TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


.
Xəbər Xətti

.
  • “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
    “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
  • Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
    Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
  • Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahatı
    Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahat
  • Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunları Ele Alındı
    Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunlar
  • “Titanik”in qəhrəmanları 20 il sonra bir arada – FOTOLAR
    “Titanik”in qəhrəmanları 20 il sonra b
  • Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı hərbi geyimdə –  FOTO
    Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı h
  • Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs verdi – VİDEO
    Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs
  • Sərnişin avtobus sürücüsünə tapança tuşladı – Bakıda görünməmiş hadisə+ Video
    Sərnişin avtobus sürücüsünə tapança tuşladı –
  • Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO
    Atasına heykəl qoyduran deputat Prezident Adminstr
  • “Sabah müharibə olacaq, amma ordunun xəbəri yoxdur”
    “Sabah müharibə olacaq, amma ordunun xəbəri yoxdur
Ermənistan uşaqlara qarşı terroru davam etdirir: Bu dəfə 13 yaşlı Ramin – Qənirə Paşayeva
7 Avqust 2017 20:01
    baş manşet
Ermənistan uşaqlara qarşı terroru davam etdirir: Bu dəfə 13 yaşlı Ramin – Qənirə Paşayeva













Qənirə Paşayeva

Millət vəkili

 

Işğalçı Ermənistan yenə də kiçik yaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir. Axşam saatlarında Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutublar və nəticədə öz evində, öz həyətində 13 yaşlı balamız Ramin Sabir oğlu Yusifovu yaralayıblar. Ramin balamız Tovuz rayon Mərkəzi Xəstəxanasındadır, xəstəxananın rəhbərliyi, həkimlərimizlə tez-tez danışırıq. İnşallah Allahın və həkimlərimizin sayəsində Ramin balamız qısa zamanda tam sağalacaq.

Rayonun rəsmi nümayəndələri ilə tez-tez danışırıq.

Ordumuz düşmənin təxribatlarına hər zaman olduğu kimi layiqli şəkildə cavab verib və verir.

Ermənistanın bu vandalizm əməllərini, kiçik yaşlı uşaqlara qarşı cinayətlərini dünyanın hər yerində yaşayan soydaşlarımız, Türk kökənli insanlarımız daha geniş yaymalıdır. Səssiz qalan beynəlxalq qurumlara daha çox duyurmalıyıq, gəncləriimiz sosial mediada müxtəlif xarici dillərdə bununla bağlı məlumatları geniş yaymalı, xarici ölkələrin siyasətçilərinə, KİV-lərinə, beynəlxalq təşkilatlara bununla bağlı səsimizin daha çox duyulmasında, həqiqətlərin yayılmasında daha fəal olmalıdırlar.

Bir az əvvəl balaca Ramin və atası ilə də danışdım və qısa zamanda sağalmasını dilədim. Hadisənin şokundan hələ tam çıxmayıblar.

Allah qoruyub balaca Ramini. Allah hər zaman ön cəbhədə insanlarımızı qorusun. Ordumuzda dəstək olsun. Bu işğalçı, vandalizm zehiyyətli Ermənistan inşallah daha betər cəzasını alacaq.  Layiq olduğu cəzanı.

cooltext184405016019087
Yuxarı Geri Başlağıc