TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
“Türkmənistanla bizi tarix birləşdirir. Əsrlər boyu bir yerdə yaşamışıq” – PREZİDENT
9 Avqust 2017 00:45
    baş manşet
“Türkmənistanla bizi tarix birləşdirir. Əsrlər boyu bir yerdə yaşamışıq” – PREZİDENT













Azərbaycan prezidenti İlham Əliyevin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.

Turkustan.info xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.

Azərbaycan prezidenti Azərbaycan və Türkmənistan xalqlarının əsrlər boyu bir yerdə yaşadıqlarını, dostluq etdiyini bildirib: “Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Türkmənistan–Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafında çox mühüm addım olacaq. Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Sizi bir daha səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Əminəm ki, səfəriniz çox uğurlu olacaq”.

Türkmənistan prezidenti isə Azərbaycana səfərə dəvət olunduğuna görə ölkəsinin nümayəndə heyəti adından prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Bu səfər böyük əhəmiyyət kəsb edir. Siyasətin ən mühüm postulatlarından biri qonşularla yaxşı münasibətləri saxlamaqdır. Bu münasibətlər müxtəlif istiqamətlər üzrə çoxtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin necə reallaşdırılmasından asılıdır.

Mədəni-humanitar sahəyə gəldikdə, Siz düzgün olaraq qeyd etdiniz ki, bizim dillərimizin, tariximizin, mənəvi dəyərlərimizin kökləri əsrlərin dərinliklərindən başlanır, onlar bir-birinə yaxın və oxşardır. Bütün bunları qoruyub saxlamaq və növbəti nəsillərə çatdırmaq mühüm məqamdır. Əziz qardaşım, hörmətli cənab Prezident, mən Sizə dövləti fəaliyyətinizdə, Türkmənistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanın firavanlaşmasına yönəlmiş fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Fürsətdən istifadə edib, Sizi Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştiraka dəvət edirəm. Açılış sentyabrın 17-də olacaq. Sizi və Sizin nümayəndə heyətinin üzvlərini böyük ehtiramla dəvət edirəm. Qardaş Azərbaycan xalqına inkişafda böyük uğurlar və firavanlıq arzu edirəm. Gözəl ölkənizə səfərə dəvət olunduğumuza görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm”.

 

Yuxarı Geri Başlağıc
ankara escort bayan escort ankara ankara escort ankara escort '; } ?>