Gün: Avqust 19, 2017

Pivəsevərlərə şad xəbər

Bunlara riayət etdikdən sonra kökəlməyəcəksiz və pivə orqanizminizə mənfi təsir etməyəcək. Məlum olduğu kimi alkoqol ən kalorili ərzaqlardandır. Üstəlik alkoqollu içkiləri karbohidrogenlərlə zəngin və yağlı qidalarla birlikdə qəbul etdikdə rasiondakı kalorinin miqdarı xeyli artır. Məhz bu səbəbdən də alkoqol artıq çəkinin əmələ gəlməsinə səbəb olur. Sputnik Azərbaycan Vesti.ru-ya istinadən xəbər verir […]

Ərdoğandan Alman nazirə sərt sözlər: “Həddini bil, sən kimsən ki, bizə göstəriş verirsən?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizlidə tərəfdarlarının qarşısında çıxışı zamanı Almaniyanın xarici işlər naziri Ziqmar Qabrieldən kəskin formada “öz yerini bilməyi” tələb edib. Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, Ərdoğanın sözləri Türkiyə ilə Almaniya rəhbərlikləri arasında bitmək bilməyən söz davasının davamı olub. “Biz onlara 4 min terrorçunun adı olan siyahı […]

Diş ağrısından qurtulmağın ƏN SADƏ YOLU: cəmi yarım qaşıq…

Diş kökünün zədələnməsi dözülməz ağrılara səbəb olur. Diş sinirinin zədələnməsinin bir sıra səbəbi var: Dişin strukturunun dəyişməsi Dişin çəkilməsi Karies Damağın zədələnməsi Yuxu zamanı dişqıcama sindromu Yanlış müalicə edilmiş dişlər Dəhşətli diş ağrısı insanın əsəblərini tarıma çəkir. Gün ərzindən həddən artıq yorğunluğa səbəb olur. Bu zaman xəstə nə yeyə, nə […]

İnsanın ruhuna rahatlıq verən, baxmaqdan doymayacağınız TƏBİƏT FOTOLARI

Ekvadorun Qalapaqos adasında keçirilən ən yaxşı foto yarışmasının nəticələri açıqlanıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, birinci yerin sahibi Makkenna Paulley olub. Onun suyun altında qida axtaran quşun suyun üzərində gəzərkən çəkdiyi foto ilin ən yaxşısı seçilib. Yarışmada heyvan davranışları, botanika, mənzərə, Takım adasında insan və heyvan portreti kateqoriyalarında fotolar rəqabət […]

Avtomobil bazarında daha bir QADAĞA: Qiymətlər bahalaşacaq

Azərbaycanda köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq üçün yeni qadağaya ehtiyac var. Bunu “fins.az”a açıqlamasında avtomobil eksperti Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, istehsal tarixi 2005-ci ilə qədər olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi artıq müsbət təsirini göstərib: ”Əvvəllər köhnə, sıradan çıxmış, bir neçə avtomobilin birləşməsi olan avtomobilləri Azərbaycana gətirirdilər. Onlara […]

“Azəri adlı millət yoxdur” deyən türk tarixçiyə cavab: “Bunu Stalin uydurmayıb”

Tanınmış türkiyəli tarixçi, professor İlber Ortaylı bildirib ki, türklər arasında Azəri adlı millət yoxdur və Azərbaycanlı ilə Azəri başqa-başqa anlayışlardır. Onun sözlərinə görə, Azəri milləti anlayışını Stalin uydurub: “Kommunist şairlər hələ də türk qızları yazırlar. Bunu Stalin uydurub. Stalin millətlərdən başı çıxmayan cahil gürcü olub”. Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət […]

İrəvanda konsertə hazırlaşan azərbaycanlılar

Ermənistan paytaxtına soydaşlarımızın güclü axını gözlənir Ququşun avqustun 31-də İrəvanda verəcəyi konsertdə çox sayda etnik azərbaycanlıların qatılacağı gözlənilir. İstiPress-in araşdırmasına görə, əslən Cənubi Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrində yaşayanlar Ermənistana konsertə gəlmək istədiklərini bildiriblər. Məsələn, onlardan biri Samirə adlı azərbaycanlı qız ABŞ-ın Alabama ştatından müraciət edərək konsertə gəlmək istədiyini […]

Adnan Oktar Azərbaycanla bağlı ittihamlara cavab verdi: Azərbaycanın xeyri üçün çalışanlara da… – VİDEO

Ötən gün Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı açıqlamaları ilə sosial şəbəkələrdə qınaq obyektinə çevrilən türkiyəli yazıçı Adnan Oktarın Azərbaycanla bağlı daha bir videosu yayılıb. Turkustan.info-nun Oxu.Az-a istinadən xəbərinə görə, A.Oktar bu dəfə Türkiyənin A9 telekanalının efirində Azərbaycan-Türkiyə qardaşlığından danışıb. “Azərbaycanı biz qırx ildən çox dəstəkləyirik. 40 ildən çox Türkiyə və […]

DİQQƏT: 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq

Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı mərhələ-mərhələ artırılıb. Yalnız 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ilin yanvar ayından artırılacaq. Turkustan.info APA-ya istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, əmək haqqının artımı 40%-ə yaxın olacaq. Nazirlik rəsmisi qeyd […]

Qonağı III əsrə toya dəvət etdilər – Azərbaycanda maraqlı olay – FOTO

Azərbaycanda Şəmkir rayonunda qeyri-adi olay yaşanıb. Turkustan.info xəbər verir ki, toy dəvətnaməsində edilən yanlışlıq maraqlı situasiya yaradıb. Belə ki, qonağı 25 avqust 207-ci il tarixdə toya dəvət ediblər. Bu isə III əsrin ilk on illiyinə təsadüf edir. Göründüyü kimi xeyir iş ərəfəsində gərgin olan insanlarımız bəzən belə xoş yanlışlıqlara da […]

Zəvvar Məkkəyə narkotik apararkən saxlanılıb

Özbəkistanın Səmərqənd şəhərinin sakini Şəmşi Ahrorov Məkkəyə tiryək və xarici valyuta aparmaq istəyərkən tutulub. “CA-NEWS” nəşri xəbər verir ki, o, Özbəkistan Gömrük Komitəsinin əməkdaşları tərəfindən Səmərqənd hava limanında saxlanılıb. Zəvvarın üzərindən 72 qram tiryək və 5722 dollar, eləcə də başqa dövlətlərin milli valyutaları aşkarlanaraq müsadirə edilib.

Könül Xasıyevaya qarşı dələduzluq – 70 min manatını alıblar

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib. Turkustan.info bildirir ki, bu barədə “Qafqazinfo”ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib. Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb: “Pulunu ala bilməyən Xalq artisti polisə şikayət […]

Lənətlənmiş qadın: Getdiyi hər yerdə insanlar ölür – FOTO

Avropa turuna çıxan avstraliyalı Julia üç böyük şəhərdə İŞİD hücumlarına tuş gəlib. Müxtəlif şəhərlərdə səyahət edərkən 3 fərqli şəhərdə terror hücumlarına yaxalanan 26 yaşındakı Avstraliya Julia Monako, bir ildə üç dəfə hücum şoku yaşayıb. Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, Julia Monako La Rambla küçəsində terror hücumu zamanı bir […]

Türkiyəli aydınlar Quba məzarlığını ziyarət etdilər: “Daim Azərbaycanın yanındayıq”

Türkiyə aydınları Quba soyqırımı məzarlığını ziyarət edib və həqiqətlərin dünyaya yayılmasında Azərbaycanın daim yanındayıq deyiblər.  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Avrasya Ekonomik İlişkiler Derneği (EkoAvrasya)nın dəstəyi və təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan qardaş Türkiyədən, Ankaradan  Pursaklar bələdiyyə başqanı Selcuk Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti, Avrasya Ekonomik İlişkiler Derneği (EkoAvrasya)nın sədri Hikmet Eren […]

Sabir Rüstəmxanlıdan türkiyəli professora dəstək: “Azərilər kiçik xalq olub…”

Türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylı deyib ki, türklər arasında azəri adlı bir millət yoxdur. Azərbaycanlı başqadır, Azəri başqa. “Azəri milləti anlayışını Stalin uydurub. Kommunist şairlər də şerlərində “türk qızları” yazıblar. Bunu Stalin uydurub. Stalin cahil bir gürcüdür. Milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub” – deyə İlber Ortaylı […]

Gürcüstandan Ermənistana ərazi iddiası

Ermənilər gürcülərin arxasında Azərbaycanın daynadığını iddia edirlər Gürcüstanla Ermənistan arasında gerləşən Xuçapvəng kilsəsi iki ölkə arasında ərazi münaqişəsinə səbəb olub. İstiPress-in məlumatına görə, erməni ekspertlər gürcü millətçilərinin kilsənin Gürcüstan ərazisində qalması barədə radikal çıxışların arxasında Azərbaycanın dayandığını iddia edirlər. Söhbət Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı Ağkörpü kəndinin yaxınlığında yerləşən Xuçapvəng kilsəsindən gedir. 13-cü […]

“Məni bu hala “ElMed” klinikasında saldılar” – Nazim adları açıqladı

Müğənni Nazim Pişyari unikal.org-a ölüm xəbəri haqda danışıb. Turkustan.info BakuPost.az-a istinadən ifaçının həmin müsahibəsini təqdim edir: – Nazim müəllim, ölüm xəbəriniz yayıldı. Bu xəbər sizə necə təsir etdi? – Təbii ki, bu, mənə çox pis təsir etdi. Jurnalistlər bunu gərək mənimlə və ya ailəmlə dəqiqləşdirib yazardılar. Reytinq xatirinə belə məlumatları saytlarda […]

Bakıda sürücü yol polisinə hücum çəkdi – FOTOLAR

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdiyi reyd zamanı kobud qayda pozuntusuna yol verən 350-dən artıq sürücü cərimələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan “Mersedes” markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq […]

Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi – Həkimlər iynə vurmadığı üçün öldü – DƏHŞƏT

Gənc şair Elçin Aslangil öz Facebook hesabında ürəkdağlayan paylaşma edib. Şairin həyat yoldaşı həkim məsuliyyətsizliyinin qurbanı olub.  Turkustan.info Metbuat.az-a istinadən şairin ürəkdağlayan paylaşmasını olduğu kimi təqdim edir: “Quduz it (həkimlər) 5 yaşlı uşağı öldürüb! Bu hadisə başıma gələnləri xatırlatdı. Lənət!… 2010 -cu ildə, həyat yoldaşım Dilbəri it dişlədi, öz həyətlərinin iti. […]

Məşhur avtoritet Lənkəranskinin qəbri üstündə – VİDEO

Cinayət aləminin “Ümumavropa kassasının” nəzarətçisi, Şeyx Həmzət adı ilə məşhur olan çeçen əsilli kriminal avtoritet Həmzət Qastəmirov Azərbaycana gəlib. Sputnik.az-ın xəbərinə görə, onun gəlişində məqsəd 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin (Canıyev) qəbrini ziyarət etmək və il mərasiminə qatılmaq olub. Sputnik […]

İŞİD-in sonu çatdı: Terrorçular təslim olur

İŞİD terrorçuları Livan-Suriya sərhədində Hizbullaha təslim olmağa başlayıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Hizbullaha yaxın mənbələr informasiya yayıb. Hizbullahın İŞİD-ə qarşı əməliyyatları terrorçuları təslim olmağa vadar edib. Məlumata görə, yaraqlıların bir qrupu artıq təslim olub, geridə qalanları isə təslim olmağa hazırlaşır. Qeyd edək ki, Hizbullah hökumət qüvvələri ilə […]

Rusiya İsraili satqın adlandırdı – Şok

Rusiyanın keçmiş Sobibor konslagerindəki muzeyin yenilənməsinə buraxılmaması ilə bağlı İsrailin mövqeyi tarixi satqınlıqdır. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. “Mən İsrailin mövqeyini başa düşməkdən qəti şəkildə imtina edirəm. Bu, tarixi satqınlıqdır”, – XİN rəsmisi bildirib. Qeyd edək ki, Sobibor konslageri […]

Məşhur azərbaycanlı biznes-ledi 662 bal toplayan imkansız tələbənin xərclərini ÖZ ÜZƏRİNƏ GÖTÜRDÜ – FOTO

Bir müddət əvvəl 662 bal toplayıb maddi çətinliklərə görə təhsil ala bilməyəcəyi söylənilən Zərdab rayonunun Yarməmmədbağı kənd sakini Aytən Şirinova sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.  Turkustan.info xəbər verir ki, sözügedən xəbərlər yayıldıqdan sonra Aytənin həmyerlisi, iş adamı Vəfa Muradzadə ailə ilə maraqlanıb və tələbənin bütün xərclərini öhdəsinə götürüb. Vəfa Muradzadə […]

17 min Amerika hərbçisi müharibəyə hazırlaşır: Diktatora hədə-qorxu

ABŞ və Cənubi Koreya avqustun 21-31 tarixlərində birgə hərbi təlimlər keçirəcək. “Ulçi Azadlıq Gözətçisi” adlanan təlimlər avqustun 16-da başlayıb, lakin irimiqyaslı təlimlər ayın 21-dən start götürəcək. Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, 17500 ABŞ hərbçisinin iştirak edəcəyi təlimlərə Avstraliya, Kanada, Danimarka, Yeni Zelandiya, Hollandiya və İngiltərə də qatılacaq. Çinə səfər […]

Yüksək maaşla iş tapmaq istəyənlər: Bu ölkələr işçi axtarır – SİYAHI, ŞƏRTLƏR…

Həm yaşamaq, həm də işləmək üçün xaricə getmək istəyənlərin sayı az deyil. Hətta getdiyi ölkədə yüksək maaşlı iş ümidi ilə yaşayanlar da çoxdur. Ancaq təəssüf ki, çox zaman bu ümidlər özünü doğrultmur. Bununla belə dünya ölkələri arasında əcnəbilərə yaxşı iş şəraiti, yaşamaq haqqı və yüksək maaş verilən ölkələr də var.  […]

Tovuzda camış qadını öldürdü

Tovuz rayonunda camış bir qadını vuraraq öldürüb, digərini yaralayıb.  “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıtala kəndində qeydə alınıb. Yaralı, 1968-ci il təvəllüdlü Məryəm Müslüm qızı Paşayeva ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Bakıda 41-ci Dünya Skaut Konfransının təntənəli açılış mərasimi olub (FOTO)

Azərbaycanın paytaxtında Bakı Konqres mərkəzində 41-ci Dünya Skaut Konfransının təntənəli açılış mərasimi olub. 14-18 avqust tarixlərində keçən konfransda iştirak etmək üçün 40 milyondan artıq skautu təmsil edən milli skaut təşkilatlarının liderləri Bakıda toplaşıb. Bundan əvvəl, 7-10 avqust tarixlərində Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu keçirilib. Tədbirlər Azərbaycan Respublikası Gənclər və […]

Uşaq paralimpiyaçılarımız boccia üzrə beynəlxalq yarışda

Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsində müxtəlif idman yarışları üzrə beynəlxalq turnirlərdə iştirak edən və kifayət qədər qələbə qazanan paralimpiyaçılarımız daha bir yarışa hazırlaşırlar. Bu dəfə boccia idman növü üzrə iki idmançımız ilk dəfə olaraq beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək. 4-9 sentyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək […]

Əncir yarpağı – Firuzə Bəyməmmədqızının hekayəsi

Firuzə Bəyməmmədqızı   (hekayə) Həyətdə bardaş quraraq oturmuş Tükəzban nənənin gözləri qeyri-ixtiyarı olaraq uzaqlara dikilmişdi… … Bu vaxta qədər öz kəndlərindən kənara çıxmayan qarı dünən bir az ayın-oyun düzəldərək həyat yoldaşı Xudaverdi baba ilə şəhərdə yaşayan qızına baş çəkməyə getmişdi. Qatar şəhərə daxil olduğu andan arvadın gözləri bərələ, ağzı açıla […]

DİN-dən avtobus sürücüsünə silah çəkən şəxslə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, dünən saat 20.25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub. Dərhal Binəqədi Rayon […]

Deputat atasına heykəl qoyulmasından DANIŞDI

Milli Məclisin 64 saylı Sabirabad ikinci seçki dairəsindən seçilmiş deputatı Rüstəm Xəlilov atasına heykəl qoyulması ilə bağlı yayılan xəbərlərə və Şamaxı rayon sakini Ağamikayıl Cəbrayılovun ittihamlarına münasibət bildirib. R.Xəlilov “Ölkə.Az”-a açıqlamasında deyib ki, heykəlin fotosunu yayan şəxs Şamaxı sakinidir: “Həmin adam Şamaxıda oturub bizim kəndə müdaxilə edir, cəfəngiyyat danışır. Onun […]

Həyatın ola biləcəyi yeni planet tapıldı – İDDİA

Dünyada yeni “canlı” planetin tapılması barədə iddialar var. Astrofiziklər dünyadan yalnız 16 işıq ili uzaqlıda yeni kəşf edilmiş qırmızı ulduzun orbitində əlverişli planetin ola biləcəyi iddiasını irəli sürüb. Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da Texas Universitetinin alimləri “Gliese 832” adlı star sistemində Doppler spektroskopiyasından (radial sürət və ya vibrasiya […]

Ermənistanda zabitlər də qaçmağa başladı

Müdafiə nazirinin yeni qərarının əks təsiri olacaq Ermənistanda zabitləri orduda zorla saxlamaq arzusundadırlar. Müdafiə nazirinin yeni qərarının əks təsiri olacaq. İstiPress-in 1in.am saytına istinadən məlumatına görə, Ermənistan müdafiə naziri 20 iyun 2017-ci il tarixdə yeni əmr verib. Vəkil Norayr Norikyan bildirib ki, bu əmrdən sonra 17 zabit məhkəmələrə hüquqlarının bərpa edilməsi […]

“Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı

“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyarının ölüm xəbəri yayılıb.  Turkustan.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin həmkarı Vüqar Muradov sosial şəbəkədə paylaşım edib. O, sənətçinin bir neçə saat əvvəl dünyasını dəyişdiyini qeyd edib. Muradov daha sonra paylaşılan həmin postu instaqram səhifəsindən silib. “Qafqazinfo” mövzu ilə bağlı V. […]

Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır

“Florence” asteroidi “NASA”nın bütün müşahidələr tarixində Yer kürəsinə doğru uçan ən böyük asteroid olacaq. Trend-in məlumatına görə, asteroid sentyabr ayında Yer kürəsinin yanından keçəcək. “NASA”nın məlumatına görə, 4,4 kilometr böyüklüyündə olan “Florence” asteroidi 1 sentyabr 2017-ci il tarixində Yer kürəsinə yeddi milyon kilometr məsafədə yaxınlaşacaq. Ekspertlər əminliklə bildirirlər ki, asteroidin […]

Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahatı

Kənd Təsərrüfatı Nazirliyi deyilənlərlə razılaşmır. Ötən ildən başlayaraq ölkədə ətin bahalaşması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Devalvasiyadan əvvəl 7 — 7,50 manata, devalvasiyadan sonra 10,50 manata təklif edilən dana əti hazırda 12 manata, devalvasiyadan əvvəl 9 manata, devalvasiyadan sonra 11 manata təklif edilən qoyun əti isə hazırda 13 manata qədər […]

Yörük Türkmen Şölenin’de Türk Dünyası’nın Sorunları Ele Alındı

12-13 Ağustos tarihlerinde Muğla/Fethiye’de yer alan Seki Yaylası’nda İsmail Uzunoğlu ve Ramazan Kıvrak’ın ev sahipliğinde  Yörük Türkmen Şöleni düzenlendi. Şölende bir oba toplantısı gerçekleştirildi ve bu toplantıda Türk Dünyası’nın sorunları da ele alındı. Toplantıda alınan kararlar şu şekilde; ÇİN ZULMÜ DOĞU TÜRKİSTAN 1.Çin zulmü altında olan Doğu Türkistan’da Uygur Türkleri […]

“Titanik”in qəhrəmanları 20 il sonra bir arada – FOTOLAR

Bu il məşhur “Titanik” filminin çəkilməsindən 20 il ötür. Turkustan.info bildirir ki, filmin əsas qəhrəmanları Leonardo Di Kaprio və Keyt Uinslet 20 il sonra bir yerdə görüntüləniblər. Xəbərə görə, həmkarlar “Sent Trope” sahillərində istirahət edərkən kameralara tuş gəliblər. Aktrisanın əynində portağal rəngli bikini və üstündən transparan uzun kofta olub. Aktyor isə […]

Azərbaycanda qeyri-adi toy – Bəy və xanımı hərbi geyimdə – FOTO

Bu gün Azərbaycanda qeyri-adi toy mərasimi keçirilib. Daha doğrusu toy adi toylardan heç nə ilə fərqlənməyib. Turkustan.info xəbər verir ki, fərqlənən bəylə gəlinin toy libasları olub. Belə ki, toyda Səbuhi bəy zabit geyimində olub. Bəyin geyiminə uyğun olaraq Fidan xanımın gəlinliyi də hərbi parçadan tikilib. Bu barədə Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri […]

Nuriyyə Hüseynova məşhur türk mahnısına yeni nəfəs verdi – VİDEO

Azərbaycanın Əməkdar artisti, sevilən müğənni, xanəndə Nuriyyə Hüseynovanın repertuarı daha bir türk mahnısı ilə zənginləşib. Turkustan.info xəbər verir ki,  Türkiyə müsiqisinin korifeyləri – Zəki Müren, Selami Şahin və digər sənətçilərin oxuduğu “Gitme sana mühtacım” mahnısını bu dəfə Nuriyyə xanım özünəməxsus ifasında səsləndirib. Yeni yazılmış ifanı təqdim edirik:

Sərnişin avtobus sürücüsünə tapança tuşladı – Bakıda görünməmiş hadisə+ Video

Bakıda hamı çoxdan adət edib ki, ictimai nəqliyyat ətrafında daim qalmaqallar yaşanır. Gah sürücü kiməsə kobudluq edir, gah da sürücünün özünü döyürlər (bu yaxınlarda səs-küyə səbəb olmuş hadisəni xatırlamaq olar). “Qafqazinfo” “Haqqin.az”a istinadən xəbər verir ki, bu gün baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxıb. Belə ki, “potensial sərnişin” avtobusa […]