Gün: Avqust 6, 2017

Bürclər : Günün ilk yarısı uğursuz olacaq – 7 AVQUST

Qoç – günün ilk yarısında yaranan problemlərin sayına və formalarına rəğmən onları dəf edə biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil tapa biləcəksiniz. Səmimiyyət, dürüstlük və doğru danışmaq sizə dostlar, yaxınlar və həmfikirlərlə münasibətlərdə rəvanlığı qorumağa yardım edəcək. Günün ikinci yarısı uğurludur. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin […]

Maşın bazarında son vəziyyət – VİDEO

Bazarda həm benzinlə, həm də dizellə işləyən avtomobillərin qiyməti artıb. Bununla yanaşı, son vaxtlar alıcı qıtlığı yaranıb. Turkustan.info xezerxeber.az-a istinadən bildirir ki, elə çəkiliş zamanı da bazardakı vəziyyətin həqiqətən də yaxşı olmadığının şahidi olduq. Satıcılar deyir ki, Aİ-92 markalı yanacağın qiyməti qalxandan sonra dizellə işləyən avtomobillərə tələbat çoxaldığından, bu avtomobillərin […]

Şah İsmayılın döyüş bayrağı satışa çıxarıldı: 10 min dollara

Astara rayonunun Şiyəkəran kənd sakini Yunis Qulamov uzun illərdir Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ordusunun bayrağını qoruyub saxlayır. Astara sakini ulu babasından qalan Səfəvilərin döyüş bayrağını 10 min dollara  satışa çıxarıb. APA-nın verdiyi məlumata görə, Astara rayonunun Şiyəkəran kənd sakini Yunis Qulamov uzun illərdir Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ordusunun […]

Sumqayıtda yanan yataqxana sakinləri üçün çadırlar quraşdırılır

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərindəki yataqxana binasında baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırır. Turkustan.info Azərtac-a istinadən xəbər verir ki, avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub. Yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları […]

Ruhani və Sərkisyan Qarabağı müzakirə etdilər

Bu gün Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Turkustan.info xəbər verir ki, H.Ruhani görüşdə bildirib ki,  İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var, Tehran və İrəvan müştərək bağlara söykənərək  hər iki ölkənin xalqı və region ölkələrinin xalqları  üçün müsbət və önəmli  […]

Evinin tavanından qəribə səslər gələn adam qeyri-adi mənzərə ilə qarşılaşdı – FOTOLAR

Rusiyada evinin tavanından qəribə səslər gələn adam tavanı sökdükdən sonra qeyri-adi mənzərə ilə qarşılaşıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, ətrafdakı ağacların və meşələrin qırılması səbəbindən özlərinə yer tapa bilməyən arılar evin tavanında yuva salıb. Ev sahibi tavanı sökdükdən sonra orada balla dolu arı şanlarının olduğunu görüb.

Xərçəngdən qoruyan ən ləzzətli təam – HƏR GÜN YEYİN

Qida qaynağı ilə bol, 92%-i sudan ibarət olan qarpız A, B6, C vitaminləri, həmçinin, likopen, amin turşuları və antioksidant mənbəyidir. Yağsızdır, kalorisi azdır, natrium nisbəti aşağıdır. Orta ölçülü kasa qədər qarpız 80 kaloridir. Ailem.az qarpızın digər faydalarını təqdim edir. Xərçəngdən qoruyucu təsiri var Likopenlə ən zəngin olan meyvədir. Qarpız, pomidor, […]

“Qarabağ”ın Avropadakı oyunu erməniləri narahat edir: Diaspora ÇAĞIRIŞ…

Danimarkada yaşayan soydaşlarımız “Qarabağ” – “Kopenhagen” oyununda klubumuza dəstək versələr, bu, komandamız üçün böyük mənəvi dəstək olar”. Turkustan.info bildirir ki, bunu AFN.az saytına açıqlamasında diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk belə deyib. “Məncə, İsveçdə yaşayan soydaşlarımız da bu məsələdə fəal ola bilərlər. Dəstəyi vahid və koordinasiya şəkildə apara bilsək, yaxşı effekt […]

Yapon makiyajı ilə 10 yaş cavanlaşın – VİDEO

Yaponiya bizi tək yeni kəşfləri ilə deyil, həm də qədim reseptlərlə sevindirir. Yaponların cavanlıq sirri təkcə qidalanma qaydalarında gizlənməyib, bu, həm də özünə qulluq qaydaları ilə bağlıdır. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, yapon masajı dərinin gəncliyini və təravətini qorumaq üçün effektli üsuldur. Onlar yüz illərdir ki, bu masaj texnikasından […]

“Gelandewagen”lə yarışan avtomobilin sürücüsü həbs olundu

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl “Gelandewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb. “Report”un xəbərinə görə, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs […]

“AA” seriyalı “Lexus” Bakıda ağır qəza törətdi

Paytaxtda ağır yol qəzası baş verib. Turkustan.info Lent.az-a istinadən bildirir ki, Xəzər rayonu ərazisində – dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı “Lexus” yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. […]

Mediada gündəm olan ƏLİ HƏSƏNOV sükutu pozdu – Qaçqınkom sədri nəvəsinin törətdiyi qəzadan danışdı

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu dəfə medianın gündəminə nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə gəldi. Sosial şəbəkələrdə və mediada bu qəzaya görə, nəvədən daha çox babaya qarşı ağır ittihamlar irəli sürülür. Turkustan.info xəbər verir ki, “gununsesi.info” Əli Həsənovun özü ilə əlaqə […]

Avropaya MÜDHİŞ TERROR hücumları olacaq – ŞOK BƏYANAT

Kürd qoşunlarının əsir aldığı İŞİD terrorçusu sensasiya doğuracaq məlumatla çıxış edib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, İŞİD terrorçusu hal-hazırda Suriyada xüsusi cihadçı qruplaşmanın hazırlandığı “məxfi dəlik” haqda danışıb. Xüsusi təlim keçmiş yeni terrorçular Avropaya terror hücumları təşkil edəcəklər. Bu barədə bugün, 6 avqustda, The Times qəzeti yazır. Onun sözlərinə görə, […]

Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı – VİDEO

Türkiyənin Düzcə vilayətinin Yığlıca qəsəbəsinə bağlı Hocatman kəndində yaşayan Azərbaycan vətəndaşı qadın evində ölü tapılıb.  Turkustan.info “virtualaz.org”a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı, 67 yaşlı Sümbül İlğınin evinə gələn qonşuları onun qapını açmadığından şübhələniblər. İçəri girən qonşular qadının yerə uzanmış vəziyyətdə olduğunu görüblər və onun öldüyünü müəyyən ediblər. Jandarma hadisə […]

Yataqxanada baş verən yanğınla bağlı Qaçqınkom açıqlama yayıb

Müvafiq dövlət orqanları ilə birlikdə lazımı tədbirlər görüləcək Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın nəticəsində ölən və yaralananlar yoxdur. Turkustan.info-nun verdiyi məlumata görə, bu haqda Dövlətqaçqınkomun yaydığı açıqlamada deyilir. Açıqlamada qeyd edilir ki, hadisə baş verən zaman Dövlətqaçqınkomun sədr müavini və digər məsul şəxsləri həmin ərazidə olublar. […]

Daha bir ana və uşaq ölümü – Bətnində ölmüş uşaqla gəldiyi deyildi

Tovuz rayonunda ana və bətinindəki uşaq əməliyyat zamanı ölüb. Turkustan.info-nun “Report”a istinadən verdiyi məlumata görə, Ağstafa rayon Tatlı kənd sakini olan hamilə qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Qanaxması olan qadın keysəriyə əməliyyatı edilən zaman dünyasını dəyişib. Məlumata görə, ana bətindəki ölmüş uşağı almaq üçün əməliyyat edilib. Faktla bağlı araşdırma aparılır.

Həccə gedənlər vergi verəcəklər – Adambaşı 535 dollar

Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib. Turkustan.info xəbər verir ki, 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər. “Marva Tur” şirkəti 2017-ci ildə həcc ziyarətinə yenidən gedən […]

Nə qədər ki, Qarabağ müharibəsi var, Rusiya… – Politoloq

Dünyanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında Rusiyanın müstəsna rolu var və ABŞ hazırda məhz bu rolu azaltmaq üçün əlindən gələni edir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bunun Avropanın xoşuna gəlmədiyini bildirib: “Trampın prezident seçilməsində Rusiyanın müstəsna rolu irəli sürülsə də, Tramp hələ ABŞ demək […]

Xərçəngi məhv edən ƏN SADƏ YOL – 7 dəfə Nobel qazanan HƏKİMİN MƏSLƏHƏTİ

Coanna Budviq adlı həkim nə az, nə çox düz 7 dəfə tibb sahəsində Nobel mükafatına layiq görülüb. Bu həkim 2003-cü ildə 95 yaşında dünyasını dəyişib. Budviq fəaliyyəti müddətində öz xəstələrinin 90%-ni xərçəng bəlasından xilas etməyə nail olub. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, başdöndürən uğurlarına rəğmən xanım Budviq əczaçılıq və nüvə […]

Araz Ağalarovun biznes ortağı qətlə yetirilib

“Crocus City Oceanarium” şirkətinin təsisçisi və baş direktoruna 7 güllə vurublar Moskvada “Crocus City Oceanarium” şirkətinin təsisçisi və baş direktoru Andrey Çernov qətlə yetirilib. Sputnik Azərbaycan Euronews-a istinadla xəbər verir ki, hadisə avqustun 4-də səhər saatlarında Suvorov parkında baş verib. Rusiya İstintaq Komitəsi məlumatı təsdiqləyərək qətlin bəzi təfərrüatlarını açıqlayıb. Naməlum killer […]

Yəhudilərin gücünün qaynağı ORTAYA ÇIXDI: sən demə… – İNANILMAZ MƏQAMLAR

Yəhudilər əsrlər boyu dəfələrlə məruz qaldıqları haqsızlıqlar, kütləvi qətliamlar və qırğınlara baxmayaraq dünyanın ən müdrik və güclü milləti hesab edilir. Onlar haqda hələ də minlərlə əfsanələr, lətifələr dolaşır. Hesab olunur ki, bu xalq daim rastlaşdığı çətin vəziyyəti öz xeyirinə həll edib, sonunda qalib olmağı bacarır. Bu bacarıq isə birdən-birə formalaşmır. […]

İtaliyalı mütəxəssislər Kəlbəcərə nə üçün gəlir? – Cavabı erməni keşiş verir… – FOTOLAR

Bu günlərdə Kəlbəcər dağlarına İtaliyadan memarlıq-bərpa işləri üzrə mütəxəssislər təşrif buyuracaq. Moderator.az bu haqda Rusiyada nəşr edilən erməni saytlarına istinadla xəbər yayıb. Xatırladaq ki, bu ilin iyun ayında saytımızda “Ermənilər Kəlbəcərdə Xudavəng məbədini təmir edir” başlıqlı yazıda bölgədəki qədim Azərbaycan abidəsinin təmirinə başlanmasından bəhs edilirdi. Həmin xəbərdə təmirin erməni mütəxəssislər […]