TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


.
Xəbər Xətti

.
  • “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
    “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
  • Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
    Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
  • Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahatı
    Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahat
  • Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunları Ele Alındı
    Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunlar
  • “Titanik”in qəhrəmanları 20 il sonra bir arada – FOTOLAR
    “Titanik”in qəhrəmanları 20 il sonra b
  • Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı hərbi geyimdə –  FOTO
    Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı h
  • Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs verdi – VİDEO
    Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs
  • Sərnişin avtobus sürücüsünə tapança tuşladı – Bakıda görünməmiş hadisə+ Video
    Sərnişin avtobus sürücüsünə tapança tuşladı –
  • Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO
    Atasına heykəl qoyduran deputat Prezident Adminstr
  • “Sabah müharibə olacaq, amma ordunun xəbəri yoxdur”
    “Sabah müharibə olacaq, amma ordunun xəbəri yoxdur
“Turan” İnformasiya Agentliyinə cinayət işi açıldı
10 Avqust 2017 17:25
    baş manşet
“Turan” İnformasiya Agentliyinə cinayət işi açıldı













Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (VCİAD) Turan informasiya agentliyinə “gəlir ölçüsünün kiçildilməsi” ittihamı ilə cinayət işi açıb.

VCİAD-ın araşdırması Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 2014-cü ildən etibarən təxminən 27 min manat əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır.

Məlumata görə, 7 avqustda açılan cinayət işindən bir gün sonra agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.

Agentlik isə vergi orqanlarının gəlir ölçüsünün kiçildilməsi ilə bağlı iddialarını təkzib edib və məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Agentlik məhkəmədən Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarını ləğv etməyi və VCİAD-in səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarının qanunsuz və etibarsız sayılmasını xahiş edib.

cooltext184405016019087
Yuxarı Geri Başlağıc