TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


.
Xəbər Xətti

.
  • “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
    “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
  • Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
    Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
  • Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahatı
    Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahat
  • Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunları Ele Alındı
    Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunlar
  • “Titanik”in qəhrəmanları 20 il sonra bir arada – FOTOLAR
    “Titanik”in qəhrəmanları 20 il sonra b
  • Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı hərbi geyimdə –  FOTO
    Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı h
  • Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs verdi – VİDEO
    Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs
  • Sərnişin avtobus sürücüsünə tapança tuşladı – Bakıda görünməmiş hadisə+ Video
    Sərnişin avtobus sürücüsünə tapança tuşladı –
  • Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO
    Atasına heykəl qoyduran deputat Prezident Adminstr
  • “Sabah müharibə olacaq, amma ordunun xəbəri yoxdur”
    “Sabah müharibə olacaq, amma ordunun xəbəri yoxdur
Azərbaycan və Rusiya sərhəd rəsmiləri Qarabağı müzakirə etdi
12 Avqust 2017 17:58
    Gündəm
Azərbaycan və Rusiya sərhəd rəsmiləri Qarabağı müzakirə etdi













Qusarda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Rusiya Federasiyasının  Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında işçi görüş keçirilib.

İstiPress-in şimal bürosuna qurumun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər arasında Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizinin akvatoriyasında mövcud vəziyyət barədə fikir mübadiləsi aparılmış, sərhəd təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin demarkasiya işlərinin həyata keçirilməsində birgə fəaliyyətlərin davam etdirilməsi, gələcək əməkdaşlığın perspektivləri üzrə məsələlər nəzərdən keçirilib.

Azərbaycan və Rusiya sərhəd qurumlarının rəhbərləri ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, qarşılıqlı əlaqələrin dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizəyə əhəmiyyətli  töhfə verdiyini vurğulayıb.

Müzakirələr zamanı Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında saxlanılmasının sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalması vurğulanıb.

Görüşün sonunda “Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətlərinin işçi görüşünün Protokolu” imzalanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

cooltext184405016019087
Yuxarı Geri Başlağıc