Gün: Avqust 20, 2017

Yerə səfər etmiş ən qədim yadplanetlinin skeleti aşkarlandı – FOTO

Rusiyanın Ural regionunda yadplanetli qadının skeleti aşkarlanıb. Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Çelyabinsk vilayətində təsadüfən aşkarlanmış sümüklər bir çoxlarının diqqətini cəlb edib. Skeletin formasının qeyri-adi və fərqli olması onun yadplanetliyə məxsusluğunu sübut edir. Skeletin yumurtanı xatırladan kəlləsi onun məşhur “Yad” filminin qəhrəmanına bənzədiyini göstərir. Sümükləri aşkar etmiş gənclər […]

Rafiq Abbasov Daxili İşlər Naziri vəzifəsinə təyin olundu

Polis general-mayoru Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub. Turkustan.info  virtualaz.org-a istinadən bildirir ki, bu barədə muxtar respublikanın rəhbərliyindəki mənbədən məlumat verilib. Bu təyinata qədər general R.Abbasov Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edirdi, ondan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ramil Quliyev daha bir qızıl medal qazandı – “Brilliant Liqa”da çempion oldu

Azərbaycanlı atlet Ramil Quliyev növbəti zəfərini qazanıb. Turkustan.info apasport.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı həmyerlimiz dünya çempionluğunun ardınca “Diamond League” (“Brilliant Liqa”) daha bir qızıl medala sahib olub. Yarışların 2017-ci il Paris mərhələsində 200 m məsafəyə qaçışda ən sürətli olan sprinteri Birmingem mərhələsində də keçən […]

Sarkisyan Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş cinayətkarı əfv edəcək

Ermənistan prezidenti amnistiya fərmanı ilə Rusiyada 18 nəfərin ölümü ilə nəticələnmiş avtomobil qəzasını törətmiş Qraç Arutunyanı əfv etmək niyyətindədir. Report xəbər verir ki, bu barədə hazırda həbs cəzası çəkən Arutunyanın yaxınları bildiriblər. Onların sözlərinə görə, Arutunyan ilin sonunda azadlığa çıxacaq. “Komissiyada mənə bildirdilər ki, Arutunyan dekabrın sonunda əfv ediləcək”, – […]

Azərbaycanlıdan dünya çempionuna ölümcül zərbə – VİDEO

Xabarovsk şəhərində azərbaycanlı MMA döyüşçüsü ilə Rusiyanın pauerliftinq üzrə dünya çempionu Andrey Draçyov arasında dava düşüb. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, küçə davasında Allahverənov Anar Əliyar oğlunun dünya çempionuna vurduğu zərbə ölümcül olub. Davaya səbəb isə tərəflər arasında yaranan mübahisə olub. Belə ki, onlar hansı idman növünün daha yaxşı olduğunu […]

Ərdoğan ABŞ və Avropaya sonuncu dəfə xəbərdarlıq etdiyini bəyan etdi

“Çağırışımıza səmimi cavab verməyən ölkələrin Türkiyənin atacağı addımlara reaksiyasını nəzərə almayacağıq. Bizə dost olaraq görünənlər PKK, PYD, YPG adı altında qurulmuş və qurulacaq terror təşkilatlarının qurumların nə olduğunu bildikləri halda bizim gözümüzün içinə yalan söyləyirlər. Qərb bir terror təşkilatını yanına alaraq, guya digər terror təşkilatı olan İŞİD-lə mübarizə adı altında […]

“Qarabağ” Kopenhagendə də tək qalmayacaq – Türklərdən möhtəşəm jest

“Qarabağ” futbol klubunun Danimarkanın Kopenhagen şəhərində 23 avqust 2017-ci il tarixində “Kopengahen” klubu ilə baş tutacaq oyununa soydaşlarımızın hazırlığı davam edir. Bu günlərdə doğma klubumuza Skandinaviya Türk Federasiyası tərəfndən dəstək gəlib. Federasiya başqanı, yazar İlhan Esen “Qarabağ” klubunun Danimarkaya gələcəyi ilə bağlı xəbəri eşidən gündən ciddi hazırlaşdıqlarını bildirib: “Doğma klubumuza […]

Keçəllərə müjdə: dərmanınız tapıldı

Alimlər laktat istehsalını gücləndirmək üçün iki preparat da düzəldiblər. Amerika alimləri keçəlləşməyə qarşı yeni mübarizə üsulu tapıblar. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən məlumat verir. Müvafiq tədqiqatın nəticələri Cell Biology jurnalında dərc olunub. Tədqiqatı Los-Ancelesdəki Kaliforniya universitetinin alimləri aparıblar. Mütəxəssislər follikulada tükün uzanmasına görə cavabdeh olan kök hüceyrələri aktivləşdiriblər. Onlar bunu elementar orqanizm […]

“Kürdlər Azərbaycan ərazilərinə iddialarını gizlətmirlər”

“Kürdüstanın tanınması məsələsində Azərbaycan özünün müttəfiqi olan Türkiyənin siyasətinə uyğun hərəkət edəcək”. “Qafqazinfo” xəbər verir ki, bunu AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Azərbaycan parlamentinin keçmiş vitse-spikeri, akademik Gövhər Baxşəliyeva “Virtualaz.org”a müsahibəsində deyib. Lakin alim istisna etmir ki, Kürdüstan müstəqil olmaya da bilər, çünki qonşu ölkələr onun suverenliyinə qəti etiraz edirlər: “İstənilən […]

Toy karvanındakı avtomobil 4 nəfəri vurub qaçdı

Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 sakinini vuraraq hadisə yerindən qaçıb. Report-un verdiyi məlumata görə, hadisə rayonun Yeni Daşkənd kənd ərazisində baş verib. Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında […]

Varlı insanlar hansı telefonlardan istifadə edirlər? – SİYAHI+FOTO

10. Mobiado Professional 3 AF Bu telefonun çərçivəsi yumşadılmış alüminiumdan düzəldilib. Bütün düymələr və vintlər safir kristal təbəqəni tutmağa köməkçi paslanmayan poladdan emal edilmişdir. Turkustan.info bizplus.az-a istinadən bildirir ki, professional 3 AF 2.4 QVGA ekran, kamera, video, internet Gateway, e-poçt, musiqi pleyeri və Bluetootha sahibdir. Bu telefonun qara, ağ və gümüşü […]

ADƏM və HƏVVA TƏKZİB OLUNUR – MARAQLI FAKTLAR – İnsan nə vaxt və necə yaranıb?

Cəmisi bir neçə onillik əvvəl insanın meymundan əmələ gəlməsini iddia edən Darvin nəzəriyyəsi böyük populyarlıq qazanmışdı. Lakin yeni arxeoloji kəşflər alimlərin Darvinin fərziyyələrinə də şübhə ilə yanaşmalarına ciddi əsaslar verdi. Publika.az olaraq tarixdən qabaqkı insanların həyatının sirr pərdəsini açan 10 müdhiş arxeoloji tapıntını, alimlərin rəylərini icmalımızda təqdim edirik: 1. Ardi Təqribən […]

“Azərbaycan və Türkiyə həqiqətlərinin yayılmasında aydınların rolu və vəzifələri” adlı konfrans keçirilib

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin və EkoAvrasya Ekonomik İlişkilər Dərnəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə həqiqətlərinin yayılmasında aydınların rolu və vəzifələri” adlı konfrans keçirildi. Konfransı giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, Əkbər Qoşalı qardaş Türkiyə və Azərbaycannın dostluq […]

Pilotsuz uçucu aparatın vasitəsi ilə narkotik daşıyıb

25 yaşlı ABŞ vətəndaşı Horxe Edvin Rivera dəfələrlə Meksikadan ABŞ-a narkotik vasitələrini pilotsuz uçucu aparatın vasitəsi ilə daşıyıb. Trend xəbər verir ki, polisin məlumatına görə, Rivera cari ilin mart ayından bu günə kimi azı beş dəfə sərhəddən narkotik keçirib. Bir dəfəyə pilotsuz uçan aparat 6 kiloqrama yaxın narkotik vasitə daşıya […]

Dahilər qadınlar haqqında: “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”

Qadına münasibət və dəyər xüsusi intellekt tələb edir ki, intellektin zirvəsini haqlayan ayrı-ayrı zamanın dahiləri də buna qismən də olsa cəhd ediblər.  Turkustan.info Modern.az-a istinadən həmin dahilərdən bəzilərinin qadın haqqındakı aforizmlərini təqdim edir: Qadın və sirr Ziqmund Freyd (psixoanalitik) – “Qadın psixologiyasını otuz ildir araşdırmama baxmayaraq, böyük suala cavab tapa bilmədim. Əslində qadınlar […]

Erməni komandirdən şok ETİRAFLAR

Qayane Avetyan Qarabağda doğulub. O, Vazgen Sərkisyan adına hərbi institutu bitirib. 3 ildir ki, Madagizdə xidmət edir. Snayper və bölük komandiridir. AzVision.az xəbər verir ki, Avetyan “Hraparak”a müsahibəsində Ermənistan ordusu ilə bağlı ifşaedici faktlar açıqlayıb, prezident Sərkisyanın apardığı uğursuz siyasəti sərt tənqid edib. “Serj Sərkisyan bu gün ordunu öz şəxsi əmlakına […]

“Ginnesin Rekordlar Kitabı”na düşən Bakı metrosu haqda 10 maraqlı fakt

Hər gün istifadə etdiyimiz Bakı Metropoliteni yarandığı gündən etibarən çeşidli hadisələrlə üz-üzə qalıb. Bu hadisələrdən əlavə, metromuzun tarixində həm də maraqlı faktlar da mövcuddur. Turkustan.info Pahoo.az-a istinadən həmin faktlardan bir neçəsini sizə təqdim edir. Bakı Metropoliteni 1. Bakıda metropolitenin tikilməsi ideyası onun açılışından 30 il əvvəl yaranmışdı. Tam həcmli tikinti […]

Faytonçu Nazimin günahlandırdığı həkim danışdı: “Bunu ona əvvəlcədən demişdik”

Xəbər verdiyimiz kimi dünən ölüm xəbəri yayılan müğənni Nazim Pişyari (Faytonçu) bu hala düşməsində “ElMed” klinikasını və onu əməliyyat edən həkim Elman Əzimovu günahlandırıb. Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı müğənnini əməliyyat edən həkimlə əlaqə saxlanıb. “Qaynarinfo”ya Elman Əzimovun adından açıqlama verən köməkçisi bu əməliyyatda xəstəxananın və həkimin heç bir […]

Ərəb körfəzinin ən qanlı müharibəsi

1980-1988-ci illəri əhatə edən müharibə hər iki tərəf üçün uğursuz olub, çoxlu sayda insan və maddi itkilərlə nəticələnib. İran-İraq müharibəsi (İranda “Müqəddəs müdafiə” (دفاع مقدس, Defae-moqaddas), (İraqda isə “Səddam Qədisiyəsi” (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı ilə tanınır) — İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı […]

Üç paytaxt arasında Qarabağa görə casus qalmaqalı – “kartlar” açılır…

Postsovet məkanının ən üzücü münaqişəsində xarici xəfiyyə izi; “Dağlıq Qarabağda ”seçkiləri” izləmək üçün alman radikal siyasətçilərinin Xankəndinə səfərini Rusiya xüsusi xidməti təşkil edib” – Qərb nəşri; fakt təsdiqini tapsa, Bakıdan nota gələ bilər; Soçi görüşünün daha bir mühüm detalı… Dağlıq Qarabağ probleminin artıq beynəlxalq səviyyəli bir məsələyə çevrilməsi gerçəkdir. Əfsuslar […]

Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?

Xəbər verildiyi kimi İsrail mediası Azərbaycan ordusunun iyulun əvvəllərində bu ölkədən yeni alınmış Orbiter-1K pilotsuz döyüş aparatının tətbiqi ilə bağlı qalmaqallı yazı dərc etmişdi. Orada deyilirdi ki, Azərbaycan tərəfi pilotsuz aparatları istehsal edən “Aeronautics Defense Systems” şirkətinin operatorlarından PUA-nı təmas xəttinin şimal istiqamətində real döyüş şəraitində tətbiq etməyi istəyiblər. Lakin […]

Azərbaycan muğam sənətinin Xanı – VİDEO

 Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri də Xan Şuşinskidir. Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb. Balaca İsfəndiyarın ustadı İslam Abdullayev öz dövründə “Segah İslam” kimi tanınırdı. O, məclislərin birində […]

Rusiya bu ölkəyə nüvə zərbəsi endirib? – Qərb TƏLAŞDA

14 avqutsda Rusiya genişmiqyaslı hərbi təlimlərə hazırlıq çərçivəsində Belarusa öz hərbçilərini göndərməyə başlayıb. Düzdür, Kreml dəfələrlə bəyan edib ki, sentyabrda Belarusla birgə adi keçirəcəyi təlimlər ordunun manevr imkanlarını yoxlamağı özündə ehtiva edir. Buna baxmayaraq, nəzərdə tutulan hərbi təlimlər Qərb dairələrində ciddi narahatlığa səbəb olub. Məlumata görə, Rusiya və Belarusun “Qərb-2017” […]

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə… – VİDEO

“İnstagram”-da azərbaycanlı qızların öz bahalı avtomobilləri ilə paylaşdıqları fotoşəkillər maraqla qarşılanır. Turkustan.info bildirir ki, avtomobillərin bahalı olması ilə yanaşı, onların nömrələri də diqqət çəkir. Həmin fotolardan ibarət news/baku-nun hazırladığı videoroliki təqdim edirik:  Publika.az   

Ərdoğan Almaniya XİN rəhbərini kəskin TƏNQİD ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniya XİN rəhbəri Ziqmar Qabriel kəskin tənqid atəşinə tutub. Publika.az Türkiyənin NTV telekanalına istinadən bildirir ki, bundan əvvəl Z.Qabriel R.T.Ərdoğanı Almaniyadakı seçkiqabağı kampaniyaya “kobud müdaxilə” etməkdə ittiham edib. “Sən kimsən ki, Türkiyə prezidenti ilə danışırsan!? Sən xarici işlər naziri ilə danış! Həddini bil. Bizə dərs keçməyə […]

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

Kataloniyanın Ripol şəhərinin imamı mərakeşli Abdülbaki əs-Sati İspaniyada 17 avqustda törədilən terror aktının əsas təşkilatçısı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə el Pais nəşri məlumat yayıb. Məlumata görə, polis əməkdaşları ötən gün səhər saatlarında onun evinə baxış keçiriblər. Polis Abdülbaki əs-Satinin Alkanar şəhərindəki evlərdən birində baş […]

Gözəl qadın, yoxsa yaraşıqlı kişi? – Cinsini dəyişənlərdən İNANILMAZ FOTOLAR

Fotodakıların eyni insan olduqlarına inanmaq çox çətindir. Amma bu həqiqətdir. Transgenderlər öz instaqram hesablarından paylaşdıqları fotolarla bir növ təbliğat aparırlar. Turkustan.info xəbər verir ki, insanların öz həmcinslərinə qarşı həddən artıq meyilli olması onları, bəzən öz cinsiyyətlərini dəyişməsinə belə sövq edir. Bəzən hormonal problemlər, bəzən də sadəcə əks cinsin bədəninə, həyatına (qadınların […]