TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Heç vaxt çimməyən, tanrı ilə 7-8 gündən bir ünsiyyət quran Qırmızı qəbilə – FOTOLAR
12 Avqust 2017 09:38
    Maraqlı
Heç vaxt çimməyən, tanrı ilə 7-8 gündən bir ünsiyyət quran Qırmızı qəbilə – FOTOLAR













Haqqında bəhs edəcəyimiz fərqli icma Şimali Namibiyada yaşayan Himbalardır. 15-16-cı əsrdə Botsvanadan gəldikləri məlum olan bu Namibiya qəbiləsinin əhalisinin 20-50 min arasında olduğu güman edilir. Kuene çayının kənarında yaşayan himbalar heyvandarlıq edərək sərbəst yaşayırlar.

Turkustan.info Moderator.az-a istinadən, etdikləri makiyaja, bədənlərinə sürdükləri xüsusi qarışığa görə qırmızılaşmış dəri rəngləri, tüstü vannası

etmələri və daha neçə-neçə fərqli xüsusiyyətləri ilə fərqlənən çox fərqli bir icma haqqında məlumat təqdim edir:

 

Tarix boyu yaşadıqları müxtəlif təhlükəli hücumlara baxmayaraq sağ qalmış və mədəniyyətlərini qoruyub saxlaya bilmişlər. Bir vaxtlar alman müstəmləkəsi olan himbalar almanlar tərəfindən məruz qaldıqları soyqırım səbəbiylə Anqolaya sığınmışlar. Namibiya 1920-ci illərdə 70 il ərzində Cənubi Afrika respublikasının nəzarətində olanda himbalar üçün bir qoruma sahəsi ayrılıb.

1980-ci illərdə baş verən quraqlıq himbalar üçün olduqca ciddi təhlükə yaradıb. Hətta vəziyyət himbaların nəslini tamamilə məhv edəcək qədər təhlükəli olub. Heyvandarlığın mühüm olduğu himba xalqı quraqlıq səbəbindən keçi sürülərinin tələf olmasına görə görə köç ediblər. Son otuz ildir ki, Namibiyada himbalar təkrar keçi sürüləri ilə bərabər yaşayırlar.

Tək allahlı dinə inanan himbalar Mukuru adında bir allaha sitayiş edirlər. Bir od vasitəsilə ünsiyyətə keçdiklərinə inandıqları Mukuru tanrısı ilə yeddi-səkkiz gündən bir ünsiyyət qururlar.

 

Yaşadıqları fəlakətlərə baxmayaraq tərzləri ilə də olduqca diqqətçəkici bir qəbilə olmağı bacarıblar.

Qadınlar çılpaq bölgələrinə otjize adında öz hazırladıqları xüsusi boya sürtürlər. Sürtdükləri boya onlar üçün həm sağlamlıq, həm də gözəllik mənasında çox əhəmiyyətlidir. Makiyaj kimi istifadə etdikləri bu boyayla əslində özlərini istidən, qurddan qoruyurlar. Bu boya demək olar ki, müasir dünyada günəş kremi olaraq adlandırılan məhsulun onlardakı versiyasıdır. Kremin rəngi səbəbiylə qırmızımtıl bir bədən rəngləri vardır.

Onu da qeyd edək ki, himbalar heç vaxt yuyunmurlar, tüstü vannası ilə təmizlənirlər.

Himbalı gənc qızlar yetkinlik yaşına çatanda bədənlərinə sürtdükləri palçığı saçlarına sürtür və hörürlər. Ayrıca başlarına özlərinin düzəltdiyi tacı taxan himbalı qızların evlilik üçün hazır olduğu görünür. Bu arada qadınlardan, evlilikdən danışmışkən onu da qeyd etmək yaxşı olar ki, miras kişi tərəfindən deyil qadın tərəfindən gəlir.

 

Himbalı kişilər isə evlənənə qədər tək hörüklə gəzirlər. Evləndikdən sonra isə başlarına bir daha heç vaxt çıxarmadıqları parça bağlayırlar. Bunu bir güc simvolu olaraq düşünə bilərik. Kişilər birdən çox qadınla evləndiyi kimi güc göstəricisi olaraq istifadə edilən heyvan sayı da bu vəziyyətə təsir göstərən amillərdən biridir.

Himba xalqının xüsusilə qadını çox çalışqandır. İllərlə müharibə aparmaq məcburiyyətində qalmış bir qəbilədə güclü olmayan insanlar narazılıq yaradır. Mərdlik davranışları ilə tanınan himba qadınları hər bir işdə böyük fədakarlıqla çalışarkən kişilər yalnız heyvan otarmaqla məşğul olub.

Günə tezdən başlayan himba qadınları uşaqlara baxır, yemək bişirir, keçi, inək saxlayır, hətta yeri gələndə ev də tikirlər. Bir sözlə, himbalıların həyatlarını idarə edən qadınlardır. Həmçinin qadınlar arasında həmrəylik hissi çox güclüdür. Ən sadə nümunəsi isə qadınlar uşaqlara baxarkən bir-biri ilə daim yardımlaşmasıdır.

 

Himba xalqı müasir geyim mövzusunda da çox açıqdır. Amma bu məsələdə variantları çox yoxdur. Əgər bir şəkildə müasir paltar əldə etmək fürsəti əllərinə keçərsə, xüsusilə kişilər bu məsələdə çox həvəsli davranır.

Himba qadınları hamilə qalmaq istədikdə əvvəlcə bir ağacın altında oturur və anadan olmamış uşağının onunla ünsiyyət qurmasını gözləyirlər. Bu ünsiyyətin uşağın oxuduğu bir mahnı ilə başladığına inanırlar. Mahnı eşidən ana həmin mahnını ərinə da öyrədir və sonra hamilə qalır. Bu mahnı, uşağın doğum günü kimi qəbul edilir və uşağın yaşı bu tarixə görə hesablanır. Həmçinin uşaq irəliləyən yaşında bir cinayət törətsə, qəbilə üzvləri tərəfindən əhatəyə alınır və bir ağızdan öz mahnısı səsləndirilir.

Yuxarı Geri Başlağıc
ankara escort bayan escort ankara ankara escort ankara escort '; } ?>