TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


.
Xəbər Xətti

.
  • Ermənistanda zabitlər də qaçmağa başladı
    Ermənistanda zabitlər də qaçmağa başladı
  • “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
    “Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
  • Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
    Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
  • Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahatı
    Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahat
  • Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunları Ele Alındı
    Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunlar
  • “Titanik”in qəhrəmanları 20 il sonra bir arada – FOTOLAR
    “Titanik”in qəhrəmanları 20 il sonra b
  • Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı hərbi geyimdə –  FOTO
    Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı h
  • Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs verdi – VİDEO
    Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs
  • Sərnişin avtobus sürücüsünə tapança tuşladı – Bakıda görünməmiş hadisə+ Video
    Sərnişin avtobus sürücüsünə tapança tuşladı –
  • Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO
    Atasına heykəl qoyduran deputat Prezident Adminstr
Süni qıtlıq yaradan işbazlar: Piştaxtalardan mallar niyə və hara yoxa çıxır?
12 Avqust 2017 17:45
    Gündəm
Süni qıtlıq yaradan işbazlar: Piştaxtalardan mallar niyə və hara yoxa çıxır?













Yaşlı nəsil xatırlayar, SSRİ dönəmində mağazalarda mallar sabit qiymətlə satılırdı. Hamının əlində pul var idi, amma mağazalarda mal tapmaq olmurdu. Satıcılar malı piştaxtanın altından daha baha qiymətə satırdılar. Elə Bakının özündə yaşayanlar bilirlər ki, “Tarqovıy”, “Papanin”, “Sovetski” və sair ərazilərdə mağazalarda tapılmayan malları rahat tapmaq olurdu, baha qiymətə olsa da.Bunun səbəbi o idi ki, SSRİ rəhbərliyi pul kütləsini idarə edə bilmirdi, insanların əlində pul kütləsi sürətlə çoxalırdı, lakin istehsalatda artım tədricən gedirdi.

Nəticədə eyni mala görə təklif edilən pul kütləsi çoxalırdı, mağazalar isə pul təklifinin belə çoxalmasından istifadə edib mallar piştaxtalardan yoxa çıxarıb arxada daha baha qiymətə satırdılar.Bu gün də mağazaların vitrinlərindən çoxlu mal çeşidləri yoxa çıxıb.İnsanlarımız çoxları elə bilirlər ki, yenə SSRİ dönəmində baş verən hadisələr baş verir, amma bu dəfə səbəblər tamam fərqlidir.Mağaza vitrinlərindən çoxlu mal çeşidlərinin yoxa çıxmasının səbəbi böyüklü-kiçikli təchizatçı şirkətlərin hökumətin iqtisadi siyasətinə etibar etməmələridir.Mağazalara ərzaq və digər mallar paylayan təchizatçı şirkətlər manatın devalvasiyasından əvvəl elə dövlətin dəstəyi ilə milyonlar qazanırdılar, indi isə manat dəyərdən düşüb deyə dövlətə xəyanət yolu tutublar. Bu təchizatçı şirkətlər devalvasiyadan əvvəl istənilən mağazaya hər çeşiddə malları “pod realızasiya” qaydasında verirdilər, yəni mal verilirdi və malın pulu mal satıldıqdan sonra mağazalardan yığılırdı. Devalvasiyadan sonra isə təchizatçı şirkətlər qaydaları dəyişdilər.İndi onlar mağazalara malın hər çeşidini vermirlər, yalnız ən çox satılan malları verirlər.Buna görə də mağazalarda mal çeşidləri bu qədər azalır.Əlavə olaraq təchizatçı şirkətlər ödəniş qaydalarını da dəyişdilər, daha malların pulu mağazalardan mal satılandan sonra yox, mal mağazaya verilməzən əvvəlcə alınır.Bu isə gətirib ona çıxardı ki, mağazalar özləri də pulları çatan qədər və yalnız çox satılan, mənfəəti çox olan malları satışa çıxarmağa başladılar.Bütün bunlara görə də bu gün alıcı mağazaya girir və istədiyi malları vitrinlərdə görmür, əvvəl aldığı malları tapa bilmir.Nəticədə narazılıq yaranır, sabaha ümidləri ölür.Nə qədər gec deyil, dövlət bu işə müdaxilə etməlidir.Böyüklü-kiçikli bütün təchizatçı şirkətlərə başa salmaq lazımdır ki, belə oyunlar oynayıb ortalığı qarışdırmaq yaxşı nəticə verməz.  Cebhe.info

cooltext184405016019087
Yuxarı Geri Başlağıc