Gün: Avqust 22, 2017

Evində kabus olduğunu sübut etdi – “Hər gecə yataq otağının pəncərəsi…” – VİDEO

Böyük Britaniyanın Kembricşir qraflığında paranormal hadisə baş verib. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Endryu Uord adlı şəxs evində pis ruhların gəzdiyini deyir. O, öz müşahidələrini sübuta yetirmək üçün yataq otağının pəncərəsinin gözəgörünməz qüvvə tərəfindən açılmasını anbaan kameraya çəkib: “Hər gecə evdə yataq otağının pəncərəsini bağlayıram. Lakin, bəzən gecələr durub […]

Azərbaycanlı holdinq rəhbərinin qızının “Instagram” fotoları

Türkiyənin ən məşhur yarışmalarından biri olan “İşte benim stilim”də (Bu mənim stilim) iştirak etmiş azərbaycanlı Sima Şərafətdinova yenidən mətbuatın gündəminə düşüb. Turkustan.info goldnews.az-a istinadən xəbər verir ki, 20 yaşlı azərbaycanlı model  İnstagram-da yeni fotolar paylaşıb. Son zamanlar paylaşdığı şəkillərlə sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edən Sima diqqət mərkəzinə düşüb. Qeyd […]

Bakıda nəhəng söküntü qərarı: İcra başçılarına təlimat verilib

Paytaxtın bir neçə rayonunda abadlıq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, keçən ilin fevral ayında Nazirlər Kabineti 86 saylı qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, qərara görə, 5 il müddətində […]

Rusiya yeni zenit raket komplekslərini nümayişə çıxarır – Sifarişçi namizədlər sırasında Azərbaycan da var – SİYAHI

Rusiya S-500 “Prometey” və “Аntey-4000” yeni zenit-raket komplekslərini (ZRK) ilk dəfə olaraq “Ordu-2017” sərgisi zamanı nümayiş etdirəcək. A24.Az xarici mətbuata istinadən xəbər verir ki, “Eksport voorujeniy” (Silah ixracı) jurnalının baş redaktoru Andrey Frolov mətbuata müsahibəsi zamanı qeyd edib ki, yeni ZRK-lar ilk növbədə xarici potensial alıcılara nümayiş etdiriləcək. “ZRK-ya tələbatın artması, […]

“Marca” nəşri “Qarabağ məsələsi”ndə yol verdiyi ciddi səhvə görə Azərbaycandan üzr istədi

“Marca” nəşrinin “Futbol sərhədləri aşanda” adlı məqaləsində Dağlıq Qarabağın Azərbaycana tabe olmayan ərazi kimi, “Qarabağ” futbol klubunun isə həmin əraziyə məxsusluğu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Turkustan.info APA-ya istinadən xəbər verir ki, səfirlikdən “”Marca” nəşrinin redaksiyası ilə əlaqə saxlanılaraq, sözügedən məqalədə yer alan məlumatlara etiraz edilib. Eləcə də həmin məlumatların […]

Bu, müharibəyə çağırışdır – Koreyadan ABŞ-a

Şimali Koreya ABŞ-la Cənubi Koreyanın birgə təlim keçirməsinə sərt reaksiya verib. Axar.az xəbər verir ki, Şimali Koreya diplomatları ABŞ-ın 50 min əsgərlə qatıldığı Cənubi Koreya ilə ortaq hərbi təlimi “Kim Çen İni devirmək” kimi qiymətləndiriblər. Diplomatlar bildiriblər ki, bu təlimlər Şimali Koreya ilə müharibənin başlamasına səbəb ola bilər. Qeyd edək ki, […]

Lerikdə baş verən yanğın ailə üzvlərini kül etdi – VİDEO

Bu gün səhər saatlarında Lerikdə dəhşətli yanğın baş verib. Rayonun Vizəzəmin kəndində baş verən hadisə zamanı bir ailənin üç üzvü yanıb. Kənd sakini Elman Hüseynova məxsus evdə naməlum səbəbdən baş verən yanğın qısa müddət ərzində bütün evi bürüyüb. Yanğın zamanı ev sahibi Elman Hüseynov, onun həyat yoldaşı 50 yaşlı Şükufə […]

Məşhur çeçen əsilli kriminal avtoritet Bakıda niyə saxlanıldı?

Çeçen əsilli məşhur kriminal avtoritet Həmzət Qastəmirov (kriminal dünyada Şeyx Həmzət kimi tanınır) sərbəst buraxılıb.  Turkustan.info-nun BakuPost.az-a istinadən xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyindən məlumat verilib və əlavə edilib ki, Qastəmirov artıq Azərbaycan hüdudlarını tərk edib. “Avropa oğru kassasının nəzarətçisi” adlanan “qanuni oğru” Şeyx Həmzət ötən […]

Dünya çempionunu öldürən azərbaycanlı polisə təslim oldu

Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov polisə təslim olub. Turkustan.info-nun məlumatına görə, bu barədə məlumatı Sportfm.az saytına Xabarovskdakı Azərbaycan diasporunun fəallarından Qafur Əliyev verib: “Hadisə Xabarovsk şəhərinin kafelərindən birində səhər saat 6-da baş verib. Anarla Andrey arasında mübahisə yaranıb və onlar məsələni aydınlaşdırmaq üçün […]

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs həbs edilib

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib. Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir. Xatırladaq […]

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb – Valideynlərin diqqətinə

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub. Bakı  Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov APA-ya bildirib ki, 10-dək məktəbli yarmarkası “Koroğlu”, “Neftçilər”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, Nəriman Nərimanov”, “28 May” stansiyalarının giriş-çıxışında yaradılıb. Onun sözlərinə görə, yarmarkalar əhalinin […]

Çarəsiz qadınların son ümid yeri — “QUL BAZARI”

Əlləri qabarlı, ürəkləri dərdli. Heç birinin üzü gülmür. Birinin həyat yoldaşı ölüb, birinki həbsdədir, başqa birininki isə… “Qadın qul bazarı” haqqında yəqin ki, eşitmisiniz. Maştağa qəsəbəsində yerləşir, “Xəyal” Ticarət Mərkəzinin düz qarşısında. Yerləşir deyəndə ki, 20-30 nəfər qadın avtobus dayanacağından bir qədər aralı yığılıb iş gözləyir. Gözləyir ki, kimsə evində, […]

Ağdərə-Tərtər istiqamətində atışma: Erməni podpolkovnik və kapitan yaralandı

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmiş hərbi hissələrindən birində iki zabitin yaralanması ilə nəticələnən insident baş verib. Virtualaz.org sosial şəbəkələrin erməni seqmentinə istinadən xəbər verir ki, təmas xəttinin Ağdərə-Tərtər istiqamətində yerləşən hərbi hissədə baş vermiş silahlı insident nəticəsində yaralananlar podpolkovnik və kapitan rütbəli zabitlərdir. Onlardan birinin kimliyi də göstərilir-Arsen Hovakimyan. […]

Aşıq Ədalətdən xəbər var: Son görüntüsü – Foto

Bir neçə ay əvvəl xərçəng xəstəliyinə tutulduğu bəlli olan Aşıq Ədalət bir aylıq kimya-terapiya kursunu başa çatdırıb. Turkustan.info bildirir ki, bu barədə Teleqraf.com-a aşığın yaxınlarından olan şairə Çiçək Mahmudqızı məlumat verib. Həkimlər sentyabrın 10-na kimi Aşıq Ədalətə ancaq təmiz havada olmağı məsləhət görüblər: “Dədə Ədalətin ağrıları artmışdı. Heç nə danışa […]

Qurban bayramında ətin qiyməti ilə bağlı nazirlikdən AÇIQLAMA

Sentyabrın 1 və 2-si bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da müqəddəs Qurban bayramı qeyd ediləcək. Hər il Qurban bayramı ərəfəsində ətin və heyvanın qiymətində bahalaşma müşahidə olunur. Bəzi işbazlar qiymət artımını rayondan mal-qaranı baha almaqları ilə əlaqələndirirlər. Bəs bu il necə, bayramla əlaqədar ətin qiymətində artım müşahidə oluna bilərmi? […]

Ziya Məmmədova cinayət işi açıla bilər – 340 milyonluq korrupsiya…

340 milyonluq böyük korrupsiya işinin yeni detalları üzə çıxır. İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqatın miqyası böyüməkdə davam edir. İstintaqa yeni şirkətlərin cəlb olunması haqqında məlumatlar gəlməkdədir. Artıq bu istintaq işində adı keçən şirkətlərin yerləşdikləri ölkələrin ən yüksək səviyyəli rəsmiləri məsələyə […]

Kırşehirli qonaqlar Tovuzda – FOTOLAR

Qardaş Türkiyənin Kırşehir vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Kırşehir bələdiyyə başqanı müavini Emre Şahincinin rəhbərlik etdiyi 22 nəfər bələdiyyə məclisi üzvündən ibarət olan nümayəndə heyəti “Kırşehirden Qarabağa könül körpüsü” layihəsi çərçivəsində ölkəmizə səfər ediblər. Turkustan.info xəbər verir ki, Azərbaycana ilk dəfə səfər edən […]

İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər – “Şeytan kimi doğuldu”

Hindistanın Pindşara şəhərinin yaxınlığında 22 yaşlı Kuli Bai adlı qadının körpəsi dünyaya gəlib. Ancaq körpə başqalarından çox fərqli idi. Körpə dünyaya dörd ayaq, üç əl və iki cinsi orqanla gəlib. Doğduğu uşağı görən qadın və ətrafındakılar şoka düşüblər. Bundan sonrası isə daha qorxunc… Həkimlərin dediyinə görə, körpə “parazit əkiz” kimi dünyaya gəlib. […]

“Kopenhagen – Qarabağ” oyunu bu kanalda

Sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Kopenhagen” – “Qarabağ” matçı keçiriləcək. “İdman Azərbaycan” televiziyasından xeberle.com-a verilən məlumata görə, avqustun 23-də keçiriləcək görüş sözügedən kanalın efirində canlı yayımlanacaq. Qeyd edək ki, sosial şəbəkələrdə aparılan müzakirələrdə oyunun Azərbaycan Televiziyasında canlı olaraq yayımlanmayacağı söylənilirdi.

Qarabağa göndərilməsi planlaşdırılan “Məxfi ordu”: Moskva itkiləri GİZLƏDƏ BİLMƏDİ – FOTOLAR

Rusiyanın “Fontanka” nəşri şəxsi hərbi şirkət olan “Vaqner qrupu”nun Suriyada itkilərini sübut edib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, nəşrin yazdığına görə, 2016-cı il aprel-may aylarında Palmira şəhərinin azad edilməsi üzrə əməliyyatın gedişatında qeyri-formal hərbiləşdirilmiş təşkilatın təxminən 32 döyüşçüsü həlak olub, 80-ni ağır yaralanıb. “Fontanka”nın araşdırmasına görə, 2017-ci ilin əvvəlindən bu […]

Sumqayıtda bu avtomobili görənlər heyran olur: Retro avtomobil 20 min manata satılır – VİDEO

Çoxları şəhər küçələrində şütüyən bu avtomobili görəndə təəccübünü gizlətmir. Düzü, biz də ilk dəfə onun rastlaşanda böyük marağımıza səbəb oldu. Çünki belə bir nəqliyyat vasitəsinin varlığından xəbərdar deyildik. Elə buna görə də yaxından tanımaq qərarına gəldik. Söhbət Sovet avtomobil sənayesinin 1970-1990-cı illər ərzində istehsal etdiyi CЗД maşınından gedir. 1971-ci il buraxılışlı nəqliyyat vasitəsi orjinallığı […]

Gəncədə intihar etmək istəyən şəxsi xilas edib, döydülər – VİDEO

Dünən Gəncə şəhərində bir gənc intihara cəhd edib. Turkustan.info xəbər verir ki, gənc çoxmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Ancaq ətrafındakı bir neçə nəfər onu xilas edə biliblər. Ən maraqlısı isə odur ki, həmin şəxslər gənci xilas edəndən sonra onu döyməyə başlayıblar. Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:  Ölkə.Az

Onlar Elçibəy haqqında danış(ma)dılar…

Xəbər verdiyimiz kimi bu gün azərbaycanlı dövlət, siyasi və ictimai xadim, dissident, Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 17 il ötür. Turkustan.info xəbər verir ki, A24.az saytı Azərbaycanın ikinci prezidenti, SSRİ dövründən müstəqilliyə can atan Elçibəy haqqında sorğu keçirib. […]

Enerji içkilərinə qadağa qoyula bilər? – “Onları narkotik hesab etmirəm”- DEPUTAT

Son günlər mediada enerji içkilərindən zəhərlənmə ilə bağlı müxtəlif məlumatlar yayılır. Bu isə həmin içkilərin qadağan olunması məsələsini gündəmə gətirir. Maraqlıdır, Azərbaycanda bu içkilərin yaş məhdudiyyəti olmadan satışına qadağa qoyula bilərmi? Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin üzvi Musa Quliyev Cebhe.info-nun  suallarını cavablandırıb. O bildirib ki, dövlət tərəfindən bu içkilərin […]

Mərhum prezident Əbülfəz “Elçibəy” havası oynayır – VİDEO

Mərhum prezident Əbülfəz Əliyev (Elçibəy) Bakıda baş tutan toyların birində iştirak edir. Turkustan.info A24.az-a istinadən məlumatına görə, mərhum prezident Əbülfəz Əliyev (Elçibəy) Bakıda toyların birində qonaq qismində iştirak edir. Onun “Elçibəy” havası rəqsini oynaması məclis əhli tərəfindən böyük maraqla qarşılanır. Qol qaldırıb oynayan mərhum prezidentə toy iştirakçıları da qoşulur. Qeyd […]

BAKIDA RƏZALƏT! – Xalası qızının əri ilə qaçan evli qadının görüntüləri… – VİDEO

Ailəli kişi həyat yoldaşının doğma xalası qızını qaçırıb. Hadisə paytaxtda qeydə alınıb. 47 yaşlı Bakı sakin Cavanşir Bəkişov ailəsini ataraq, həyat yoldaşı Mehriban Musəvinin doğma xalası qızı ilə qaçıb. Turkustan.info xəbər verir ki, bu barədə Mehriban xanım Metbuat.az-a məlumat verib. Qadın bildirib ki, hazırda əri doğma xalası qızı ilə birlikdə […]

ABŞ Şimali Koreyaya hücum edə bilər? – AÇIQLAMA

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb. Turkustan.info Metbuat.az-a istinadən xəbər verir ki, 50 min əsgərin iştirak etdiyi təlimlərdə İngiltərə, Avstraliya, Kanada və Hollandiya da təlimlərə dəstək göstərir. 10 gün davam edəcək təlimlərə 17 min 500 ABŞ əsgəri qatılıb. Pentaqon “Ulchi Freedom Guardian” adlı hərbi təlimlərin komandirlər tərəfindən izlənəcəyini açıqlayıb. Təlimlər mütəmadi […]

Bakı metrosunda inanılmaz hadisə — Yuxulu olan maşinist qatarı saxlaya bilmədi

Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub. Turkustan.info xəbər verir ki, bu barədə baku.ws-ə hadisə şahidləri məlumat veriblər. “Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb. Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı […]

12 km dəmir yolu əsaslı təmir olunur – FOTO

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Turkustan.info-ya verilən məlumata görə, bu gün Atbulaq-Ələt mənzilində 12 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Qeyd edək ki, əsaslı təmir […]

Dörd aylıq müharibənin ŞİFRƏLƏRİ: Düşmən tamamilə MƏHV EDİLƏCƏK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İran və Türkiyənin PKK terror təşkilatına qarşı birgə mübarizə apara biləcəyini açıqladı. Onun sözlərinə görə, mövzu ötən həftə Türkiyəyə səfər edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiri ilə danışıqlarda müzakirə edilib. “Terror qruplaşmalarına qarşı birgə əməliyyat məsələsi həmişə gündəlikdə dayanıb. Baş […]

Asılaraq edam edilən, güllələnən MƏXFİ AGENTLƏR

Casus, kəşfiyyatçı, məxfi agent – bütün bu sözlər bir ölkədə qəhrəman, digərində isə xain sayılan bir adamın təsviridir. Casusluğa boyun olanlar böyük riskə getdiyini yaxşı anlayırdı və biriləri üçün bu məşğuliyyət mənfəətli qazanc yeri idisə, digərləri bu tapşırıqlara əxlaq və şərəf nöqteyi-nəzərindən yollanırdı. Turkustan.info Publika.az-a istinadən müasir tarixin 5 ən məşhur məxfi […]

Kreml uğrunda savaş başlayır: Putinin ilk rəqibi…

Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski 2018-ci ildə keçiriləcək prezident seçkisində iştirak edəcək. Bunu Jirinovskinin özü “Danışır Moskva” radiosuna açıqlamasında söyləyib. “Mən mütləq seçkidə iştirak edəcəyəm. Əgər hazırkı prezident Vladimir Putin seçkidə iştirak etməsə, o zaman qələbə mənim olacaq”, – deyə o bildirib.    Cebhe.info

“İnanmıram ki, Qabil Hüseyinli belə müsahibə versin”

Hörmətli Turkustan.info!   Saytınızda politoloq Qabil Hüseyinlinin adından Nazir Əhməlinin “Haqq-nahaqq seçilər Haqq divanında” (Bakı-2017) kitabı haqqında verdiyiniz  fikirlər diqqətimi çəkdi. Qabil Hüseyinlini yaxından tanıyıram, onunla müəyyən müddət eyni təşkilatın üzvi də olmuşam. Savadına da böyük hörmətim var. Yazılarını da diqqətlə oxuyuram. Sizin saytda (25.07.2017) verilmiş “Aşıq Ələsgəri kürd çıxaran […]

Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq

Hadisə Madagiz hərbi bazasında qeydə alınıb Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən bölmələrində növbəti cinayət hadisəsi qeydə alınıb. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıblar. Xidməti vəzifələrini yerinə yetirən […]

Daha bir itkin neftçinin meyiti tapıldı

Dənizdə itkin düşmüş neftçilərdən birinin meyiti tapılıb. Axtarış-Xilasetmə Qərargahından Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində […]

Bu universitetlər Qəbələyə köçürüləcək – SİYAHI

Paytaxtda sıxlığın aradan qaldırılması planlaşdırılır. Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunur. Turkustan.info xəbər verir kii, bu barədə Axar.az saytı yazıb. Bildirilir ki, plana görə, Bakıda yerləşən bəzi universitetlər bu şəhərə köçürüləcək. Məlumatda bildirilir ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb […]

Türkiyədən QHT təmsilçiləri Hikmət Babaoğlu ilə görüşüb – FOTOLAR

Avqustun 21-də “Yeni Azərbaycan” qəzetinin redaksiyasında Türkiyədə fəaliyyət göstərən “EkoAvrasya” (Avrasya Ekonomik İlişkilər Dərnəyi) təşkilatının nümayəndələri ilə görüş keçirilib. Görüşdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “EkoAvrasya” təşkilatının İdarə Heyətinin sədri Hikmət Ərən, təşkilatın baş katibi Bəşir Var, təşkilatın İdarə Heyətinin üzvü Kamal Kurnaz, Dövlət İdarəçilik Akademiyasının […]

Payızda Azərbaycan siyasi mühitinə yeni “nəfəs” gələcək

Respublikaçı Alternativ Hərəkatının (REAL) partiyaya çevrilməsi istiqamətində işlər gedirdi. Lakin hələlik bu istiqamətdə ciddi addım müşahidə olunmur.Bu səbəbdən  istər-istəməz  REAL-ın partiyaya çevrilmə məsələsinin təxirə salındığı ətrafında düşüncələr yaranır. Bu fikirlərin real olma ehtimalı varmı? REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlamasında məsələnin təxirə salınmadığını və bu istiqamətdə işlərin davam etdiyini bildirib: “Partiyaya […]

Dünya çempionunu bir zərbə ilə öldürən azərbaycanlı – VİDEO

“Anar onu öldürmək istəmirdi” Rusiyada idmançını qətlə yetirən azərbaycanlı Anar Allahverənovla bağlı cinayət işi açılıb. İstiPress-in Rusiya mətbuatına istinadən xəbərinə görə, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirləndirilən Anar Allahverənovun yaxın qohumu dindirilib. Qohumu deyib ki, günah öldürülən idmançıda olub. “Onlar arasında mübahisə yarandı. Andrey senzuradan kənar sözlər işlətdi. Bundan […]

Tramp Günəş tutulmasını belə izlədi – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün ABŞ-ın şimalındakı bir neçə şəhərdə tam Günəş tutulması müşahidə edilib. Turkustan.info xəbər verir ki, milyonlarca insan tarixi anı izləmək üçün xüsusi eynəkləri taxaraq öz yerlərini alıblar. ABŞ prezidenti Donald Tramp da bu təbiət hadisəsini “Ağ Ev”in eyvanından izləyib. Qeyd edək ki, növbəti belə hadisə 20 […]

Elçibəysiz tam 17 il

Bu gün Türk dünyasının böyük oğlu, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin vəfatından 17 il ötür. Ə.Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Ə.Elçibəy 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin […]

Bu gün Əbülfəz Elçibəyin anım günüdür

Milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 17 il keçir. Turkustan.info xəbər verir ki, Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq […]

Əsəd Türkiyəyə savaş elan etdi

Bəşər Əsədin köməkçisi Buseyne Şaban Türkiyəni təhdid edib. A24. az xarici mediaya istinadən xəbər verir ki, Buseyne Şaban Livanın Əl Məyadin televiziyasına açıqlama verib. O açıqlamasında “müxalifləri dəstəkləyən xarici qüvvələrin siyasi planlarını dəyişdirməsi nəticəsində yüz minlərlə insanın öldüyü savaşın sona çatmaq üzrə olduğunu bildirib. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd […]