TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


.
Xəbər Xətti

.
  • “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
    “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
  • Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
    Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
  • Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahatı
    Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahat
  • Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunları Ele Alındı
    Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunlar
  • “Titanik”in qəhrəmanları 20 il sonra bir arada – FOTOLAR
    “Titanik”in qəhrəmanları 20 il sonra b
  • Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı hərbi geyimdə –  FOTO
    Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı h
  • Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs verdi – VİDEO
    Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs
  • Sərnişin avtobus sürücüsünə tapança tuşladı – Bakıda görünməmiş hadisə+ Video
    Sərnişin avtobus sürücüsünə tapança tuşladı –
  • Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO
    Atasına heykəl qoyduran deputat Prezident Adminstr
  • “Sabah müharibə olacaq, amma ordunun xəbəri yoxdur”
    “Sabah müharibə olacaq, amma ordunun xəbəri yoxdur
“Ayaz Mütəllibovla Surət Hüseynov Rusiyanın nökərləridir“
4 Avqust 2017 10:06
    Siyasət
“Ayaz Mütəllibovla Surət Hüseynov Rusiyanın nökərləridir“













Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov sabiq baş nazir Surət Hüseynova verdiyi dəstək siyasi partiyalarda birmənalı qarşılanmayıb.
Turkustan.info bildirir ki, bununla bağlı Moderator.az – a açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, hər dəfə Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində Rusiyaya nökərçilik etmiş şəxslərin fəallığı müşahidə olunur:
“Keçən dəfə Rüstəm İbrahimbəyov və “ Milli Şura” ssenarisi işə salmışdırlar. Bu dəfə isə, deyəsən, Rusiya özünün keçmiş agentlərini işə salıb. Baxın, görün kimlər son günlər fəallaşıb və siyasi şərhlər verirlər. Özlərini “gündəmə” gətirirlər.  Hiss olunur ki, bunlar bir mərkəzdən idarə olunurlar. Və  birbaşa məqsədli şəkildə bir-birilərinə dəstək verirlər. Ayaz Mütəlibov Surət Hüseynovu dəstəkləyir. Deyir ki, Surətə milli qəhrəman adını vermişdilər. Nə olsun?! Milli qəhrəman öz vətəninə, xalqına xəyanət edəndə nə etməli idilər ki?! Konkret olaraq Surət Hüseynov Rusiyanın dəstəyi ilə 1994-1995-ci illərdə dövlət çevrilişi  etməyə cəhd etdi. Və mərhum Heydər Əliyevin siyasətə nəticəsində bu plan baş tutmadı. Yenidən rus qoşunlarının Azərbaycana qayıtmasının qarşısı alındı. Azərbaycan öz müstəqliyini qoruyub saxlaya bildi. Və bundan sonra Surət Hüseynov Ayaz Mütəllibov kimi himayə olunduğu Rusiyaya qaçdı. Ancaq bir müddət sonra heç nəyə lazım olmadığından Rusiya Surət Hüseynovu əliqandallı Azərbaycana qaytardı. Və Surət Hüseynov vətən xaini kimi ittiham olunub ömürlük həbs cəzası aldı. Bu həmin Ayaz Mütəllibovdur ki, Heydər Əliyev Bakıya qayıdanda aeroportda ona sui-qəsd təşkil etmişdi. Bütün xalq çox yaxşı bilir ki, Ayaz Mütəllibov hər zaman Rusiyaya nökərçilik edib və bunun müqabilində uzun müddət Rusiyada gizlənib. Cəmiyyət kimin kim olduğunu çox yaxşı bilir. İndiki məqamda Ayaz Mütəllibov onu hakmiyyətdən qovan siyasi qüvvələrdən qısasını alır. Bu adamlar hər zaman hazırdılar ki, Rusiyanın istənilən tapşırıqlarını yerinə yetirsinlər. Ancaq bu tip adamlar yaxşı bilməlidirlər ki, indiki Azərbaycan 1990-93 illərdəki Azərbaycan deyil. Bu gün yüz minlərələ, milyonlarla insan Azərbaycanın müstəqilliyini qorumaq üçün öz canlarından, qanlarından keçməyə hazırdırlar”.
cooltext184405016019087
Yuxarı Geri Başlağıc