Gün: Avqust 17, 2017

Erməni hərbçi maşında yanaraq öldü – FOTO

Bu gün saat 17:00-da Ermənistanın Tavuş vilayətinin Nerkin Karmirağbyur-Paravakar yolunda yanmış avtomobildə cəsəd tapılıb. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nerkin Karmirağbyur kəndinin icra rəhbəri Manvel Kamendatyan Aravot.am saytına bildirib ki, “VAZ-2106” markalı avtomobildə yanaraq ölən şəxs 32 yaşlı kənd sakini, müqaviləli hərbi qulluqçu Vardan Qriqoryandır. Qəza ilə bağlı […]

Ərdoğan İrana gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda İrana səfər edəcək. İran mətbuatının məlumatına əsasən, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin Asiya və Okeanya ölkələri üzrə idarəsinin rəisi İbrahim Rəhimpur bildirib. Hələlik Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərlə bağlı heç bir açıqlama verməyib. Tehranda Türkiyə Xarici İşlər Nazirliyinin başçısının müavini Ümit […]

Bakıda qadın maşından çıxarılaraq zorla polisə aparıldı: ”Sizin paqonuvuza…” – VİDEO +18

Bakının mərkəzində polislə qadın arasında insident yaşanıb. Polis ona tabe olmayan xanımı zorla post-patrul avtomobilinə mindirərək aparıb. Hadisə şahidlərinin Criminal.az saytına verdiyi məlumata görə, hadisə Fəvvarələr Meydanında yerləşən ”Otto” gecə klubunun qarşıısnda baş verib. ”Niva” markalı 10 NJ 666 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını arxaya sürən zaman post-patrul avtomobili […]

Xaçmazda bazorkom Gülnarə iş adamının əmlakın qarət edib – VİDEO

Turkustan.info xəbər verir ki,bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xaçmaz rayon sakini,Xaçmaz rayon mərkəzi bazarında ticarətlə məşğul olduğunu bildirən Sadıxova Cəmilə və oğlu Sadıxov Qurban,onların nümayəndəsi Vəfadar Novruzov mətbuat konfransı keçiçirdərək, Xaçmaz rayon mərkəzi bazarın müdirəsi Gülnarə Həbibova onun bazarda çalışan qohumları bu ilin aprel ayından başlayaraq divan tutmaqdadırlar.Belə ki,aprel ayının […]

“İt başından tutub çeynədi, təcili yardım yaxın durmadı” — 5 yaşlı Zeynəbin FACİƏLİ ÖLÜMÜ

Sumqayıtda ötən ayın 31-də 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib. Turkustan.info ARB 24-ə istinadən xəbər verir ki, hadisə mikrorayonun 40-ci binasının qarşısında olan uşaq meydançasında baş verib. Zeynəb meydançada turnikdən sallanarkən it onu tutaraq aşağı yıxıb və baş nahiyəsindən dişləyib. […]

Azərbaycanda dəhşətli qətl, 2 qadın öldürüldü – Birinin başı kəsilib

Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, öldürülən qadınların ana və qızı olduğu məlum olub. Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər. *** Göygöldə iki qadın qətlə yetirilib. […]

Sevgilisi ilə yataqda yaxalanan qız atasını bıçaqladı – Göygöldə şok olay!

Göygöl rayonunda 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb. Turkustan.info xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində baş verib. Belə ki, həmin kəndin sakini 1969-cu il təvəllüdlü Budaq Vəli oğlu Abdullayev traktorçu işləmək üçün Şəmkir rayonuna gedib. Atasının evdə olmamasından istifadə edən 25 yaşlı Qızbəsti Abdullayeva sevgilisini yaşadığı evə […]

Müslüm Maqomayevin xatirəsi yad edildi

Azərbaycanın görkəmli müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illik yubileyi münasibəti ilə Fəxri xiyabanda məzarı ziyarət edilib. Ziyarətdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Daroxin, mərhumun həyat yoldaşı SSRİ xalq artisti Tamara Sinyavskaya, xalq artisti Eldar Quliyev və digər mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. […]

2016-ci ilin aprel savaşında İsrail Azərbaycandan erməni ordusunu vurub: Sübutlar var – Karen Vardanyan

2016-ci ilin aprel savaşında İsrail Azərbaycan tərəfdən iştirak edib, bu barədə dəqiq sübutlar mövcuddur. A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında Ermənistanın İT texnologiyaları birliyinin sədri Karen Vardanyan deyib. O bildirib ki, İsraildə yaxşı anlayırlar ki, məsələ gərginləşir və tezliklə İsrailin aprel müharibəsində iştirakı məsələsi qaldırıla bilər. Ona […]

1979-dan bəri bir ilk – İran ordusunun komandanı Türkiyədə

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmmədhüseyn Baqirini Ankaraya səfər edib. Turkustan.info xəbər verir ki, bu İran ordusu komandanının 1979-cu il İslam inqilabından sonra qonşu ölkəyə ilk səfəridir. İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, briqada generalı Məhəmmədhüseyn Baqirini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoöan qəbul edib. 50 dəqiqə çəkən görüşdə iki […]

Bakıda hicablı ərəb qadınlar aqua-parkda hər kəsi təəccübləndirdi – VİDEO

  Bakıda istirahət mərkəzlərindən birində maraqlı görüntülər kameraya düşüb. BAKU.WS məlumat verir ki, aqua-parka gələn ərəblər hər kəsi təəccübləndirib. Hicablı ərəb qadınların hovuza geyimlə daxil olması insanların marağına səbəb olub. Ətrafdakı insanların təəccüblü baxışları altında üzən ərəb qadınlar yaxşıca istirahət edib. Ancaq ərəb qadınların bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Azərbaycanda 37 min manata “AA” seriyalı avtomobil nömrəsi satılır – SİYAHI

Azərbaycanın internet satış portallarından birində 37 000 manata avtomobilin seriya nömrəsi satışa çıxarılıb. SalamNews xəbər verir ki, “10-AA-571” və “10-AS-571” dövlət nömrə nişanlarının 37 min manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib. Satışda, həmçinin “AA”, “AS”, “AF” seriyalı qeydiyyat nişanları da var. 10-AS-535 – 4500 AZN 10-AF-111 – 7000 AZN […]

Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı – AÇIQLAMA

Ölkə.az saytında “Qarabağ” futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətovun “CBC Sport” telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərməsi və cazibədar teleaparıcıya qarşı sevgi hissi bəslədiyi barədə məqalə yayımlanıb. Oxu.Az-ın əməkdaşı futbolçunun atası, tanınmış prodüser Anar Mədətovun məsələyə münasibətini öyrənib. “Mahir “CBC Sport” telekanalına İslam Oyunlarından […]

Manananın mediadan gizlətdiyi uşaqları – FOTO+VİDEO

Əməkdar artist Manana Caparidze qızı və oğlu ilə birgə çəkdirdiyi fotosunu paylaşıb. Turkustan.info xəbər verir ki, gürcü müğənnisinin paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Çünki o, hər zaman uşaqlarını mediadan uzaq tutub. Sosial şəbəkədə isə övladlarının fotolarını nadir hallarda paylaşıb. Qeyd edək ki, Manana 2008-ci ildə Georgi Qabalave adlı […]

Müqəddəs cizgi: şanlı yolun tarixçəsi

Sərhəd anlayışı dövlət məfhumu ortaya çıxan zamandan mövcuddur. Azərbaycan qədim dövlətçilik ənənəsinə malik olduğundan tarixin hər bir kəsimində dövlətlərimiz, sərhədlərimiz mövcud olub deməyə haqqımız çatır. Ancaq zaman-zaman ərazilərimizə göz dikən xain qonşular, azğın düşmənlər də olub. Hər zaman dövlətlərimizin sərhədlərini qorumağa ehtiyac duymuşuq və bu gün də belədir. Azərbaycanda milli […]

Gürcüstan Ahıska türklərini unudub – Onların yerində ermənilər məskunlaşıb

Ahıska türklərinin doğma   el-obalarına qayıtmaları məsələsi hələ də həll edilməmiş qalır. Bir neçə dəfə türklərin Gürcüstana geri qayıtması prosesinə başlanılacağı söylənilsə də, bu, tam olaraq həyata keçməyib. Bəs Ahıska türklərinin doğma torpaqlarına geri qayıda bilməməsinin səbəbi nədir? Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında deyib ki, Ahıska türkləri […]

4G dəstəkli “LG FLEX 2” smartfonu indi YARI QİYMƏTƏ

“Azercell Telekom” MMC 4,5 milyonluq abunəçi ailəsi üçün sərfəli smartfon kampaniyalarını davam etdirir. Şirkətdən Turkustan.info-ya verilən məlumata görə, indi “Azercell” ailəsinin üzvləri 17.08.2017-ci il tarixindən etibarən 4G dəstəkli LG FLEX 2 smartfonunu inanılmaz sərfəli qiymətlərlə əldə edə bilərlər. Belə ki, yeni smartfon kampaniyası çərçivəsində abunəçilər LG FLEX 2 telefonuna 50% […]

Tramp Qarabağda Azərbaycanın tərəfinə keçir

Hadisələr münaqişənin güc yolu ilə həllinə doğru aparır. Donald Trampın Qarabağ münaqişəsinin həllinə baxışı əvvəlki adminstrasiyanın yanaşmasına baxanda Azərbaycan üçün daha müsbətdir. İstiPress-ə bu barədə Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq  Qabil Hüseynli bildirib. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Azərbaycan mətbuatına müsahibəsini şərh edən politoloq bildirib ki, Tramp adminstrasiyasının münaqişənin ərazi […]

Kəmaləddin Heydərov vitse-prezident təyin edilib

Azərbaycanın fövqəladə hallar naziri, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib. Turkustan.info APA-ya istinadən bildirir ki, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən növbəti dəfə layiq görülüb. Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin […]

Tanınmış politoloq həmsədrləri 3 meymuna bənzətdi: “Görmürəm, eşitmirəm, danışmıram…”

Karapentayanın açılış etdiyi zavod Kəlbəcərdə deyil – İDDİA Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Karen Karapetyanın işğal altındakı Kəlbəcər rayonu ərazisində mineral su istehsal edən zavodun açılışında iştirak etdiyi ərazinin başqa yer olduğunu bildirir. Belə ki politoloq həmin ərazinin Kəlbəcər deyil başqa yer olduğu iddiasını irəli […]

Rus ordusu Belarusa girdi – Təlimlərin ardınca işğal

Rusiyanın hərbi texnikası Belarusa daxil olub. Missiya.Az “Xartiya” nəşrinə istinadən xəbər verir ki, təqdim edilən videoda qara rəngli, “RUS” yazılmış dövlət nömrə nişanlı onlarla “Ural” markalı yük maşınından ibarət kolonun keçdiyi görünür. Üstü bağlı olan maşınlar Belarus Silahlı Qüvvələrinin 72-ci Birləşmiş təlim mərkəzinin yaxınlığında meşəyə daxil olublar. Kolon Belarusun DAM avtomobilləri […]

“Gənclərin Simulyasiya Akademiyası” davam edir

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Gənclərin Simulyasiya Akademiyası” layihəsi davam edir. İctimai Birliyin mətbuat xidmətindən Newscenter.az-a daxil olan məlumata görə, “İrəli” və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Gənclərin Simulyasiya Akademiyası” […]

Gözəl Bayramlı və Əfqan Muxtarlının həbs müddəti uzadıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  sədr müavini Gözəl Bayramlının həbs müddəti uzadılıb. Turkustan.info-nun xəbərinə görə, vəkil Nemət Kəirmli APA-ya bildirib ki, Nəsimi rayon Məhkəməsinin qərarı həbs müddəti iki ay uzadılıb. Xatırladaq ki, DSX AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat […]

Milyonlar üçün maraqlı: Azərbaycanda pensiyalar da “özəlləşdirilir”?

Özəl fondlar yaradılması layihəsi gecikir Nazim Bəydəmirli: “Azərbaycanda “kölgə iqtisadiyyatı”nın həcmi ümumi daxili məhsula nisbətən 80 faizdən yuxarıdır” Hələ 2014-cü ilin iyun ayında Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı bir səs-küy yarandı. Gözlənilirdi ki, Avropa Birliyi ilə birgə həyata keçirilən layihə 2014-ci ilin noyabrında yekunlaşacaq. Həmçinin layihənin hökumətə təqdim […]

Pənah Hüseynov Heydər Əsədovla necə və niyə görüşüb? – AÇIQLAMA

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynlə hazırkı kənd təsərrüfatı naziri Heydər Əsədov M.V.Lomonosov adına Moskva Dövlət Universitetində eyni vaxtda təhsil alıblar. Maraqlıdır, Pənah Hüseyn universitet yoldaşı Heydər Əsədovla görüşürmü? Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı Pənah Hüseyn Modern.az-a açıqlama verib. Pənah Hüseyn deyib ki, universitetdə təhsil alan zaman […]

Bakıda ət “REKORD” vurur: 15 gün sonra kəskin bahalaşma gözlənilir

Son aylarda ət və ət məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Bu günlərdə isə qiymətlərdə yenə də artım olub. Belə ki, dana əti (sümüklü) 13.50 manat, sümüksüz 14.50-15 manat, quzu əti isə 15 manatdan başlayan qiymətlərlə satılır. Qeyd edək ki, bir neçə gün öncə ət və ət məhsullarının qiyməti hazırki […]

Azərbaycanlı gənc ixtiraçının 50 milyonluq təyyarə layihəsi – VİDEO

Azərbaycanlı gənclər hava nəqliyyatı və alternativ enerji sahəsində möhtəşəm layihə hazırlayıblar. “VİP Aircraft” adı verilən təyyarə layihəsi dünyada bir ilkdir. Layihə gənc ixtiraçı Tural İsmayılzadənin təşəbbüskarlığı və rəhbərliyi ilə onun elmi araşdırmaları əsasında hazırlanıb. VİP təyyarəni öz sinfində fərqli və üstün edə biləcək bir çox cəhətləri var (Oxu.az). 45,890 metr […]

“Real Madrid” 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub

Qarşılaşma “Real”ın 2:0 qələbəsi ilə başa çatıb İspaniya Superkubokunun cavab oyunu keçirilib. Turkustan.info xəbər verir ki, “Real Madrid” “Santyaqo Bernabeu” stadionunda “Barselona” ilə qarşılaşıb. Qarşılaşma “Real”ın 2:0 qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. Belə ki, matçın 4-cü dəqiqəsində Marko Asensio hesabı açıb. Oyunun 39-cu dəqiqəsində […]

Koalisiya Suriyaya zərbələr endirdi: 40 dinc sakin öldü

Ölənlər arasında qadınlar və uşaqlar da var ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələrinin Suriyanın Rakka şəhərinə endirdiyi zərbə nəticəsində 40 dinc sakin ölüb. Turkustan.info-nun məlumatına görə, dinc sakinlər mərmilərin yaşayış evlərinə düşməsi nəticəsində ölüb. Qeyd edək ki, Rakka  2013-cü ildən İSİD terror qruplaşmasının nəzarəti altındadır. Şəhərdə 4 minə yaxın silahlının olduğu ehtimal […]

Ermənilər Azərbaycanla Kanadanın hərbi əməkdaşlığına mane olmaq istəyir

Kanadanın erməni diasporası Azərbaycanla Kanadanın İNKAS şirkəti arasında Azərbaycan DİN üçün zirehli transportyorların təchizatı ilə bağlı sazişin həyata keçirilməsinə mane olmaq istəyir. Turkustan.info xəbər verir ki, AZCAN birgə müəssisəsi Azərbaycanda həmin zirehli maşınların yığılması ilə məşğul olacaq. Siyasi məsələlər üzrə Kanada-Ermənistan komitəsinin prezidenti Şage Tanaçyan Kanadanın baş naziri Castin Trüdoya […]

Çox sevdiyimiz çayın ziyanlı cəhətləri

Ənənəvi içkimiz olan çay çoxsaylı faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir. Lakin bir sıra xəstəliklər zamanı bu içkinin istehlakı ziyanlıdır. – Qastrit, mədə və 12 barmaq bağırsağı xorası, reflüks kimi həzm sistemi xəstəlikləri zamanı, xüsusilə onların kəskinləşməsi dövründə çayın istehlakı ziyanlıdır. Çay mədənin turşuluğunu artırır ki, bu hal da xəstəliyin gedişatını […]

İsrail Ermənistana tuşlanmış PUA-lar barədə məlumatı təkzib edir

“İsrail KİV-lərində bu ölkənin operatorlarının İsrail pilotsuz uçuş aparatlarını erməni mövqeləri istiqamətində sınaqdan keçirmələri barədə dərc edilmiş məlumatlar həqiqəti əks etdirmir”, – virtualaz.org xəbər verir ki, bunu tert.am nəşrinə müsahibəsində İsrailin Ermənistandakı səfiri Eliyahu Yeruşalmi deyib. “Bu informasiya qəzetdə dərc edilmişdi və sonradan təkzib olundu. Çox güman ki, belə şey […]

Gəlin köklə birlikdə qayınanasının nişan üzüyünü “çıxardı” – FOTO

Kanadanın cənubunda ferma sahibləri məhsul yığımı zamanı köklə birlikdə 84 yaşlı qohumlarının nişan üzüyünü də çıxarıblar. Turkustan.info CBC telekanalına istinadən məlumat verir ki, Meri Qrems üzüyü 13 il əvvəl 2004-cü ildə bağda işləyərkən itirib. Onun sözlərinə görə, ərinə bu barədə heç nə deməyib və üzüyü dəyişdirib. “Əgər diqqətlə baxsanız üzüyün kök ətrafına […]

“Kopenhagen”dən UEFA-ya şikayət: “Qarabağ”ın futbolçusu…

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” klubu UEFA-ya şikayət məktubu ünvanlayıb. Turkustan.info xəbər verir ki, danimarkalıların şikayəti ağdamlıları ötən gecə keçirilən matça kapitan kimi çıxaran Maksim Medvedevlə bağlıdır. Belə ki, klubun iddiasına görə, təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi oyunun 20-ci dəqiqəsində Medvedev, rəqibin futbolçusu Pyer Benqtssonu top uğrunda […]

Ermənistandakı ermənilərin sayı yarıbayarı azala bilər – Ekspetlər həyəcan təbili çalır

XXI əsrin sonuna qədər Ermənistandakı ermənilərin yarıbayarı azalacağı təsbit edilib; Düşmən ölkənin ekspertləri həyəcan təbili çalırlar Ermənistan Milli Statistika Xidməti bu yaxınlarda ölkəni tərk edən vətəndaşların və ümumiyyətlə əhalinin sayı ilə bağlı yeni məlumatlar açıqlayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Statistika xidmətinin bu ilin iyulun 1-nə qədər olan […]