TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
“İran parlamentindəki Türk Fraksiyası ləğv edilməyib” – TƏKZİB GƏLDİ
13 Avqust 2017 00:32
    baş manşet
“İran parlamentindəki Türk Fraksiyası ləğv edilməyib” – TƏKZİB GƏLDİ













Xəbər verdiyimiz kimi, Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar İran parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyasının “türk sözünün yaratdığı həssaslıqlar”dan dolayı buraxıldığını elan edib.

Məsələyə münasibət bildirən Urmiyənin millət vəkili Nadir Qazipur həmkarı tərəfindən yayılan xəbəri təkzib edib.

O bu barədə rəsmi Telegram səhifəsində məlumat yayıb:

“Türk Bölgələri Fraksiyası ləğv edilməyib. Cənab Bimiqdarın fraksiyanın ləğv edildiyinə dair açıqlaması həqiqəti əks etdirmir. Fraksiya olduğu kimi fəaliyyətini davam etdirir”- deyə millət vəkili qeyd edib.

N.Qazipur o halda Türk Bölgələri Fraksiyasının fəaliyyətindən bəhs edir ki, fraksiya yaradıldığı gündən bəri bir dəfə də olsa iclas keçirməyib.

Bundan öncə Urmiyənin digər millət vəkili Ruhulla Həzrətpur da oxşar açıqlama ilə çıxış edərək fraksiyanın ləğvi ilə bağlı deyilənləri təkzib edib.

Şəhabəddin Bimiqdar

 

Təbriz, Azərşəhr və Üskünün millət vəkili Ş.Bimiqdar iki gün öncə bildirmişdir ki, İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyası “türk sözünün yaratdığı həssaslıqlar” səbəbilə buraxılıb, onun canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət fraksiya yaradılacaq.

Millət vəkili əlavə etmişdir ki, artıq “Şimal-Qərb Əyalətləri Fraksiyası”nın təsisi istiqamətində fəaliyyətlər başlayıb, gələn bazar günü fraksiyanın idarə heyətinin üzvləri seçiləcək.

“Bilmirəm, “türkdillilər” sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar. Şimal-qərb əyalətlərinin millət vəklilləri isə hər zaman birlik tərəfdarı olduqları üçün fraksiya məsələsində ixtilaf yaratmaq istəmirlər”- deyə Ş.Bimiqdar bildirmişdir.

İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin Oktyabr ayında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunmuşdur. Fraksiyaya yarandığı gündən bir dəfə də olsa iclas keçirə bilməyib, onun fəaliyyətinə gizli şəkildə maneçilik yaradılır.

Yuxarı Geri Başlağıc
ankara escort bayan escort ankara ankara escort ankara escort '; } ?>