TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Nazirlik bahalaşmaya rəvac verir: Yeni qaydalar nəyi dəyişəcək?
12 Avqust 2017 21:47
    Gündəm
Nazirlik bahalaşmaya rəvac verir: Yeni qaydalar nəyi dəyişəcək?













Akif Nəsirli: “İkili mühasibatlığa son qoyulmalı, bütün sahələr üzrə “kölgə iqtisadiyyatı” aradan qaldırılmalıdır”

Vergilər Nazirliyi “Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması qaydaları”nı təsdiq edib. Qaydaların qəbul olunmasında başlıca məqsəd gəlirlərin uçotunun aparılması və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan şəxslərin müəyyənləşdirilməsi üçün qeydiyyat kitabının tətbiqi, vergi ödəyiciləri ilə bağlı zəruri tədbirlərin görülməsidir.Qaydalar toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik edən və digər oxşar fəaliyyət göstərən – fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxsləri əhatə edir.

Qaydalara əsasən, ictimai iaşə obyektləri yerləşdikləri ərazi üzrə vergi orqanları tərəfindən qeydiyyat kitabı ilə təmin ediləcəklər.Qeydiyyat kitabında müvafiq qeydlər hər bir müğənninin, ansamblın və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan şəxslərin çıxışına başlamazdan əvvəl aparılmalıdır.

Təsərrüfat subyektlərində (obyektlərində) qeydiyyat kitabı tətbiq olunan vergi ödəyiciləri tərəfindən qeydiyyat kitabında qeyd olunan məlumatlar hər ay başa çatdıqdan sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir.Vergi ödəyiciləri tərəfindən qeydiyyat kitabında qeyd olunan məlumatların vergi orqanına vaxtında təqdim edilməsi barədə vergi ödəyicilərinə xidmət strukturları tərəfindən mütəmadi olaraq maarifləndirmə və qanunvericiliyin tələbləri barədə məlumatlandırma aparılacaq. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən aparılan məlumatlandırma-izahat tədbirlərindən sonra 10 iş günü ərzində məlumat forması təqdim edilmədikdə, həmin vergi ödəyiciləri barədə məlumatlar risk meyarı kimi qiymətləndirilərək adları operativ nəzarət funksiyalarını həyata keçirən strukturlara təqdim ediləcək ki, vergi nəzarəti tədbirləri zamanı nəzərə alınsın.

Vergi Məcəlləsinin 220.10-cu maddəsinə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan şəxslərin VÖEN-i olduğu halda, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” alıb-almadığı yoxlanılacaq.Müğənnilik fəaliyyəti ilə məşğul olan və ansambl (qrup) formasında fəaliyyət göstərən şəxslərin gəlirləri barədə məlumatlar həmin dövr üzrə təqdim edilmiş vergi bəyannamələrinin məlumatları ilə proqram təminatı tərəfindən avtomatik olaraq qarşılaşdırılacaq, kənarlaşmalar aşkar olunduqda kameral vergi yoxlaması ilə müvafiq tədbirlər görüləcək.

Maraqlıdır, Vergilər Nazirliyi şadlıq evlərində eləcə də digər iaşə obyektlərində qeydiyyat kitabı tətbiq etməklə, yeni qayda-qanun yaratmaqla hesabatlılıq və gizli xidmətləri aradan qaldıra biləcəkmi?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda vergiyə cəlbetmə məsələsi, qeydiyyat kitabçasının tətbiqi, eləcə də əlavə sənədləşmələrin təsdiqlənməsi dünyada keçirilmiş praktikadır:

“Bu praktikanın Azərbaycana gətirilib realizasiya olunması təqdirəlayiq haldır. Məsələ burasındadır ki, vergiyə cəlbetmədə ciddi islahatların aparılmasına baxmayaraq, ölkədə kifayət qədər vergidən yayınmalar var. Bu sahədə real nəticələrin əldə edilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir.Məsələn, ölkədə özəl təşkilatlarda, hətta dövlət qurumlarında ikili mühasibatlığa son qoyulmalıdır.Bütün sahələr üzrə “kölgə iqtisadiyyatı” aradan qaldırılmalıdır.Bütün bunları həyata keçirilərkən sahibkarın mənfəət norması gözlənilməlidir.Bir tərəfdən vergini və digər ödənişləri artırır, digər tərəfdən sahibkarın vergidən yayınma tələblərini kəsmirlər.Amma sahibkarın nə qədər qazandığı hesablanmır ki, ondan tələb olunan vergini ödəyə biləcək, ya yox.Hesab edirəm ki, Azərbaycanda sahibkarların vergidən yayınmasının əsas səbəbi ölkədə aparılan vergi siyasətidir.Vergi siyasəti qurularkən hesablamaq lazımdır ki, sahibkar bu vergiləri ödəyəndən sonra özünə mənfəət qazanacaqmı?Mənfəət sahibkarın əsas marağıdır.Sahibkarın marağı təmin olmadığı halda, o, ya vergidən yayınmaq üçün başqa yollar tapacaq, ya da vergi məmurunun özü ilə razılaşmaya gedəcək.Nəticədə vergi toplanmasında yaxşılaşmanı gözləmək real olmayacaq.

Elə vergi həddi qoyulmalıdır ki, sahibkar onu ödəməyə qadir olsun.Həmçinin qanunlar ciddi şəkildə tətbiq edilsin ki, sahibkarın vergidən yayınma imkanı olmasın.Bəzən bunu vicdanın üzərinə atırlar ki, vergi məmuru dövlət əmlakına xəyanət etməməlidir, o, öz öhdəlikləri ilə qarşılıqlı anlaşmaya getməməlidir.Yəni, hansısa korporativ maraqları olmamalıdır.Amma belə məsələlərdə hökumət işini elə qurmalıdır ki, bu əyrilikləri vicdanın üzərinə yükləməsin.Burda söhbət iqtisadiyyatdan, dövlət büdcəsinin formalaşdırılmasından gedir.Ölkədə vergi sistemi şəffaf olmalıdır, “kölgə iqtisadiyyatı” aradan qaldırılmalıdır, qanunlar işlək vəziyyətə salınmalıdır.Bazar iqtisadiyyatının formalaşmasında əsas amil rəqabət mühitinin olmasıdır.Elə bir münbit şərait yaradılmalıdır ki, sahibkar vergi verməkdən qaçmaq yollarını aramasın”.

Yeni qaydalar qiymət artımına necə təsir göstərəcək?

İqtisadçı qeyd edib ki, vergi tətbiq olunarkən mövcud şəraitdə mənfəət məsələsinə diqqət yetrilməlidir:

“Sözsüz ki, sahibkarın vergi yükü artacaqsa, təklif etdiyi məhsulun və xidmətin də qiyməti artacaq. Bu qiymətləri cilovlamaq üçün inzibati qaydalardan istifadə etmək bazar iqtisadiyyatına uyğun deyil.Ona görə də vergidə cüzi artım olsa belə, bu, bazarda özünü dərhal göstərəcək”.   Cebhe.info

Yuxarı Geri Başlağıc