TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


.
Xəbər Xətti

.
  • Ermənistanda zabitlər də qaçmağa başladı
    Ermənistanda zabitlər də qaçmağa başladı
  • “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
    “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
  • Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
    Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
  • Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahatı
    Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahat
  • Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunları Ele Alındı
    Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunlar
  • “Titanik”in qəhrəmanları 20 il sonra bir arada – FOTOLAR
    “Titanik”in qəhrəmanları 20 il sonra b
  • Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı hərbi geyimdə –  FOTO
    Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı h
  • Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs verdi – VİDEO
    Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs
  • Sərnişin avtobus sürücüsünə tapança tuşladı – Bakıda görünməmiş hadisə+ Video
    Sərnişin avtobus sürücüsünə tapança tuşladı –
  • Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO
    Atasına heykəl qoyduran deputat Prezident Adminstr
Benzin bahalaşmasından sonra avtomobillərin qiyməti artıb – VİDEO
8 Avqust 2017 23:33
    Ekanom
Benzin bahalaşmasından sonra avtomobillərin qiyməti artıb – VİDEO













Kiçik həcmli, eləcə də, dizel mühərrikli avtomobillərin qiymətində artım olacağı proqnozlaşdırılır.

Mövzu ilə bağlı ARB TV avtomobil bazarından reportaj hazırlayıb.

İlk diqqət çəkən məqam bazarın boş olması idi. Satıcılar mövsümlə bağlı alıcı qabiliyyətinin əvvəlki kimi olmadığından, artıq alış-verişin həftənin yalnız bazar günü gerçəkləşdiyini dedilər. Bu vəziyyət həm də internet üzərindən satışların ənənəvi avtomobil bazarını sıxışdırması ilə izah edilir.

Bazarda satıcı və alıcıların dediyinə görə isə daha az yanacaq sərf edən minik avtomobillərinin qiymətində artım var.

“4 həftədir, gəlirəm. Benzin sərfiyyatı az olan avtomobil axtarıram. Qane eləmir, çox bahadır. 2 ay qabaq 8-9 minə aldığımız nəqliyyat vasitələri indi 12-13 mindir”, – deyə alıcı bildirib.

Satıcıların sözlərinə görə, son 2 ayda real alıcı yoxdur: “Hamı gəlir, soruşur, çıxır gedir. 1,6 motorlular 12 min, 15 min arasında dəyişir. Əvvəllər ucuz idi”.

Qiymətində bahalaşma müşahidə edilən digər avtomobillər isə dizel mühərrikli olanlardır.

Avtomobil alveri ilə məşğul olanlar deyir ki, iri həcmli mühərriki olan nəqliyyat vasitələrinin qiyməti dəyişməyib. Amma alıcısı azalıb.

Ucuz avtomobillərə üz tutanların həm yanacaq sərfiyyatı, həm də ehtiyat hissələrinə görə həmişə üstünlük verdiyi Rusiya istehsalı nəqliyyat vasitələri indi bazarda az görünsə də, istəyin aşağı olmadığı deyilir.

Bazarda sözügedən avtomobillərin qiymət artımının növbəti həftələrdə də davam edəcəyi gözlənilir.

cooltext184405016019087
Yuxarı Geri Başlağıc