, bu barədə gənc idmançının dostları sosial şəbəkələrdə məlumat veriblər. İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib: “Xəzərin meyiti 3 […]

Azərbaycan və Ermənistan dünyanın ən güclü ordularının reytinqində

Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 58-ci yeri tutub. Turkustan.info xəbər verir ki, bu barədə Global Firepower təşkilatının elektron səhifəsində bildirilib. Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 93-ci pillədə qərarlaşıb. İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir. Global Firepower Index […]

Ət bazarında bahalaşma – VİDEO

Qurban bayramına 2 gün qalmasına baxmayaraq, artıq Dövlət baytarlıq nəzarəti xidməti tərəfindən müəyyən olunmuş heyvanların kəsim məntəqələrində canlanma müşahidə olunur. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, paytaxta fəaliyyət göstərən kəsim məntəqələrinə indidən qurbanlıq heyvanların gətirilməsinə başlanılıb. Nərimanov rayonu ərazisində, Keşlə bazarında olan məntəqədə bayram gününə ciddi hazırlaşırlar. Məntəqədə olan Baytarlıq […]

Azərbaycanda Babək haqqında fantastik film çəkilir – VİDEO

“Babək 2020” filminin ilk tizeri ictimaiyyətə tədim edilib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədovdur (LİMAF). Rejissor Zaur Tahirsoy açıqlamasında bu filmin müasir standartlara cavab verəcəyini bildirib: “Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir […]

Gəncədə şahin quşuna belə əziyyət verilir – VİDEO

Qiymətli quş olan şahin quşunun ayağına ip bağlanılıb. İpin digər ucu divara bərkidilib. Quş nə qədər uçmaq istəsə də buna nail ola bilmir.  Turkustan.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, görüntülərin Gəncədə çəkildiyi bildirilir. Ətrafdakı insanlar quşu yemləməyə çalışırlar. Görüntülərdə quşun əziyyət çəkdiyi açıq aydın görünür. Məsələ ilə bağlı Ekologiya və […]

Məhəmməd peyğəmbərin tövsiyə etdiyi 21 ÜZÜM GİLƏSİ

Məhəmməd peyğəmbər (s.ə.s) tövsiyə edib ki, qurudulmuş üzüm çox yeyin. O, ödü təmizləyir, bəlğəmi aradan qaldırır, əsəbləri möhkəmləndirir, yorğunluğu götürür, xasiyyəti gözəlləşdirir, nəfəsi təmizləyir, qəm-qüssəni uzaqlaşdırır, kimsə hər gün 21 ədəd çəyirdəyi təmizlənmiş qırmızı üzüm yeyərsə, o, bədənindəki bütün iztirablı xəstəliklərdən və azardan xilas olar, başqa azarlara tutulmaz. Loğmanlardan isə […]

Erməni girovluğunda olan Dilqəmin səhhəti ağırlaşdı — İsveçrədən həkim gətirilib

Erməni girovluğunda olan, qondarma rejimin qurduğu qondarma “məhkəmə” ilə ömrlük həbs edilən Dilqəm əsgərovun səhhəti ağırlaşıb. Turkustan.info  pressclub.az-a istinadla xəbər verir ki, bu haqda “Qoroskop” qəzetinin baş redaktoru, Əsgərovun dostu Səbuhi Rəhimli məlumat verib. O deyib ki, Dilqəmin səhhəti o qədər ağırlaşıb ki, separatçılar İsveçrədən onu müayinə etmək üçün həkim […]

“Qarabağ”dan müdhiş həmlə — Dünya ulduzunu gətirir

“Qarabağ” Enrike ilə danışıqlar apardığını təsdiqlədi “Qarabağ” PAOK-un futbolçusu Pedro Enrikeni icarəyə götürmək istədiyini təsdiqləyib. “Ölkə.az” xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çəlikəl “Qafqazinfo”ya açıqlamasında braziliyalı yarımmüdafiəçi ilə danışıqlar apardıqlarını təsdiqləyib: “Enrike transfer siyahımızda olan futbolçudur. Onu heyətə qatmaq üçün danışıqlar aparırırq. Hazırda danışıqlar müsbət yöndə davam edir”. Qeyd […]

5 gün internetsiz qaldılar, GÖRÜN NƏ BAŞ VERDİ – VİDEO

Britaniyanın “Channel 5” telekanalı maraqlı eksperimenti nəzərdən keçirib. Publika.az bildirir ki, kanal 5 könüllünü seçərək, 5 gün ərzində təkkameralı təcridxana otağını xatırladan, bütün müasir kommunikasiyalardan təcrid olunmuş palatada internetin yoxluğuna necə tab gətirəcəklərini yoxlamaq qərarına gəlib. Sınağın nəticələri “In Solitary” (təklikdə) şousunda nümayiş olunub. Sınaq iştirakçılarını yaşam üçün vacib olan […]

Dövlətin dəstəyi ilə QHT-lərin beynəlxalq arenada aktivliyi artmaqdadır

Fərid Qəhrəmanov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli  Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi və həmin ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması […]

Mehman Əliyevin apellyasiya şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.  “Report”un məlumatına görə, məhkəmə qərarına əsasən, M.Əliyevin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Qeyd edək ki, M.Əliyev avqustun 25-də […]

Vəzirovun azad etdiyi erməni keşişi özünü Qazaxda necə partladıb? – 1989-cu ildə baş vermiş terrorun tarixi

Təxminən 30 il əvvəl Kataloniyada olduğu kimi, Azərbaycanda da ruhani özünü partladıb. O, daha əvvəl bütün ermənilərin katolikosunun xahişi ilə Vəzirov tərəfindən azadlığa buraxılmışdı. Kataloniyada genişmiqyaslı terror aktlarının hazırlandığı zaman İspaniyada məscidin imamının özünü partlatması yada saldı ki, 1980-ci illərin sonlarında Azərbaycanda da erməni kilsəsinin ruhanisi özünü partlatmışdı. Bunu “İnterfaks-Azərbaycan” […]

İkinci Beynəlxalq Gənclik Kampının bağlanış mərasimi keçirilib

“İRƏLİ” ÜZVLƏRİ GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ TƏDBİRDƏ İŞTİRAK EDİBLƏR Avqustun 27-də Antalya İkinci “Uluslararası Gənclik Kampı”nın (Beynəlxalq Gənclik Düşərgəsi) bağlanış mərasimi keçirilib. “İrəli” İctimai Birliyindən verilən məlumata görə, “Türk Dili Konuşan Ülkeler İşbirliği Konseyi” (Türk Şurası) və Türkiyə Gənclik və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan düşərgədə “Ortaq […]

Qubada meşədə itən uşağın tapılma anı – VİDEO

Quba rayonunun Əski İqrığ kəndi ərazisində meşədə itən uşağın tapılmasının təfərrüatı məlum olub. Turkustan.info xəbər verir ki, hadisə ilə bağlı olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev “Report”un Şimal bürosuna açıqlama verib. Onun sözlərinə görə, uşaq huşsuz halda və yerə yıxılmış vəziyyətdə aşkarlanıb. Onun sözlərinə görə, […]

Şimali Koreya ABŞ-ın onu bombalamasından başqa yol qoymadı

Turkustan.info A24.az-a istinadən xəbər verir ki, Yaponiya torpaqları üzərindən ballistik raket ataraq dünya ölkələrinin narazılığına səbəb olan Şimali Koreya lideri Kim Çen In bunu Quama qarşı olan əməliyyatların başlanğıcı adlandırıb. O, “Şimali Koreya ordusunun Sakit okeandaki əməliyyatının ilk addımı Quama istiqamətlənən planlarımıza mənalı bir başlanğıcdır” deyib. Şimali Koreya xəbər ajansı […]

Azərbaycanda yas məclislərində mollaları robotlar əvəz etsin – Elşad Miridən maraqlı açıqlama

Ötən həftə Yaponiyanın paytaxtı Tokioda təşkil edilən texnologiya sərgisində robot kahinlər nümayiş edilib. Bütün dini ritualları mükəmməl icra edən robot artıq istifadəyə də verilib. Bundan əvvəl isə Almaniyada kilsələrdən birində robot kahin fəaliyyətə başlayıb. Görüntülərdə robot kahin inanclı insanları evləndirir, Bibliyadan müəyyən məqamları oxuyuraraq hətta əllərini göyə açıb dua da […]

Doğulandan sonra anasının istəmədiyi fil balası düz 5 saat ağladı – Qandonduran video

Çinin Şandonq bölgəsində bir heyvan parkında dünyaya gələn körpə fil anası tərəfindən qəbul olunmadıqda böyük faciə baş verib. Belə ki, ana fil doğuşdan dərhal sonra körpəsini tapdalayıb. Nəzarətçilər ilk başda ananın səhvən belə etdiyini düşünüb. Buna görə də fil balası bir az anasından uzaqlaşdırılıb. Sonra yenidən ana filin yanına aparılıb. […]

Arvadının masaj salonunda çəkilmiş şəkillərini tapdı… – Dəhşətli qətlin detalları

Bakıda törədilən qətlin təfərrüatı məlum olub. APA-nın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədovun qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürməsi faktı ilə bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən […]

Mona Lizanın təbəssümünün sirri AÇILDI

Oksford Universitetinin tarixçiləri Mona Lizanın təbəssümünün sirrini tapıb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, tarixçilər Martin Kemp və Zuzeppe Palaitini şəkildə təsvir ounan qızın kədərli təbəsümünün onun həyatı ilə birbaşa bağlı olduğunu deyir. Leonardo da Vinçinin naturaçısı qismində çıxış edən Liza Herardininin həyatı heç də asan keçməyib. O, 1479-cu ildə Florensiyada […]

Tələbələr üçün nəqliyyatda güzəşt olacaq – Bakıda

Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün, heç olmasa, […]

Mübariz Mənsimov: “Suyun altında xainliklərdən, yalanlardan uzaq oluram” (VİDEO)

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov övladları ilə birgə görüntüsünü paylaşıb. İş adamı oğlu və qızları ilə istirahətdə olduğu görünür. İş adamının 3 övladı var. İş adamı paylaşdığı bir videonun altına bunları yazıb: “Bəzən suyun altında olduğum zaman özümü çox xoşbəxt hiss edirəm. Çünki xainliklərdən, yalanlardan uzaq oluram. Çünki təbiyyətin […]

Otel otaqlarındakı su qızdırıcılarında alt paltarı qaynadırlar – DİQQƏTLİ OLUN! – FOTOLAR

Günlük həyatımızda gigienik qaydalara nə qədər əməl etməyə çalışsaq da bəzən bizdən asılı olmayan məsələlər qanımızı qaraldır. Son günlər gündəmə gələn otel otaqlarındakı su qızdırıcılarında alt paltarı qaynatma xəbəri kimi… Məsələni məşhur bloqqer Gizmido gündəmə gətirib. Bu barədə artıq bir sıra ekspertlər həyəcan təbili çalmaqdadır. Ekspertlərə görə, bunu üsuldan həqiqətən […]

“Kurtlar Vadisi”ndə yeni SEKSEAL GÖZƏL – VİDEO

Çevrilişə cəhddən bəhs edən filmin ikinci anonsu da yayıldı. Türkiyənin izlənmə rekordları qıran serialı “Kurtlar vadisi”nin Polad Alemdarına yeni rol yoldaşı tapılıb. İstiPress-in məlumatına görə, bir müddət sonra təqdimatı nəzərdə tutulan “Kurtlar Vadisi Vatan” filmində baş rolu ifa edən Necati Şaşmazın (Polad Alemdar) tərəf müqabili gözəl aktrisa Sinem Uslu olub. Uslu […]

Azərbaycan əhalisinin şəhər və rayonlar üzrə sayı

Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2017-ci ilin əvvəlinə Azərbaycan əhalisinin sayı 9 milyon 810 min nəfər olub. Novator.az bölgələr üzrə göstəricilərə də nəzər salıb. Bakı şəhərinin əhalisi ilin əvvəlinə 2 milyon 245,8 min nəfər, Naxçıvan Muxtar Respublikasının əhalisi 449,1 min nəfər, Sumqayıt şəhərinin əhalisi 339 min nəfər, Gəncə şəhərinin […]

3-cü dünya müharibəsi gəlir – Hazırlıq belə gedir…

İkinci dünya müharibəsindən bu yana böyük güclər arasında ciddi döyüşlərin olmamasına baxmayaraq, dünyanın mövcud hərbi-siyasi mənzərəsi üçüncü qlobal konfliktin əsasının qoyulması üçün zəmin yaradır. Növbəti qlobal münaqişə – 3-cü dünya müharibəsinin başlanması üçünsə 3 əsas istiqamət var. Bu haqda söz açacağıq. Qərb mətbuatı yazıb ki, 2-ci dünya müharibəsindən sonrakı post […]

Macarıstan prezidenti Vilayət Quliyevi yüksək hökumət mükafatı ilə təltif etdi

Macarıstan Prezidenti Yanoş Aderin imzaladığı fərmanla Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev yüksək hökumət mükafatı- “Xidmətlərə görə” ordeninin komandor dərəcəsi ilə (II dərəcə) təltif edilib. Turkustan.info AzərTac-a istinadən xəbər verir ki, bu barədə məlumat rəsmi hökumət bülletenində dərc olunub. Səfir bu mükafata Macarıstan ilə Azərbaycan arasında siyasi, […]

Dollar yığanlar – Ehtiyatlı olun!

Avqust ayının 30-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb. “Bloomberg” terminalında dollar 0,23% dəyər itirərək 1.6953 manat səviyyəsinə düşüb. Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.6992 manat məzənnəsi ilə yekunlaşmışdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. […]

İstanbulda 145 min insan öləcək – Dəqiq tarix AÇIQLANDI

İstanbulda yaxın 12 ildə böyük bir zəlzələnin baş vermə ehtimalı 60 faizdir. Bu nəticəyə zəlzələ barədə məlumatları təhlil edən Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mütəxəssisləri gəliblər. Bu ilin ilk 7 ayında Türkiyə ərazisində 26 min zəlzələ baş verib. AFAD 915 zəlzələ müşahidə stansiyasının məlumatları dəqiqliklə analiz edib. 2017-ci […]

Sevgilisi ilə yataqda tutulan arvad ərini amansızlıqla öldürdü – VİDEO 18+

Boşanmaq üzrə olduğu ərini başqa biri ilə görən qadın həyat yoldaşını bıçaqlayıb. Hadisə səhər saatlarında Türkiyənin Dənizli bölgəsində baş verib. Belə ki, N.B. adlı qadın ərini küçədə sevgilisi ilə görüb. O, bağıraraq Ercan B.-nün üstünə hücum edib. ər-arvad bir müddət boğuşduqdan sonra N.B. çantasında gətirdiyi mətbəx bıçağı ilə ərini çiynindən […]

İrəvanda dəhşət: Qızı girov götürən şəxs snayperlə vuruldu – VİDEO 18+

Ermənistanda qızın girovluqdan xilas edilmə anının görüntüsü yayılıb. Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə paytaxt İrəvanda baş verib. Akopyan adlı şəxs bilyard zalında qızı bıçaqla hədələləyərək girov götürüb. Hadisə yerinə polislər cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Akopyanla danışıqlar aparsalar da, nəticəsi olmayıb. Bu səbəbdən Akopyan snayperlə vurulub. Yaralı vəziyyətdə […]

Ərdoğanın Bakı səfəri təxirə salındı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.   Turkustan.info APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib. Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi […]

Türkiyə prezidentinin Azərbaycana səfəri təxirə salınıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb. Turkustan.info xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib. Onun sözlərinə görə, hazırda səfərin yeni tarixinin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Eyni zamanda, səfir bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü, əvvəlcədən məlumat verildiyi […]

Qubadlıya gedirəm! 24 ildir…

Fadil Paşayev Hər ayın 31-i Qubadlının səsi gəlir. Məni haylayır. Onsuz da hər gün ordayam. Doğma kəndim Dondarlının sirli-sehirli, macəralı yollarında. Hər daşının, qayasının, dərəsinin qulağıma pıçıldadığı nağıllarında yolçuyam hələ də. Sarıyamac, Mirzalı dərəsi, Şaban məhəlləsi, Günbəz… Bu toponimlərlə sayaqlayıram … Yay tətili başlayar-başlamaz atamın izni ilə kəndə gedərdim. İlin […]

25-летие дипломатических отношений между Азербайджаном и Казахстаном: путь от исторической дружбы до стратегического союзничества

В статье заместителя заведующего отделом вопросов внешней политики Администрации Президента Азербайджанской Республики, доктора философии по экономике Арасту Габиббейли, подготовленной в связи с 25-летием дипломатических отношений между Азербайджаном и Казахстаном, рассказывается об успехах, достигнутых нашими странами за годы независимости на пути от исторической дружбы до стратегического союзничества.Turkustan.info предлагает вниманию читателей эту статью. Х Х […]

Azərbaycanda qorxu evi: Hər şey filmlərdəki kimi baş verir

Ev sahibi: “Onlar hər yerdədir: mətbəxdə, yataqda, hamamda…” Goranboy rayonunun Qaradağlı kəndində ilanlar bir evi 3 ildir əsarətdə saxlayır. 27 il öncə tikilən evin hər yerində sürünənlərə rast gəlinir. Ev sahibi Şahin Muxtarov bu illər ərzində irili-xırdalı 62 ilan öldürsə də, onların fəalığının qarşısını ala bilməyib. Təhlükəli canlılardan qorunmaq üçün, […]

Nazirlər Kabinetində ixtisarlar başladı — 8 şöbə müdiri vəzifədən getdi

Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub. Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlanılıb. O, dəqiq rəqəm açıqlamasa da bildirib ki, dəyişikliklər prezident İlham Əliyevin 23 […]

Qubada meşədə itkin düşən uşaq tapıldı – FOTO

Qubada meşədə itkin düşən azyaşlı tapılıb. Turkustan.info APA-ya istinadən xəbər verir ki, meşədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlunun vəziyyəti normaldır. Qeyd edək ki, N. Əliyev avqustun 28-də rayonun Əski İqrıq kəndində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itmişdi. Yaxınlarının xına […]

Ermənistan rəsmiləri Bakıya gəlir

Sentyanbrın 20-də Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyəti Azərbaycana gələcək. Azvision.az “Hraparak”-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Respublika partiyasının sədr müavini Armen Aşotyan rəhbərlik edəcək. Məlumata görə, onlar Bakıda keçiriləcək plenar iclasda iştirak edəcəklər. Xatırladaq ki, daha öncə Vahan Hovhannisyan, Styopa Safaryan, Tevan Poğosyan, Artaşes Qeğamyan Bakıda təşkil edilən müxtəlif tədbirlərdə […]

“Rusiya üçün nüvə təhdidi artır” – Rusiyadan SOS

“ABŞ tərəfindən keçirilən sınaqlar Rusiya üçün nüvə təhlükəsi riskini artırır”. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bunu istefada olan polkovnik, “Komsomolskaya Pravda” nəşrinin hərbi müşahidəçisi Viktor Baranes “Ulduz” telekanalının saytına müsahibəsində deyib. “Amerika bombalarının sınağında heç bir anilik yoxdur. Daha 1,5-2 il əvvəl amerikalılar bildirdilər ki, Almaniya ərazisində yerləşdirilən nüvə […]

Polislər qəza törətdi – Yaralılar var

Tovuzda iki polisin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kəndində Tovuz rayon Polis Şöbəsinə məxsus xidməti avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə iki polis əməkdaşı,  rayon sakinləri – 25 yaşlı Xəyal Məmmədov və 26 yaşlı Arzu Qəhrəmanov müxtəlif bədən […]

Beynəlxalq Türk Akademiyasının prezidentinə ali orden verildi

Beynəlxalq Türk Akademiyasının (TWESCO)   prezidenti, professor Darhan Kıdıralı bu günlərdə Macarıstanın prezidenti Yanoş Aderin 321/2017 (VIII.22) saylı fərmanı ilə Zabit Xaçı Ordeni ilə təltif edilib. Turkustan.info xəbər verir ki, bu orden ona Beynəlxalq Türk Akademiyası ilə Macarıstan arasında yaratdığı elmi və mədəni əməkdaşlığa, məşhur türkoloq alim İştavan Konur Mandokinin irsinin öyrənilməsi […]

AŞPA həmməruzəçiləri yenə Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda sentyabr ayında Bakıya səfər edəcəklər. Turkustan.info-nun Virtualaz.org-a istinadən məlumatına görə, bu barədə Stefan Şennak öz Twitter səhifəsində yazıb. Xatırladaq ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycan üzrə növbəti hesabatı hazırlayırlar. S.Şennak bildirib ki, hesabatın ilkin […]

Prezident Əfranla zarafatlaşdı: “Topu arxada çox saxlama” – Foto

Prezident İlham Əliyevin “Qarabağ” klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində ölkə başçısının futbolçu heyəti ilə səmimi dialoqu olub. Turkustan.info xəbər verir ki, İlham Əliyev son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılovla zarafatlaşıb. Prezident İlham Əliyevin yarımmüdafiəçiyə “səni izləyirəm, yaxşı “driblinq”lərin və sürətin var” deyib. Ölkə başçısının “topu cərimə meydançasının yanında və […]

Taleyimizi müəyyən edən QARAÇI FALI – BÜRCLƏR

Hər bir xalqın öz inancları və ənənələri var. Məhz bu xüsusiyyətlər bizi digər millətlərdən fərqləndirir. Uzun illərdir Şərq qoroskopuna alışıb, ona daha çox maraq göstərsək də, məlum olub ki, qaraçıların da öz qoroskopu var. Bu qoroskop da digərləri kimi 12 bölümdən və addan ibarətdir. Lakin onların özünəxas özəllikləri var. Turkustan.info […]

Zeynəb Xanlarovanın türk sürücüsü müğənni haqqında Zaur Baxşəliyevə NƏLƏR DEDİ? – VİDEO

Xalq artisti Zeynəb Xanlarovanın türkiyəli sürücüsü müğənni haqqında maraqlı faktlar açıqlayıb. Turkustan.info xəbər verir ki, tanınmış aparıcı Zaur Baxşəliyev Türkiyədə Zeynəb Xanlarovanın sürücüsü ilə qarşılaşıb. Söhbət zamanı sürücü Zaur Baxşəliyevə Zeynəb Xanlarovanın qəlbi təmiz bir insan olduğunu söyləyib. O, bildirib ki, Zeynəb Xanlarova bir vaxtlar Türkiyəyə qastrol səfərlərinə gələndə onun sürücüsü […]

İldırım başından vurdu – DƏHŞƏTLİ VİDEO

Bədbəxt hadisə insanı hər yerdə təqib edir. 38 yaşlı Daniel heç zaman ağlına gətirməzdi ki, hər gün kəndlərinin başı üzərində guruldayan şimşək bu dəfə onun başına çaxacaq. Kəndlərinin qənşərində davamlı çaxan ildırımı video kameranın lentinə köçürmək istəyi Daniel Modol Gjerstada baha başa gəlib. Belə ki, çimşək çaxmağa başlayanda onu video […]

Dövlət zəmanət verir ki, hər ailəyə təmirli, “Çıxarış”lı mənzil veriləcək

“Əgər bina icra hakimiyyətinin sərəncamı ilə sökülürsə və yerində yeni bina tikilirsə, bu, o deməkdir ki, proses dövlətin icazəsi ilə həyata keçirilir” Son zamanlar paytaxtda “söküntü bumu” yaşanır. Beşmərtəbəli köhnə binalar, həyət evləri sökülüb, yerində çoxmərtəbəli binalar tikilir. Təbii ki, bu söküntü-tikinti işləri zamanı vətəndaşlar və şirkət nümayəndələri arasında müəyyən […]

“Dağlıq Qarabağ üçün sülhməramlılar” geri qayıdır

Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyası yenidən gündəmə gəlir.  ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland bəyan edib ki, sülhməramlılar olmadan, uzunmüddətli sülh mümkün deyil. Amerikalı diplomat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılığın son elementi kimi beynəlxalq təhlükəsizliyin zəmanəti qaçılmazdır. Onun sözlərinə görə, anlaşmanın qalıcı olması […]

Niyə yaraşıqlı oğlanların yanında həmişə çirkin qızlar olur? – Bizim qadınların məzəli cavabları

Belə suallarla tez-tez rastlaşırıq: “Niyə yaraşıqlı oğlanlar çirkin qızlarla evlənir”. “Niyə hündür oğlanlar balacaboy qızları seçir?”. Bu təsadüfdürmü? Yoxsa, şüuraltı təsirmi, şüurlu seçim sayəsindəmi baş verir? Belə mövzularda psixoloqlar yetərincə rəy verib. A24.Az mövzunu elə xanımlarla araşdırıb. Vizual, yaş həddi, ictimai mövqeyi fərqli olan 20 xanıma eyni sualla müraciət etdik. Ən […]

Tanınmış jurnalistlər Prezidentə müraciət etdilər: “Mehman Əliyevə zamin dururuq”

“Turan” Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar tanınmış media nümayəndələri ölkə Prezidentinə müraciət ünvanlayıblar.   Turkustan.info BakuPost.az-a istinadən xəbər verir ki, müraciəti “Yeni Nəsil” Jurnalistlər Birliyi adından Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyi adından Elçin Şıxlı, “Jurnalistikanın inkişafına yardım Mərkəzi” adından Qulu Məhərrəmli və müstəqil jurnalist İbrahim Nəbioğlu imzalayıblar. Müraciətdə deyilir: “M.Əliyevin […]

Azərbaycanlı kriminal avtoritetlərin “sxodkasına” polis basqını

Rusiya xüsusi təyinatlılarının və “Rosqvardiya”nın əlahiddə dəstələri Çelyabinskdə Azərbaycandan olan kriminal avtoritetlərin yığışdıqları “Kiçik Gürcüstan” restoranında reyd keçiriblər. Virtualaz.org bildirir ki, bu barədə ura.ru məlumat yayıb. Sayt hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir ki, restoranda Rəhman Abdullayev və Çelyabinskin Traktorozavodski rayonunun kriminal avtoritetlərindən olan Vladimir Puzikov öz cinayətkar qruplaşmaları arasındakı münasibətlərə […]

Ölümdən sonra həyat varmış – 944 nəfər “ölüb-dirilən” danışdı

Berlin Texniki Universitetinin həkimlərdən ibarət mütəxəssislər qrupu qandonduran açıqlama ilə çıxış ediblər. Onlar kliniki müşahidələrlə sübuta yetiriblər ki, ölümdən sonra həyat mövcuddur. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Tibbi müşahidə altında könüllü şəxslər 20 dəqiqəlik kliniki ölüm keçirdiblər. Həkimlər 4 il davam edən tərcübə müddətində iştirak edən könüllülər qrupuna adrenalin […]

Yadplanetlilər 5 rus əsgərini daşa döndəribmiş – CİA-dan ŞOK GÖRÜNTÜLƏR

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) ictimaiyyətə açıqladığı sənədlər arasında maraqlı bir detal diqqət çəkir. MKİ-nin yaydığı sənədə görə yadplanetlilər 23 rus əsgərini daşa çeviribmiş. Moderator.az xarici mediaya istinadla bildirir ki, iddialara görə, rus əsgərlər müəyyən etdikləri bir uçan naməlum obyekti (UNO) vururlar. Yerə düşən aparatdan çıxan yadplanetlilər müqavimət göstərərək əsgərlərə qarşı […]

Azərbaycanda millətçilik etmək haqqına kimlər sahibdir?

 Odər Sərdar   Bu mövzuya toxunmaqda məqsədimiz son zamanlar ölkəmizdə dövlətimizə və milli bütünlüyümüzə qarşı yad qüvvələr tərəfindən mayalanan ünsürlərin saldırqan, bölücü çıxışlarıdır. Sözünü etdiyim qruplaşmalar sosyal şəbəkənin gücündən öz məkirli məqsədləri üçün yararlanaraq bir sıra haqq olmayan “haqq” tələblər edir, etnik bağlamda bölünmə yaratmaq istəyirlər. Dövlətçiliyimizə qarşı düşmən olan […]

Qurban bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Turkustan.info-ya verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Eyni zamanda Qurban bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə […]

Millət vəkilindən Təhsil Nazirliyinə SƏRT ETİRAZ – “UTANCVERİCİDİR”

“Təhsil Nazirliyi mütəxəssislərin dərsliklərlə bağlı qaldırdığı ciddi problemə çox həssas və təcili münasibət göstərməlidir”. Bunu millət vəkili Qənirə Paşayeva dərsliklərlə bağlı müəllimlərin Lent.az-a açıqlamalarına münasibət bildirərkən deyib. Q.Paşayeva bildirib ki, çoxlu səhvlər aşkarlanan dərsliklər yenidən hazırlanmalı, həmin dərslikləri hazırlayanlar və ona nəzarət edib düzəlməsinə cavabdeh şəxslər tamamilə prosesdən uzaqlaşdırılmalıdır: “Bu […]

“İRƏLİ” İctimai Birliyi “SAY: All Star” layihəsini həyata keçirib

“İRƏLİ” İctimai Birliyinin uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının növbəti “ALL STAR” layihəsi baş tutub  Açıq hava şəraitində qurulmuş yaşayış çadırlarında qalan gənclər müxtəlif istiqamətlər üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar […]

Temperatur iqlim normasını keçdi – Qızmar hava ilə bağlı AÇIQLAMA

Hava temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib. “Yaxın 2 gün ərizndə paytaxt və rayonlarda hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyinin əsəcəyi ,arada güclənəcəyi […]

Özünü qatarın altına atan qadının əri: “Gizlicə telefon işlədirdi” – TƏFƏRRÜAT

Lənkəran rayonunda 4 uşaq anasının özünü hərəkətdə olan yük qatarının altına ataraq intihara cəhd etməsinin bəzi detalları məlum olub. İntihara cəhd edən qadının əri Rəvan Əlizadə report-a bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub: “Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm […]

İrəvanda yanan zavod təhlükə saçır

Ermənistanın stasionar müşahidə stansiyası olan Ətraf mühitin monitorinqi və informasiya mərkəzinın məlumatına əsasən, İrəvanda yanan “Nairit” kimya zavodundan kənar ərazidə kükürd dioksid konsentrasiyası icazə verilən həddi 1,2-1,7 dəfə keçib. Erməni mətbuatı xəbər verir ki, aparlan monitorinq zamanı azot dioksid konsentrasiyasının müvafiq norma göstəricilərini aşmadığı məlum olub. Qeyd edək ki, İrəvanda […]

Qurbanlıq heyvanlar bu yarmarkalarda satılacaq – SİYAHI

Sentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı […]

“Qarabağ” – “Çelsi” oyununa getmək istəyənlər – VİZA

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi “Çelsi”-“Qarabağ” futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib. Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər. Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin […]

“İnsanlar cinlərlə evlənərək çoxalıb” – Vasim Məmmədəliyev – Müsahibə

“AZƏRBAYCANIN DİNİ DÖVLƏT OLMASINI İSTƏMƏRƏM” Şərqşünas-alim, akademik Vasim Məmmədəliyevin Aznews.az-a müsahibəsi:  – Vasim müəllim, Ziya Bünyadov və siz Quranı tərcümə etmisiniz. Mətbuatda tərcüməni tez-tez tənqid edirlər. Deyirlər, xeyli nöqsanlar var. Adamlar çaş-baş qalır. Elələri də var ki, tərcüməçinin öz fikirlərini Allahın sözü kimi qəbul edir.  – Mən Quranın tərcüməsi haqqında ön […]

“Mini yubkalı, ağzında siqaret, qucaqlarda oturan direktorlardan yazın, bacımdan yox” – Təşkilat sədri

Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsiylə bağlı səsyazısı yayımlanıb. Səsyazısını axar.az saytı dərc edib.   Azxeber.com-un kiçik araşdırması zamanı məlum olub ki, jurnalisti təhqir edən məktəb direktoru Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun bacısıdır. Təşkilat […]

QHT sədri: “Ölkə başçısı mətbuatda qaldırılan problemləri izləyir”

Müstəqillik qazandıqdan sonra zaman – zaman inkişaf edən Azərbaycan mətbuatının tarixi zəngin və qədimdi.   Mətbuatımızın inkişaf yoluna QHT.az saytının baş redaktoru, QHT TV-nin rəhbəri və “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə ilə birgə nəzər saldıq.   İlk olaraq mətbuatımızın dünənini dəyərləndirən Cəsarət Hüseynzadə qeyd edib ki, bu […]

Azərbaycanlı idmançıları oteldən QOVDULAR

Türkiyənin Antaliya şəhərinə yollanan bir qrup azərbaycanlı dincəlmək istədikləri “Sirene Belek” otelindən qovulublar. Turkustan.info bildirir ki, bu barədə Yenicag.az-a sözügedən məkanda hadisənin şahidi olan turist xəbər verib. Onun sözlərinə görə, qovulanlar arasında bir sıra idmançılar da var. Yenicag.az-ın oteldən əldə etdiyi məlumata görə, qovulanlar arasında MMA döyüş növü ilə məşğul olan […]

Cavid Qurbanovun seçiciləri ilə növbəti görüş keçirilib -FOTOLAR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə Millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. Turkustan.info xəbər verir ki, növbəti qəbul 29 Avqust 2017-ci il tarixində keçirildi. Qəbulu aparan Millət vəkilinin nümayəndəsi Həbib Misirov önçə millət vəkili Cavid Qurbanvun garşıdan […]

Güllələnən aparıcının hoteldə qanlı meyitinin görüntüləri – DƏHŞƏTLİ KADRLAR 18+

Bir gün əvvəl Filiz Aker tərəfindən öldürülən Vatan Şaşmazın hoteldə qanlı meyitinin görüntüləri yayılıb. Publiak.az “Posta”ya istinadən xəbər verir ki, aparıcının cənazəsi Şişli Hamidiye Etfal Eğitim və Araşdırma Xəstəxanasının morqundan alınaraq ekspertizaya göndərilib. Vatan Şaşmazın və Filiz Akerin cənazələri yaxınları tərəfindən alınıb. Meyitin yarılması əməliyyatlarından sonra Akerin cənazəsi Qartal Soğanlık Gasilhanesine […]