Gün: Avqust 18, 2017

Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO

Sabirabadda atasına heykəl qoyduran deputat Prezident Administrasiyasına (PA) çağrılıb. Turkustan.info xəbər verir ki, bu barədə AzEuroNews.com-a deputatdan PA-ya şikayət məktubu ünvanlayan rayonun Nizami kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə,  Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilovun atası Gülabba Xəlilov üçün heykəl qoyduraraq rayon sakinlərinə heykəli məcbur ziyarət etmələri göstərişini […]

“Sabah müharibə olacaq, amma ordunun xəbəri yoxdur”

Donald Trampla Kim Çen İnin demək olar ki, hər gün bir-biriləri ilə müharibə ritorikası ilə danışmasına baxmayaraq, ABŞ ordusu hər hansı savaşa hazır kimi görünmür. Turkustan.info axar.az-a istinadən xəbər verir ki,  bu barədə “Defensnyus” məlumat yayıb. Xəbərdə bildirilib ki, Amerika silahlı qüvvələrində strateji hazırlıqlar hiss edilmir. ABŞ-ın quru, dəniz və […]

Dünyanın ən böyük yaxtasına sahib olan azərbaycanlı – FOTOLAR

Türkiyədə istirahət edən Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov qardaş ölkə mətbuatının gündəmindən düşmür. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, Bodrumda ailəsi ilə dincələn Əhmədov getdiyi restoranda ofisiantlara verdiyi bəxşişlərlə də yadda qalıb. 350 avroluq hesab ödəyən milyarder, masaya qulluq edən 3 ofisiantın hər birinə 50 avro bəxşiş verib. Qeyd edək […]

Sevgilisiylə birlikdə atasını bıçaqlayan qız ailəli olubmuş – YENİLƏNDİ – VİDEO

Göygöl rayonunda baş verən bıçaqlanma hadisəsində yeni faktlar ortaya çıxıb. Çaykənd icra nümayəndəsi Eşqin Ocaqverdiyevin Publika.az-a verdiyi məlumata görə, 49 yaşlı Budaq Abdullayev kənddəki evində yaşamırmış: “Hadisə baş verən zaman biz ərazidə olmuşuq. Biz də hadisə ilə bağlı sosial şəbəkələrdən oxuduq. Budaq Abdullayev özü Şəmkirdə işləyir, elə orda da yaşayırdı. Həftə […]

Hər kəs üçün vacib xəbər — 8000 manat cərimələnə bilərsiz

Tullantıların şəhər ərazisində qalaqlanması, yandırılması qanun pozuntusu hesab edilir və buna yol verən icra, bələdiyyə nümayəndələri də cəzalandırılır. Turkustan.info bildirir ki, bu barədə “Ölkə.Az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər. Nazirlik əməkdaşı bildirib ki, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi “İstehsalat və Məişət Tullantıları” haqqında qanunun tələblərinə, bu sahədə […]

“Azərbaycanda qaynanam var, səninlə evləndirəcəm” deyib 74 yaşlı türkə 22 min “atdı” – VİDEO

Türkiyənin Bursa şəhərində mağazada satıcı işləyən azərbaycanlı Məhəmmədəli O. 74 yaşlı Türkiyə vətəndaşına qarşı dələduzluq edib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursanın Yıldırım bölgəsində baş verib. 44 yaşlı azərbaycanlı baxıma ehtiyacı olduğu üçün evlənmək istəyən M.F.A. adlı şəxsi dul qaynanası ilə evləndirəcəyi vədilə aldadıb və 22 min TL […]

“Əli Kərimli övladlarının təhsil haqqına 2 milyon manat ödəyib” – Niyaməddin Orduxanlı

Bunu onun 25 il cangüdəni olmuş şəxs deyir. AXCP sədri Əli Kərimlinin bir nömrəli cangüdəni Kərim Mehdiyevin sensasion faktlar açıqlaması siyasi partiyalar tərəfindən də birmənalı qarşılanmayıb. Bununla bağlı mətbuata açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, əslində Əli Kərimli haqqında zaman-zaman deyilənlər faktlardı və reallığa söykənir: “ Kərim […]

Vasif Talıbov Azərtac-ın müxbirinə 3 otaqlı ev verdi

“Dostlar, sevincimin həddi-hüdudu yoxdur. Ailə həyatı qurduğum 22 il ərzində ilk dəfədir, nəhayət ki, bir evim oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərinin çox görkəmli bir yerində 3 otaqlı mənzillə təmin olundum”. Turkustan.info xəbər verir ki, bu barədə Azərtac-ın Naxçıvan […]

Baş Prokurorluq internet saytlarının rəhbərlərinə xəbərdarlıq edib

Baş Prokurorluq internet saytlarının rəhbərlərinə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Baş Prokurorluqda aparılan araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Aztoday.az”, “İnfoaz.org” və “Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən […]

“Göygöl qatili”: Çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin?

Göygöl rayonunda ana və qızının ölümü ilə bağlı təfərrüat məlum olub. Report xəbər verir ki, arvadını və qaynanasını öldürən Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Adil oğlu Əliyev polisə könüllü olaraq təslim olub. O, ilkin dindirmələr zamanı arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı namus üstündə, qaynanası, Tovuz […]

Güney Azərbaycan ayağa qalxa bilər: Molla rejimi milli hərəkatı sürətləndirir

İran hakimiyyət orqanlarındakı bütün Azərbaycan türkləri vəzifədən uzaqlaşdırılır.Həsən Ruhaninin ikinci dəfə prezident seçiləndən sonra formalaşan yeni hökumətinin tərkibində bu dəfə azərbaycanlıların sıxışdırılması müşahidə olunur.Parlamentin Rəyasət Heyəti Türk Bölgələri Fraksiyasının fəaliyyətinə icazə vermir.Ötən günlərdə İran mətbuatı Təbrizin millət vəkili Şəhabəddin Bimiqdara istinadən “Türk” sözünün yaratdığı həssaslıqlara görə parlamentdə Türk Bölgələri Fraksiyasının […]

Terror təşkilatları üzünü Qərbə çevirdi – Partlayış, terror, qan gölü – Artıq Avropada

Şərqi qarışdıran terror təşkilatları bir müddətdir ki, Avropaya doğru yol alıb. Bəzi Avropa ölkələri tərəfindən himayə olunan terror təşkilatları artıq təkcə şərq üçün yox, Avropa üçün də təhlükəyə çevrilib. Televiziyalarında terror aktları məsələsinə geniş yer verən Avropa ölkələri ard-arda baş verən terror aktlarına görə həyəcan təbili çalır. Ən son Barselonanı […]

“Arvadım başqalarıyla gəzdiyi üçün öldürdüm” – Göygöldəki qətlin təfərrüatı

Göygöl rayonunda ana və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.  Turkustan.info “Report”a istinadən xəbər verir ki, arvadını və qaynanasını öldürən Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Adil oğlu Əliyev polisə könüllü olaraq təslim olub. O, ilkin dindirmələr zamanı arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı namus üstündə, qaynanası, […]

“PAŞA Həyat” bu gündən təhsillə bağlı yeni layihəyə başlayıb

Azərbaycanda təhsilin inkişafına dəstək məqsədi ilə “PAŞA Həyat” şirkəti bu gündən etibarən “Davamlı təhsil” adlı yeni məhsulunun satışına başlayıb. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən Turkustan.info-ya verilən məlumata görə, “Davamlı təhsil” məktəbəqədər hazırlıq, orta və ali təhsil ocaqlarında ödənişli təhsil alan tələbələrin valideynləri üçün hazırlanmış xüsusi bir məhsuldur. Məhsulun sığorta təminatına ödənişli təhsil […]

Tanınmaz hala düşən Faytonçu Nazim: “Məni azərbaycanlı həkimlər bu hala saldı…”

Xərçəng olduğu deyilən Faytonçu Nazim BiG.AZ-a danışıb. O, xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı gəzən xəbərləri təkzib edib. Günü-gündən arıqlayıb bir dəri, bir sümük olan müğənni bildirib ki, onu bu hala azərbaycanlı həkimlər salıb: “Həkimlərin səhv əməliyyatlarına görə bu qədər çəki itirdim. Azərbaycanda məni bu hala saldıqlarına görə öz həkimlərimizə […]

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi

Maliyyə Nazirliyiyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Ülfət Göyüşov vəfat edib. Turkustan.info xəbərinə görə, Ü. Göyüşov ürək çatışmazlığından vəfat edib. Qeyd edək ki, Ü. Göyüşov Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin atası, mərhum akademik Yusif Məmmədəliyevin kürəkənidir.  Modern.az   Allah […]

Sarqsyanı uçuruma aparan yol – CİZGİ FİLMİ (VİDEO)

AzVision saytlar qrupuna daxil olan Kirpi.info yumor saytı Serj Sarqsyan və Ermənistanın yürütdüyü təzavüzkar siyasətlə bağlı daha bir kiçik cizgi filmi hazırlayıb. Cizgi filmində Sarqsyanın yürütdüyü siyasətin son nəticədə onun hakimiyyətinə necə təsir edəcəyi alleqorik dil ilə göstərilir. Qeyd edək ki, Kirpi.info Azərbaycanda yeganə karikatura və yumoristik animasiya saytıdır. AzVision saytlar qrupuna daxil olan Kirpi.info yumor saytı Serj Sarqsyan və Ermənistanın yürütdüyü […]

Müdafiə Nazirliyi Ermənistanı biabır etdi

Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılmaqdadır. Müdafiə Nazirliyindən   verilən məlumata görə, Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır. “Əslində isə nümayiş etdirilən “məxfi məlumatlarla dolu məktublar” o dərəcədə bisavad […]

Siqareti tərgitmək istəyənlər bu qidaları yesin – SİYAHI

Mütəxəssislər siqareti tərgitmə müddətində düzgün qidalanmanın əhəmiyyətli rol oynadığını deyirlər. Təbiətdə olan bir çox qida həm siqareti tərgitməyə, həm də sonrakı müddətdə çəkini nəzarət altında saxlamağa kömək olur. Siqareti tərgitməyə kömək edən qidaların siyahısını təqdim edirik. Zəncəfil ağciyərləri təmizləyir Siqaret çəkən bir çox insan bu vərdişdən xilas olmaqda çətinlik çəkməklə […]

“Bu, Qarabağda gec-tez baş verəcək” – Moskvanın planı erməniləri ŞOKA SALDI

Bu günlərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “Amerikanın Səsi” radiosunun Azərbaycan və erməni dili versiyalarına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllindən danışdı. Onun sözlərinə görə, hazırki çətin şəriatdə təmas xəttinin tam demilitarizasiyasından danışmaq çətindir. “İki silahlı tərəf bir-biri ilə qarşı-qarşıyadırsa, hərbi toqquşma ehtimalı həmişə var. Buna görə ilk növbədə […]

Ermənistanda hərbçini yandıraraq öldürdülər

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tavuş vilayətinin Nerkin Karmiqyux kəndində 32 yaşlı hərbi qulluqçu Vardan Qriqoryanın yanmış cəsədi avtomobilində aşkar olunmuşdu. Onun hərbçi yoldaşı A.Lalayan tərəfindən döyülərək öldürüldüyü məlum olub. Qriqoryanın öldüyünü görən Lalayan onun meyitini avtomobilə qoyaraq yandırıb və dərədən atıb. Avtomobil qəzası görüntüsü yaratmaq istəsə də, […]

“Ermənilər çox yazıq xalqdır, onlara ancaq Azərbaycanda itlər nifrət edir” – Adnan Oktar

Altun.az türk mediasına istinadən xəbər verir ki, özünü dinçi adlandıran Adnan Oktar Qarabağ münaqişəsindən danışan zaman ermənilərə Azərbaycanda nifrət edən hər kəsi it adlnadırıb. Həmin video görüntünü olduğu kimi təqdim edirik. Ümid edirik ki, bu videonu aidiyyəti qurumlar dəlil olaraq götürər. insanlıqdan pay almamış bu şəxsin cəzalandırılması üçün əllərindən gələni […]

“Türkiyədə Atatürkə münasibət müəyyən qədər loyallaşır” – Nizami Cəfərov

Elə tarixi şəxslər var ki, onların şəxsiyyətinə və irsinə, xidmətlərinə hər zaman xüsusi münasibət olub. Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk də onlardan biridir. Məhz bu səbəbdən ölkəmizdə də uzun müddətdir, Atatürk Mərkəzi fəaliyyət göstərir. Digər tərəfdən zaman-zaman Atatürk haqqında fərqli fikirlər də səsləndirilir. Maraqlıdır, hazırda Türkiyədə Atatürkə olan münasibət […]

Moskva Azərbaycanı yeni müharibəyə qızışdırır

Ermənistanın Avrasiya İttifaqından çıxması tələb edilir. Ermənistanda Rusiya əleyhinə isteriya yağışdan sonra göbələyin artması kimi artır. Erməni KİV-ləri hər gün Moskvaya hücumu artırır. Onların fikrincə, Moskva erməni siyasətinə ciddi maneçilik törədir.  Məsələn, “Moskva Azərbaycanı yeni müharibəyə qızışdırır” məqaləsində deyilir ki, Kreml Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərində iştirakını sinirə bilmir. Erməni […]

Biznesmen oğlu “Range Rover”lə qəzaya düşdü – Hadisə hamıdan gizlədilir

Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib. Turkustan.info xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, sonu 009-la bitən qara rəngli “Range Rover” markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb. Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir. Qəza nəticəsində avtomobildə olan xanım sərnişin ağır xəsarət alıb və Bakıdakı […]

“İstanbulda ən azı 145 min insan öləcək” – Qorxunc proqnoz TƏKRARLANDI

“Mərmərə dənizində yaxın gələcəkdə gücü yeddi baldan daha yüksək olan zəlzələ baş verəcək”. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener deyib. “Bütün elm adamları bunu qəbul edirlər: Mərmərədə yaxın gələcəkdə yeddi baldan yuxarı zəlzələ olacaq. Dəqiq tarixi deyə […]

“Uşağımı qəbul edən biri olsa, ərə gedərəm” – Şahin Zəkizadənin xanımı

“Övladımı qəbul edən biri qarşıma çıxsa evlənməyi düşünərəm”. Turkustan.info azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri big.az-a açıqlamasında xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə söyləyib. O bildirib ki, bu haqda mərhum həyat yoldaşı ilə də bir neçə dəfə söhbətləşibmiş: “Şahindən sonra ailə həyatı qurmağı fikirləşmirdim. […]

Ermənistanın baş naziri Azərbaycanın ən gözəl yerində keyf çəkdi, kater sürdü – VİDEO

Xəbər verildiyi kimi, avqustun 15-dən məzniyyətini işğal altındakı Azərbaycan ərazilərində keçirən Ermənistanın baş naziri Karen Karapetyan Ağdərə, Xocavənd, Əsgəran rayonlarında olub. Bu gün- avqustun 17-də Talış kəndində bərpa-quruculuq  işləri ilə də tanış olan düşmən hökumətin başçısı  Xankəndindəki qondarma rejimin “baş naziri”  Araik Arutyunla birgə Tərtər çayı üzərindəki Madagiz su anbarının […]

“Sümükqıran” ləqəbli Zimmerman Zabit Səmədova meydan oxudu: Zabit, səni parçalayacağam – JEST – VİDEO

Azərbaycanlı məşhur idmançı Zabit Səmədov növbəti görüşünü keçirəcək. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, Z.Səmədovun budəfəki rəqibi hollandiyalı idmançı “Sümükqıran” ləqəbli Errol Zimmerman olacaq. 2008-ci ildə “K-1” üzrə keçirilən çempionatda Errol Zabitə minimal xal üstünlüyü ilə qalib gəlib. “Sümükqıran” sosial şəbəkədə video paylaşımı edərək, “Mauqli”-yə meydan oxuyub. Cavab kimi Zabit […]

“Turan” son zamanlar agentlik kimi media məkanımızda sanki yox kimidir” – Əflatun Amaşov

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Vergilər Nazirliyinin “Turan” İnformasiya Agentliyində yoxlama aparması ətrafında yaranan qalmaqalla bağlı açıqlama verib.  Turkustan.info  bildirir ki, deputat “Turan”la bağlı Vergilər Nazirliyinə müraciət etiyinini özünü sosial şəbəkədəki səhifəsində qeyd edib: “Doğrudan da “Turan” İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər […]

Yeni müharibə dünyanın sonu ola bilər

Rusiya dünyanın sonunun yaxınlaşdığını hiss edir. ABŞ hökuməti Şimali Koreya ilə bağlı bəyanatlarını həyata keçirərsə, bu, dünyanın sonunun ssenarisi olacaq. Bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib. “Bu, doğrudan da, hamını narahat edən məsələdir, çünki bu əzələ nümayişi nüvə silahı və nüvə texnologiyaları ətrafında baş verir. Əgər Vaşinqtondan eşitdiklərimiz həyata […]

Marsda sirli su anbarı TAPILDI

Marsda buz formasında böyük həcmdə su tapılıb. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, nadir tapıntını ABŞ-ın Con Hopkins Universitetinin mütəxəssisləri əldə edib. Onların araşdırması göstərib ki, Marsda ekvatora yaxın yerdə buz halında böyük həcmdə su var. “Mars Odyssey” orbit aparatından əldə edilən göstəricilərin təkrar təhlili belə nəticəyə gəlməyə əsas verib. […]

Azərbaycanlı terrorçular Türkiyədən çıxarılır – BİRGƏ FƏALİYYƏT

252 nəfər ölkədən çıxarılıb, 1677 nəfərin girişinə qadağa qoyulub Türkiyədə  İŞİD terror qruplaşmasının üç nəfər üzvü saxlanılıb. Jandarma qüvvələri Suriya ilə sərhəddə yerləşən İmanlı kəndində 5 nəfər terrorçunu saxlayıb ki, onların üç nəfəri Azərbaycan vətəndaşıdır. Rusiya mediasının verdiyi məlumata görə, həmin üç nəfərin ikisi qadındır. 37 yaşlı Gülnur Şirməmmədova və […]

Cəbhədən son xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub. Turkustan.info bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Vazaşen kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli kəndlərində və […]

“Sağlamlığı qorumaq üçün ən vacib şərtlərdən biri…” – Vanqanın sağlamlıq tövsiyələri

20-ci əsrin tanınmış görücüsü, bolqar bilicisi, gələcəyə baxışları ilə dünyada tanınan Vanqanın sağlamlıq haqqında fikirləri də maraqlıdır. Saysız-hesabsız insanlara şəfa verən Vanqanın sağlamlıq tövsiyələrini təqdim edir. 1. Çox yeməyin. Orqanizm artıq qidadan əziyyət çəkir. Çox yemək məqbul sayılsaydı təbiət bizə ikinci mədəni də verərdi. 2. Ağ rəngli qida məhsullarından daha […]

Azərbaycanlı kişi ermənini döyə-döyə öldürdü: ARVADINA GÖRƏ…

Rusiyanın Saxalin vilayətində avqustun 15-də 37 yaşlı Azərbaycan vətəndaşı 51 yaşlı Ermənistan sakinini döyüb öldürüb. Turkustan.info bildirir ki, bu barədə virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir. Qətl milli zəmində yox, qısqanclıq zəminində baş verib. Belə ki, erməni bir neçə il əvvəl narkotik alverinə görə həbs olunanda azərbaycanlı onun birgə yaşadığı […]

Status paylaşanlar pul qazanacaq – Yeni sosial şəbəkə

Sosial şəbəkələr öz bizneslərini istifadəçi məlumatları üzərində qururlar. Bununla belə istifadəçilər bundan xeyir götürmürlər. Technote xəbər verir ki, bunun alternativ variantını “Etherium” blokçeyn (blockchain) platforması əsasında qurulmuş “Indorse” adlı sosial şəbəkə təqdim edir. Bu sosial şəbəkə öz istifadəçilərinə hər paylaşıma görə xallar verməyə hazırlaşır. Həmin xallar vasitəsilə isə kriptovalyuta qazanmaq […]

“Osmanlı Türk Devletidir” ifadesinden rahatsız olanlara

Prof. Dr. Aygün ATTAR   Osmanlı Türk Devletidir ifadesinden rahatsız olan “bilim insanlarının”, FETÖ nün kellesindeki isme sadakatını ve itaatını belirten bir mektubu köşe yazısı olarak yayımlayan “gazetecilerin”,  Açılım-saçılım diyerekten “akilane meşveretleri” ile Türkiye’nin birlik ve bütünlüğüne dinamit koyan “aydınların”, Kenan Evren’e resim yapması için ilham verecek her türlü pozu vermeye hazır olduğunu […]

“Park Bulvar”da qorxunc və həyəcanlı anlar – Ərəb turistin ayağı…

Bu gün “Park Bulvar”da qorxunc və həyəcanlı anlar yaşanıb. a24.az xəbər verir ki, ərəb turist xanımın ayağı ehtiyatsızlıqdan ekskalatorun arasında ilişib. Xanımı xilas etmək üçün hadisə yerinə polislər cəlb olunub . Polislərin səyi nəticəsində xanımın ayağı ekskalatordan azad edilib. Qadın əlil arabasında hadisə yerindən birbaşa xəstəxanaya aparılıb.Həmin görüntüləri sizə təqdim […]