Gün: Avqust 7, 2017

İrandan Ermənistana Qarabağ XƏBƏRDARLIĞI

İran Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlıdır və Ermənistanla Azərbaycanı dialoqa çağırır. Turkustan.info Modern.az-a istinadən məlumatına görə, bunu İran XİN-in nümayəndəsi Bəhram Qasımi deyib. İran XİN-in bu açıqlamasına diqqət verməmək olardı, amma B.Qasımi münaqişənin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunmasının Tehran üçün “daimi narahatlıq” mövzusu olduğunu deyib və əminliyini bildirib […]

Ermənilər Tovuzu atəşə tutdu: 13 yaşlı uşaq yaralandı

Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Turkustan.info “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. Yaralı dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu […]

Ermənistan uşaqlara qarşı terroru davam etdirir: Bu dəfə 13 yaşlı Ramin – Qənirə Paşayeva

Qənirə Paşayeva Millət vəkili   Işğalçı Ermənistan yenə də kiçik yaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir. Axşam saatlarında Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutublar və nəticədə öz evində, öz həyətində 13 yaşlı balamız Ramin Sabir oğlu Yusifovu yaralayıblar. Ramin balamız Tovuz rayon Mərkəzi Xəstəxanasındadır, […]

Azərbaycanda gəlin toyunda rep dedi, bəy baxa-baxa qaldı – VİDEO

Azərbaycanda baş tutmuş toylardan birində maraqlı anlar yaşanıb. Belə ki, gəlin musiqi sədaları altında rəqs edərək rep oxuyub. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, qonaqların da gəlinə qoşuldub rəqs etdiyi bu mərasimdə bəy səssiz qalıb. O, masa arxasında əyləşərək baş verənləri izləməklə kifayətlənib. Toydan olan görüntülər “Instagram” sosial şəbəkəsində paylaşılıb. İzləyicilər […]

Ərdoğan ondan siqaret qutusunu alıb yerə atdı – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sarp Gömrük keçid məntəqəsində yenidənqurma işləri ilə tanış olub. Unikal.org xəbər verir ki, prezident bunun üçün Güneysudakı iqamətgahından vertolyotla Hopa mahalında yerləşən Gömrük məntəqəsinə gəlib. Burada onu gömrük və ticarət naziri Bülent Tüfenkçi, Artvin valisi Ömər Doğanay və çox sayda vətəndaş qarşılayıb. İnşaat işləri ilə tanışlıqdan […]

Əməkhaqların artırılması ilə bağlı sərəncama dəyişiklik edildi

Prezident sərəncam imzalayıb Prezident İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik […]

Bakıda dayənin körpə ilə qəddar rəftarı kameraya düşdü – VİDEO

Dayə uşağa qarşı çox laqeyid yanaşır. Bakıda dayənin uşağa qarşı etdiyi rəftarı kameraya düşüb. Turkustan.info İstiPress-ə istinadən xəbər verir ki, bu barədə ev sahibi baku.ws-yə məlumat və video göndərib. Qeyd olunur ki, Biləcəridə yaşayan dayə Qluxova Yelena Anatoleyvna azyaşlını özbaşına evdə buraxaraq mətbəxdə divanda oturub çay içir. Bundan başqa, videoda görünür ki, dayə […]

Milli Məclis Astan Şahverdiyevi cəzalandıracaq: ”Niyə hər yerə başını soxursan? Deputat yalan danışmaz” – Komissiya sədrindən AÇIQLAMA

Milli Məclisin İntizam komissiyası növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevlə bağlı toplanacaq. Turkustan.info xəbər verir ki, bu barədə “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev məlumat verib. A.Abıyev bildirib ki, Astan Şahverdiyev dediyi fikirlərinə görə bir neçə dəfə qalmaqal yaradıb: “Hətta, ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan […]

Rusiyada çeçenlərlə azərbaycanlılar arasında qanlı dava – VİDEO

Moskva vilayətinin Zelenoqrad inzibati dairəsində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava olub. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə təxminən səhər saat 5-də çeçenlərin travmatik silahdan atəş açması ilə başlayıb. Toqquşma nəticəsində üç çeçen bıçaq yarası alıb, onlardan biri sonradan xəstəxanada keçinib. Məlumata görə, münaqişə məişət zəminində yaşanıb. Qarşıdurmadan sonra […]

Ağsuda canavar 70 yaşlı kişini parçaladı – VİDEO

Ağsu rayonun Padar kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə canavar soxulub. Turkustan.info ARB TV-yə istinadən xəbər verir ki, Həsrət Qurbanov mal-qaraya hücum çəkən canavarı həyətindən qovub çıxarmaq istəyərkən vəhşi heyvan onu parçalayıb. Hadisə yerinə gələn kənd sakinləri canavarı öldürüb. 70 yaşlı kişi üz, baş və […]

Azərbaycanda narkotik satışı ilə işsizlər məşğul olur – STATİSTİKA

Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-iyun aylarında qeydə alınmış 13182 cinayət hadisəsinin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Onların da 63,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə […]

Bu gecə ay qırmızıya boyanacaq

Ay qırmızıya boyanacaq. Bu gün ölkədə Ay tutulması olacaq. İstiPress-in xəbərinə görə, Ay tutulması qonşu Rusiyada da müşahidə ediləcək. Bu hadisə zamanı Ayın bir hissəsi tünd qırmızı rəngə boyanacaq. Yerin kölgəsi Ayın 1/4 hissəsini tutacaq. Bu, Bakı vaxtı ilə saat 23:19-da olacaq. Tutulma iki saata yaxın davam edəcək. Bu, 2017-ci ilin ikinci tutulması […]

Ermənistanı qorxuya salan Rus silahı – FOTO

Türkiyə Azərbaycana görə S-400-lərini Ermənistanla sərhəddə yerləşdirir? “Rusiyanın Qarabağa münaqişəsinə Ermənistan tərəfdən müdaxiləsi Türkiyənin də Azərbaycan tərəfdən eyni addımı atması ilə nəticələnəcək”. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bunu politoloq Rasim Musabəyov deyib. Rusiyanın pravda.ru saytının yazdığına görə, azərbaycanlı deputatın bu bəyanatı bəzi mətbu orqanlarda Türkiyənin Rusiyadan alacağı S-400 raketlərini Ermənistan ilə sərhəddə yerləşdirəcəyi xəbərləri […]

Bütün dünya bu uşaqlardan danışır – Qan gölünə dönmüş Rakkadan dəhşətli FOTOLAR

Rakkadan gələn görüntülər bəşəriyyətin utanc yeri kimi yaddaşlara həkk olunur. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Türkiyənin illərlə mübarizə apardığı PKK terror təşkilatı Rakkanı ələ keçirmək üçün bombardmana davam edir. Qanlı savaşın qurbanı olan uşaqların görüntüləri isə ürək parçalayır. Mosulun aqibətini yaşayan Rakkadan dəhşətli fotoları təqdim edirik:  

Damla 500 manata görə Manaf Ağayevi aldatdı – “Sənin kim olduğunu deyəcəm…”

Müğənni Damla yenidən toyla bağlı qalmaqalla yadda qalıb. Turkustan.info Metbuat.az-a istinadən xəbər verir ki, müğənni dünən “Neolit” restoranında baş tutan toy üçün beh alsa da, toya gəlməyib. Müğənnilər Şəbnəm Əsədova və Manaf Ağayevin iştirak etdiyi toyda Damla bir saat çıxış üçün 1500 manat tələb edərək, 500-nü beh kimi öncədən alıb. Toya gəlmədiyi […]

DİQQƏT! “Facebook” və “Instagram”da problemlər yaranıb

Qüsurların aradan qaldırılması üçün iş aparılır “Facebook” və “Instagram” sosial şəbəkələrində texniki qüsurlar yaranıb. İstiPress-in məlumatına görə, bu barədə sosial şəbəkələrin istifadəçiləri saytların rəhbərliklərinə müraciət edib. Qeyd olunur ki, texniki qüsurlarla İsveç, Danimarka, Estoniya, Polşa və digər ölkələrin istifadəçiləri üzləşib. “Facebook” rəhbərliyi yaranan problemlərlə bağlı açıqlama verərək qüsurların aradan qaldırılması […]

Nail Allahverdiyev təcridxanaya köçürüldü – Səhhəti ilə bağlı açıqlama

Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb. Turkustan.info xəbər verir ki, bu barədə onun vəkili məlumat verib. Vəkilin sözlərinə görə, N.Allahverdiyevin səhhəti hazırda normaldır: “Yanıqlar çox da ciddi deyil. Məhkəmə qərarından apellyasiya şikayəti vermək barədə isə hələ qərar verməmişik. Bizim üç gün vaxtımız var”. Qeyd […]

Əli Həsənovun nəvəsi məhkəmədə qəzadan danışdı: “Peşmanam”

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində həbs qətimkan tədbiri Xətai rayon Məhkəməsində seçilib. Turkustan.info xəbər verir ki, bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov məlumat verib.  Vəkilin sözlərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən N. Allahverdiyev özü də iştirak edib. S. Bayramov həmçinin […]

FHN xilasedicilərinin meyiti sudan çıxarmaq üçün 5000 manat tələb etməsi xəbərinə REAKSİYA

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə avqustun 5-də saat 19:55 radələrində İmişli rayonundakı Çaxırlı kəndi ərazisində kanalda çimərkən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun batması haqqında məlumat daxil olub. Daha  sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən 5 nəfər dalğıc-xilasedici və 2 texnika cəlb edilib. Bu […]

Yol polisindən xəbərdarlıq – Cərimə olunmamaq üçün bunları edin

Yol polisi ölkədə keçirilən “Təmiz hava” aylığı ilə bağlı sürücülərə xəbərdarlıq edir. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, ölkədə “Təmiz hava” aylığı keçirilir: “Sürücülər avtomobillərinin yanacaq sistemini tənzimləməli, avtomobillərini texniki təmir mərkəzlərində baxışdan keçirməlidirlər. Ola […]

45 saniyəlik masaj – Baş verənlər sizi çox təəccübləndirəcək!

Əgər siz stressdən, yuxusuzluqdan və şiddətli baş ağrılarından əziyyət çəkirsinizsə, dərhal bu masajı tətbiq edin. Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, ilk növbədə siz düzgün nöqtəni tapmalısınız. Bunun üçün iki qaşın arasındakı çökəyi tapmağa çalışın. 45 saniyə ərzində bu nahiyəni dairəvi hərəkətlərlə masaj edin. Masajın faydaları Masaj qan dövranı yaxşılaşdırıb […]

Qarabağdan gələn terrorçular sərhədimizə yerləşir – Azərbaycana qarşı XAİN PLAN

PKK terror təşkilatı Gürcüstanda ciddi şəkildə təşkilatlanmağa başlayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib. Onun iddiasına görə, Tiflisdə təşkilatlanan terrorçular Azərbaycana da sızmaq istəyir: “PKK-nın Gürcüstanda təşkilatlanması ilə yanaşı, Tiflisdə Ermənistan dövləti və Ermənistan Diaspor Nazirliyi tərəfindən […]

Erməni qəbiristanlığının yerində tualet

Ermənilər Türkiyədə təxribat yaratmaq istədi. Türkiyədə, Van vilayətinin Erdemit şəhərində erməni qəbiristanlığı olan yerdə ayaqyolu salınıb. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu barədə erməni Araqats Axonyan iddia ilə çıxış edib. Tualet Van vilayətindədir. “Qayıdış” fondunun rəhbəri, “Qərb ermənilərinin milli konqresi”nin üzvi Axonyanın sözlərinə görə, ərazi sahildə yerləşir. “Yerli hakimiyyət ərazini abadlaşdırır, […]

““Soyuq müharibə”nin səsi gəlir” – ABŞ mətbuatı

“NATO-nun Şərqi Avropadakı təlimləri “soyuq müharibə”nin əsk-sədasıdır”. Turkustan.info xəbər verir ki, bu fikirlər təlimlər barədə “New York Times”  qəzetindəki məqalədə bildirilib. “Saber Guardian 2017”  təlimlərinin “soyuq müharibə”nin əks-sədası adlandıran nəşr yazır ki, Bolqarıstanın Sliven şəhərindəki poliqonda keçirilən təlimlər “soyuq müharibə” zamanında olduğu kimi təhlükənin dəf edilməsini nəzərdə tutub. Sadəcə düşmən tərəf […]

Baldızının 9 yaşlı qızına təcavüz etdi – Bakıda dəhşət

Bu gün Badamdar qəsəbə sakini Ləman Hüseynova (ad şərtidir) 9 yaşlı qızına təcavüz olunması iddiası ilə polisə müraciət edib. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, qadın hadisənin iyulun 17-də yaşadığı evdə baş verdiyini bildirib. Belə ki, bacısının əri Naxçıvanın Babək rayonunun sakini 1983-cü il təvəllüdlü Aydın Əli oğlu Murad (ad şərtidir) […]

Tarqovuda Özünü Ərəblərə Satan qadın həbs olundu -VİDEO

Ərəb turistlərin Azərbaycana kütləvi şəkildə axını bəzi işbazların da bazarını canlandırıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki,  xüsusi orqanlar gecələr şəhərin mərkəzi küçələrində özünü satışa çıxardan qadınlara qarşı güclü mübarizə aparır. Bu cür əməliyyatlardan biri də şəhərin “Tarqovı” adlandırılan Nizami küçəsində qeydə alınıb. Polis özünü ərəbə satmaq istəyən qadını yaxalayıb. Kənardakı […]

“WhatsApp”dan yenilik: Rəngli statuslar

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” daha bir yeniliyə imza atır. Turkustan.info xəbər verir ki, “WhatsApp” rəngli statusları sınaqdan keçirməyə başlayıb. İlk olaraq belə seçim “Android” sistemindən istifadə edən “Facebook” istifadəçiləri üçün əlçatan olub, bundan sonra başqa platformalarda tətbiq edilib, indi isə növbə messencerlərə çatıb. Foto ikonkasını mətn mesajına keçirmək üçün […]

“YouTube”da ən çox izlənən yeni – VİDEO

 Bu videonun izlənmə sayı 3 milyardı ötüb Luis Fonsinin “Despacito”su nəhayət “YouTube”da ən çox izlənən video oldu. “Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, videonun izlənmə sayı 3 milyardı ötüb və ən çox izlənən video ünvanına yeni sahibi oub. Hazırda ikinci pillədə “When I See You Again”, 3-cü sırada isə “Gangam […]

Bu gün Ay tutulması baş verəcək

Bu gün Yer sakinləri növbəti Ay tutulmasının şahidi olacaqlar.  Turkustan.info xəbər verir ki, budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır. Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin […]

Ağsuda canavarlar kəndə hücum etdi – Xəsarət alanlar var

Ağsu rayonunda canavarlar sakinlərlə hücüm edib. “Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə ötən gün axsam saatlarında rayonun Padar kəndində baş verib. Yırtıcıların sakinlərə hücumu nəticəsində həmin kəndin sakinləri – Həsrət Qurbanov və Fikrət Alıyev xəsarət alıblar. H. Qurbanov Agsu Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı F.Alıyev isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına […]